Təhsil TV -- PİSA 2018

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024
  • Aprelin 17-dən Bakıda Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən #PISA 2018 (Program for International Student Assessment) - Şagird nailiyyətlərinin beynəlxalq qiy­mətləndirilməsi proqramı üzrə tədqiqatın keçirilməsinə başlanılıb.
    Əvvəlki illərdən fərqli olaraq beynəlxalq qiymətləndirmə tədqiqatı ilk dəfə kompüter əsaslı həyata keçirilir və şagirdlər onlara ünvanlanan sual və tapşırıqları, həmçinin sorğuları kompüter vasitəsilə cavablandırırlar.
    PISA tədqiqatının keçirilməsində başlıca məqsəd müxtəlif öl­kə­lə­rin şagirdlərinin oxu, riyaziyyat və təbiət elmləri üzrə bacarıqlarının, eyni zamanda müxtəlif tipli problemləri həlletmə qabiliyyətlərinin qiymətləndirilməsindən ibarətdir.
    Tədqiqatda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təsadüfi seçimlə müəyyənləşdirdiyi və paytaxtda yerləşən 197 məktəb üzrə təxminən 7 minə yaxın şagirdin iştirakı nəzərdə tutulub.
    PISA - Şagird nailiyyətlərinin beynəlxalq qiy­mətləndirilməsi proqramı cari ilin may ayının sonuna qədər davam edəcək.
    Qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən 3 ildən bir keçirilən PISA tədqiqatı kurikulum üzrə qiymətləndirmə sayılmır və məktəblilərin tədris proqramlarını mənimsəmə səviyyəsini deyil, beynəlxalq səviyyədə şagirdlərin əldə etdikləri biliklərdən istifadə etmək imkanlarını, problemləri həll etmək qabiliyyətlərini, dövrün tələblərinə uyğunluğunu, təhlil apara bilməsini, mühakimə yürütməsini, ünsiyyət qura bilməsini, bir sözlə “YAŞAMAQ ÜÇÜN ÖYRƏNMƏK” bacarığını qiymət­lən­dirir. Bundan əvvəl ölkəmiz bu tədqiqatda 2006 və 2009-cu illərdə iştirak edib.

КОМЕНТАРІ •