Anar Atakishi - Dünya qədər / Ayaz Hidayətoğlu - şeiri /

Поділитися
Вставка
  • Опубліковано 11 жов 2024
  • Şeir: Ayaz Hidayətoğlu
    Səs: Anar Atakişi
    Dünya qədər
    Bizə qalmayacaq bir dünya üçün,
    Günahlar yığmışıq, düz dünya qədər.
    Yaradan bəlkə də əhv edər səni!
    Yanağa göz yaşı düz, dünya qədər.
    Bu dünya əzəldən sındırıb bizi.
    Var ilə, pul ilə qandırıb bizi,
    Ah-nalə o qədər yandırıb bizi,
    Yığılıb manqalda, köz dünya qədər...
    Kainat bəşərin əlindən bezir!
    Yalana-dolana nə qədər dözür?!
    Dünyanın özündə günah nə gəzir!
    İnsanda günah var, yüz dünya qədər.
    Mən şöhrət gəzmirəm, məqam seçmirəm,
    Mən yalan əkmirəm, yalan biçmirəm,
    Mən günah yemirəm, günah içmirəm,
    Boş yerə badəmə süz, dünya qədər.
    Götürməz bu dünya nə işvə, nə naz!
    Əməlim yaşımla gəlməz ki, taraz
    Ahlarla, vahlarla ey yazıq Ayaz!
    Dik dayan, səbr elə, döz dünya qədər!

КОМЕНТАРІ • 13

  • @ayazhidayetoglu
    @ayazhidayetoglu 2 роки тому +7

    Var ol əziz qardaş
    Müəllif olaraq sonsuz təşəkkürlər olsun sənə ....

  • @sadiq62
    @sadiq62 2 роки тому

    Yaşayın Azərbaycanımızın gözəl səsli gözəl ürəkli insan🤲🤲👍🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿💞💞💞💞

  • @uzaqlarnqadn-1719
    @uzaqlarnqadn-1719 2 роки тому +3

    _Xoş geldiz deyerli eziz insan.Her zamanki kimi möhteşem.Üreyinize sağlıq.Rebbim sizi qorusun_

  • @uzaqlarnqadn-1719
    @uzaqlarnqadn-1719 2 роки тому +4

    _Üreyinize sağlıq Ayaz bey var olun.Mükemmel sözler.Rebbim keder qem qüsseden uzaq etsin sizi_

  • @aytekinqasimova
    @aytekinqasimova 2 роки тому +3

    Əla misralar və gözəl qiraət.Müəllif də sizə də var olun bəy🤌👍👏👏👏

  • @zibarmamedova2137
    @zibarmamedova2137 2 роки тому +1

    Ayaz məllim qələminizə sağliq...ürəyinizə sagliq...anar bəyin səsinə sağliq...həqqiətən möhtəşəm ikili

  • @mammedovanata3129
    @mammedovanata3129 2 роки тому +1

    Möhtəşəmsiz.

  • @Lena-hz2rv
    @Lena-hz2rv Рік тому

    Geyinib gedim.,bilet dalinca.Haminin gunaxi var.

  • @gulu162
    @gulu162 Рік тому

    Səsinizə saqlıq

  • @ilkinQazi
    @ilkinQazi 2 роки тому

    *Möhtəşəm şeir və səsləndirmə!* *Şeirə can vermisinz Anar bəy!*

  • @lmanqarayeva8789
    @lmanqarayeva8789 2 роки тому +1

    👍👍👍👍👍👍👍👍💐

  • @Lena-hz2rv
    @Lena-hz2rv Рік тому

    👍👍👍👍👍👍

  • @Memmedov_o2
    @Memmedov_o2 4 місяці тому

    👍💔🕋