Lobya şorbası

Поділитися
Вставка
  • Опубліковано 23 сер 2024
  • Lobya şorbası
    Lobya yuyulur təmizlənir
    2-3 saat soyuq suda saxlanılır
    sonra qaynamağa qoyulur
    5 dəqiqə qaynayandan sonra suyu süzülüb atılır
    yenidən üzərinə su alınır qaynadılır yarı bişmiş olanda 3-4 kartof üzərinə tökülür,1 baş soğan doğranılır tökülür,duzu tökülür qaynayıb bişdikdən sonra suyu başqa qaba süzülür
    lobya kartofla birlikdə əzilir
    pörtülmüş yağsoğan üzərinə tökülür 3-4dəfnə yarpağı,qara istot,azca sarıkök üzərinə reyhan qurusu səpilir (kim istəsə keşniş tökə bilər zövqə görə) lobya şorbası hazırdır.
    sarımsaqlı qatıqla yeyilir.

КОМЕНТАРІ • 27

  • @gonulcedoga623
    @gonulcedoga623 Рік тому

    Emeğine sağlık arkadaşım afiyet bal olsun güzel paylaşım

  • @gonulcedoga623
    @gonulcedoga623 Рік тому

    Kanalınıza abone oldum 👏🌴🌳🌳🌿🌿

    • @nuraysuleymanova6201
      @nuraysuleymanova6201  Рік тому

      Çox sağolun Allah sizədə kömək olsun yolunuz həmişə açıq olsun məndə sizə abunə olaram sevə-sevə baxaram💐🌹❤

  • @bayramsuleymanov4605
    @bayramsuleymanov4605 Рік тому +2

    Əllərinə sağlıq🌺🌹🌼🌸🍁

  • @metanetxudiyeva1306
    @metanetxudiyeva1306 Рік тому

    Çox gözəl 👍👍👍👍

  • @mahireismailzade5601
    @mahireismailzade5601 Рік тому

    Qışın ən gözəl yeməyi Siz yəqin Qəbələdənsiz Bu yemək orda çox bişirilir

    • @nuraysuleymanova6201
      @nuraysuleymanova6201  Рік тому

      Salam mən Gürcüsanlıyam orada belə bişirilir coxdandır mən sumqayıtda yaşayanam.

  • @ehmedagayev9178
    @ehmedagayev9178 Рік тому

    Bizde buna cılbır deyilir Qişın en lezetli yemeyi amma biz bir az ferqli bişirırik

    • @nuraysuleymanova6201
      @nuraysuleymanova6201  Рік тому

      Bizdədə bunun adına şeşamadı deyilir amma mən lobya şorbası yazdım.

  • @yemeklerim3323
    @yemeklerim3323 Рік тому

    👍👍

  • @aapkisehelimehar8138
    @aapkisehelimehar8138 Рік тому +1

    Mashahallah Mashaallah marhaba i subscribed please stay connected,😊👌👌👌👌👌👌👍👍👍😊🎁👍

  • @natimmmdova2293
    @natimmmdova2293 Рік тому

    👍👍👍👍

  • @iradliyeva3103
    @iradliyeva3103 Рік тому

    Lobya bişir kartofda soğanı da atırsınız qazana təzədən iki dəfə süzürsünüz bu nədi belə yemək bişirirlər

  • @ismayiltagiyev2633
    @ismayiltagiyev2633 Рік тому

    Lobya yemeyine kartof atmirlar sadeçe olarax bişirib ezib qabiğini atib yağ soğan hairlayib bişiriler

  • @iradliyeva3103
    @iradliyeva3103 Рік тому

    Lobya supuna qatıq tökmürlər

  • @lalepiriyeva7432
    @lalepiriyeva7432 Рік тому

    Bilmədim siz nə bişirdiniz bu nə xörəkdi,?

    • @nuraysuleymanova6201
      @nuraysuleymanova6201  Рік тому

      Salam bu xörəyin adı bizdə şeşamadı deyilir o,xörək burada tanınmır deyə lobya şorbası yazdım çox dadlı yeməkdir nənələrimiz belə bişirib.

  • @iradliyeva3103
    @iradliyeva3103 Рік тому

    Kartofları xirda doğrayıb atıram lobya supunavə bir başqa tavada soğan qovurub azca sarıkök bir çay qaşığı tomat vururam Çox gözəlsən sup alınır

  • @iradliyeva3103
    @iradliyeva3103 Рік тому

    Lobyanı isladırsan sonra suyunu süzüb təzədən qazana su töküb qaynadırsan.bişəndən sonra bircə dəfə süzüb üstünə su gəzdirirəm və əzənlər əzirəm .siz iki dəfə qaynatdınız Düzgün deyil onun bütün vitamini öldüki

    • @nuraysuleymanova6201
      @nuraysuleymanova6201  Рік тому

      Onun suyunu ona görə süzürəm ki həm qazı çıxsın həmdə rəngi açıq olsun onu məndə bəzən suya qoyuram ondada yaxşı olur həmdə onda lobya partlamır islatmağa vaxt olmadı.