Seyid Ezim Sirvani (Qelet)

Поділитися
Вставка
  • Опубліковано 16 вер 2024
  • Eylədi vəsf könül ârizi-cânânı qələt,
    Oxudu tifl bu məktəbdə "Gülüstân" ı qələt.
    Sandı güldə tapılır nəfxeyi-zülfi-siyəhin,
    Etdi hər fəsldə dil seyr bu "Bustân" ı qələt.
    Səfheyi-ârizinə kâtibi-qüdrət o gülün,
    Bîməqâm etdi rəqəm, ol xəti-reyhânı qələt.
    Sandılar kim, düri-dəndânına həmtây olur,
    Saldılar məğlətəyə, gövhəri-qəltânı qələt.
    Bâğdə açdı yüzündən o güli-tazə niqab,
    Çaşdırıb bülbül özün, eylədi əlhânı qələt.
    Qaşların "Nuni-qələm" zülfünü "Vəlleyl" dedim,
    Dedilər kim, oxudun Ayeyi-Qur'anı qələt.
    "Qâb-qövseyn" oxudum əbruyi-yârı, Seyyid,
    Vây o gündən ki, müfəssir verə mə'nanı qələt.

КОМЕНТАРІ • 2

  • @muderrisun
    @muderrisun 3 роки тому +1

    👍👍👍👍

  • @freetale3631
    @freetale3631 3 роки тому +1

    Salam qardaş .Fondakı musiqni necə tapa bilerem. Zehmet olmasa