Zərdab rayonu, Zərdablılar haqda 27 FAKT - Ən KASIB rayon...

Поділитися
Вставка
  • Опубліковано 30 чер 2024
  • #zərdab #azerbaycan #kənd
    Azərbaycanda suyu qan rəngində olan göl - Çoxumuz bəlkə də bu haqda ilk dəfə eşidirik. Bəli, suyu qan rəngindədir bu gölün. Bəs bu göl hansı rayonda yerləşir? Niyə gölün qan rəngindədir?
    Yerin Qulağı yutub kanalı, Azərbaycanın ən kasıb rayonlarından biri, Bakıdan 231 kilometr məsafədə yerləşən, sirri hələ də məlum olmayan gölü ilə tanınan Zərdab rayonu haqda ən mühüm 27 faktı təqdim edir:
    Zərdab - Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Zərdab şəhəridir.
    Zərdab rayonunun ərazisi arxeoloji cəhətdən, demək olar ki, öyrənilməyib. Mərkəzi əvvəllər Əlvənd olub.
    Zərdab rayonu 05 fevral 1935-ci ildə təşkil olunub. 1 yanvar 1963-cü il tarixdə ləğv edilərək Ucar rayonu ilə birləşdirilib. 06 yanvar 1965-ci il tarixdən Zərdabın müstəqil rayon statusu bərpa edilib.
    Əhalisi 60 min nəfərdən yuxarıdır. Ərazisi 855 kvadrat kilomletr təşkil edir.
    Avtomobil nömrəsi 63-dür.
    Bakıda 231 kilometr aralıda yerləşir.
    Rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 40 kənd olmaqla, 42 yaşayış məntəqəsi var.
    Əhalinin 23%-i şəhərdə, 77%-i isə qəsəbə və kəndlərdə yaşayır.
    Rəvayətə görə çox-çox qədimlərdə Zərdab ərazisində - Bıçaqçı kəndi yaxınlığından başlanan Yerayız adlı böyük və zəngin şəhər varmış. Bu şəhər hansı səbəbdənsə məhv olmuşdur. Hətta indi də o ətrafdakı kəndlərdə adamlar bir-birlərinə, "İndi ki Yerayız şəhəri yoxdur ki, qaçıb orada gizlənəsən, səni də tapmaq mümkün olmaya" deyirlər.
    Zərdabın Yuxarı Seyidlər kəndi yaxınlığında Qanlıca adlanan göl var. Bu adın nə ilə əlaqədar yarandığı hələ də dəqiq bilinmir. Lakin məlumdur ki, bu göldə su qan rəngindədir. Yerli sakinlərin dediyinə görə nə zamansa gölün dərinliyində qırmızı kərpicdən bina batmışdır, suya qırmızı rəng verən də həmin binanın kərpicləridir.
    Ən çox sosial yardım alan - kasıb olan bölgələr siyahısında da rayonun adı ilk sıralardadır.
    Rayon mərkəzi dəniz səviyyəsindən 11 metr aşağıda yerləşir.
    Zərdabın adına yazılı mənbələrdə ilk dəfə 1500-cü ildə rast gəlinir.
    Zərdab rayonu Aran iqtisadi rayonunda, Mərkəzi Aran zonasında, Şirvan düzündə yerləşir. Rayonun səthi düzənlikdir, ərazisinin çox hissəsi okean səviyyəsindən aşağıdadır. Kür, Göyçay və Türyançay çayları rayonun ərazisindən keçir. Zərdab rayonu Ucar dəmir yolu stansiyasından 35 km məsafədədir. Qış və yay otlaqlarının mövcudluğu bütün il boyu heyvandarlığın inkişafı üçün əlverişli şərait yaradır. Sututarları balıq yetişdirilməsi üçün əlverişlidir. Ərazidə neft-qaz yataqları aşkar edilib.
    Rayonun ərazisi bir tərəfdən Aran iqtisadi rayonuna daxil olan Kürdəmir, Ağdaş, Ucar rayonları ilə, digər tərəfdən isə təbii sərhəd olan Kür çayı nəzərə alınmazsa, İmişli, Beyləqan, Bərdə, Ağcabədi rayonları ilə əhatə olunub.
    XIX-XX əsrlərdə Göyçay qəzasının iri kəndlərindən olan Zərdab sonralar inkişaf edərək 1935-ci ildə rayon mərkəzinə çevrilib.
    Bugünkü Zərdab şəhəri 1578-ci ilə aid türk mənbələrində "Zərdab sancağı" kimi göstərilir. Həsən bəy Zərdabi 1884-cü ildə Zərdabın 500 evdən ibarət olduğunu yazırdı. 1827-ci ildən yelkənli iri çay gəmiləri Zərdab ərazisində Kür çayı boyunca yük daşıyırdılar. H.Zərdabi qızı Pəri xanımın əri Əlimərdan bəy Topçubaşovun H.Z.Tağıyevdən icarəyə götürdüyü və redaktorluğun ona həvalə olunduğu "Kaspi" qəzetində 1892-ci ildə yazırdı: "Bizim kəndimizdə 800-ə yaxın ev var, güman ki, Zərdabda 5 minə yaxın adam yaşayır…"
    Zərdab rayonunun Dəli Quşçu kəndi ərazisində kütləvi qəbiristanlıqlar - Ağtəpə adlanan kurqan bu gün də mövcuddur və bu kütləvi məzarlığın tarixi barədə konkret bilgi yoxdur və bu təpədə əsaslı qazıntı-tədqiqat işinə ciddi ehtiyac var.
    Bir zamanlar Zərdabın bəzi ərazilərində, o cümlədən Məlikumudlu kəndi yaxınlığındakı qədim yaşayış məskənlərində torpaq işləri görülərkən gümüş və qızıldan düzəldilmiş qadın zinət şeyləri, qırmanc dəstəyi, əsa başı, sikkələr tapanlar çox olub.
    Əsas çayları Kür və Türyançayın aşağı axını olan Qarasuçaydır. Aşağı Şirvan Kollektoru (AŞK) rayon və həmçinin şəhər ərazisi boyunca keçir. Kür çayı mühafizə bəndi ilə məhdudlaşdırıldıqdan sonra keçmişdə keçdiyi axın yataqları indi rayonun ərazisində su tutar (axmaz)kimi qalıb.
  • Наука та технологія

КОМЕНТАРІ • 8

  • @22ciesr
    @22ciesr День тому +1

    Zərdaba salamlar olsun. Tanıdıq, video üçün təşəkkürlər

  • @qurbanyaquboglu3251
    @qurbanyaquboglu3251 2 дні тому +1

    Maraqlidi.

  • @alimurad7591
    @alimurad7591 13 годин тому +1

    Zerdab.kasib dee olsa cox qonax pervardi en gozel.balix mal qoyun eti yemelidi en gozel.rayondu hesen bey zerdabinn adi dawiyir

  • @rafayelkurbanoqlu102
    @rafayelkurbanoqlu102 11 годин тому

    En kasib rayon Saatlidir.

  • @gundelikteleqraf6448
    @gundelikteleqraf6448 2 дні тому +2

    Zərdabda iş yerləri var?