Göyəmin bu Faydasını 90% İnsan Bilmir

Поділитися
Вставка
  • Опубліковано 30 вер 2024
  • #BirBax #Azerbaycan #göyəm
    Qədimdə xəstəliklərlə müalicədə təbii vasitələrdən - bitkilərdən istifadə olunurdu, apteklərin, dərmanların sayı bu qədər çox deyildi, insanlar da indikindən qat-qat sağlam idilər. Lakin zaman keçdikcə ya insanlar tənbəlləşdilər, ya da biz "müasirləşdik" deyə zəmanə ilə uyğunlaşdıq və indi alternativ tibb dediyimiz türkəçarədən bir müddət uzaqlaşdıq.
    Apteklərdən alıb udduğumuz dərmanlar bir çox hallarda xəstəliyə yaxşı təsir etmir, insanlar da bundan narazı qalır deyə, tədricən türkəçarə üsullarına maraq göstərənlərin də sayı artır.
    İnsan orqanizmi üçün faydalı olan meyvələrdən çox istifadə etməməyimizin bir səbəbi də onların əhəmiyyətindən xəbərsiz olmağımızdır. Halbuki onların tərkibində insan üçün faydalı olan nə qədər maddələr var, yarpağı da, mürəbbəsi də çox xeyirlidir. Elə bu meyvələrdən biri də göyəmdir.
    Göyəm çox dadlı və faydalı meyvədir, onun bir çox müalicəvi xüsusiyyətləri var.
    Göyəmin meyvələri, yarpaqları, ağacının qabığı, kökü xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Tərkibində orqanik turşular, pektinlər, büzücü maddələr, efir yağları, flavonoidlər, vitaminlər, minerallar (xüsusilə kalium) var.
    Göyəmin güllərindən və yarpaqlarından çox faydalı müalicəvi çay hazırlayırlar. Bu çay bağırsaqların fəaliyyətini yaxşılaşdırır, yüngül işlətmə dərman kimi təsir edir, orqanizmdən toksinləri və şlakları xaric edir, sakitləşdirir. Maddələr mübadiləsini yaxşılaşdırır, revmatizma, frunkullar və digər irinli xəstəliklər zamanı xəstəliyin sağalmasına səbəb olur.
    Göyəm meyvəsi antiseptik, sidikqovucu və orqanizmi möhkəmləndirici təsir göstərir. O ürəkbulanmanı kəsir, maddələr mübadiləsini yaxşılaşdırır, sinir sistemini sakitləşdirir. Göyəmin cavan yarpaqlarından çay dəmləyinb içmək qəbizliyi aradan qaldırır, artıq mayenin xaric olmasını sürətləndirir. Onun kökündən qızdırmasalıcı kimi istifadə edilir. Göyəm çiçəkləri dəmlənib içiləndə dəridəki səpkiləri də aradan qaldırır. Qabığının və köklərinin həlimi isə həzm prosesini yaxşılaşdırır.
    Göyəm meyvəsi qeyri-spesifik kolit, dizenteriya, ishal, zəhərlənmələr və toksikoinfeksiya xəstəliklərinin əlamətlərini azaldaraq xəstəliyin sağalmasının sürətləndirir. Göyəmdən mədə, bağırsaq, qara ciyər, böyrəklər, nevralgiya, avitaminoz və maddələr mübadiləsinin pozğunluqları zamanı geniş istifadə olunur. Göyəmdən hazırlanan preparatlar iltihab əleyhinə, diuretik, bəlğəmgətirici, antibakterial təsirə malik olur
    Göyəm antosian maddələrlə zəngindir. Bu maddələr güclü antioksidantlardır. Antioksidantlar orqanizmdə hüceyrə səviyəsində qocalma proseslərini ləngidir, insanın həyatını uzadır. Həmçinin antosian maddələri gözlərin torlu qişasını möhkəmləndirir, göz təzyiqini normallaşdırır, göz yorğunluğunu azaldır. Bütün bunlar görmənin yaxşılaşmasına kömək edir.
    Göyəmin çəyirdəyini udmaq olmaz. Onun tumunda zəhərli sinil turşusu var. Mütəxəxssislər göyəmdən hazırlanan konservləşdirilmiş məmulatların bir ildən artıq saxlanılmasın əleyhinədirlər. Buna səbəb isə çəyirdəyin tərkibində olan zəhərin qidalara keçə bilməsidir. Çərdəksiz konserv məmulatlarını isə bir-neçə il saxlamaq mümkündür.
    Göyəm meyvələrindən hazırlanmış mürəbbə xalq təbabətində soyuqdəymə, mədə-bağırsaq pozuntuları (ishal) zamanı istifadə edilir. Ondan, həmçinin iştahaçıcı kimi də istifadə olunur.
    Göyəmin bütün bu faydalı xüsusiyyətlərinə baxmayaraq, bəzi hallarda zərəri də ola bilir. Göyəm çox turş dada malik olan meyvə olduğu üçün o mədə turşuluğunun çoxluğundan, qastritdən, mədə yarasından əziyyət çəkənlərdə narahatçılıqlara səbəb ola bilir. Buna görə də belə adamlar yedikləri göyəm meyvəsinin miqdarına diqqət yetirməlidirlər. Nadir hallarda göyəm allergik reaksiyaların baş verməsinə səbəb ola bilir.

КОМЕНТАРІ • 87

  • @ayxanbagirov9091
    @ayxanbagirov9091 Рік тому +14

    Davamll olsun gozel qlzlm 🤲🙏😊

  • @yusifamrahov2224
    @yusifamrahov2224 Рік тому +3

    Mən şahidiyəm onun təsirinə. Sadəcə qazan qaynatmasında yəni " kompot" desək suyunu içməklə böyrəkdən heyrətamiz miqdarda qum kimi yəqin böyrək daşının əriyib tökülməsini müşahidə etmişik...

  • @mehmanmahmudov2348
    @mehmanmahmudov2348 Рік тому +12

    ALLAH köməyiviz olsun

  • @denizkemal6359
    @denizkemal6359 Рік тому +6

    Bir sozle olu yese dirilecek Edtafrulla.Sabah bazarda kilosu 100 manata qalxacaq .Gozel paylasimdir sag olun.

  • @asifesgerov3284
    @asifesgerov3284 Рік тому +18

    Coxli -coxlu sag olun.Mən bu verilişdə əziyyətii olan hər kəsə xusisəndə XƏYALƏ xanlma minnətdaram.

  • @qrnfilqaffarova8872
    @qrnfilqaffarova8872 Рік тому +7

    Şox sağ ol.

  • @eliyevramin8968
    @eliyevramin8968 Рік тому +2

    Ğöyəmin kampotu əvəzni hecnə verə bilməz.

  • @retromobil5689
    @retromobil5689 Рік тому +6

    Təşəkkürlər

  • @minayaslan2746
    @minayaslan2746 Рік тому +6

    Final yaglarini reklam edib.sonrada məsləhət verməyiniz nə qədər acinacaqlidr.

  • @RA-pw4uv
    @RA-pw4uv Рік тому +6

    Tesekkur edirem bele melumatlar ucun.👍

    • @birbaxkanal
      @birbaxkanal  Рік тому

      Mən təşəkkür edirəm

    • @RA-pw4uv
      @RA-pw4uv Рік тому

      @@birbaxkanal magnezium ve vitamin d haqqinda video hazirlaya bilersiz zehmet olmasa onlarin duzgun qaydada qebulundan coxlari bilmir.🙏

    • @AtillaIbrahimli-wn7sy
      @AtillaIbrahimli-wn7sy Рік тому

      Hə cavab yazsa yaxşı olardı məndə bilmək istərdim nə zaman və necə qəbul etmək olar

  • @cickaliyeva8937
    @cickaliyeva8937 Рік тому +2

    aaaaaaa . Bunu indi deyəllər ? Artıq göyəm qutarıb 😔

  • @validexelilova5220
    @validexelilova5220 Рік тому +4

    Hər il mürəbəsini bişirmişəm , ela olur

    • @birbaxkanal
      @birbaxkanal  Рік тому

      Bəli, çox gözəl olur mürəbbəsi

  • @azadramazanov1621
    @azadramazanov1621 Рік тому +2

    .
    Size cox minetdaram bu kimi taydalı mesletler verdiyinize köre.Sizleri salamlayiriq Sərurdan.

  • @Yashar707a
    @Yashar707a Рік тому +4

    Bildiyimə görə göyəmdən ya kompot hazırlayırlar, ya da duza qoyurlar. Göyəm mürəbbəsinə heç vaxt rast gəlməmişəm.
    ..

    • @birbaxkanal
      @birbaxkanal  Рік тому +1

      Mürəbbəsi olur bəli, çox dadlı olur

    • @musfiqaeminova6825
      @musfiqaeminova6825 Рік тому

      Kompotu murebbesi super olur

    • @sefureismayilova3382
      @sefureismayilova3382 Рік тому

      Men kompotunu edirem. Murebbesini bilmirdim qabigi soyulur murebbe bisirilir?

    • @yaqutseyid9991
      @yaqutseyid9991 Рік тому

      ​​@@sefureismayilova3382Xeyr, soyulmur. Mürəbbəsi qışda soyuqlamanın dərmanıdı.

    • @habilbaxsiyev6271
      @habilbaxsiyev6271 Рік тому

      ​@@sefureismayilova3382габыгы.сойулмур.туму.чыхмыр.мураббаси.кампоту.ва.сиркая.гойулмушу.суперди.багымда.10.агач.вар

  • @mumu-o2p
    @mumu-o2p Рік тому +5

    👍

  • @RahibeTeymurova
    @RahibeTeymurova Місяць тому

    Tewekkur edirem.Bizimelumatlandirisiz.Xahiw edirem yoqun bagirsagin wiwi haqqinda melumat veresiniz.Tewekkur.

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu Рік тому +9

    Gözəl videodur çox sağ olun Xəyalə xanım

    • @birbaxkanal
      @birbaxkanal  Рік тому +1

      Siz sağ olun, Əzizə xanım🌹

  • @nurinekulieva6277
    @nurinekulieva6277 Рік тому +4

    Xeyri olar?

  • @adilemirzeyeva3307
    @adilemirzeyeva3307 Рік тому +1

    Çox sağ olun ki,məlumatlandırırsız.Mən hər il göyəmin həm mürəbbəsini bişirirəm.Çox gözəl olur.Həm də kampotu bağlayıram.Sizdən çox razıyıq.Allah Sizi qorusun.Təşəkkürlər☝️❤😘🌹🌹🌹🌹🌹

    • @birbaxkanal
      @birbaxkanal  6 місяців тому

      İzlədiyiniz üçün təşəkkür edirəm ❤

  • @SenüberQurbanova-o8b
    @SenüberQurbanova-o8b 2 місяці тому

    Hansı meyvənin mövsümü gəlirsə onun rrekkklamı başlayır ve qiynətlərin artmasına səbəb olur.

  • @ayxanabbasov393
    @ayxanabbasov393 Рік тому +5

    👍

  • @nazrinindunyas1987
    @nazrinindunyas1987 Рік тому +3

    Sağ olun. 👍👍👍

  • @maismensimov2977
    @maismensimov2977 Рік тому +3

    Sağ olun

  • @Namiqzeynalqaqalar
    @Namiqzeynalqaqalar Рік тому +1

    Göyəm qızlarda cinsi fəaliyyəti gücləndirir

  • @AtillaIbrahimli-wn7sy
    @AtillaIbrahimli-wn7sy Рік тому +2

    Bu meyvədən bizim həyətdə var iki ildi bara girib bu qədər faydali olanı düzü bilmirdim çox sağolun gözəl bilcilərə görə

    • @birbaxkanal
      @birbaxkanal  Рік тому

      Siz sağ olun. Bizi haradan izləyirsiniz?

    • @AtillaIbrahimli-wn7sy
      @AtillaIbrahimli-wn7sy Рік тому

      @@birbaxkanal qax rayonunnan bilmək istərdim mənim qara ciyərimdə böyümə var qəbizlik də olur dediz onun yarpağı faydalıdır mənə istifadə etmək olar?

    • @habilbaxsiyev6271
      @habilbaxsiyev6271 Рік тому

      Кампоту.мураббаси.ва.сиркая.гойулмушу.суперди

  • @omerhesenli8216
    @omerhesenli8216 Рік тому +2

    Təşəkkürlər

  • @Hgigt-ji2jv
    @Hgigt-ji2jv 5 місяців тому

    GÖYƏM MƏDƏ BAĞIRSAQ XƏSTƏLİYİNİN DƏRMANIDIR.

    • @Hgigt-ji2jv
      @Hgigt-ji2jv 5 місяців тому

      GÖYƏMİN YARPAXLARINDAN ÇAY DƏMLƏMƏK LAZIMDIR SİDİK QOVUCU XARAKTE DAŞIYIR. HƏZMİ YAXŞILAŞDI RIR. GÖYƏMİN MEYVƏLƏRİNDƏM MÜRƏBBƏ BİŞİRİLİR. ÇƏRDƏYİNİ UDMAQ OLMAZ.

  • @elvinsirinov9864
    @elvinsirinov9864 Рік тому

    Göyemin yarpagını nece demleyib içmek olar

  • @privetizsusa2800
    @privetizsusa2800 Рік тому +1

    👍👍👍

  • @nusabeahmedova8423
    @nusabeahmedova8423 Рік тому +1

    Cox sagolun

  • @metanetnovruzova6013
    @metanetnovruzova6013 Рік тому +1

    Allah sizi var etsin ❤

  • @orxanabbasov3772
    @orxanabbasov3772 Рік тому +1

    Tesekkurler

  • @Qurbanzadee210
    @Qurbanzadee210 Рік тому +1

    Çox sağolun🙏🙏👏👏

  • @alimmiriyeva3306
    @alimmiriyeva3306 Рік тому +3

    Sevinirəm ki xeyirli bir şey tapdım axırda kefim pozulur hem əastritim var hem turşuluğunu coxdu

  • @royalbagirova3364
    @royalbagirova3364 Рік тому

    değerli bilgilerniz için teşekkür edyorum

  • @isahinss1285
    @isahinss1285 11 місяців тому

    Mən bilirəm və istifadə edirəm.🙏👍

  • @AzrbaycannqdimOrdubad
    @AzrbaycannqdimOrdubad Рік тому

    masaALLAH

  • @rubabaliyeva9551
    @rubabaliyeva9551 Рік тому

    ..😅

  • @RayaSuleymanlı
    @RayaSuleymanlı Рік тому

    Sag olun ❤

  • @VefaMemmedova-l3z
    @VefaMemmedova-l3z 4 місяці тому

    Əhsən👍🏻👍🏻👍🏻👍🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🇦🇿🇹🇷

    • @birbaxkanal
      @birbaxkanal  4 місяці тому

      çox sağolun, sağlam olun

  • @asftagiyev3088
    @asftagiyev3088 Рік тому

    Allahın.sizdən razı olsun

  • @teltelek6959
    @teltelek6959 5 місяців тому

    Sağ ol mənim balam

  • @semsiyyegulmemmedli8286
    @semsiyyegulmemmedli8286 Рік тому

    🤲🏻🤲🏻🤲🏻🌺

  • @ElmiraSuleymanova-g4m
    @ElmiraSuleymanova-g4m Рік тому

    Cox gozal

  • @nurinekulieva6277
    @nurinekulieva6277 Рік тому +3

    Qebiz olyram

    • @birbaxkanal
      @birbaxkanal  Рік тому +1

      Göyəm və gavalının qəbizliyi aradan qaldırmaq gücü var