Böyük Dəhnə kəndində 87 yaşlı Solmaz nənə və 91 yaşlı Paşa babanın qonağıyıq | Ötənlər 19.05.2024

Поділитися
Вставка
  • Опубліковано 10 вер 2024
  • Abone OL: goo.gl/W99fFm
    Copyright © Kanal S_official
    Sayt: kanal-s.az
    Facebook: goo.gl/XVhVzG
    #kanals #ötənlər

КОМЕНТАРІ • 3

  • @dehnelimemmedhacizade
    @dehnelimemmedhacizade 3 місяці тому +2

    Quvvətsən qəlbimə,gücsən qoluma,
    Məhəbbət saçırsan sağım,soluma.
    Mənim cığırıma, mənim yoluma,
    Daim işıq saçan,nur olan Dəhnəm.
    Mənə məbəd olan,pir olan Dəhnəm.
    Göynər səndən ötrü burnumun ucu,
    Sənsən harda olsam başımın tacı,
    Rəbbim yaşatmsın sənə bir acı,
    Acısı,şirini bir olan Dəhnəm.
    Mənə məbəd olan,pir olan Dəhnəm.
    İlahi eşqimsən bu yer üzündə,
    Paklıq var,saflıq var yolun,izində.
    Parlarsan Məmmədin dolan gözündə,
    Sevgisi qəlbimdə gur olan Dəhnəm.
    Mənə məbəd olan,pir olan Dəhnəm.

  • @dehnelimemmedhacizade
    @dehnelimemmedhacizade 3 місяці тому +2

    Gözəl Dəhnəmiz
    Sən marağında,
    Mən sorağında.
    Yol qırağında,
    Gözəl Dəhnəmiz.
    Üstü dağ-dərə.
    Dolar bənd-bərə,
    Axar çöllərə.
    Gözəl Dəhnəmiz.
    Yolları torpaq,
    Qızmar od-ocaq
    Sevər dost,qonaq,
    Gözəl Dəhnəmiz.
    Sübh sökülər dan,
    Bəmbəyaz hər yan.
    Hamı mehriban.
    Gözəl Dəhnəmiz.
    Gələr bahar,yaz
    Hər yan edər naz.
    Dildə xoş avaz,
    Gözəl Dəhnəmiz.
    Açar yasəmən,
    Quşlar ötər şən.
    Gülər çöl - çəmən,
    Gözəl Dəhnəmiz.
    Cücərər seyrək,
    Göyərti lək- lək.
    Təndirdə əppək,
    Gözəl Dəhnəmiz.
    Halal ruzulu,
    Qoyun quzulu.
    Ən xoş arzulu,
    Gözəl Dəhnəmiz.
    Bölüşmək adət.
    Bol hörmət,izzət.
    Fəxr edir Məmməd.
    Gözəl Dəhnəmiz.

  • @dehnelimemmedhacizade
    @dehnelimemmedhacizade 3 місяці тому +2

    Yazdı gələn Dəhnəyə
    Sevgi qucaq-qucaqdı,
    Ömür sürməli çağdı.
    Çox qalmayan qonaqdı,
    Yazdı gələn Dəhnəyə.
    Nazdı gələn Dəhnəyə.
    Püştə-çəpər qupquru,
    Su çaylaqda dupduru
    Yayxanıb naxır,sürü,
    Yazdı gələn Dəhnəyə.
    Nazdı gələn Dəhnəyə.
    Yaşıl geyir təpə,dağ,
    Çiçək açır hər budaq.
    Mahnı deyir dil-dodaq,
    Yazdı gələn Dəhnəyə.
    Nazdı gələn Dəhnəyə.
    Kənd yatıb sakit gecə,
    Çıxarıbdır kürt cücə.
    Deyir xalı cüt cücə,
    Yazdı gələn Dəhnəyə.
    Nazdı gələn Dəhnəyə.
    Çinar boyun şax tutar.
    Cavanlar qurşaq tutar.
    Məmməd də soraq tutar.
    Yazdı gələn Dəhnəyə.
    Nazdı gələn Dəhnəyə.