SƏRÇƏ | Səhər-səhər bağçada | Yeni Uşaqlar Mahnıları | Azerbaijani Nursery Rhymes

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024
  • Səhər-səhər bağçada,
    Bir sərçə dən yeyirdi.
    Hərdən baxıb üzümə,
    "Cik-cik, cik-cik" deyirdi. (*2)
    O yedi, doydu, qaçdı,
    Birdən itdi gözümdən,
    Bəs o balaca sərçə
    Hara getdi gözümdən?!
    Çox axtardım, tapmadım,
    Tutdu ağlamaq məni.
    Birdən kolun dalından
    Uçan gördüm serçəni.
    O uçdu, uçdu, uçdu,
    Qondu yaşıl budağa.
    Çox çağırdım, gəlmədi,
    Uçub getdi uzağa.

КОМЕНТАРІ •