Ay agsaqqal bax sene ne deyirem gel palitik sohbet eleme bu bir , ikinci Qebelede dagliq zonadi ozumuz toxumu gotururuk onuda ekirik . Niye demirsenki talis qardaslarima hecardan alma toxumu ozun duzelt . Ayibdi milleted avropa , rus toxumu meslehet gorme . Olarin vapse toxumu yoxdu , bizim toxumumuza omru boyu ehtiyaclari olub . Indi burda hem palitiq hemde obiri cavab var . Bilen qardaslar cavab versin . Cenublu simalli insanlari aldatma xais
siz nə gözəl insansınız.. nə yaxşı yurdumda sizin kimi insanlar var. qürur duyuram. sizi tanıdıqca cox sevirəm 💚 faydalı bilgilərinizi paylaşdığınız üçün ürəkdən minnətdaram. Allah sizə uzun bərəkətli, sağlıqlı ömür versin. cox yaşayın 💚
Salam dayican.Xiyarda qoltuqalti budamani hansi boya catana kimi etmeliyik?Men ekdiyim xiyarlar xeyli uzanib men biglarini ve cixmaqda olan qoltuqaltlarini budayiram amma mehsuldarliga hec tesiri yoxdu?Umumiyyetle qoltuqalti budanmalidirmi?Tag ancaq erkek cicek acir hardasa iki metre catir boyu bir iki dene xiyar verib.
Salam.Bu mənim üçün də çox böyük problemdir.Bu dəfə çay sodası ilə adi duzu bərabər qarışdırıb yuvaya səpib üstünü klyonka ilə bir müddət örtərəm.Görüm nə effekt verir.
Cox sağ olun təklif etdiyiniz üsulu təcrübədən keçirərik. Hörmətli Nasir Hüseyini bitkilərin (xiyarın,pamidorun) dibinə qarışqa dərmanı səpsək ziyanı olmazki?
Salam Dayı zizə bir neçə sualım olar birincisi apreliski xiyar hakkında duzugun becərmə qaydası bir şitil neçə kloqram xiyar verməlidir qış fəslində əkilsə istiliy sistemi yer altı olsa və sizinlə rahat əlaqə saxlamaq imkanı varsa bizə bildirərsiz.
Salam əmi Allah ömür versin sizə. açıq sahədə xiyar əkmişəm üstü ərkek Gülnen doludu bal arısıda doludu amma xiyar tökümü çox zeifdi. birde yarpaqlarda sarı nöktələr var mis oksidlorid kömək eder sizcə. zəhmət olmasa
Əleykum salam.Onun çoxlu səbəbləri var ancaq bəzilrini deyim.Suvarmanı bir az azalt,xiyar əmələ gələnə qədər azotlu qidalar az ver ən əsası isə mərkəzi tağın ucunu buda qoy yan zoğlar böyüsün onlar bar verər inşAllah.
Əleykum salam.Pəncərədə xiyafın yetişdirilməsinin əsas şərti sortun seçilməsi və haxşı torpağın olmasıdır.Özü tozlanan sort olmalıdır. Məs: Aprelskiy, balkonnıy,balkonnıy çudo və s.İşıqlanmasını və suvarılmasını təmin edin.Hər 15 gündə bir çay qaşığı naşatr spirti ( bütün apteklərdə var) 2 litr suya qatıb çiləyin.
@@NasirHuseyn allah razi olsun.uçuncu yarpaqdan sonra artiq çiçek yerleri görukur ama göre bilmiremki çiçek bic çicekdir yoxsa xiyardir.ama her yarpagin dibinde görukur.çox sagolun
Əleykum salam.Tamamilə ağ olmamalıdır bi az sarıtəhər və iri olmalıdır məncə.Acı olmağın əsas səbəbi gündüz normal gecə soyuq olmadan olur ki xiyarı soyuqdan qorumaq üçün acı kukurbitasid deyilən maddə yaranır.İmkan varsa xiyarı havalar sərin olan vaxtı səhərlər eyni vaxtda otaq tempratur olan su ilə suvarın.
Salam bir sualimi da cavablandirin.xiyarinn gövdesinde çürüme başlayib men gecceler istili sisteminden istifade etmirem sebeb bu ola bilermi?bir de tağin aşşaği hissesinde mehsul olduquycün budama etmemişem??
Dayı salam. Videonuz idi çxdı qarşıma. Xahiş edirəm bir sualım var cavab verərdiz. Xiyar əkmişik məhsul acıdır. Nə edək? Cavab versəs şad olardım. İndidən təşəkkür
Salamin aleykum, ekdiyim xiyarlar ozunu mayalandirandir, lakin biten xiyarlar 3-4sm olanda çiçekden baskayir saralmaga emele gelmir, gelen xiyarlarda boyumurler, zehmet olmasa yazardiniz ne etmek lazimdir
Salam dirrikdə bütün bitkilərə xırda ağ cücülər düşüb, ən coxda xiyar bitkısının alt yarpaqlarına yığılır bir nece gündən sonra şırə salıb məhv edir,zəhmət olmaza onun nece məhv olması haqqında məlumat vererdiz bir nece dərman istifadə etmişəm, xeyri yoxdu
İstənilən bağçılıq dükanlarada var.Silitra olmasa karbamid gələcəkdə bir dəfə də NPK- 16-16-16 verin.( Qırmızı gübrə) Verilmə qaydası bizdə " xiyar tağına ilkin qulluq" videomuza bax.
salam aleykum dayı bizim xiyar ekmisiy budamanı edə bilmirməm səvf eliyerem deye qorxuram kömey ede bilersen dayı mən sizə səkillər göndərsem şitilərin siz baxardınız deyerdiniz hardan budanma olmalıdır
salam. xiyar haqqında umumi məlumat və xiyarda məhsuldarlıgı necə artırmaq olar videolarında məlumat var. urəkli olun bildiyiniz kimi edin səhv olsada oyrənəcəksiz
ay dayı alah razlı olsun çox sağom bir sualım var pamidor ştilərimə qurd. düşüb yarpaqa düşür çiçəyləri yeyir pamidora düşür zəhmət olmasa cavab verərdiz
Salam.bilmek lazimdir hansi nov qurddur.eger xirda qara bitler kimidirse ona her hansi bir zeherli derman tecili sepilmelidir.Basqa nov qurd olsa ola bilsin kepeneklerin yumurtasindan emele gelib.Onun mualicesi ayri cur getmelidir.
@@NasirHuseyn salam.axwaminiz xeyir olsun. men xiyari parnikde yox bagda ekirem.zehmet olmasa bagda ekilen xiyar barede melumat vererdiz.sizden artiq derecede xaiw edirem. Esasen kokunde prablem yawanir.boy atmir.cox xaiw edirem melumat vererdiz ev weraitinde nece ede bilerem?
Salam .Dəyərli bilgilər üçün çox sağ olun ,təşəkkür edirəm .Bilmək istərdim : 5-ci yarpaqdan sonra əsas gövdənin ucunun vurulmasını yemiş tağlarına tətbiq etmək olarmı ?
xeyirxah dayi sabahin xeyir .dəyerli meslehetleriniz ucun cox cox sagolun .sizden bir söz sorusmaq isteyirem .badumcan cicekleyir amma tutmur quruyub tökulur ciceyi .baydır agaci suyunu veririk dibini siz deyen kimi otla samanla örtmuşuk ona gore nemli olur suya o qederde ehtiyaci olmayir heqiqetende.amma tutmur neden ola biler.sag olun deyerli insan.
@@NasirHuseyn yəni dedim maraqlanarsız ki belke susuzluqdan tökülür amma ele deyil .baydır yəni hamımızın bildiyi kimi zəif deyil baxırsan ki salanmır bürüşmür amma bol bol çiçəkləyir bar vermir amma bunu demək istedim.birde sizin məsləhətinizlə zelyonka ve yodlu suyu çilədim pamidorlara bütün tərəvəzə çox xeyrini gördü pamidoru yaģışdan sonra azar vurmuşdu əldən gedirdi ondan sonra hamısı dayandı.sizin məsləhətləriniz dəyərlidir sagolun.
Salam.Lobyanın ən çətin işi yarpaq birindən qorumaqdır.Bunun üçün əlinizin altında həmişə MOSTAR çiçəkləməyə qədər 5 lt. Suya 1 çay qaşığı.Çiçəkləmədən sonra fufanon. Ya da eyfore hazır olsun.Zərərvericini hiss edən kimi dərmanlama lazımdır.Havalanmanı da həmişə normada saxlamaq lazımdır.
Armud formada olanda kalium çatmır.Kaliumla zəngin olan gübrə verin.Heç olmasa 3 litr ocaq külü 10 litr suda həll edib bir gün saxla.Sonra ondan bir litr götür on litr təmiz suya qat suvarmadan dərhal sonra ver.3 dəfə təkrar elə.Bizim xiyar niyə acı olur videomuza da bax.
Sizin yaşadığınız regionu bilmirem.Sup tropik zonada əhali kivinin xasiyetlerine bələddir.Kİvi əkiləndə hökmən biri erkək biri dişi şitil əkilməlidir ki onlar bir birini tozlandıra bilsin.Elə olmasa kivi məhsul verməz.
Salam eger sari lekeler yagli teherdise bu basqa xestelikdir ona fitosparin sepmek lazimdir muveqqeti olaraq yodla zlyonkani istifade ede bilersiz yada 3 xorek qasiqi cay sodasi 50 q paltar sabunu hell edib (isti suda) 10 l saf suya qatib sepin amma buda muveqqetidir
@@hmidnsirov6533 onda eger yarpaqlar saralirsa azot çatişmamazligi ola biler.Eger usdünde xiyarlar korpeyken saralirsa onda kaliyum çatişmamazligidi.Men 1 qaşiq soda ve 3 damci yodu 10 litr suya qatib verdim yarpaqlari yamyaşildi xiyarlar ise o qeder bol olubki yigisdira bilmirem.
Xiyar əkmişəm,amma yarpaqları yamyaşıl deyil,sarı kimidi,qəşəng canlı deyil,nə edim ki yaşıllaşsın və məhsul versin,sarılıb xeyli qalxıb ,amma görüntü sağlam deyil,cavab yazsan sevinərəm
Harada əlimdən? Parnikdə yoxsa açıqda? Azot çatışmır.Azot tərkibli qidalar ver.Bütün apteklarda var nişatr spirti 2 xörək qaşığı 10 litr suya tök 2 dəfə ver.Karbamid bir yarım xörək qaşığı 10 litr suya tök suvarmada sonra həm dibinə həm də yarpaqlara ver.
Eziz qardawim men dipceye xiyar ekmiwem.dibcek boyukdu.15 kg torpaq tokmuwem.xiyarin tagi saglamdi.usti de dolu olur.amma meyve yetiwdirmir.quruyub tokulur.men hansi gubre verim ona? Xahiw edirem deyin.
Salam ağsaqqal. Sizdən bir xahişim var. Sual cavab videosunda zəhmət olmasa pomidorda və kartofda göbələk xəstəlikləri ilə mübarizə vasitələrini deyərdiz. Mumkundursə təbii vasitələr olsa əla olar. Fitoftoroz kimi xəstəliklər. Bir də pomidor guvəsinə qarşı necə təbii mübarizə aparmaq olar?
Yalançı sizsiz ki paxıllıqdan aranı qatırsız .biz neçe illerdi Naib eminin videolarına baxıb verdiyi meslehetlerle bağ bostan ekmişik .hemişede faydasını görmüşük.Allh canını sağ elesin Naib eminin her mesleheti canla başl başa slır bildiklerini heç vaxt esirgemeyib.@@sahnezerhafizov5631
Salam.Ancaq küləkdən və soyuqdan.Ola bilsin ki şitillər də hələ kövrək olublar.Şitili əkdin dərhal bolluca su ver.Qumlu yerdirsə 2 gün qara torpaqdırs 3 gün suvarma.Şırımı dərin elə şitili külək az tutsun.
@@NasirHuseyn aha bəli mən əkdim iki gün külək yağış oldu yarpaqları torpağa dəyib çox sağolun Allah razı olsun sizin yeriniz haradır sizdən toxumlar almaq olar..?
Hemise hormetli olasan Nasir dayi cox sag olun bizide bilgilendirirsen Allah seninde mehsullarini bol elesin eziyyetviz yerde qalmasin mende heyetmizden videolar cekirem qarsiliqli abune olmaq isteyen dostlar menim de kanalima devetlidir 😻👍👍👍👍👏👏👏👏
Salam baba sizin tərəvəzlər haqqında verdiyiniz məsləhətlərin hamsından məmnumam çöğ sağ olun çox gözəl effekt verib amma sizdən bir məsləhətdə almaq istəyirəm boranılarım bic gül açır boranı yoxdur xaiş edirəm bu haqqda mənə məsləhət verin yardımınıza ihtiyacım var
@@nigarhesenova5551 Suyunu çox verib 4-5 gündən bir sulayın.Gözləyin kol tünd yaşıl rəng alsın onda sulayın.Pomidor çox su sevmir.Bolluca sulayıb 4-5 hətta 1 həftədə su verməmək olar baxır havanın isti ya sərin olmasına.
Salam xaiş edirəm bu haqda ətraflı məlumat verəsiz.Xiyar əkdim çoxlu xiyardan oldu amma xiyarın cubuglari parçalandı xiyarları saraldı niye ele oldu .Əvvəldən təşəkkürümü bildirirəm.
@@NasirHuseyn Salam hansı azotda n vursam yaxşı olar badımcanların da keyfiyyətsiz olur boranı əkdim oda saplaqlari çatladı meyvəsi saraldı xaiş edirəm Azotun adın yazardız Bakı torpağı üçün əvvəlcədən təşəkkür edirəm.
Salam men kicik bir parnik salmiwam 3 cu cicek gelir birinciler yaxwidi amma sorakilartam tutmur birde pomidorlarin bezisiweller yigilir buruwurneden ola biler elaqe nomresi olsa yaxwi olar men oguzda yawayiram cavablandirsaniz wad olaram
Salam usta mən müəlliməm amma bağbanlığ sənətini müəllimlikdən üstün tuturam.çoox sevirəm bağda işləməyi.Amma aran zonasında olduğumuz üçün istədiyim nəticəni ala bilmirəm.Bilmək istərdim boatan üçün ən əsas dərman hansıdır.Sizin məsləhətinə ehtiyacım var
Bostan bitkiləri adətən yalancı külləmə xəstəliyinə tutulur.Yəni yarpaqların üstü ağarır.Əgər elə varsa XOM və ya fitolavin dərmanları kömək edə bilər.Yoxdursa profilaktika üçün fitosparen çiləmək lazımdır.
Salam.hamsini yox.ozu ozunu tozlandira bilmeyen ana tagda coxlu bos cicekler olan ve qoltuq altlarinda xiyar gorunen taglarda 5 ci yarpaqdan sonra uc hissesi temiz ve iti qayciyla kesilmelidir.
Salam pomidora normal su verin burulmanin tehlukesi yoxdur xiyara belke cox su verirsiz koku curuyur xestelikdende ola biler eger yarpaqlarin ustu agarirsa kule oxsar tebeqe emele gelirse o mutleq mualice olunmalidir yalanci kulleme xesteliki deyirler ona
mənimdə xiyarım bir topa tökdü diyandı yenə. nə deməkdir görasan. tum atmışdım bitmişdi şitillər qırılır boğazdan düşür. zəhmət çəksəmdə ortalığda heçnə yoxdur
Çiçəkləyən vaxtı əkdiyniz yerin ortasında balaca ocaq qalayıb qayganaq bişirin və orada da yeyin və həqiqətən də Uca Allahın möcüzəsini görəcəksiniz. Məhsulunuz bol olacaq İnşAllah. Bu ilərin təcrübəsidir. Yalnız xiyar məhsuluna keçərlidir. İnanmayanlar etsin bunu və nəticəni görəcəksiniz. Həm çiçəklərin tez tökəcək həmdə məhsul o qədər bol olacaq ki, gözlərinizə inanmayacaqsınız. Allahın kəramətinə şükürlər olsun.
Salam.xəstəliyin əlamətini formasını dəqiq yazın.Xiyards 30- dan çox solma xəstəliyi var .Həm də istixanada ya açıqda oldugunu qeyd edin.Əgər yarpaqlar əski kimi solursa yaşıl qalırsa kök çürüməsidir.Ag ləkələr varsa bu yalançı unlu şehdir.Əvvəl ləkə əmələ gəlirsə sonra həmin yer quruyub deşilorsə bu trips qurdudur.və s.
@@NasirHuseyn bibərlərin üsdü Tökəndə ,Yarpaqlar solur kökündən quruyur,,, 1 günün içində ,..Xiyarlarda elə birinci yarpağı solur Sonra kökündən quruyur.. ((hansısa bitkini kökündən çıxaranda necə solursa elə)) . Həyətdə Əkirik açıq havada..arxnan Suvarırıq , Kanal suyuynan..... Torpaq sarı Torpaq dı, yarpaqları Yaşıl olur əvvəlcə... Bir günün içində solur və kökündən quruyur yaşıl qalmır,
Sade, tevazökar, zehmetkes Insan!Allah ömrünüze bereket versin.
Hə Amin
Amin.kanalima abune olub destek olsaniz sad olaram
Çox sağolun zəhmətkeş insan, hər dəfə sizdən yeni nəsə öyrənirəm, bu gün də öyrəndim, var olun
Ay agsaqqal bax sene ne deyirem gel palitik sohbet eleme bu bir , ikinci Qebelede dagliq zonadi ozumuz toxumu gotururuk onuda ekirik . Niye demirsenki talis qardaslarima hecardan alma toxumu ozun duzelt . Ayibdi milleted avropa , rus toxumu meslehet gorme . Olarin vapse toxumu yoxdu , bizim toxumumuza omru boyu ehtiyaclari olub . Indi burda hem palitiq hemde obiri cavab var . Bilen qardaslar cavab versin . Cenublu simalli insanlari aldatma xais
siz nə gözəl insansınız.. nə yaxşı yurdumda sizin kimi insanlar var. qürur duyuram. sizi tanıdıqca cox sevirəm 💚 faydalı bilgilərinizi paylaşdığınız üçün ürəkdən minnətdaram. Allah sizə uzun bərəkətli, sağlıqlı ömür versin. cox yaşayın 💚
Allahımdan bir diləyim var mənim. Zülm evində taxtı tacım olmasın əlimdən həmişə yaxşılıg gəlsin pislik ücün hec əlacım olmasın
@@NasirHuseyn ❤️
Çox sağ olun dəyərli insan allah razı olsun
Siz də sağ olun.
Allah köməyiniz olsun var olun Allah sizə uzun ömür sav can sağlığı versin
Sağ olun .Bilmək istərdim aqronomik təhsiliniz varmı? Elə həvəsksrlar var ki aqronomlardan çox bilir.
Məsləhətlərinizə görə çox sağ olun.
Çox sağ olun.Allah razı olsun.
Allah size can saglıgi ve uzun ömür versin
Salam cox sag olun qizim.
salam cox sag olun allah size omur versin her daim verliwinizi izleyirem tewekur edirem
Aminnn
Salam dayı , heyetde ekmişik xiyar kent yeridi amma yarpaqları saralır ,birde yarpaqlar tağın uzunluquna göre balacadı ne edimki tağlar canlansın ve yarpaqlar saralmasın .Xaiş edirem meslehet vererdiz .
Zəhmətkeş insanlara eşq olsun👍
Sag ol dayl var ol gozel insan
Allah razı olsun, sizdən.
Allah sizdən də razı olsun.
Salam cox saq olsun Allah razi olsun sizden
Salam dayi men de xiyar ekmisem saheye bezileri uje taga yatib bezileri de balaca qalib onu nece edim melumat vere bilersiz zehmet olmasa
Allah size komek olsun..Xiyar yaxsi mehsul verir amma aci olur.Deyirler ki tagina gerek toxunmayasan..Meslehet vererdiz.Teşekkur edirem dayi.
Novbeti videomuzu gozleyin bu aciqiqi veren kukurbitasit maddesidir
@@NasirHuseyn Allah razi olsun.InwAllah
Salam dayican.Xiyarda qoltuqalti budamani hansi boya catana kimi etmeliyik?Men ekdiyim xiyarlar xeyli uzanib men biglarini ve cixmaqda olan qoltuqaltlarini budayiram amma mehsuldarliga hec tesiri yoxdu?Umumiyyetle qoltuqalti budanmalidirmi?Tag ancaq erkek cicek acir hardasa iki metre catir boyu bir iki dene xiyar verib.
Əgər çöldədirsə qoltuqaltını vurma əksinə əsas gövdəni 5-6 yarpaqdan ya da ucundan buda.Parnikdə isə qoltuqaltını vur.
Salam Allah razı olsun sizdən. Məndə istixana işi ilə məşğul olmaq istəyirəm.Zəhmət olmasa bir video çəkə bilərsiz? İstixananın qurulması haqqında.
Tikilməsini mən bilmirəm.Amma şitilin əkilməsindən pomidorun yığılmasına qədər bütün prosesləri videoda göstərəcəyik.Videomuzu gözləyin.
Salam. Hörmətli Hüseyin bəy dirriklərdən qarışqaları necə qovmaq olar?
Salam.Bu mənim üçün də çox böyük problemdir.Bu dəfə çay sodası ilə adi duzu bərabər qarışdırıb yuvaya səpib üstünü klyonka ilə bir müddət örtərəm.Görüm nə effekt verir.
Cox sağ olun təklif etdiyiniz üsulu təcrübədən keçirərik. Hörmətli Nasir Hüseyini bitkilərin (xiyarın,pamidorun) dibinə qarışqa dərmanı səpsək ziyanı olmazki?
Salam Dayı zizə bir neçə sualım olar birincisi apreliski xiyar hakkında duzugun becərmə qaydası bir şitil neçə kloqram xiyar verməlidir qış fəslində əkilsə istiliy sistemi yer altı olsa və sizinlə rahat əlaqə saxlamaq imkanı varsa bizə bildirərsiz.
Əleykum salam.Aprelskiy tez yetişəndir.Neşə kilo verməsini Allah bilər.Xidməti adi xiyarlarda olduğu kimidir.Balkonda da əkmək olur.
Salam əmi Allah ömür versin sizə. açıq sahədə xiyar əkmişəm üstü ərkek Gülnen doludu bal arısıda doludu amma xiyar tökümü çox zeifdi. birde yarpaqlarda sarı nöktələr var mis oksidlorid kömək eder sizcə. zəhmət olmasa
Sortundan ola bilər.Sarı yarpaqları yığıb uzaqlaşdır.Sərin havada on litr suya 50 qr bordo mayesi qat çilə bir həftədən sonra təkrar elə.
Salam Allah can sagligi versin sizə.xahis edirem xiyarin hansi ozunu mayalandirir səklini gostərərdiniz mən aliram ustundə hec nə yazilmir
Mən də sizin kimiyəm.Dəmir qablarda satılan F1 yazılanı alın.
Salam necesiz mende isdixanda pamidor ekmisem stiller nazik uzundur ene gedmir nece edimki yarpaqlari birde bari yekelsin
Salam.Ancaq istidəndir.Havalar soyuyanda inşaAllah düzəlt.
Salam həyətdə əkmək üşün hansı xiyar toxumu məsləhət edirsüz? Birdəki xiyarı yerlə əkməyi məsləhət görürsüz ya dırmaşdırmaq?
Salam.Özü tozlanan F1 olsa yaxşıdır.Əgər imkan olsa dırmaşan yaxşıdır.
@@NasirHuseyn Zəhmət olmasa tumun adın yazarduz çətin olmasın almaq yəni adın deyim alım
Salam.Mən xiyar əkmişəm çoxlu çiçəkləyib amma meyvə gətirmir.Nə etmək lazımdır?Zəhmət olmasa deyərdiniz
Əleykum salam.Onun çoxlu səbəbləri var ancaq bəzilrini deyim.Suvarmanı bir az azalt,xiyar əmələ gələnə qədər azotlu qidalar az ver ən əsası isə mərkəzi tağın ucunu buda qoy yan zoğlar böyüsün onlar bar verər inşAllah.
Salam .Zehmet olmasa deyerdiz pencerede yetisdirilen xiyara udabrenie vermek lazimdirmi?ve hansindan
Əleykum salam.Pəncərədə xiyafın yetişdirilməsinin əsas şərti sortun seçilməsi və haxşı torpağın olmasıdır.Özü tozlanan sort olmalıdır. Məs: Aprelskiy, balkonnıy,balkonnıy çudo və s.İşıqlanmasını və suvarılmasını təmin edin.Hər 15 gündə bir çay qaşığı naşatr spirti ( bütün apteklərdə var) 2 litr suya qatıb çiləyin.
@@NasirHuseyn allah razi olsun.uçuncu yarpaqdan sonra artiq çiçek yerleri görukur ama göre bilmiremki çiçek bic çicekdir yoxsa xiyardir.ama her yarpagin dibinde görukur.çox sagolun
Dəyərli insan məsləhətləriniz üçün təşəkkür edirəm. Hal hazırda ən çox partninokarpik( özü özünü mayalayan) xiyarlar əkilir.
Bəli elədir.Ancaq nəzərə alın ki bu video üç il bundan qabağ çəkilib.Onda hələ həşaratla tozıanan xiyar da əkilirdi.
SALAM BİTUN MELUMATLAR UCUN COX SAG OLUN Bizi teefde ag xiyar sortu ekirik hec bir derman vurmuruq amma becen aci olur nece edek ki aci olmasin
Əleykum salam.Tamamilə ağ olmamalıdır bi az sarıtəhər və iri olmalıdır məncə.Acı olmağın əsas səbəbi gündüz normal gecə soyuq olmadan olur ki xiyarı soyuqdan qorumaq üçün acı kukurbitasid deyilən maddə yaranır.İmkan varsa xiyarı havalar sərin olan vaxtı səhərlər eyni vaxtda otaq tempratur olan su ilə suvarın.
Cox sag olun
Zelyonkani ayrana qatib xiyarin kokune tokurler, yoxsa yarpaqlarina vurmaq lazimdi? Nasir baba zehmet olmazsa cavablandirardiniz.
yarpaqlarina cileyirler
Salam dayl teze xiar toxumu tutmuşam onu ekmek olarml indi effekt vererml mene bir meslehet vererfiz
Olar.Kohne toxum ekmek ziyandir.
Salam bir sualimi da cavablandirin.xiyarinn gövdesinde çürüme başlayib men gecceler istili sisteminden istifade etmirem sebeb bu ola bilermi?bir de tağin aşşaği hissesinde mehsul olduquycün budama etmemişem??
Yaxşı başa düşə bilmədim.İnfestasiyadan yazırsınız.Həkim deyilsiniz?
Çox su və peyin verməkdən ola bilər.
@@NasirHuseyn xeyir hekim deyilem heveskar bağbanam.
Allah köməyin olsun
Allah sizi var eləsin.
Salam. Baba esidmisemki cay sodasini suya qatib xiyara verende mehsul getirir düzdü????
Salam ümumiyyətlə çay sodası hem pomidorla hemde xiyara xeyirlidir
@@NasirHuseyn ne qeder suya ne qeder qatib verek?
Allah sənə ömür versin !
Minnətdaram.
Salam cox sagolun. O sozu yazardizda rus dilinde zehmet olmasa
Dayı salam. Videonuz idi çxdı qarşıma. Xahiş edirəm bir sualım var cavab verərdiz. Xiyar əkmişik məhsul acıdır. Nə edək? Cavab versəs şad olardım. İndidən təşəkkür
Salam Ağsaqqal İstixanada yetirişdiler Xiyar Şitillerinin Quruması nədən ola biler.?xaiş edirem bizə bir melumat vererdiz
havanin istixanada qeyri normal olmasindandir
Salamin aleykum, ekdiyim xiyarlar ozunu mayalandirandir, lakin biten xiyarlar 3-4sm olanda çiçekden baskayir saralmaga emele gelmir, gelen xiyarlarda boyumurler, zehmet olmasa yazardiniz ne etmek lazimdir
Salam.pamidor ucun qida 2 vidiosuna baxin.
Salam dirrikdə bütün bitkilərə xırda ağ cücülər düşüb, ən coxda xiyar bitkısının alt yarpaqlarına yığılır bir nece gündən sonra şırə salıb məhv edir,zəhmət olmaza onun nece məhv olması haqqında məlumat vererdiz bir nece dərman istifadə etmişəm, xeyri yoxdu
Salam dermanlarin adlarini yazsa idiniz yaxsi olardi lannat 10 l suya 10 q her 3 gunde 3 defe dermanlayin
Tesekur edirem meslehete gore.
salam men sizi həmiwəizləyirəm xiyar ne ūcūn acl olur xaiw edirem cavab verin
xaiw edirem
aci xiyarin nagili videosuna baxin
Salam dayı çox sağolun dəyərli məsləhətlərinizə görə. Sizə bir sualım olacaqdı , xiyar acı bitibsə onu daha sonra necə bərpa etmək olar?
vaxti vaxtinda suvarmaq lazim di
Salam Aleykum, xiyar əkmişəm çiçəklənir, soora solur, yarpaqları da sarı rəngli xal xaldı
Azotu çatmır.
@@NasirHuseyn azotu hardan ala bilərəm
@@NasirHuseyn Və necə istifadə etməliyəm
@@NasirHuseyn Zəhmət olmasa
İstənilən bağçılıq dükanlarada var.Silitra olmasa karbamid gələcəkdə bir dəfə də NPK- 16-16-16 verin.( Qırmızı gübrə)
Verilmə qaydası bizdə " xiyar tağına ilkin qulluq" videomuza bax.
salam aleykum dayı bizim xiyar ekmisiy budamanı edə bilmirməm səvf eliyerem deye qorxuram kömey ede bilersen dayı mən sizə səkillər göndərsem şitilərin siz baxardınız deyerdiniz hardan budanma olmalıdır
salam. xiyar haqqında umumi məlumat və xiyarda məhsuldarlıgı necə artırmaq olar videolarında məlumat var. urəkli olun bildiyiniz kimi edin səhv olsada oyrənəcəksiz
ay dayı alah razlı olsun çox sağom bir sualım var pamidor ştilərimə qurd. düşüb yarpaqa düşür çiçəyləri yeyir pamidora düşür zəhmət olmasa cavab verərdiz
Salam.bilmek lazimdir hansi nov qurddur.eger xirda qara bitler kimidirse ona her hansi bir zeherli derman tecili sepilmelidir.Basqa nov qurd olsa ola bilsin kepeneklerin yumurtasindan emele gelib.Onun mualicesi ayri cur getmelidir.
salam necesiz.men xiyar ekirem.ama kokunde prablem olur.boy atmir.zehmet olmasa ev weraitinde nece ede bileremki xiyar boy atsin.cix xaiw edirem meslehet veresiz.
Salam. Tempratur stabil saxla
nmasa və işıqlanma az olarsa bu cür hal ola bilər. Otaq tempaturlu su ilə suvarılmalıdır.
@@NasirHuseyn salam.axwaminiz xeyir olsun. men xiyari parnikde yox bagda ekirem.zehmet olmasa bagda ekilen xiyar barede melumat vererdiz.sizden artiq derecede xaiw edirem. Esasen kokunde prablem yawanir.boy atmir.cox xaiw edirem melumat vererdiz ev weraitinde nece ede bilerem?
Salam .Dəyərli bilgilər üçün çox sağ olun ,təşəkkür edirəm .Bilmək istərdim : 5-ci yarpaqdan sonra əsas gövdənin ucunun vurulmasını yemiş tağlarına tətbiq etmək olarmı ?
Etməsəniz yaxşıdır.
xeyirxah dayi sabahin xeyir .dəyerli meslehetleriniz ucun cox cox sagolun .sizden bir söz sorusmaq isteyirem .badumcan cicekleyir amma tutmur quruyub tökulur ciceyi .baydır agaci suyunu veririk dibini siz deyen kimi otla samanla örtmuşuk ona gore nemli olur suya o qederde ehtiyaci olmayir heqiqetende.amma tutmur neden ola biler.sag olun deyerli insan.
Düzü bilmədik baydır ağacı nədir.Amma çiçəklərin tökülməsi havadan ola bilər.Həmin badımcanlar gələcəkdə bae gətirə bilər.
@@NasirHuseyn yəni dedim maraqlanarsız ki belke susuzluqdan tökülür amma ele deyil .baydır yəni hamımızın bildiyi kimi zəif deyil baxırsan ki salanmır bürüşmür amma bol bol çiçəkləyir bar vermir amma bunu demək istedim.birde sizin məsləhətinizlə zelyonka ve yodlu suyu çilədim pamidorlara bütün tərəvəzə çox xeyrini gördü pamidoru yaģışdan sonra azar vurmuşdu əldən gedirdi ondan sonra hamısı dayandı.sizin məsləhətləriniz dəyərlidir sagolun.
Allah sizi qorusun
Allah sizə kömək olsun!
Xiyar ucun sude ve ya ayrana 10 damci zelyonka demisdiz..1 litr ayrana qatib vurum?..bide nece muddetden bir vurum
Bəli 1litr.10 gündən bir vurun
@@NasirHuseyn birde uzerinde 2 aqcaqanad boyda qirmiziya oxsar rengde bocekler gorurem...mumkunduse 055 385 22 20 bu nomreye yazardiz sekillerini atardim
EMI SALAM TESEKUR EDIRIK...EMİ LOBYA YETİSTİRMEKLE BAĞLİ VİDYO KƏKƏRDIZ ZEHMET OLMASA
Salam.Lobyanın ən çətin işi yarpaq birindən qorumaqdır.Bunun üçün əlinizin altında həmişə MOSTAR çiçəkləməyə qədər 5 lt. Suya 1 çay qaşığı.Çiçəkləmədən sonra fufanon. Ya da eyfore hazır olsun.Zərərvericini hiss edən kimi dərmanlama lazımdır.Havalanmanı da həmişə normada saxlamaq lazımdır.
Yarpaq biti demək istədim
Salam xiyarlar armud formada olur nə edim
Armud formada olanda kalium çatmır.Kaliumla zəngin olan gübrə verin.Heç olmasa 3 litr ocaq külü 10 litr suda həll edib bir gün saxla.Sonra ondan bir litr götür on litr təmiz suya qat suvarmadan dərhal sonra ver.3 dəfə təkrar elə.Bizim xiyar niyə acı olur videomuza da bax.
Salam aleykum,dayi cox sagol etrafli melumata gore,menim xiyar taglarimda ,meyvenin yarsi tutur yarsi ise korpe vaxti 3-5 sm olduqda saralir meyveleri,neden ola biler ne meslehet gorursunuz?
Meyvelerin tokulmese ekser halda suyun coxluqu havalanmanin zeyif olmasondan ireli gelir
Rako düz deyir.Birdə xiyar tağı özü gücünı görə meyvəni saxlıyır.Gücü çatmıyanda bəzi meyvələr düşür
salam ağsaqqal allah səni saxlasın.Mən kivi əkmişəm çiçək açır amma meyvəsi olmur zəhmət olmasa bir məsləhət verin.təşəkkür edirəm.
Sizin yaşadığınız regionu bilmirem.Sup tropik zonada əhali kivinin xasiyetlerine bələddir.Kİvi əkiləndə hökmən biri erkək biri dişi şitil əkilməlidir ki onlar bir birini tozlandıra bilsin.Elə olmasa kivi məhsul verməz.
@@NasirHuseyn salam mən Qaxda əkmişəm siz deyən kimi bir erkək bir dişi amma çiçək açır çiçəklər üstündə qalır tökülür lakin meyvə olmur.
Çox sağol əmi dəyərli məsləhətinizə görə
Xiyar şitillərinin yarpaqlarında sarı sarı ləkələr əmələ gəlir yod zelyonka kömək edir ona?
Sulayarken suyu yarpağa deydirmeyin.
@@nigarhesenova5551 toxum akmisem suluyarm 5 gundu hec cixmir zogu?
@@nigarhesenova5551 yarpaqlarına dəymir xanım
Salam eger sari lekeler yagli teherdise bu basqa xestelikdir ona fitosparin sepmek lazimdir muveqqeti olaraq yodla zlyonkani istifade ede bilersiz yada 3 xorek qasiqi cay sodasi 50 q paltar sabunu hell edib (isti suda) 10 l saf suya qatib sepin amma buda muveqqetidir
@@hmidnsirov6533 onda eger yarpaqlar saralirsa azot çatişmamazligi ola biler.Eger usdünde xiyarlar korpeyken saralirsa onda kaliyum çatişmamazligidi.Men 1 qaşiq soda ve 3 damci yodu 10 litr suya qatib verdim yarpaqlari yamyaşildi xiyarlar ise o qeder bol olubki yigisdira bilmirem.
Cox sağ olun
cox saq ol
Xiyar əkmişəm,amma yarpaqları yamyaşıl deyil,sarı kimidi,qəşəng canlı deyil,nə edim ki yaşıllaşsın və məhsul versin,sarılıb xeyli qalxıb ,amma görüntü sağlam deyil,cavab yazsan sevinərəm
Harada əlimdən? Parnikdə yoxsa açıqda? Azot çatışmır.Azot tərkibli qidalar ver.Bütün apteklarda var nişatr spirti 2 xörək qaşığı 10 litr suya tök 2 dəfə ver.Karbamid bir yarım xörək qaşığı 10 litr suya tök suvarmada sonra həm dibinə həm də yarpaqlara ver.
Birdən bilmək istiyirəm məndə xiyari təzə əkmisəm.bes yarpaqdan sonra vurmaliyam basini?
Salam.əgər xiyar məhsul vermirsə edin.yoxsa hər xiyari etmək olmaz.
Eziz qardawim men dipceye xiyar ekmiwem.dibcek boyukdu.15 kg torpaq tokmuwem.xiyarin tagi saglamdi.usti de dolu olur.amma meyve yetiwdirmir.quruyub tokulur.men hansi gubre verim ona? Xahiw edirem deyin.
Cicek tokulurse suyun coxluqudur . Her seher 200 qr su verin birde awaqidan 3,4meyve ve yarpaqlari qirin atin havalanmanida coxaldin
Əgər çiçək qırılır tökülürsə Rako düz deyir.Yox əgər xiyar saralıb tökülürsə havadandır.Axşam sərin səhər isti olduğuna görə.
Ehtimal edirem ki suyun coxlugundan ola biler
Can dayı sənlə vaxt nə gözəl keçər
Salam ağsaqqal. Sizdən bir xahişim var. Sual cavab videosunda zəhmət olmasa pomidorda və kartofda göbələk xəstəlikləri ilə mübarizə vasitələrini deyərdiz. Mumkundursə təbii vasitələr olsa əla olar. Fitoftoroz kimi xəstəliklər. Bir də pomidor guvəsinə qarşı necə təbii mübarizə aparmaq olar?
Qardas ondan meslehet alma men aqronomlugu bitirmisem isleyirem xaricde yalan deyir . Firmayla isleyir
Yalançı sizsiz ki paxıllıqdan aranı qatırsız .biz neçe illerdi Naib eminin videolarına baxıb verdiyi meslehetlerle bağ bostan ekmişik .hemişede faydasını görmüşük.Allh canını sağ elesin Naib eminin her mesleheti canla başl başa slır bildiklerini heç vaxt esirgemeyib.@@sahnezerhafizov5631
Salam Zəhmət olmasa deyərdiz xiyar niyə acı olur.?Tağınıda tapdalamırıq deyirlər ki ondan ola bilər
Bu barədə videomuzu gözləyin.Video hazırdır bir neçə günə youtube yerləşdirəciyik.
Salam Allah eziyyetinizi itirməsin..... əmi mən badımcan şitil əkdim hamsi soldu nədən ola bilər...?
Salam.Ancaq küləkdən və soyuqdan.Ola bilsin ki şitillər də hələ kövrək olublar.Şitili əkdin dərhal bolluca su ver.Qumlu yerdirsə 2 gün qara torpaqdırs 3 gün suvarma.Şırımı dərin elə şitili külək az tutsun.
@@NasirHuseyn aha bəli mən əkdim iki gün külək yağış oldu yarpaqları torpağa dəyib çox sağolun Allah razı olsun sizin yeriniz haradır sizdən toxumlar almaq olar..?
Məndə toxum olmur.Sumqayıtda oluram.
Hemise hormetli olasan Nasir dayi cox sag olun bizide bilgilendirirsen Allah seninde mehsullarini bol elesin eziyyetviz yerde qalmasin mende heyetmizden videolar cekirem qarsiliqli abune olmaq isteyen dostlar menim de kanalima devetlidir 😻👍👍👍👍👏👏👏👏
emi sesin i esitmiriy
Salam baba sizin tərəvəzlər haqqında verdiyiniz məsləhətlərin hamsından məmnumam çöğ sağ olun çox gözəl effekt verib amma sizdən bir məsləhətdə almaq istəyirəm boranılarım bic gül açır boranı yoxdur xaiş edirəm bu haqqda mənə məsləhət verin yardımınıza ihtiyacım var
Gözləyin bir azdan boranı əmələ gələr.Narahatçılığa ehtiyac yoxdur.
@@NasirHuseyn çöz sağ olun cavabınız üçün minnetaram
Yaxwi cekinde deqiq bilmedikki nece kesek
Onu korpe nevelerim cekir.Menim kompyuterden basim cixmir.
Salam.Pamidorlarin yarpaqlari niye çevrilir?
Salam cevrilme basqadir burulma basqa bilmedim hansini deyirsiz eger burulubsa suyu azdi hemde istidendir yox eger cevrilibse qida maddekleri catmir
@@NasirHuseyn burulub beli.Suyu bir gunden bir verirem.Men fikirleşdimki belke suyu çox verirem deye ele olub.Çox sag olun fikir bildirdiyiniz üçün
@@nigarhesenova5551 Suyunu çox verib 4-5 gündən bir sulayın.Gözləyin kol tünd yaşıl rəng alsın onda sulayın.Pomidor çox su sevmir.Bolluca sulayıb 4-5 hətta 1 həftədə su verməmək olar baxır havanın isti ya sərin olmasına.
@@yusifmamedoff8106 minnetdaram👍
Salam xaiş edirəm bu haqda ətraflı məlumat verəsiz.Xiyar əkdim çoxlu xiyardan oldu amma xiyarın cubuglari parçalandı xiyarları saraldı niye ele oldu .Əvvəldən təşəkkürümü bildirirəm.
Salam qida elementleri catmir esasen azot
@@NasirHuseyn Salam hansı azotda n vursam yaxşı olar badımcanların da keyfiyyətsiz olur boranı əkdim oda saplaqlari çatladı meyvəsi saraldı xaiş edirəm Azotun adın yazardız Bakı torpağı üçün əvvəlcədən təşəkkür edirəm.
Salam siznen nece elqe saxlamaq olar
Salam.Ancaq bura yazmaqla.
Salam men kicik bir parnik salmiwam 3 cu cicek gelir birinciler yaxwidi amma sorakilartam tutmur birde pomidorlarin bezisiweller yigilir buruwurneden ola biler elaqe nomresi olsa yaxwi olar men oguzda yawayiram cavablandirsaniz wad olaram
Xiyar yarpagları saralır sonra yanır nəetmək olar???
Salam. Tempraturun az olmasından ola bilər .
Салам азиз гардашымыз, миннатдарыг сиза ман сиздан ойранмак истаирам Лимон акмишам ики илдир тохумдан чучариб ( дипчак габында) амма узанмыр ела 20-30см артыг галхмыр говдасида назикдир мумкнса дейардиз. Ончадан миннатдарлыгымы билдирирам.
Salam ona munbit yaxsi qidali torpaq verin vaxti vaxtinda suvarin
@@NasirHuseyn суварырам торпагда магазиндан алынмыш гара торпагдыр биз российада йашайырыг амма ев шараитинда бойудурук балка онун учун бойумур
@@xanimalieva9196 havalanma mutleq lazimdir oda canlidir ve oksigen lazimdir
Salam usta mən müəlliməm amma bağbanlığ sənətini müəllimlikdən üstün tuturam.çoox sevirəm bağda işləməyi.Amma aran zonasında olduğumuz üçün istədiyim nəticəni ala bilmirəm.Bilmək istərdim boatan üçün ən əsas dərman hansıdır.Sizin məsləhətinə ehtiyacım var
Bostan bitkiləri adətən yalancı külləmə xəstəliyinə tutulur.Yəni yarpaqların üstü ağarır.Əgər elə varsa XOM və ya fitolavin dərmanları kömək edə bilər.Yoxdursa profilaktika üçün fitosparen çiləmək lazımdır.
🤲🤲🤲🤲🤲🙏
salam.xiyarda onun bığcıqlarını budamaq olarmı
olar
Salam aleykum xiyarda ana gövdəni 5ci yarpaqdan sonra kəsməliyik?
Salam.hamsini yox.ozu ozunu tozlandira bilmeyen ana tagda coxlu bos cicekler olan ve qoltuq altlarinda xiyar gorunen taglarda 5 ci yarpaqdan sonra uc hissesi temiz ve iti qayciyla kesilmelidir.
@@NasirHuseyn Çox sağ olun
salam xiyar ştili satırsız?
Xeyr özüm də buzovnadan almışam.
@@NasirHuseyn ştil alarkan necə bilmek olar özü özünü mayalıyan olduğunu?
Soruşun F1 - dirmi. Ya da paketdə alırsınızsa yazılmalıdır самоопелящий.
@@NasirHuseyn çox sağolun dayı allah uzun sağlam ömür versin size,nə gözel izah edirsiz var olun
Cox sagol əmi👍❤
Sagol nasir dayi bu metoduda eliyim gorum nece olar
INseAllah yaxsi olar
@@NasirHuseyn salam dayi alla size wefa versin men bu vidiyodan hecne vawa duwmedum xauw edirem birde nece budamaq lazimdi ku mehsul bol olsunxaiw edirem birde gizderesiz evvelceden cox sagolun
Bəs bibarın qurumasın deyə nə edə bilərik
Azot tərkibli vida verib yüngülcə belləmək.
Bereketli olsun.xiyar niye aci olur?
bundan sonraki videomuzu gzoleyin.
Astaradan salamlar
Astaraya səmimi salamlar.
Müəllim mənim pamidorlarmın yarpağları yığılıb birdəki xiyar şaxa cıxıb cicəydə acıb amma eləbil yanıb saralaır tağlarım bu niyə belə olar?
Salam pomidora normal su verin burulmanin tehlukesi yoxdur xiyara belke cox su verirsiz koku curuyur xestelikdende ola biler eger yarpaqlarin ustu agarirsa kule oxsar tebeqe emele gelirse o mutleq mualice olunmalidir yalanci kulleme xesteliki deyirler ona
@@NasirHuseyn coxsağolun Müəllim
@@NasirHuseyn Xiyara coxda su vermirəm kacalka suyudu verdiymiz su
Salam axşamız xeyir mən xiyar əkmişəm amma boş çiçəy açır üsdünə xiyar olmur necə edim heyfim gəlir
Salam esas govdeni 5 yarpaqdan sonra kesin yan budaqlar inkisaf elesin
Utarda nə qədər danlşlrsan
Videonun sürətini artırıb və yaxud qabağa verə verə baxa bilərsiz.
Vealeykumselam
Sayənizdə çox şey öyrəndik
Halal xoşunuz olsun.Çox məmnun oldum.
Salamalekkum
Əleykum salam.
mənimdə xiyarım bir topa tökdü diyandı yenə. nə deməkdir görasan. tum atmışdım bitmişdi şitillər qırılır boğazdan düşür. zəhmət çəksəmdə ortalığda heçnə yoxdur
belke peyin cox vermisiz kok bogazi curuyurse nematodlardan olar
Çiçəkləyən vaxtı əkdiyniz yerin ortasında balaca ocaq qalayıb qayganaq bişirin və orada da yeyin və həqiqətən də Uca Allahın möcüzəsini görəcəksiniz. Məhsulunuz bol olacaq İnşAllah. Bu ilərin təcrübəsidir. Yalnız xiyar məhsuluna keçərlidir. İnanmayanlar etsin bunu və nəticəni görəcəksiniz. Həm çiçəklərin tez tökəcək həmdə məhsul o qədər bol olacaq ki, gözlərinizə inanmayacaqsınız. Allahın kəramətinə şükürlər olsun.
Çox düz şükür Allahın məsləhətinə.
Dayı mən sizi izləyirəm çox gözəl baş salırsız . Nomrənizi verərdizdə
nasir.huseyn@gmail.com vasitesi ile bizle əlaqə saxlaya bilersiz
@@NasirHuseyn salam nomrozu verinde mene zehmet olmasa
Yeni ekilen xiyar sitillerinin yarpaqlarini sanki qurd yeyir,didiq didiqdi, 2qulağdi hələ,nə etməliyəm ?evvelceden təşəkkur edirəm maarifləndirici cəkilişləriniz ucun
Babacam xiyari inden bele ekmek olar.
Olar havalanmanı düzgün tənzimləmək şərti ilə.Toxumu bir başa əkmək yaxşı olar.Şitilə ehtiyac yoxdur.
Salam mən də əkirəm becərirəm amma xiyarı axşam sulayram ki acı olmasın
xiyarin aci olmasi haqqinda novbeti videomuzu gozluyun.
Salam Nəsir kişi mən həyətdə lobya əkmişəm qəşəng böyüyüb amma çiçəkləmir nə edim 😂😂😂😂😂😂
Azot və azot tərkibli qidalardan az istifadə edin.
Tərəvəzlər birini yaxşı iri olur.ikinci məhsulu zəif olur.
Agsaqqal Allah sene can sagligi versin
Mənim bosdanim Biberlerin üsdü tökəndə kökündən quruyur , birdə xiyar bilən varsa yazsın xaiş edirəm ,niyə quruduqun, və nə etməliyəm
Salam.xəstəliyin əlamətini formasını dəqiq yazın.Xiyards 30- dan çox solma xəstəliyi var .Həm də istixanada ya açıqda oldugunu qeyd edin.Əgər yarpaqlar əski kimi solursa yaşıl qalırsa kök çürüməsidir.Ag ləkələr varsa bu yalançı unlu şehdir.Əvvəl ləkə əmələ gəlirsə sonra həmin yer quruyub deşilorsə bu trips qurdudur.və s.
@@NasirHuseyn bibərlərin üsdü Tökəndə ,Yarpaqlar solur kökündən quruyur,,, 1 günün içində ,..Xiyarlarda elə birinci yarpağı solur Sonra kökündən quruyur.. ((hansısa bitkini kökündən çıxaranda necə solursa elə)) . Həyətdə Əkirik açıq havada..arxnan Suvarırıq , Kanal suyuynan..... Torpaq sarı Torpaq dı, yarpaqları Yaşıl olur əvvəlcə... Bir günün içində solur və kökündən quruyur yaşıl qalmır,
Salam dəyərli məsləhətləriniz üçün təşəkkürlər.bizim xiyar tağları çox yaxşı inkişaf edir,ancaq birdenede çiçək yoxdu.mesləhətinize ehtiyacımız var
Salam sebr eleyin ola bilsin birazdan cicek olar.Buna sebeb kohne toxum da ola biler

Çox sağ olun