Це відео не доступне.
Перепрошуємо.

4 kənd su altında qalacaq… | Kanal S Xəbər

Поділитися
Вставка
  • Опубліковано 2 тра 2023
  • Abone OL: goo.gl/W99fFm
    Copyright © Kanal S_official
    Sayt: kanal-s.az
    Facebook: goo.gl/XVhVzG
    Kifayət qədər iddialı olan layihə çərçivəsində Şəki rayonunda suvarılan torpaqların həcmi 3 dəfəyədək artaraq 39 min hektardan 103 min hektara çatdırılacaq, Qax rayonunda isə əlavə 40 min hektar əkin sahəsi kənd təsərrüfatı məhsulları istehsalı dövriyyəsinə qoşulacaq. Şəki suvarma sistemləri idarəsindən bildirilib ki, uzun müddət istismar olunduğundan, çaylardan gələn gətirmələrlə dolduğundan, artıq mövcud Əyriçay su anbarında 10 milyon yaxın su toplanır ki, bu da vegetasiya dövründə suvarmanı həyata keçirməyə çətinliklər yaradır. Bunları nəzərə alaraq anbarın yenidən qurulması və genişləndirilməsi nəzərdə tutulur. Əlican çayı üzərində də yeni su anbarı tikiləcək. Su anbarı Şəki və Oğuz rayonlarının ərazisində yerləşəcək. Əlicançay su anbarının və onun mühafizə zonasının altında düşən torpaq sahələrinin müəyyənləşdirilməsi üzrə komisiyanın hazırladığı sənədlərə əsasən Şəki rayonunda 787 hektar torpaq sahəsi ayrılacaq ki, bunun da 116 hektarı Aydınbulaq kəndinə, 515 hektarı isə Aşağı Daşağıl kəndinə düşür. 156 hektarı isə dövlət ehtiyyat fondunda olan örüş sahələridir. Nəzərdə tutulan ərazilərdə olan əkin sahələrinin sahiblərinə isə kompensasiya ödəniləcək. Kompensasiyanın məbləği sahənin yerləşdiyi kənddə mövcud qiymətlərdən asılı olaraq dəyişəcək. Yeni anbarın faydalı həcmi 100 milyon kub metr su olacaq. Bu da Şəki, Qax və Oğuz rayonları ərazisində suvarma işlərinin yaxşılaşdırılmasına və suvarılan torpaqların genişləndirilməsinə imkan verəcək. Layihədə həmçinin Əyriçay su anbarında və ondan qidalanan kanallarda bir sıra modernləşdirmə işlərinin də görülməsi, 15 500 ha şoran torpağın meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün kollektor-drenaj şəbəkəsinin tikintisi ilə duzlardan yuyulması, Acınohur gölündə mühafizə tədbirləri, suyun əkin sahələrinə qapalı şəbəkə ilə verilməsi, eləcə də Şəki rayonunun 12 yaşayış məntəqəsinin 32 min nəfərə yaxın əhalisinin içməli su təminatının yaxşılaşdırılması nəzərdə tutulur.
    #kanals #xəbər #şəki

КОМЕНТАРІ • 7

  • @turanordusu6468
    @turanordusu6468 Рік тому +2

    Guyada inanmaram ozlerinden basqasina xeyir versinler yeyirler de🥺🥺

  • @turanordusu6468
    @turanordusu6468 Рік тому +1

    Can Seki hemise ziyana dusursen🥺🥺

  • @turanordusu6468
    @turanordusu6468 Рік тому +1

    Tebii sel batirmadi insanlar yerle bir edir oz xeyirleri ucun🥺🥺🥺🥺🥺🥺

  • @togrulseferli4628
    @togrulseferli4628 Рік тому +2

    Biz bu kənddənik yaxşı olar reallaşsa, əhalinin əsas gəlir mənbəyi əkinçilikdir yayda su qıtlığı yaşanır, həmdə Babaratma qaradağlıda evləri ilan basıb insanlara, heyvanlara təhlükədir kənd köçsə yaxşı olar

  • @user-dg7gk6hz2f
    @user-dg7gk6hz2f 3 місяці тому

    Camaatin elinden alin evlerini, orushlerini ve torpaqlaini! Hamisi firildaqdir, baliq yetishdirecekler. Ne vext bu hakimiyyet redd olar ki, yaziq xalq rahat nefes alsin?

  • @yotub8959
    @yotub8959 Рік тому

    Yaxşı balix olacax, sən yaat, siz yatin