Daşaltı döyüşçüsünün bacısı: “31 ildən sonra qardaşımı doğma kəndimizdə torpağa tapşıracıq”

Поділитися
Вставка
  • Опубліковано 18 сер 2023
  • #APATV #Şuşa #Daşaltı #Xaçmaz #şəhid #AdilNiftəliyev #Qarabağmüharibəsi #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023
    “Torpaqlarımız işğaldan azad olunandan sonra özümə söz vermişdim ki, gedib Şuşadan, qardaşım şəhid olan yerdən bir ovuc torpaq gətirib, onun üçün qəbir düzəldəcəm. Amma ötən gün bizə 31 ildir yolunu gözlədiyimiz qardaşımız Adil Niftəliyevin qalıqlarının tapıldığı barədə məlumat verdilər. İndi hamı bizə gözaydınlığı verir. Nəhayət ki, gözümüz yollardan çəkilər. Yaxın günlərdə qardaşımızın qalıqlarını doğma kəndində torpağa tapşıracayıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
    Bu sözləri APA TV-yə Birinci Qarabağ müharibəsi zamanı Şuşa rayonun Daşaltı kəndində şəhidlik zirvəsinə ucalan, amma cəsədi 31 sonra aşkarlanan şəhid Adil Niftəliyevin bacısı Qızılgül Niftəliyeva deyib.
    Niftəliyev Adil Kamal oğlu 24 iyul 1966-cı ildə Xaçmazın Kiçik Baraxum kəndində doğulub. Birinci Qarabağ müharibəsi başlayanda könüllü cəbhəyə gedib. Malıbəyli, Kərkicahan, Kosalar kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatı zamanı itkin düşüb. Ondan sonra ailəsi Adil haqqında heç bir xəbər almayıb.
    Niftəliyevlər ailəsi bu gün Xaçmaz Şəhidlər Xiyabanında şəhid Adil Niftəliyevin xatirə lövhəsini ziyarət edib, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan bütün Vətən oğullarının xatirəsini ehtiramla anıblar.
    Qeyd edək ki, Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından yeddisinin şəxsiyyəti müəyyənləşdirilib. Bu barədə avqustun 18-də Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərlə bağlı keçirilən brifinqdə məlumat verib. Bildirib ki, şəxsiyyəti müəyyən edilmiş cəsəd qalıqları Abdullayev Nurəli Hacıbaba oğlu, Qurbanov Nofəl Nəriman oğlu, Rüstəmov Araz Bağı oğlu, Hüseynov Gülverdi Ağahüseyn oğlu, Abbasov Məhərrəm Abbas oğlu, Niftəliyev Adil Kamal oğlu və Mikayılov Baba Balakişi oğluna aiddir.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: ua-cam.com/users/APAGROUPOffic...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

КОМЕНТАРІ • 14

  • @teymenshukurlu546
    @teymenshukurlu546 11 місяців тому +8

    Can bacı,Allah rehmet elesin Şehid qardaşimiza

  • @seadetxalsayeva7090
    @seadetxalsayeva7090 11 місяців тому +6

    Allah rəhçət eləsin kaş mənimkidə tapılaydı o da sizin qsrdaşıvız itkin düşən gün şəhid olub itkin düşüb CƏBRAYILOV HƏMİD YAŞAR OĞLU

  • @gultekinisgenderova9589
    @gultekinisgenderova9589 11 місяців тому +8

    Аллах рехмет елесин хайыф гозел огуллардан ленетлер олсун душмене

  • @iorudj489
    @iorudj489 11 місяців тому +4

    😢😢😢

  • @user-hl9no3hp1e
    @user-hl9no3hp1e 11 місяців тому +2

    Жан Гызылгюл Бажы!
    Аллах рехмет елесин 🤲 руху шад олсун 🤲 сизеде себр дилейирем🤲

  • @baharnovruzlu9458
    @baharnovruzlu9458 11 місяців тому +1

    Allah rəhmət eləsin

  • @aylimemmedli1717
    @aylimemmedli1717 11 місяців тому +1

    Allah rahmet eylesin

  • @user-xz9iz8or4m
    @user-xz9iz8or4m 11 місяців тому +3

    Чан ана йерлери ченет олсун хейиф

  • @user-re4le3eu8f
    @user-re4le3eu8f 11 місяців тому

    Allah səbrinizi bol edsin

  • @azizalitfullayeva7836
    @azizalitfullayeva7836 11 місяців тому +1

    Can ay bacı, ananın gözləri ağlamaqdan kör olub rəhmətə gedib, könüllü gedən oğullardandı bu oğul, Allah rəhmət eləsin

    • @samirecabbarli6116
      @samirecabbarli6116 10 місяців тому

      Onlari taniyirsiz?
      Harada defn olub sehid?

    • @sabinaakbar1314
      @sabinaakbar1314 10 місяців тому +1

      ​@@samirecabbarli6116Dedelli kənd qəbirstanlığında

    • @samirecabbarli6116
      @samirecabbarli6116 10 місяців тому

      @@sabinaakbar1314 hansi rayon

  • @elnurabdulayev4345
    @elnurabdulayev4345 9 днів тому

    Allah rəhmət eləsin