cox hörmətli izləyicilər...məni bu qədər diqqətlə izlədiyiniz ücün hamınıza cox cox minnətdaram...bu saytda iştirak etdiyim yüzlərlə video var, amma hec bir videoda bu qədər səmimi və pozitiv rəy oxumamışdım...indi dəqiq əmin oldum ki, öz izləyicimi tapmışam...cox sag olun...Tural və Əliyə isə xüsusi minnətdarlıq hisslərimi catdırmaq istəyirəm...onlardan gəldi bu təşəbbüs...
cox hörmətli izləyicilər...bir ildən artıq kecməsinə baxmayaraq, bu efiri hələ də izləyirsiz, mənim ünvaınma cox ürəkacan sözlər yazırsız, buna görə sizə cox minnətdaram...cox sag olun...
Doktor çox maraqlı danışdı və məlumatlar verdi.bir çox doğru bildiklərimizi yalnış olduğunu izah etdi.Doktor tərəfdən hər şey əla. Müraciətim sizədir: Tural bəy və Əli bəy, dəvət etdiyiniz qonaqlara yaxa mikrafonunun verilməsi haqqında düşünsəniz əla olar.Çünki hər bir qonaq sizin kimi öyrəşməyib hər zaman mikrafona danışmağa.Yaratdığınız sərbəstçilik aurasından qonaq danışanda mikrafonu unudur,çəkiliş getdiyini unudur bəzən... Bunu da aydın etdiyi üçün doktora təşəkkür düşür😉🙂
Əhsən qardaşlar 👏🏻👏🏻 Siz bu işi bacarırsız. İnsanı yormursuz. Kəskin suallarla birbaşa hədəfə fokuslanırsız. Buraxılışın istənilən bir hissəsini dinləyən hər kəs nəsə yeni bir şey öyrənəcək. Uğurunuz bol olsun 💚💙 Bu arada Qurban Qurbanovla buraxılış çox maraqlı olardı.
Maraqlı oldu. Ancaq təklif edirəm ki, qonaqları üçün yaxalıq mikrafondan istifadə edəsiz. Doktor arxaya çəkiləndə səsi uzaqlaşırdı.Maşında qulaq asanda səsin artırırdım, qəfil Tural bəy danışanda səs çox ucadan çıxırdı. 😀
Beynimde olan fikirler o qeder suretli kecir ki, men de cumleleri bele qurub ardini getirmekde cetinlik cekirem. Amma doxtoru temiz basha dusurem bu barede. O dememish cumlenin sonunun hara geleceyinden artiq hiss edib seze bilirdim. Bu eslinde savadli olmagin da isaretidi.
Bu həkimi ən azı hələ 3 dəfə də dəvət etmək gərəkdir. Çox zəngin nitqli və dərin zəkalı adamdır. Belə mütəxəssislər, belə həmsöhbətlər 30 ildən sonra ələ düşməyəcək ee...
Salam. Böyük maraqla və zövqlə dinlədim doktoru. Axtaracam və başqa nə videoları varsa UA-cam'da tapıb baxacam. Sağ olun ki,belə maraqlı və dəyərli insanları qonaq edirsiz. Doktora təşəkkür,sizə isə uğurlar!🙏👍
Забавный, эмоциональный врач, интересно было слушать его, интеллектуальный, информации много , поэтому мысль 💭 терял, перепрыгивал от одной темы к другой😊спасибо всем
Salam. Gələcək videolarda qonaq kimi Prometeni yəni Pərvizi görmək istərdim. Musiqi sahəsində böyük işlər görür həmçinin həyata baxışı da çox maraqlıdır. Əminəm ki, gözəl söhbət alınar.
10-cu dəqiqədəyəm, hələ ki belə təəsüürat yaranır ki, Aqil doktor sualları tam açmır, ya da açmaq istəmir. Çox özünə məxsus tərzdə suallara reaksiya verir...
Cox sağ olun ki, varsınız və çox sağ olun ki, belə dəyərli insanlardan bizim faydalanmağımıza kömək edirsiniz. Sizdən çox çox xahiş edirəm mikrofon məsələsinə biraz da həssas yanaşasınız. Qonaq arxaya qabağa getdikcə səsin dəyişməyi diskomfort yaradır. Bəlkə yaxa mikrofonu işlədəsiniz ya daha uzaqdan effektli səs götürə bilən milrofon
Sona gədər gulaq asdım.heyif ki vaxt itkisi oldu. Verilən suallar dəgigliylə cavabı verilmədi , hər şey haqqında danışıldı amma konkret şeylərdən yox .
@sohbetgah Tural bey, Əli bey, qonaqlar olan video bolumlerde qonaqlarin sesinde artmalar azalmalar olur. Kicik ses problemleri. (ikinci sezondan) ola bilsin mene ele gelir, amma sizde yoxlasaz yaxsi olar💙💚
Həkim bir mövzunu başqa mövzu ilə qarışdırırdı, daha doğrusu bir mövzu bitmədən digərinə keçirdi (mən özüm də elə danışıram:)) və verilən sualın cavabı nə oldu, tam olaraq tutmaq çətin idi. Yenə də , təşəkkür edirəm daha bir buraxılış və zəhmətiniz üçün, uğurlar olsun💚
Bir mövzu bitmədən digərinə keçməsini nəzərə almasaq maraqlı söhbət olub. Beynim qismən yandı trafiki tutunca. Azərbaycanca yaxşı bilməməsinin də rolu var anladığım qədər. Fikirlərini ifadə edə bilmirdi tam.
Doktor o qeder biliklidi ki, avtomatik bir mövzunu qutarmamish o birine keçir, danishilasi chox sheyi var deye.. maraqli podcast oldu. Ancaq mende bir sual yarandi, eger, AQIL doktor, oxuyacaqsizsa, zehmet olmasa, cavabliyardiz. Immuniteti qaldirmaqchun probiotic ichmek ne derecede düzgündür? Teshekkur edirem. ✅
zaman ayırdıgınız ücün minnətdaram...immun sistemi gücləndirmək anlaıyşı tibb elmində yoxdur...güclənmir immun sistem...gücləndirmək olmur...elm immun sistemi ancaq söndürə bilir...amma gücləndirmək, artırmaq və digər kimi şeylər etmək olmur...əgər cox maraga səbəbdirsə, siz və digər izleyicilər, Tural və ƏLidən xaiş etsinlər, o haqda ayrı bir podkast edək...onda hər şey aydın olacaq...
@@sokrat42 cavablandirdiginiz uchun teshekkur edirem. Mene chox maraqlidi bu movzu, chunki podcastda immun haqqda danishildi, ancaq bir neticee gelinmedi ki, niye artirmaq olmur. Tural ve Eli bey, chagirishimizi eshidin. 😁🙏
Pürr diqqət dinlədim ee. Qonağın necə də emosional, lirik diksiyası var idi. Vaxt o qədər tez keçdi ki, inana bilmədim. Btw, qürur duyuruq sizin kimi həmyerlilər görəndə.Uğurlarınız bol olsun. ♥️
Почему доктор уходил от конкретных ответов,потому-что он знает современные препараты не лечат,они на время убирают боль и больной становится вечным пациентом.Современная медицина направлена на бизнес продаж лекарств...
Bu gün işdə boş nahar fasiləsində bu verlişə baxdım bu həkimin danışığı ciddi dərəcədə anormal gəldi qarışdırıb aləmi vurdu bir birinə səlis şəkildə danışa bilmir bu nədi belə ?! Mövzu əla idi ama söhbət bir az yorucu
cox hörmətli izləyicilər...məni bu qədər diqqətlə izlədiyiniz ücün hamınıza cox cox minnətdaram...bu saytda iştirak etdiyim yüzlərlə video var, amma hec bir videoda bu qədər səmimi və pozitiv rəy oxumamışdım...indi dəqiq əmin oldum ki, öz izləyicimi tapmışam...cox sag olun...Tural və Əliyə isə xüsusi minnətdarlıq hisslərimi catdırmaq istəyirəm...onlardan gəldi bu təşəbbüs...
Salam sayənizdə çox şey öyrəndim. Allah sizin kimi savadlı ,insaflı həkimlərin sayın çox etsin👏
Təşəkkürlər
Aqil həkimin sözləri xalis müalicədi dərman yazmağa gərək yox
Çox maraqlı və Savadlı insansız Təşəkürlər
Biz təşəkkür edirik Aqil dr
cox hörmətli izləyicilər...bir ildən artıq kecməsinə baxmayaraq, bu efiri hələ də izləyirsiz, mənim ünvaınma cox ürəkacan sözlər yazırsız, buna görə sizə cox minnətdaram...cox sag olun...
Sizi tanıyıram . Həyatda bir başqasız , sosialda bir başqa . Səbəbi nədir ?
üzr istəyirəm...bəs mən sizi tanıyıram???
@@ceyhunnovruzov6076
Eksine ele eynidir.heyatda da burda da.1 de ki kim guya heyatda ve sosyal medyada eynidir?hami basqadur da
Hekim Turalin tibb sahesindeki versiyasidi sanki 😃cox maraqli danisirdi.Bele savadli hekimleri gormek xosdur❤
Super qonaqdır bu doktor! Sağ olsun, var olsun! Sizinlə birgə!
Möhtəşəm! Doktorun söhbətinə doyum yoxdu, dəhşət səciyyəli, çox sağ olun.
Doktor çox maraqlı danışdı və məlumatlar verdi.bir çox doğru bildiklərimizi yalnış olduğunu izah etdi.Doktor tərəfdən hər şey əla.
Müraciətim sizədir: Tural bəy və Əli bəy, dəvət etdiyiniz qonaqlara yaxa mikrafonunun verilməsi haqqında düşünsəniz əla olar.Çünki hər bir qonaq sizin kimi öyrəşməyib hər zaman mikrafona danışmağa.Yaratdığınız sərbəstçilik aurasından qonaq danışanda mikrafonu unudur,çəkiliş getdiyini unudur bəzən...
Bunu da aydın etdiyi üçün doktora təşəkkür düşür😉🙂
Heqiqeten cox mohtesem bir podcast. Bir genc olaraq cox xosbextem ki, bu podcasti izlemisem. Minnetdaram!
Əhsən qardaşlar 👏🏻👏🏻 Siz bu işi bacarırsız. İnsanı yormursuz. Kəskin suallarla birbaşa hədəfə fokuslanırsız. Buraxılışın istənilən bir hissəsini dinləyən hər kəs nəsə yeni bir şey öyrənəcək. Uğurunuz bol olsun 💚💙
Bu arada Qurban Qurbanovla buraxılış çox maraqlı olardı.
Maraqlı oldu. Ancaq təklif edirəm ki, qonaqları üçün yaxalıq mikrafondan istifadə edəsiz. Doktor arxaya çəkiləndə səsi uzaqlaşırdı.Maşında qulaq asanda səsin artırırdım, qəfil Tural bəy danışanda səs çox ucadan çıxırdı. 😀
Doktorun qəbuluna getmək istədim.Təsəkkürler söhbətgah💚💙Zövq aldım söhbətinizdən💙💚
Həkimimiz yaxşı həmsöhbətdir. Amma danışığında, fikrini izah etməkdə elə bil problemi var.
Çox maraqlı podcast alınıb🤩 Aqil həkimi nədənsə Sinan Canan hocaya bənzətdim danışıq tərzindən. Hər birinizə işlərinizdə uğurlar. Təşəkkürlər 💚💙
Beynimde olan fikirler o qeder suretli kecir ki, men de cumleleri bele qurub ardini getirmekde cetinlik cekirem. Amma doxtoru temiz basha dusurem bu barede. O dememish cumlenin sonunun hara geleceyinden artiq hiss edib seze bilirdim. Bu eslinde savadli olmagin da isaretidi.
Men bu podkasti bu gun dinledim.Standart hekim sohbeti deyildi.Ferqli prizmadan yanasdi hekimliye.Esitmediyjm sehv bildiyim meselelere cox gozel aydinliq getirdi..Əla idi.👍👍👍👍
Həkimin söhbəti mənə ləzzət elədi. Tural elə heyran-heyran dinləyir. Əli isə inamsız dinləyir. Mən isə yeni şeylər öyrəndim. Mənə xoş oldu.😊
Doktor həqiqətəndə danismadıqları ilə danışdıqınnan daha çox şeyləri izah etdi👌
Aqil bəy sanki Tural bəyin böyük qardaşıdır çox oxşatdim, səsiniz artıq mənə doğmalaşıb keyfiyyətli video üçün təşəkkür edirəm 💜
Sizi dinləmək mənim üçün o qədər böyük bir zövqdür ki. Həm ruhum dincəlir, həm bilgim artmış olur. Yaxşı ki, sizin kimi insanlar var ölkəmizdə🥺🥺
Qonağınız üçün təşəkkürlər. Həkim çox məlumat çatdırmaq istədiyindən bəlkə bəzi fikirləri natamam qaldı, amma təkrar Aqil dr. eşitmək çox xoş olardı👍
Bu həkimi ən azı hələ 3 dəfə də dəvət etmək gərəkdir. Çox zəngin nitqli və dərin zəkalı adamdır. Belə mütəxəssislər, belə həmsöhbətlər 30 ildən sonra ələ düşməyəcək ee...
Salam. Böyük maraqla və zövqlə dinlədim doktoru. Axtaracam və başqa nə videoları varsa UA-cam'da tapıb baxacam. Sağ olun ki,belə maraqlı və dəyərli insanları qonaq edirsiz. Doktora təşəkkür,sizə isə uğurlar!🙏👍
Teshekkur edirem Aqil doktor, oz deyerli fikirlerinizi paylashdiginiz ucun.
Забавный, эмоциональный врач, интересно было слушать его, интеллектуальный, информации много , поэтому мысль 💭 терял, перепрыгивал от одной темы к другой😊спасибо всем
Maraqli verlis idi.söhbet cox tebii idi .Semimi söhbet idi qisasi .təşəkkürlər
Çox maraqlı buraxılış oldu.3 dəfə izlədim.Sizdən bir şey xahiş edim Fəxri Ağayevi qonaq çağırın.
Maarifləndim, nənəmə göstərdim. "Yaxşı danışır,amma düz demir" dedi 😂 P.S. nənəm covidi qaynanmış soğan suyu ilə müalicə edirdi.
hər birinizə ayrı-ayrılıqda çox təşəkkürümü bildirirəm,çox möhtəşəm podcast idi.
Bu qonağa 2 saat da ayırsaz yeridi.Adam doludu. Bu arada istərdim ki, Epifiz Vəzisi haqqında videl gəlsin 💚💙
doktur sadece anlayana basha dushene mohtesehemdir.
televizorlara deməy olarki baxmırıq çünki mənasız verlişlər,mənalı verlişləri qat qat usdeleyib ,artig insan diskinir televiziyadan.var olun hemise
Aqil həkim adını necə də doğruldub. Allah qorusun hər birinizi 🤲
DJ Turalın doktor versiyası🙂Dəhşətli dərəcədə maarifləndiricidir👍
Çox dəhşət buraxılış idi.Təşəkkürlər
Salam. Gələcək videolarda qonaq kimi Prometeni yəni Pərvizi görmək istərdim. Musiqi sahəsində böyük işlər görür həmçinin həyata baxışı da çox maraqlıdır. Əminəm ki, gözəl söhbət alınar.
10-cu dəqiqədəyəm, hələ ki belə təəsüürat yaranır ki, Aqil doktor sualları tam açmır, ya da açmaq istəmir. Çox özünə məxsus tərzdə suallara reaksiya verir...
Hər ikinizə təşəkkür edirəm bir proqram bir lahiyə bu qədərmi gözəl olar davamlı olsun uğurlu olsun hər zaman var olun💚💙
Parabioz - "Bakıda yaşamaq" 😂😂😂
Cox sağ olun ki, varsınız və çox sağ olun ki, belə dəyərli insanlardan bizim faydalanmağımıza kömək edirsiniz. Sizdən çox çox xahiş edirəm mikrofon məsələsinə biraz da həssas yanaşasınız. Qonaq arxaya qabağa getdikcə səsin dəyişməyi diskomfort yaradır. Bəlkə yaxa mikrofonu işlədəsiniz ya daha uzaqdan effektli səs götürə bilən milrofon
Gecə növbəsindən çıxıb, səhər idmanımı edə edə qulaq asıram , 10 deygədi gulaq asıram və istəmirəm qurtarsın .
Sona gədər gulaq asdım.heyif ki vaxt itkisi oldu. Verilən suallar dəgigliylə cavabı verilmədi , hər şey haqqında danışıldı amma konkret şeylərdən yox .
Çox maraqlı danishdi super
Salam. Çox maraqlı bir efir oldu. Təşəkkürlər. 😊👍
Kanalı yeni tapdım. Nə gözəl buraxılışlar var. Həkim sağ olsun. Çox maraqlı danışdı.
Çox gözel sohbetgah oldu hekimin axici danişiği , suallar her şey çox gözel bir xahişim var ses çox zeifdi,eger mümkündurse bu problemi hell edin
Çox maraqlı veriliş oldu!🎉❤
cox boyuk zovgle izledim.teshekkur edirem🙏🥰
Saat 9-da pendir-çörək yeyərək bu videonu izləyən mən😁 yerimizi alaq😁
Hansı ölkədə yaşayırsız?
@@narimansayilov biri birinin uğurunu götürə bilməyənlərin, hər an partlamağa hazır bomba kimi olan insanların ölkəsində... land of fire qadan alım😄
@@ArzuShirin elə bildim səhər yeməyində yeyirsiz pendir çörəyi😄
Mənə də ver.Aaaaaaa adam bir təklif eliyər Arzu
@@ArzuShirin Ali Khayyam - Hardansan
@sohbetgah Tural bey, Əli bey, qonaqlar olan video bolumlerde qonaqlarin sesinde artmalar azalmalar olur. Kicik ses problemleri. (ikinci sezondan) ola bilsin mene ele gelir, amma sizde yoxlasaz yaxsi olar💙💚
Möhtəşəm
Çox maraqlı idi. Təşəkkür. 1 1:36:08
Təşəkkürlər sizlərə..
Möhtəşəm və ibrətamiz bir verliş oldu, çox şey öyrəndim, çooox sağ olun
Doktor Aqil Axundov Turala çox bənzəyir. Sanki onun böyük qardaşıdı👍😊
Həkim bir mövzunu başqa mövzu ilə qarışdırırdı, daha doğrusu bir mövzu bitmədən digərinə keçirdi (mən özüm də elə danışıram:)) və verilən sualın cavabı nə oldu, tam olaraq tutmaq çətin idi. Yenə də , təşəkkür edirəm daha bir buraxılış və zəhmətiniz üçün, uğurlar olsun💚
Tam razıyam! Hətda biraz özünü filosof kimi də apardı))
Salam eleykim. Hekim ele danisdi ki. Vidiodan gucden cixdim. Tessekur edirem ❤
Möhtəşəmsiniz 💚💙
Axşam Spotify da dinlədim,mütləq şəkildə UA-cam da da izləməsəm olmur💙💚
Eqoist insanam ləzzət edır bele keyfiyyətli buraxılısa az adam baxır))))
Aqil doktorun natiqlik bacarığı və məlahətli danışığı ləzzət elədi
minnətdaram verdiyiniz dəyərə görə...amma şərhlərdə tam əksini yazırlar...
Əla,davamı gəlsin)
Mən yemey bişirirem ve dinliyirem)) maraqlıdı
Aqil həkimin bədən dili ilə Tural bəyin bədən dili eynidi, buna fikir verən tək mən oldum?😃
Tesekkurler ✨✨
Çox maraqla dinlədim. Hələ həkimi məhkəməyə vermək. Bu vaxta kimi ağlıma gəlməmişdi ))
Novbeti qonag Orxan Zeynalli olsaydi ela olardi.👍
Hər zaman ki.kimi möhtəşəm💙💚
cox maraqlidi.butun buraxilislara baxmaga deyer
Maraqlı və savadlı insandır doktor
Ne yaxsi ki, bele hekimlerimiz var❤
Əli Xəyyamı çox yaxşı başa düşürəm.
Sizlərə hər dəfə nə qədər təşəkkür etsəm azdır. Psixoterapevt Əli Nağıyevi də burda siz tərəfindən sorğulamaq nə xoş olardı
Uģurlariniz bol olsun. Hekimin sonda dediyi filmin adini yaza bilersiz? A.Banderasin oynadiģi film.
səhv etmirəmsə, o filmin adı "ekzorsist" adlanır...bu tip filmlərdən bir necəsi var...amma dəqiq hansı olması yadımdan cıxıb.
Super 👍👍👍
Doktoru təkrar dəvət etsəniz əla olar
İndicə söhbətgah dinləyə-dinləyə evə çatdım. Boş buraxmırlar adamı:)
doktor cox slow danışır ve birden aniden suretlenende men sevinirem 😁
Və yalan danışdım deyəndə )
Sağlam bir patkast daha 💚💙
Valla hechne basha dushmedim bu bolumnen men
eynen
Bir mövzu bitmədən digərinə keçməsini nəzərə almasaq maraqlı söhbət olub. Beynim qismən yandı trafiki tutunca. Azərbaycanca yaxşı bilməməsinin də rolu var anladığım qədər. Fikirlərini ifadə edə bilmirdi tam.
Doktor o qeder biliklidi ki, avtomatik bir mövzunu qutarmamish o birine keçir, danishilasi chox sheyi var deye.. maraqli podcast oldu. Ancaq mende bir sual yarandi, eger, AQIL doktor, oxuyacaqsizsa, zehmet olmasa, cavabliyardiz. Immuniteti qaldirmaqchun probiotic ichmek ne derecede düzgündür? Teshekkur edirem. ✅
zaman ayırdıgınız ücün minnətdaram...immun sistemi gücləndirmək anlaıyşı tibb elmində yoxdur...güclənmir immun sistem...gücləndirmək olmur...elm immun sistemi ancaq söndürə bilir...amma gücləndirmək, artırmaq və digər kimi şeylər etmək olmur...əgər cox maraga səbəbdirsə, siz və digər izleyicilər, Tural və ƏLidən xaiş etsinlər, o haqda ayrı bir podkast edək...onda hər şey aydın olacaq...
@@sokrat42 cavablandirdiginiz uchun teshekkur edirem. Mene chox maraqlidi bu movzu, chunki podcastda immun haqqda danishildi, ancaq bir neticee gelinmedi ki, niye artirmaq olmur.
Tural ve Eli bey, chagirishimizi eshidin. 😁🙏
təəssüf ki, bu podkast digərlərinə öyrəşdiyim kimi dərin olmadı. hərhalda qonağdan aslı olması gərək
Pürr diqqət dinlədim ee. Qonağın necə də emosional, lirik diksiyası var idi. Vaxt o qədər tez keçdi ki, inana bilmədim. Btw, qürur duyuruq sizin kimi həmyerlilər görəndə.Uğurlarınız bol olsun. ♥️
Mövzuları dəqiqə ardıcıllığı ilə göstərsəniz əla olar...
Canavar birdə gəlsin!
Dr dermanlar icdim agrilarima gore.bogazim quruyur indi de.ne edeceyimi bilmirem
Kovıd sohbetıne qeder yaxsı gelmışdı
Почему доктор уходил от конкретных ответов,потому-что он знает современные препараты не лечат,они на время убирают боль и больной становится вечным пациентом.Современная медицина направлена на бизнес продаж лекарств...
🔥🔥🔥
Bu həkimi bir daha dinləmək istərdim
Maraqli idi .Allah razi olsun haminizdan.
❤️💙🧠
Bəzən doktorun dediklərini başa düşməkdə çətinlik çəkdim. :D
Necə də produktiv 96 dəqiqə 8 saniyə idi... ✨👁️👄👁️
Bu gün işdə boş nahar fasiləsində bu verlişə baxdım bu həkimin danışığı ciddi dərəcədə anormal gəldi qarışdırıb aləmi vurdu bir birinə səlis şəkildə danışa bilmir bu nədi belə ?! Mövzu əla idi ama söhbət bir az yorucu
1:30:50 😂
❤️👍💙
Bu insan çox isdedadlidi menca yaxşi yas merasimi idare eda biler.
Çox maraqlı qonaq idi, təşəkkürlər 👍
Məncə ilk buraxılış idi ki, Tural və Əli çox danışmadılar)
Doktoru ele xoddamisdilar ki haminin evezine danisdi...
@@sokrat42 Doktoru dinləmək bizə zövq verdi!
Непреднамеренная врачебная ошибка = Niyyətsiz həkim səhvi.
👍