Zəlimxan Yaqub - Mən sənin qəlbinə necə yol tapım / öz səsi ilə / şeirlər
Вставка
- Опубліковано 30 вер 2024
- Mən sənin qəlbinə necə yol tapım - Zəlimxan Yaqub / öz səsi ilə / şeirlər
MƏN SƏNİN QƏLBİNƏ NECƏ YOL TAPIM?!
Gəl mənim ömrümün şirin dünyası
Məhəbbət adlanan pirin dünyası
Fərhad əfsanəsi, Şirin dünyası
Qalamı uçurum, qaya mı çapım?!
Mən sənin qəlbinə necə yol tapım?!
Ömrüm sənə sarı düşən güzardı
Əvvəli beşikdi, sonu məzardı
Ay Allah bu azar nə xoş azardı
Ürək ağrılarım, könül əzabım
Mən sənin qəlbinə necə yol tapım?!
Ürəkdən ürəyə dil körpüsü var
Görüşdən görüşə gül körpüsü var
Gizli sevdaların qıl körpüsü var
Çatar mı keçməyə dözümüm, tabım?!
Mən sənin qəlbinə necə yol tapım?!
Keşikçi ayıqdı, gözətçi mətin
İzləmək qorxulu boylanmaq çətin
Hasarı hündürdü bu imarətin
Tilsimli pəncərəm, qıfıllı qapım
Mən sənin qəlbinə necə yol tapım?!
Gecələr şam kimi əritdin məni
Gündüzlər yol üstə qurutdun məni
Gözlədə-gözlədə çürütdün məni
Örtülü dəftərim, bağlı kitabım
Mən sənin qəlbinə necə yol tapım?!
Tufan mı qaldırım, mehə mi dönüm?!
Yağış mı yağdırım, şehə mi dönüm?!
Qula mı çevrilim, şaha mı dönüm?!
Çəmənim, çiçəyim, gülüm, gülabım
Mən sənin qəlbinə necə yol tapım?!
Tanrı sovqatımsan, din işığımsan
Səhər şəfəqimsən, dan işığımsan
Ən şirin ləhcəmsən, danışığımsan
Bütün suallara sənsən cavabım
Mən sənin qəlbinə necə yol tapım?!
Mənim ilk sevincim, son iztirabım
Mən sənin qəlbinə necə yol tapım?!
-------
1. Videonu bəyəndinizsə LİKE düyməsinə tıklayın ki, video daha çox insana çatdırılsın.
2. Ən yeni videolardan xəbərdar olmaq üçün kanalımıza ABUNƏ olun və "zınqırov" işarəsinə tıklayaraq bildirişləri aktiv edin..
-------
DİQQƏT: © Müəllif hüquqları qorunur..!!!
QN Production
-------
Bizi sosial şəbəkələrdən izləməyi unutmayın:
~ UA-cam: / qnproduction
~ Facebook: / qn.production.baku
#seirler #şeirler #zəlimxanyaqub
DAHA ÇOX VİDEOLAR ÜÇÜN UA-cam KANALIMIZA ABUNƏ OLMAĞI UNUTMAYIN!
Ey gözəl Şair,yolun düşsə bu dünyaya bir də gəl.....
Daglardan uca derin derelerden derin Boyuk sozlu Boyuk Zelmxan Mekanın Cennetdi senin
Mən I'm ilk sevincim son iztirabım Mən səni n qəlbinə Necə yol tapım
Örtülü dəftərim,bağlı kitabım
Mən sənin qəlbinə necə yol tapım? Məkanınız cənnət olsun Zəlimxan Yaqub.Nur içində yatın.
Çox gözəl ruhda və mənada olan bir şeir dahi şairimizdən...aşıq havası ilə də çox gözəl alınıb...👍
Allah rəhmət eləsin Zəlimxan Yaquba, dahi sənətkara🙏
Məkanınız cənnət ruhunuz şad olsun hər bir zaman dəyərli və unudulmaz sənətkarımız🙏🙏🙏
Ömrüm sənə sarl düşən güzardl əvvəli beşikdi sonu məzardl hikmətə bax beşikdən məzara dərk etmək budu dünyanl😔
ДАХИ ШАИР ДЕДЕ ЗАЛИМХАН МЕКАНЫН ЧЕННЕТ ОЛСУН
Allah rəhmət eləsin dahi şairimizə 🤲🤲🤲🤲👏👏👏
Allah rəhmət eləsin bundan gəlmiyib gəlmyejekdə böyük şair
Allah rehmet elesin
Sozlerdeki menaya bax 😢 Allah rehmet elesin evezsiz wair
Allah rəhmət eləsin dahi Insana
Yeriniz cennet olsun deyerli shair 😔🖤
Sen ne muhteşem bir şairsen. Senin gibi baska biri gelir mi acaba dünyaya?
Allah sizə rəhmət eləsin, heyf
Nur içi ndə yat şair
Allah rehmet etcin cize bojuk dahi incan bir keldin bir kettin
❤S❤Vallah yoruldum ❤S❤seni cox sevirem
Gözəl. Dahi şair Zəlimxan Yaquba rəhmət
Çəmənim çiçəyim gülüm gül abim MƏN sənin qəlbinə Necə yol tapım
Allah o dünyavı versin zermxan dahi şair
Sen bir söz xezinesinin Acar idin. geldin ve gettin.Men eminem ki bir daha senin yerini alan olmayacaq.Allah senin mekanini cennet etsin Heqq Sairi.😢
ALLAH RƏHMƏT ELƏSİN , MƏKANIN CƏNNƏT OLSUN , böyük SƏNƏTKARIM .
ULU TANRI bir də SİZDƏN dünyaya bəxş etməyəcək .
HEYF , çox HEYF , SİZDƏN !
Ruhun sad olsun sair seirinden qida alan balamin da ruhu sad olsun
Mekanin cennet olsun ❤
Allah rehmet elesin sairmize🤲serleri adamin qelbin titredir.
Sizi dinledikce ruhum dincelir. Allah size rehmet elesin dahi shairimiz.
Məna dərinliyi məni məndən alır😢
❤️🥺
Allah rəhmət eləsin
Allah sənə rəhmət eləsin şair
Qaynar qazan . sözü bitməyən Dahi Şair Allah rəhmət eləsin🙏🙏🙏
Allah rehmet elesin Size Dahi Insan
💖S💖S💖
Ruhun sad olsun Sair😢❤
Tesekur edirem
Əyala
Buna televiziyada baxmışam, heçvaxt yaddaşımdan silinməz bir məqamdı.