Amerika İcmalı. ABŞ prezident seçkilərinə iki ay qalır | Amerikanın Səsi

Поділитися
Вставка
  • Опубліковано 15 вер 2024
  • Amerika İcmalı. ABŞ prezident seçkilərinə iki ay qalır. Azərbaycanda parlament seçkilərinin nəticələri-ATƏT-in rəyi.
    ABŞ prezident seçkilərinə iki ay qalmış prezidentliyə namizədlər Kamala Harris və Donald Tramp ilk debata hazırlaşır; Tramp və Harrisin Ukraynada müharibə ilə bağlı strategiyası nədir? Azərbaycanda növbədənkənar parlament seçkiləri - Beynəlxaq təşkilatlar səsvermənin rəqabətdən məhrum və məhdudlaşdırıcı şəraitdə keçirildiyini qeyd edi r; Azərbaycanda tənqidi düşünənlərə qarşı basqılar - Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya bölməsinin direktor müavini Reyçel Denberlə müsahibə; İran Azərbaycanında insan haqları pozuntuları - sosioloq Ramin Cabbarlı yeni hesabat haqda danışır - Vaşinqtondan hər həftə efirə çıxan Amerika İcmalı proqramında
    ***
    UA-cam kanalımıza abunə olun: / amerikaninsesi
    Sosial media səhifələrimiz:
    Instagram: / amerikaninsesi
    Facebook: / voa.azerbaijani
    Twitter: / amerikaninsesi
    Telegram: t.me/voaazerba...
    Amerikanın Səsi ABŞ-ın ən böyük beynəlxalq multimedia xəbər təşkilatıdır. Bu təşkilat 40-dan çox dildə azad mətbuata çıxışın olmadığı yaxud məhdud olduğu məkanlarda yaşayan insanlara informasiya çatdırır.
    Amerikanın Səsi tam şəkildə ABŞ vergiverənləri tərəfindən maliyyələşdirilən Birləşmiş Ştatlar Qlobal Media Agentliyinin tərkib hissəsidir.
    Amerikanın Səsinin missiyasına və redaksiya müstəqilliyinə qanunlar təminat verir. Həmin qanunlar Amerikanın Səsinin jurnalistlərini kənar təsirdən, təzyiqdən, hökumət rəsmiləri və siyasi xadimlərin əks-tədbir xarakterli əməllərindən qoruyur.
    1976-cı ildə Prezident Cerald R. Ford Amerikanın Səsinin xartiyasını qanuna imzalayıb. Həmin sənəddə deyilir:
    1. Amerikanın Səsi davamlı olaraq etibarlı və yüksək keyfiyyətli xəbər mənbəyi qismində xidmət göstərəcək. Amerikanın Səsinin xəbərləri dəqiq, obyektiv və ətraflı olacaq.
    2. Amerikanın Səsi Amerika cəmiyyətinin hansısa seqmentini yox, bütövlükdə Amerikanı təmsil edəcək. Bu xüsusda o, Amerika təfəkkürünün və təsisatlarının balanslı və hərtərəfli mənzərəsini təqdim edəcək.
    3. Amerikanın Səsi Birləşmiş Ştatların siyasətini aydın və effektiv şəkildə təmsil edəcək, və həmçinin bu siyasətlərlə bağlı məsuliyyətli diskussiyalar və rəylər təqdim edəcək.
    1994-cü ildə ABŞ Konqresi ABŞ Beynəlxalq Yayım Aktını qəbul edib. Bu qanun da Amerikanən Səsinin jurnalistlərindən işlərinin yüksək keyfiyyətli, dəqiq, obyektiv, ətraflı, balanslı olmasını və ABŞ mədəniyyətini və sosial müxtəlifliyini əks etdirməsini tələb edir.
    2016-cı ildə Konqres Milli Müdafiə Səlahiyyətləri Aktında yenidən təsdiq edib ki, xəbər toplanışı və reportajların hazırlanması müstəqil və obyektiv qaydada aparılmalıdır.
    Hər gün Amerikanın Səsinin jurnalistləri azad mətbuat prinsiplərini dünyaya sərgiləmək naminə çalışırlar.

КОМЕНТАРІ • 4

  • @MuhammedAli-yi6pd
    @MuhammedAli-yi6pd 9 днів тому +2

    Eşq olsun Cəmil müəllim..!

  • @elmarabbasov1342
    @elmarabbasov1342 9 днів тому +1

    Donald Tramp prezident olsun ♥️🥳🥳🥳🇦🇿🇦🇿🇷🇺🇷🇺🇺🇲🇺🇸. (💩🇦🇲💩)

  • @Qudret-yw3lr
    @Qudret-yw3lr 8 днів тому +1

    Narahat.olmayin.ya delini secerler ya da qehbe Ikisi de.muselman dusmenidir.