Boğazınız ağrıyırsa, bunları edin - TƏBİİ ÇARƏLƏR

Поділитися
Вставка
  • Опубліковано 13 вер 2024
  • Kanalımızda sizlərə faydalı olacaq reseptlər, tibbdə baş verən yeniliklər, bir çox xəstəliklərin yaranma səbəbi və onların müalicə üsulları ilə gündəlik olaraq paylaşılan videolarda tanış ola bilərsiniz.
    Diqqət! Bu məlumat sizə informasiya məqsədi ilə verilir! Videoda göstərilən texnikaları, ənənəvi müalicəçilərin təcrübəsi, həmçinin qidaların toplanması və s. həkimlə məsləhətlətləşdikdən sonra tətbiq edin.
    Bu videoda göstərilən bütün təcrübələr, məsləhətlər, reseptləri, özünüzün şəxsi iradəsi altında öz üzərinizdə tətbiq olunur və məsuliyyəti tam sizə aiddir.
    Təklif və iradınızı, eləcə də reklam yerləşdirmək üçün bizə yazın.
    #baxbele #baxbelə
    ---
    Havalar soyuduqca orqanizm viruslara qarşı mübarizədə zəifləyir.
    Bu da müxtəlik xəstəliklərə səbəb olur. Bunlardan biri də xəstələnmədən belə boğaz ağrılarının olması, ağız boşluğunda yaraların əmələ gəlməsidir.
    ev şəraitində boğaz ağrılarından qurtulmağa imkan verən təbii üsulları təqdim edir.
    Bal
    Bal boğaz ağrısını, öskürəyi aradan qaldırmaqda təsirlidir. Həmçinin boğaz və ağız yaralarının sağalma prosesini sürətləndirir.
    Duzlu su
    Bir stəkan ilıq suya bir çay qaşığı duz əlavə edib qarqara edin. Bu, boğaz və ağızdakı mikrobları azaldaraq sağalma müddətini tezləşdirəcəkdir.
    Çobanyastığı çayı
    Çobanyastığı çayı boğazın selikli qişasındakı hüceyrələrin yenilənməsinə kömək edir. İltihab əleyhinə və antioksidant xüsusiyyətləri sayəsində boğaz ağrısı, öskürək və badamcıq şişməsi kimi soyuqdəymə əlamətlərinin müalicəsində təsirlidir.Həmçinin, nanə və ya ada çayı da içmək mümkündür.
    Qabartma tozu
    Bir stəkan ilıq suya 1/4 çay qaşığı soda əlavə edib qarqara edin. Bu, boğaz ağrısını aradan qaldıracaqdır. Bu qarışıma az miqdarda duz əlavə etmək də təsirini artırır. Qarqaradan sonra ağız təmiz su ilə yaxalanmalıdır.
    Şüyüd
    İltihab əleyhinə və bəlğəmgətirici təsiri olan şüyüdü dəmləyib içmək boğaz ağrısı və öskürəyi yox edəcək.
    Alma sirkəsi
    Antibakterial xüsusiyyətə malik olan alma sirkəsi turşu quruluşu sayəsində boğazdakı bəlğəmin parçalanmasına kömək edir və beləliklə bakteriyaların yayılmasının qarşısını alır. Bir stəkan suya 1-2 xörək qaşığı alma sirkəsi əlavə edib 2 saatdan bir qarqara edin.
    Sarımsaq
    Təzə sarımsağı yeməklərə əlavə etməklə istehlak etmək olar, həmçinin sarımsağı birbaşa yemək də ağrını sakitləşdirəcəkdir.
    Acı bibər
    Ağrı kəsici xüsusiyyəti olan acı bibəri tək və ya ilıq su, bal ilə qarışdıraraq içmək boğaz ağrısının, öskürəyin şiddətini azaldacaqdır.

КОМЕНТАРІ • 1

  • @skilixanimkanal1408
    @skilixanimkanal1408 Рік тому +2

    Çox sağ olun gözəl səsiniz var adam huzur tapır Allah qorusun sizi 💜