Görkəmli xanəndə Ağaxan Abdullayev son mənzilə yola salınıb

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2016
  • Dekabrın 26-da milli musiqi sənətinin görkəmli nümayəndəsi, Xalq Artisti, Prezident təqaüdçüsü, xanəndə Ağaxan Abdullayevin cənazəsi son mənzilə yola salınıb.
    Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva vida mərasimində iştirak edib, unudulmaz sənətkarın ailə üzvlərinə və qohumlarına dərin hüznlə başsağlığı verib.
    Mərhumun cənazəsi Suraxanı rayon Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında matəmsayağı bəzədilmiş postament üzərinə qoyulmuşdu.

КОМЕНТАРІ •