Tramp Qrenlandiyanı Rusiyaya görə işğal edəcək?
Вставка
- Опубліковано 7 лют 2025
- Yanvarın 20-i gəlməmiş, Donald Tramp Ağ Evə ayaq basmamış, dünyanı ayağa qaldıra bildi. Öz şokedici bəyanatları ilə. ABŞ ərazisini genişləndirmək istəyir. Söhbət Kanadanın ABŞ-nin 51-ci ştatı olmasından, Qrenlandiya və Panama kanalının ABŞ-yə birləşdirilməsindən gedir. Yeni prezident bundan əvvəl də bu iddiaları səsləndirmişdi. Amma hər kəs bunu çılğın Trampın zarafatı kimi başa düşürdü. Bu həftə isə Tramp söylədiklərində nə qədər ciddi olduğunu göstərdi. Hələ ilk prezidentliyi dövründə bu iddia ilə çıxış edirdi. O zaman Trampın hədəfində ancaq Qrenlandiya var idi. 2019-cu ildə Ağ Ev sahibi Qrenlandiya adasını satın almaq istəyirdi. Amma o vaxt heç kim anlamırdı ki, bu, Trampa niyə lazımdır? Qrenlandiya dünyanın ən böyük adasıdır. Zəngin təbii resurslara malikdir. Bu ərazidə ABŞ-nin hərbi bazası da var. Son 5 ildə Qrenlandiyanın hərbi və iqtisadi əhəmiyyəti artıb. Bu, qlobal istiləşmə, Rusiyanın Ukraynaya təcavüzü və Çinin güclənməsi fonunda baş verib. Tramp Qrenlandiyanı ABŞ-nin təlhükəsizliyi və bütün dünyada azadlıq üçün istədiyini deyir. Qərarlıdır. Bunun üçün hərbi gücdən istifadə etməyəcəyinə zəmanət də vermir. Buzlar adası Qrenlandiyada buz kəsən bu bəyanat kəskin qarşılanıb. Tramp Qrenlandiyanı alsa, bundan əvvəl Alyaska və Luiziananı alan prezidentlər Endryu Conson və Tomas Ceffersonla birlikdə tarixə düşəcək. Ada strateji əhəmiyyətli Arktikada yerləşir. Qrenlandiya vasitəsilə Avropadan Şimali Amerikaya ən qısa yol keçir. Coğrafi baxımdan bu, Avropa Danimarkasının muxtar ərazisi olsa da, Amerikaya daha yaxındır. Yəni, məsələ yalnız Qrenlandiyanın təbii resursları deyil. Tramp doğrudan da Qrenlandiyanı ala, Panama kanalına sahib ola, Kanadanı 51-ci ştatı edə bilərmi? Əgər Rusiya Ukraynanı işğal edə bilirsə, ABŞ-nin də bu əraziləri işğal etməsi yəqin ki, indiki dünya üçün qeyri-adı olmayacaq. Necə deyərlər, heç vaxt heç vaxt demə.
Bizi İzləyin:
Whatsapp: whatsapp.com/c...
Facebook: / ictimai.tv
Instagram: / ictimaitv.official
Teleqram: t.me/tvictimai
Sayt: itv.az/
Copyright © İCTİMAİ TV
#itv #ictimaitv #video #televiziya #baku #videolar #sondakika #video #gündem #news #sondeqiqe #sondəqiqə #gündem #news #keşfet
Xeyir.Cine ğöre.
Birə, bir BBC Türkçədən kopya eləmisiz itv, niyə özünüz araşdırıb, baxımlı bir şeylər hazırlamırsız, nə qədər belə davam edəciz?.. Musabəyov düzgün məlumat vermədi, araşdırıb öurənsin heç olmasa, vallah ayıbdı.
Qrenpandiya en esasi su ehtiyatidi imkanim olsaidi ozum alardim
Mən Qrenlandiyanı belə bilməzdim. Ora yaşamalı yer deyilmiş😂
Tranp irlandiyalıdı anası Grlandiyalıdı bu tranpın şəxsi məsələsidi bunu sadəcə olarak siyasətləşdirir
Yorumlar ağlamalıdı, ölkənin İQ səviyyəsi 🤦🏽♂️
bbc -dən birə-bir kopya edilib vay
Grenlandiya neft qaz yataqları başqa faydalı qazıntılar böyük içməli su ehtiyatı var