Şəhid Şəhriyar Quliyev Ağdamda yad olundu 25.05.2024

Поділитися
Вставка
  • Опубліковано 24 тра 2024
  • Şəhriyar Quliyev 1990-cı il mayın 25-də Ağdam rayonunun Cinli kəndində anadan olub. 1997-2008-ci illərdə Sumqayıt şəhərində M. Füzuli adına 15 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. 2 oğlu yadigar qaldı.
    Bu gün Ağdam şəhidi Şəhriyar Quliyevin mövludu günüdür.
    Bu münasibətlə Ağdam rayon icra hakimiyyətinin təşkilatçılığl ilə Ağdam muğam mərkəzində Şəhidin İctimai tv tərəfindən hazırlanmış filmin təqdimatı oldu.
    İlk öncə Ağdam icra başçısı Vaqif Həsənovun və şəhid ailəsinin iştirakı ilə Muğam mərkəzinin foesində təşkil olunmuş fotosərgiyə baxış keçirildi. Daha sonra isə Ölkəınin müxtəlif bölgələrindən gələn Şəhid ailələrinin qazilərin Rayon icra hakimiyyəti və hüquq mühafizə orqanlarının nümayəndələrinin və ictimaət əhlinin iştirakı ilə filmə baxış keçirildi
    “Milli Qəhrəman Şükür Həmidov yaralananda ilk sözü bu olub ki, mənim igidimi vurdular. Birdən onun nəşini ermənilər aparar, tez gedib onu oradan götürün”. Vətən müharibəsində canından keçən Azərbaycan igidlərindən biri Xüsusi Təyinatlı Qüvvələrin giziri Şəhriyar Quliyevdir. O, göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra “Qarabağ” ordeni ilə təltif olunub.
    Filim təqdimatından sonra Ağdam rayon icra başçısı Vaqif Həsənov çıxış etdi. O Bütün Şəhid ailələrinə və qazilərə tədbirdə iştirak etdiklərinə görə təşəkkürünü bildirdi və Şəhid Şəhriyar Quliyevin qəhramanlığından söz açdı. Və belə igid qəhraman övlad böyütdüklərinə görə Şəhidin valideynlərinə öz minnətdarlığını çatdırdı. O Torpaqlarımızın hər qarışını öz canı qanı bahasına alan şəhidlərimizə və bizə zəfər sevincini bəxş edən suverenliyimizin bərpasında əlindən gələni əsirgəməyən hər zaman dövlətimizin başın uca edən Ali baş komandan Prezident İlham Əliyevə təşəkkürünü bildirdi...
    Tədbir daha sonra bədii ədəbi kompazisya ilə davam etdi. Vətənpərvərlik ruhunda mahnılar səsləndi... Sonda isə Şəhidlər xiyabanı ziyarət edildi

КОМЕНТАРІ • 11

  • @user-iz9nz8sm2t
    @user-iz9nz8sm2t Місяць тому +2

    Mekanin cennet olsun şehib Şehriyarimiz.🥀🥀Allah sevdiklerine sebir versin.Sen hemişe qelbimizdesen şehid Şehriyarimiz🥀🥀

  • @sahibmmmdov4629
    @sahibmmmdov4629 Місяць тому +2

    Orxan müəllim çox sağolun şəhidlərimizə aid həmişə çəkilişlər edirsiniz Allah şəhidlərimizə rəhmət eləsin

    • @OrxaNSirinliTv
      @OrxaNSirinliTv  Місяць тому

      Sizdə sağolun Sahib müəllim. Var olun

  • @gshshysjd8325
    @gshshysjd8325 Місяць тому +3

    Ruhu qarşısında baş əyirik. Kişi kimi, gəldilər, kişi kimi sözlərini dedilər və getdilər😢😢😢

  • @XalideQuliyeva-os1up
    @XalideQuliyeva-os1up Місяць тому +1

    Allah hamınızdan razı Şəhriyarin anasiolsun 🤲🤲🤲

  • @gulnarammmdova5243
    @gulnarammmdova5243 Місяць тому

    Məkanız cənnət olsun,qəhrəman ogullarımız.

  • @afethesenova4872
    @afethesenova4872 Місяць тому

    Allah ruhunu şad, məqamını uca eləsin😢

  • @user-xe2ec5lq2e
    @user-xe2ec5lq2e Місяць тому

    Allax rexmet elesin Nesif Belqorodan size salam olsun yerde qalanlara deymesin 😢cox xeyif

  • @user-nb2tz2cf8j
    @user-nb2tz2cf8j Місяць тому

    Allah rəhmət eləsin məkanı cənnət olsun

  • @qrmzprdproduction
    @qrmzprdproduction Місяць тому

    Allah rəhmət eləsin. Amma anlaya bilmirəm , tədbirdə çıxışlar elə bu qədər idimi? Deyəsən bütün mətbuat sözü bir yerə qoyub ki, bizlərin çıxışını heç yerdə işıqlandırmayacaq.