Qənirə Paşayeva: musiqi anlayışı olan Üzeyiri dinləməz, Baloğlan Əşrəfova efir qadağası qoyuldu

Поділитися
Вставка
  • Опубліковано 18 вер 2024
  • Əməkdar artist Aybəniz Haşımovanın müğənni qızı Aynişan Quliyeva müəlliməlik edir.
    Axşam.az-ın məlumatına görə, bu haqda Haşımova özü xəbər verib. O bildirib ki, qızı onun Sənət Akademiyasında dərs deməyə başlayıb:
    “Həyat çox maraqlıdır. Aynişan bir vaxtlar həm qızım, həm də tələbəm idi. Amma indi Sənət Akademiyasında mənimlə birlikdə müəlliməlik edir. Özü də tələbələrin ən sevdiyi dərslərdən biridir”
    ------------------+
    Millət vəkili Qənirə Paşayeva cəmiyyətin kitab oxumaması və musiqi zövqündən danışıb.
    BAKU.WS xəbər verir ki, deputat Kamran Həsənlinin Space TV-də yayımlanan "Onda başladıq" verilişində cəmiyyətin böyük bir hissəsinin musiqi zövqünün korlanmasında televiziyaların böyük rolu olduğunu qeyd edib.
    "Televiziyadan düzgün istifadə edilməzsə, kütləvi qırğın sılahına çevrilə bilər. Tamaşaçıların intelektual səviyyəsinin aşağı düşməsində bu təbliğat maşınının xüsusi rolu var. Mütaliəni, ziyalıları təbliğ etmirik. Musiqidən bir şeylər öyrənən insan Üzeyirə qulas asa bilməz.
    --------------+
    Müğənni Rüfət Axundov bu dəfə bahalı avtomobili ilə gündəmə gəlib.
    Axşam.az-ın məlumatına görə, sənətçi “Gelandewagen” markalı maşını ilə çəkilən fotosunu İnstaqram səhifəsində paylaşıb. R.Axundovun bahalı “10 PP 005” dövlət nömrə nişanı da diqqət çəkib.
    Qeyd edək ki, Rüfət avtomobil həvəskarıdır. O, tez-tez maşınlarını dəyişir. Sənətçinin avtomobil kolleksiyası da var.
    ----------------+
    Müğənni Zamiq Hüseynov əməkdar artist Abbas Bağırova görə xalq artisti Brilliant Dadaşovanın olduğu məkanı tərk etməsinə aydınlıq gətirib.
    Axşam.az-ın məlumatına görə, sənətçi “Xəzər maqazin”ə açıqlamasında deyib ki, işi olduğu üçün tədbirdən tez gedib:
    “Heç kimi görməmişəm. Görsəm də, onun məclisə aidiyyatı yoxdur. Niyə kiməsə görə məclisdən gedim? Çağıran adama hörmətim var. Xoşum gəlmirsə, niyə tədbirinə gedim?
    Çağıran adamın mənim sevmədiyim çox tanışı ola bilər. Mənim studiyada tədbirim var idi, ona görə də tez getdim”.
    ----------------+
    “Vicdan Haqqı” serialının qəhrəmanlarından olan İbrahim Çingizin başına iş gəlib.
    Axşam.az-ın məlumatına görə, istirahətə gedən aktyor qolunu sındırıb. İbrahim bu haqda özü xəbər verib.
    O, fotosunu paylaşaraq "Guya istirahətə gəlmişdim. Bəzilərinin gözü çıxsın" sözlərini yazıb.
    Qeyd edək ki, İbrahim serialda Vüsal obrazını canlandırırdı. Aktyorluqla yanaşı repçi kimi də fəaliyyət göstərən İ.Çingiz əməkdar artist Çingiz Əhmədovun oğludur.
    --------------+
    Müğənni Samir Bağırov uzun fasilədən sonra obyektiv qarşısına keçib.
    Axşam.az xəbər verir ki, sənətçi yaradıcılığındakı sükutu yeni foto-layihəsi ilə pozub. İfaçının şəkillərinin müəllifi fotoqraf İsmayıl Rzayevdir. Üç ildir sənətdən uzaqlaşan Bağırov bundan sonra fasilə verməyəcəyini bildirib. Samir eyni zamanda iyulun 26-da keçiriləcək “Jara-2018” Beynəlxalq Musiqi Festivalında səhnəyə çıxacaq.
    -------------+
    O bildirib ki, sentyabr ayına qədər efirə çıxmağına qadağa qoyulub. Əşrəfovun dediyinə görə, sentyabr ayında konsert verəcək, konsertin təşkilatçısı Samir Xəttab isə müğənniyə efirlərə çıxmamağı tapşırıb.
    ----------------+
    Xalq artisti Nazpəri Dostəliyeva fəlsəfə doktoru olub.
    Axşam.az-ın məlumatına görə, bu haqda müğənni özü xəbər verib. O, müdafiəsinin təsdiqləndiyi kağızı paylaşaraq bunları qeyd edib:
    "Məni səmimi qəlblə sevənlərim bu uğuruma sevinir. Uğurlarım sizin sevginizdən yaranır. Sevgidən doğulmuş sənət və ya əbədiyyatı yaradan nəfəs".
    --------------+

КОМЕНТАРІ • 198