Hara gedir sabahimiz? Uzun illər düşünmüşəm: Millətlərin cərgəsində biz də varıq. Yurdumuza qəsd edənin Gözlərini oyanlarıq. Biz o qədər nəcibik ki, Bir balaca işarədən söz anlarıq. Haqla zoru ayırd edib öz yerinə qoyanlarıq… *** Millətimin taleyini Mən düşündüm zaman-zaman. Keçdi zaman, keçəmmədik Gördüm, əsrin sınağından zaman yaman harın imiş. Demə, əsrin şadarası narından da narın imiş. Keçəmmədik o taya biz. Şadarada qaldı bütün kəsirimiz. *** Əsrin böyük sınağına Demə, hazır deyilmişik. Yoxuşu düz yol bilmişik. Indi ulu Yaradandan soruşuram: - De, kimik biz? Məzlumuq, ya zalımıq biz? Vaxtla tələb arasında Bəlkə bir gün dolaşmışıq, Vaxtın hansı döngəsində biz şaşmişiq ? Daş üstündə göyərməyən bir tumuq biz. Özümüzə zalım ikən, Başqasına məzlumuq biz. Əldən gedən torpaq üçün ürəyimiz çilik-çilik. Zalım bizdən torpaq alıb, Biz zalımdan sülh istərik. Özümüzə dal çevirib Özgəsinə qardaş dedik. Biz yalanı körükləyib Həqiqətə sirdaş dedik. *** Özgəsini yamsılayıb elə bildik: Biz də dönüb ərən olduq. Sərdiyimiz toxumların meyvəsini Qarabağda dərən olduq. *** Biz köhnənin xəstəsiydik, Mərəzimiz bəlli idi Sabirlərə, Cəlillərə. Yaramızdan qan açıldı Qarabağda birdən-birə. *** Mədəmizi ağlımıza Dəyişməyi şərəf sandıq. Özgəsinin qabağında toyuq olub Evimizdə xoruzlandıq. Qonşumuzun aclığını Bilib rahat yatırıqsa, Ləyaqəti, dəyanəti Vəzifəyə satırıqsa, Dostumuzdan donos yazıb Arzumuza çatırıqsa, Demək, bizdən üz döndərib Allahımız, Hara gedir sabahımız? *** Dəryamızı bəyənməyib Özgəsinin hovuzunda üzürüksə, Yad dilində dil-dil ötüb Doğma ana dilimizə Əgər dodaq büzürüksə, Inamımız, imanımız Ya heç yoxsa, ya çürüksə Demək, bizdən üz döndərib Allahımız, Hara gedir sabahımız? *** Vicdan adlı bir mələkdən üz döndərib Iblisliklə barındıqsa, Ləyaqəti tapdalayıb Özümüzdən yuxarıya yarındıqsa, Dinimizi pula satıb Özgə dinə sığındıqsa, Ruhanimiz dəllal isə, tacir isə, Anasının əmcəyini Kəsən ilə əlbir isə Rüşvət “Hacı” rütbəsini Qazanmağa tədbir isə Demək, yoxmuş Allahımız, Olmayacaq sabahımız? *** Bir ölkədə satan varsa Öz halalca torpağını, Biz özümüz söndürdüksə Dədəmizin yandırdığı ciraginı, Ayır görüm əməllərin Qarasından sən ağını. *** Bu nəsildən o nəsilə tel qırıqsa, Tayfamızı millətimiz, Evimizi Vətənimiz sanırıqsa, Vətən, millət namusunu danırıqsa, Demək, bizdən üz döndərib Allahımız, Hara gedir sabahımız? *** Ömür boyu haram yeyib, Başqasının halalına cumuruqsa, Bir tikəyə möhtac olan əlacsızdan Əgər rüşvət umuruqsa, Gözümüzlə gördüyümüz dəhşətlərə Gözümüzü yumuruqsa, Özümüzdən ağır gələr günahımız, Özümüzü yandıracaq öz ahımız. Demək, bizdən üz döndərib Allahımız, Hara gedir sabahimiz?
Heqiqeten hara gedir Sabahimiz?! Allah bize rehm etsin!Bizi bize qaytarsin..Qeyretimiz,Namusumuz ,kecmiwimiz hamsi uz donderib bizden... Agliyir Azerbaycan!Allah rehmet etsin sene Boyuk Vahabzade!
Millətimin bütün dərdlərini dilə gətirən şairim! Allah bizim millətə ləyaqət hissi ilə yaşamağı, özümüzlə, dilimizlə fəxr etməyi, özümüzü sevməyimizi nəsib etsin. Bəlkə o zaman heç kəsi yamsılamaz, heç nəyə satılmarıq!!!
@@vusalliyeva8152 üstündən 8 ay keçib sizində rəydən vəziyyət olduqca pisə gedir. Bayaq trentdəki iyrən bəşir gəlir videosunu görüb bu şeir yadıma düşdü dedim bir dinliyim.....
cox sağolun dahi şairimizin sesin eşitdik ,cox özleyirem onun şeirleri ,varlığı ,müdrikliyi o cetin günlerde güc verirdi,inam verirdi,obu dünyadan haqq dünyaya köcenden ele bil ücürüm altında qaldı bu millet ,onun bır kelmesi bizi ayağa qaldırırdı ,sizden sonra bize o gücü veren olmadı,hec unutmadım sizi mekanınız cennet olsun bu milleti sizi qeder seven ,derdin dile getiren olmadı Allah rehmet elesin dahi şair
Böyük Usdad ! Rahat yat ! Ruhun şad olsun.! Başını qaldır bax ! Qarabağı almışıq ! Qarabağ Azərbaycandır ! Bəxtiyar müəllim amma çoxlu şəhid verdik . Allah şəhidlərimizə rəhmət eləsin ! Torpaq üstündə ölən varsa Vətəndir !!!
sayın Bahtiyar VAHAPZADE Türk Dünyasının en büyük şairlerindendir.Allah rahmet eylesin.Erzurumda tanışmıştım,halen okur dinlerim
Allah sənə qəni-qəni rəhmət eləsin BÖYÜK USTAD BƏXTİYAR HOCAM
Bu nasıl bir şiirdir böyle?
Bedenimi değil ama ruhumu dövdü, yerden yere vurdu.
Demek bizden yüzçevirmiş Allahımız.
Hara gedir sabahimiz?
Uzun illər düşünmüşəm:
Millətlərin cərgəsində biz də varıq.
Yurdumuza qəsd edənin
Gözlərini oyanlarıq.
Biz o qədər nəcibik ki,
Bir balaca işarədən söz anlarıq.
Haqla zoru ayırd edib
öz yerinə qoyanlarıq…
***
Millətimin taleyini
Mən düşündüm zaman-zaman.
Keçdi zaman, keçəmmədik
Gördüm, əsrin sınağından
zaman yaman harın imiş.
Demə, əsrin şadarası
narından da narın imiş.
Keçəmmədik o taya biz.
Şadarada qaldı bütün kəsirimiz.
***
Əsrin böyük sınağına
Demə, hazır deyilmişik.
Yoxuşu düz yol bilmişik.
Indi ulu Yaradandan soruşuram:
- De, kimik biz?
Məzlumuq, ya zalımıq biz?
Vaxtla tələb arasında
Bəlkə bir gün dolaşmışıq,
Vaxtın hansı döngəsində biz şaşmişiq
?
Daş üstündə göyərməyən bir tumuq biz.
Özümüzə zalım ikən,
Başqasına məzlumuq biz.
Əldən gedən torpaq üçün
ürəyimiz çilik-çilik.
Zalım bizdən torpaq alıb,
Biz zalımdan sülh istərik.
Özümüzə dal çevirib
Özgəsinə qardaş dedik.
Biz yalanı körükləyib
Həqiqətə sirdaş dedik.
***
Özgəsini yamsılayıb elə bildik:
Biz də dönüb ərən olduq.
Sərdiyimiz toxumların meyvəsini
Qarabağda dərən olduq.
***
Biz köhnənin xəstəsiydik,
Mərəzimiz bəlli idi
Sabirlərə, Cəlillərə.
Yaramızdan qan açıldı
Qarabağda birdən-birə.
***
Mədəmizi ağlımıza
Dəyişməyi şərəf sandıq.
Özgəsinin qabağında toyuq olub
Evimizdə xoruzlandıq.
Qonşumuzun aclığını
Bilib rahat yatırıqsa,
Ləyaqəti, dəyanəti
Vəzifəyə satırıqsa,
Dostumuzdan donos yazıb
Arzumuza çatırıqsa,
Demək, bizdən üz döndərib
Allahımız,
Hara gedir sabahımız?
***
Dəryamızı bəyənməyib
Özgəsinin hovuzunda üzürüksə,
Yad dilində dil-dil ötüb
Doğma ana dilimizə
Əgər dodaq büzürüksə,
Inamımız, imanımız
Ya heç yoxsa, ya çürüksə
Demək, bizdən üz döndərib
Allahımız,
Hara gedir sabahımız?
***
Vicdan adlı bir mələkdən üz
döndərib
Iblisliklə barındıqsa,
Ləyaqəti tapdalayıb
Özümüzdən yuxarıya yarındıqsa,
Dinimizi pula satıb
Özgə dinə sığındıqsa,
Ruhanimiz dəllal isə, tacir isə,
Anasının əmcəyini
Kəsən ilə əlbir isə
Rüşvət “Hacı” rütbəsini
Qazanmağa tədbir isə
Demək, yoxmuş Allahımız,
Olmayacaq sabahımız?
***
Bir ölkədə satan varsa
Öz halalca torpağını,
Biz özümüz söndürdüksə
Dədəmizin yandırdığı ciraginı,
Ayır görüm əməllərin
Qarasından sən ağını.
***
Bu nəsildən o nəsilə tel qırıqsa,
Tayfamızı millətimiz,
Evimizi Vətənimiz sanırıqsa,
Vətən, millət namusunu danırıqsa,
Demək, bizdən üz döndərib
Allahımız,
Hara gedir sabahımız?
***
Ömür boyu haram yeyib,
Başqasının halalına cumuruqsa,
Bir tikəyə möhtac olan əlacsızdan
Əgər rüşvət umuruqsa,
Gözümüzlə gördüyümüz dəhşətlərə
Gözümüzü yumuruqsa,
Özümüzdən ağır gələr günahımız,
Özümüzü yandıracaq öz ahımız.
Demək, bizdən üz döndərib
Allahımız,
Hara gedir sabahimiz?
Allah BEXTIYAR muallime min rehmet elesun. Ruhun garşisinda
baş eyirem
Teshekkurler
Allah sənə rəhmət eləsin dahi şair,Azərbaycanın bu günkü həyatını necədə dəqiq göstərmisən,görəsən dövlət başçısı və ailəsi bu əsəri oxuyublarmı.
Heqiqeten hara gedir Sabahimiz?! Allah bize rehm etsin!Bizi bize qaytarsin..Qeyretimiz,Namusumuz ,kecmiwimiz hamsi uz donderib bizden... Agliyir Azerbaycan!Allah rehmet etsin sene Boyuk Vahabzade!
Allah rahmet etsin. Büyük sair , ulu insan . Türkiyeden yürekler dolusu selam sana
Шаир Аллах сизе доне доне рехмет олсун , сиз бу халга недже дегиг гиймет мермисиз !!!!!!!
Dilini bir ilə öyrəndim... nahaq!..
Məqamın yüksək olsun dahi şairimiz .bugünümüz sabahımız hara gedir sabahımız Allah rəhmət etsin sizə bu şeri sankı bugünümüzə həsr edib şair
Millətimin bütün dərdlərini dilə gətirən şairim! Allah bizim millətə ləyaqət hissi ilə yaşamağı, özümüzlə, dilimizlə fəxr etməyi, özümüzü sevməyimizi nəsib etsin. Bəlkə o zaman heç kəsi yamsılamaz, heç nəyə satılmarıq!!!
Allah bir də belə şairi görəsən bu millətə verəcəkmi?
Allah sənə rəhmət eləsin, günahlarını bağışlasın.
Əldən gedən torpaq üçün
Ürəyimiz çilik-çilik
Zalım bizdən torpaq alıb
Biz zalımdan sülh istərik
İndi zalim bizdən sülh istəyir
Her bir misrasi insanin iliyine iwdiyir, cunki hamisi dunenin ve bugunun heqiqetleridi sepilir insanin ustune. Cox heyifler olsun bize(
yerin cənnətlik olsun ey dahi şair
Şükürlər olsun allaha bizə belə şairlər bəxş edib.Bəxtiyar Vahbzadədən birdə olmayacaq.Allah rəhmət eləsin ədəbiyyat dahimizi.
yerin cənnət olsun böyük ustat. elə bil bu gün üçün yazib
Siz 4 il bunan qabaq yazmısız bu şərhi ogünən bu günə hələdə birşey dəyişmiyib
@@vusalliyeva8152 üstündən 8 ay keçib sizində rəydən vəziyyət olduqca pisə gedir. Bayaq trentdəki iyrən bəşir gəlir videosunu görüb bu şeir yadıma düşdü dedim bir dinliyim.....
Allah rehmet elesin
Aynan oyle
Аллах рехмет елесин гозел инсан ❤
Allah sene rwhmet ulu şairimiz. Şere qulaq asmaq mümkün deyil. Adam xecalet çekir. Bax biz buyuq
Ruhun qarşısında baş əyirəm dahi insan
Indiki zaman ne qeder de gozel terennum edilir bu seirde. Allah size qeni-qeni rehmet elesin. Isiqlar icinde uyuyun
BƏXTİYAR VAHABZADƏ AZƏRBAYCANIN ƏN DƏYƏRLİ ŞAİRİ İDİ ONUN QƏDRİNİ SAĞLIĞINDA BİLMƏMİŞİK.
selam olsun azerbeycana Allahın rahmet inançlı kardeşlerimin üzerine olsun
Allah rehmet elesin sene böyük dahi uzaqgören şair
Sanki bu güncün yszıb bu şeiri
Mükemmel bir şiir yazmış vede okumuş usta şair, Allah rahmet eylesin.
Allah rehmet etsin sene ey Vahhab olan Allahin boyuk urekli sairi
Yaxşı ki bu günləri görmədiniz dahi şəxsiyyət,Allah sizə rəhmət etsin,ruhunuz şad olsun😥😥😥🙏🙏🙏
Oturub ağladım. Bu şeir eyni halda günümüzdəki Güney Azərbaycan xalqının halını da təmsil edir.
Yerin cənnət olsun böyük ustad Amin.
Allah rahmet eylesin. Türkiye için Mehmet Akif ne ise fikrimce Azerbaycan için Bahtiyar Vahapzade odur.
ne yaxwi ki,siz olan vaxti ,biz yawadiq ve sizin werinlerinizden behrelendik,yerin cennetlik olsun
Böyük ustad hər kəlməsi qızıl olan şair.
Аллах Рахмат еласин . Чох усталыгла дейир ва музыка да йахчы сечимдир
Azerbaycanin en felsefi shairi, Allah sene rehmet elesin!!!
Allah rehmet etsin boyuk wair. Bextiyar Vahabzade ne yaxwi ki oz ifanizda werlerinizi dinleyirik. Siz hemiwe bizimlesiz
Vahabzade Allah sene rehmet etsin !!!
AllAH SIZE REHMET ETSIN, YERIN CENNET, RUHUN WAD , MEKANIN BEHIWT OLSUN BOYUK , DAHI BEXTIYAR.
Я этого поета очень люблю. Потому что он был человеком высшего проба.Эго невозможно забыть.
Забыть.не.возможна.не.когда.
Bwxtiyar Vahabzade Vetenini seven heddinnen artiq guclu bir sair idi ona Turkuye Azerbaycandan cox deyerlendirdi Yasasin Turkiye
cox sağolun dahi şairimizin sesin eşitdik ,cox özleyirem onun şeirleri ,varlığı ,müdrikliyi o cetin günlerde güc verirdi,inam verirdi,obu dünyadan haqq dünyaya köcenden ele bil ücürüm altında qaldı bu millet ,onun bır kelmesi bizi ayağa qaldırırdı ,sizden sonra bize o gücü veren olmadı,hec unutmadım sizi mekanınız cennet olsun bu milleti sizi qeder seven ,derdin dile getiren olmadı Allah rehmet elesin dahi şair
Böyük Usdad ! Rahat yat ! Ruhun şad olsun.! Başını qaldır bax ! Qarabağı almışıq ! Qarabağ Azərbaycandır ! Bəxtiyar müəllim amma çoxlu şəhid verdik . Allah şəhidlərimizə rəhmət eləsin ! Torpaq üstündə ölən varsa Vətəndir !!!
Allah Türk milletlerini ve Türk Devletlerini qorusun Amin.
Allah Böyük şair Bəxtiyar Vahabzadəyə rəhmət eləsin.
Allah sene o dunyada rahatliq versin sizin kimiler artiq hec olmiyacaq(((
Allah Bəxtiyar məllimə rəhmət eləsin, yeri çənnət olsun.
Allah sənə rəhmət eyləsin gözəl şairimiz , nə gözəl demisən bu sözləri
Allah sene rehmet etsin doğru danışan kişi
Allah rehmet elesin,sizi evez eden birisi dunyaya qelmedi!
ALLAH sənə rəhmət eləsin ğözəl İNSAN!
Демек бизден уз донериб Аллахымыз.Аллах сене рехмет еллесин бизим Бехтиярымыз
Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalqin qeyrətli oğlu Bəxtiyar müəllim əbədi qəlbimizdə yaşayacaqdır.
Allah rəhmət eləsin sizə dahi şair qeyrətli namuslu insan
çox dogru sözler. ruhun şad olsun gözel insan.
Nurlar içinde yat inşallah deyerli insan ruhun şad olsun
Allah rehmet elesin. Bele insanimiz cox olsa Azerbaycanin geleceyi cox yaxsi olar
BƏXTİYAR ,düşünək biz dərin -dərin, Xəyallar möhtəşəm ,arzular şirin , Əsil sənətkarın ,əsil şairin , Özü qocalsa da , sözü qocalmır. B.VAHABZADƏ .
Tanrı ruhunu şad eyleye büyük şair
ZALIM BIZDEN TORPAQ ALIB... BIZ ZALIMDEN SULH ISTEDIK...!!!
Orxan Novruzov e
Allah rəhmət eləsin, Amln. Hər zamanın bəxtiyar övladı.
Çox gözəl, əvəzsiz şair ,,Allah rəhmət eləsin, çox düz deyib,,,,,
Özün həhatda olmasanda səsinlə təsəlli tapırıq dahi insan.
Allâh rahmət etsin. Məkanın cənnət olsun.
Allah səni rəhmət etsin böyük şair 🇦🇿🇦🇿
Ruhun şad olsun böyük şair
Azərbaycanın ən gözəl şairi. Allah rəhmət eləsin.
Allah rəhmət eləsin ğözəl şairimizə , Mirzə Ələkbər Sabirin şeyirləri kimi bu gün üçün yazılıb sanki
Allah size rehmet etsin eziz sevimli wairimiz. Yeriniz cennet olsun poezyamizin edebiyyatimizin basi sag olsun 😓😓
Аллах сене рахмет ейлесин. Чох тесууфлар олсун ки. Бу куну кормеди. Артыг Гарабах алмышыг.
Elə bil ki bu gün üçün yazıb😢😢
Çox Gözel Deyir Şeiri Çox Gözel Şairdi B.Vahabzade
Ruhun şad olsun dahi sair. Mekanin cənnət olsun.
Allah sene rehmet elesin, šair. Inšallah xošbext sabah bizim olar..
Allah Rəhmət Eləsin bu DAHİ İnsana!
Allah sene rəhmət etsin uca şair Bəxtiyar Vahabzade
Menim en sevimli sairim Allah merhemet etsinn yerin cennet olsun😔😩 senin kimi bir kes vefat edirse bu dunyanin gereysizlerine ne deyek?
Nə gözəl söyləmiş böyük şair.
Allahı Bəxtiyar Vahabzadə qədər tanıyan tanımıram!
Rehmət olsun sənə.Demək bizdən üz döndərib Allahımız
Аллах сизи рахмат еласин Б. ВАХАБЗАД
Allah SƏNƏ rəhmət eləsin,dəyərli ŞAİRİMİZ!😢
Ruhunun şad olsun mekânın cennet olsun inşallah seni tanimiyan evladin ben hakkini helâl et
azerbaydjan sen hemise yasayacaqsan .senin bele oqlanlarin var.olmez. senin kimi.eziz azerbaydjanim...men sennen cox uzaqda olsamda ureyim seninledir.
Allah rehmet etsin
Azerbaycan turkunun boyuk oqlu boyuk sairi qeyretli insani BEXTIYAR mellim yerin cennet olsun ALLAH sene rehmet elesin
ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN BÖYÜK İNSAN VƏTƏN OQLU
Yad dilində dil-dil ötüb, doğma ana dilimizə əgər ağız büzürüksə hara gedir sabahımız?
ALLAH REHMET ELESIN.
Аллах рехмет етсин. великому поэту 👍👍👍😔
ALLAH BÖYÜK ŞAIRE REHMET ELESIN,
Allah sene rehmet elesin! Dahi şair
Allah sene rehmet etsin.Allah günahlarını baqislasin.Amin
Allah sene rehmet etsin dahi sairimiz yerin cenet olsun .heyiv senin kimi insanlar artix yoxdu dovletimizi xalqimizi dusunen her kes oz cibini dusunur
Tariximizin qısa şərhi
Allah qeni qeni rehmet elesin esrin boyuk sairi
Allahi yada salan insanlardan idi allah rehmet eylisin.Beli
Dahisen sàirim❤️
Allah rəhmət elesin
Hər gün xəbərləri oxuyuram və şairin bu sözləri yadıma düşür "hara gedir sabahımız"
Allah size rehmet elesin, SAIR....
Cox qeseng seirdir.
Nə yxşıki varsan ŞAİR. sənə indi yoxdur demək olmaz.bizim kimi dirilər yoxdu əsil
Unudulmaz dəyərlimiz Allah rəhmət eləsin 💔🤲
Аллах рехмет етсин туркин дахи шаири
😢❤❤❤
Allah rəhmət eləsin gözəl sənətkarlarımıza