Cəlairilər dövləti. Azərb.Tarixi 7 ci sinif 17 ci pr. Azərbaycan uğrunda mübarizə.

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024
  • Monqollar Azərbaycanı işğal etdikdən sonra bu ərazilərə çoxsaylı monqol və tatar tayfaları köçürüb məsgünlaşdırmışdı, hər tayfanın öz bayrağı ordusu və tayfa başçı olduğu üçün əslində mərkəzə tabe olan bu tayfalar kiçik dövlətlər kimi fəaliyət göstərirdilər, Hökümdarlar müxtəlif yollarla, bəzən qorxu və zəcalarla bəzəndə hədiyyə olaraq böyük ərazilər və imtiyazlar verərək belə böyük tayfa başçılarını öz ətrafında birləşdirirdilər, ancaq bu tayfalar mərkəzi hakimiyət möhkəm olduğu vaxtlarda dövlətə tabe olsalarda hakimiyətin zəyifləməsi ilə hər tayfa özünün dövlətini yaratmağa çalışırdı.. Hükakü xanın ön Asiyaya səfəri zamanı gələn və Azərbaycan torpaqlarında məsgünlaşan Cəlairilər tayfası da belə böyük və nüfüzlu tayfalardan biri idi.. mərkəzi hakimiyətin zəyifləməsi ilə Elxanilər dövlətinin hakimiyətini ələ keçirməyə çalışsalarda cəlairilər digər böyük tayfa olan çobanilərə məğlub olmuşdular. Elxanilər dövləti çobanilər tayfasından dövlətin vəziri olan
    Əmir çoban tərəfindən idarə olunmağa başlanmışdı.. belə bir şəraitdə cəlairilər tayfasının başçısı şeyx həsən calairi 1340 ci ildə bağdat şəhərində öz dövlətini yaratdığını elan etdi.
    Çingiz xanın soyundan olmayan çobanilər sülaləsinin Elxanilər dövlətində hökümdarlığı hakim təbəqə tərəfindən qəbul görülmədi və məktubla Qızıl orda xanından kömək istəndi, Azərbaycanı çoxdan ələ keçirməyə çalışan Canı bəy 1357 ci ildə öz ordusu ilə,Azərbaycana gəldi və çobanilər sülaləsinin hakimiyətinə son qoydu oğlu Bərdi bəyi bura hakim təyin edib öz ölkəsinə geri döndü. 2 il kimi qısa müddət sonra Atası Canı bəyin ölüm xəbərini eşidən bərdi bəy Qızıl ordaya qayıtmalı oldu..
    Bu siyasi hadisələrdən fürsətlə istifadə edən Calairilər sülaləsinin hökümdarı Şeyz üveys 1359 cü ildə Azərbaycanı işğal etdi. Təbrizi paytaxt seçərək öz sarayını bura köçürdü.. şeyx Üveys Azərbaycanın şimal torpaqlarını və şirvanı da tutaraq mərkəzi hakimiyəti möhməkləndirməyi bacardı lakin
    Qısa müddətli sabitlik şeyx üveysin ölümü ilə pozulmağa başladı feodalların öz başınalığı mərkəzi hakimiyəti zəyiflədirdi. Belə bir vaxtda hakimiyətə gələn cəlairi Sultan Əhmət feodallarla mübarizə apara bilsədə bu səfər daha böyük təhlükə ilə üzləşməli oldu..
    Mərkəzi asiyada Əmir Teymurun başçılığı ilə yeni və güclü dövlət yaranmışdı, sürətlə ərazilərini genişləndirən əmir Teymur 1385 ci ildə öz qoşunu ilə Azərbaycana daxil oldu, ölkəni talan edən Əmir Teymur burada çox qala bilmədi və Səmərqəndə geri qayıtdı bu vaxt, cəlairi hökümdarı sultan Əhməd Bağdada qaçmışdı, belə bir şəraiti əldən buraxmaq istəməyən qızıl orda xanı Toxtamış xan Azərbaycana hücüm etdi Təbriz və digər əraziləri ələ keçirib çoxlu qənimətlə öz ölkəsinə geri döndü. Sultan əhməd ölkəni idarə etməkdə aciz idi qırğınların və talanların höküm sürdüyü
    Azərbaycan torpaqları qızıl orda xanı ilə əmir teymurun mübarizə meydanına çevrilmişdi
    Beləki 1386 cı ildə əmir Teymur yenədə Azərbayaca hücuma başladı. 3 illik yürüş adını almış bu işğal zamanı təbriz işğal edildi teymuri qoşunları naxçıvana qədər irəlilədilər.
    Azərbaycan torpaqları əmir teymurun oğlu Miranşahın idarəçiliyində teymuri imperiyasına birləşdirildi.. Ancaq Əmir teymur səmərqəndə qayıtdıqdan qısa müddət sonra başda cəlairilər olmaqla xalq qiyama başladı.. Miranşah xalqı zəbt etməkdə çətinlik çəkirdi bu səbəblə əmir Teymur 1392 ci ildə yenidən Azərbaycana gəldi üsyan basdırıldı cəlairilər o dövrün ən möhkəm qalası hesab edilən əlincə qalasına sığındılar 14 il muhasirədə qalan qala nəhayət 1400 cü ildə ələ keçirildi... fəth edilməsi jmkansız hesab edilən qalanın süqutunun əsas səbəbi qaladakılar arasında birliyin olmaması idi.. qalanın süqutu ilə Azərbaycanın sonuncu istehkamı da Teymurilərin əlinə keçmiş oldu.. ancaq çox keçmədən 1405 ci əmir teymurun ölüm xəbəri Azərbaycanı ələ keçirmək uğrunda mübarizənin yenidən başlamasına səbəb oldu..

КОМЕНТАРІ • 20

  • @EhmedMehtiyev
    @EhmedMehtiyev 7 місяців тому +2

    Suppper

  • @Alyvvv7
    @Alyvvv7 Рік тому +6

    Uzun müddət sonra gələn video. Ara vermə qardaş.

  • @emin487
    @emin487 3 місяці тому +1

    Her zaman Guclü devlet olmamız lazımdır

  • @zaurfeteliyev-cy7vr
    @zaurfeteliyev-cy7vr 4 місяці тому +1

    Sağ ol❤

  • @salammemmedov3488
    @salammemmedov3488 Рік тому +2

    Əla,çox sağ olun müəllim məlumatlar üçün

  • @sevincmusayeva2964
    @sevincmusayeva2964 6 місяців тому +1

    Ela

  • @nazanmemedova
    @nazanmemedova 7 місяців тому +1

  • @ramilisgenderov3423
    @ramilisgenderov3423 Рік тому +2

    Super

  • @mirzakon272
    @mirzakon272 9 місяців тому +1

    Cox saq olun sualları cavablandırsanız cox təşəkkür edərik

  • @feqanhaciyev8032
    @feqanhaciyev8032 Рік тому +2

    Ardı gəlsin..

  • @Salman26583
    @Salman26583 9 місяців тому +1

  • @historyteacher02
    @historyteacher02 Рік тому +2

    1 sonra yeni video👍

  • @Larossaaa_____
    @Larossaaa_____ Рік тому +3

    Müəllim niye video atmirsiniz çox gözəl İzahınız var axı bizim size ehtiyacimiz var🥺❤️

    • @tarixduskunu6515
      @tarixduskunu6515  Рік тому +1

      Sizin kimi həvəsləndirən abunəçilər olsa daha sürətli videolar hazırlamaq olar))👍

    • @Larossaaa_____
      @Larossaaa_____ 10 місяців тому +1

      @@tarixduskunu6515 Qurunun oduna yaş da yanmasın,müəllim🥺sizde izah çox maraqlı alınır,Öyrənmək de asanlaşır😍

    • @Larossaaa_____
      @Larossaaa_____ 10 місяців тому

      @@tarixduskunu6515 I dünya müharibəsinin izahını verə bilərsiniz?🙏🏻😍yaxın zamanda

  • @sahibqurbanli3778
    @sahibqurbanli3778 10 місяців тому

    Rusların tarixə sırıdıgı monqol sözünü dəyişmək vaxtı çoxdan çatıb-mogollar (indiki Qazaxıstanın cənubunda türk toplumu).

  • @nikokhalil
    @nikokhalil Рік тому +2

    Ardi müellim nolar ardi gelsin artiq

  • @ehmediyyememmedli8381
    @ehmediyyememmedli8381 9 місяців тому +1

    БизимЕлифбамызОлуб????.😃😃😃

  • @АзерМамедов-щ6х
    @АзерМамедов-щ6х 9 місяців тому

    RUS DILINDƏ