"Yanardağın qığılcımı". Əhməd Şəfəqli

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2022
  • Yanardağın qığılcımı
    -------------------------------
    Tarixinin ilk günündən
    Dayanmadan alovlanır
    Yanardağın qutsal odu.
    Uca Tanrı bizə onu
    Örnək vermiş, Odlar yurdu!
    Onun odu
    Qərinələr, tarix boyu
    İçimizə bol-dol doldu.
    Yaşat onu ürəyində,
    Azər qızı, Azər oğlu!
    Babaların tapındığı
    O atəşdən bir qığılcım,
    Bircə çınqı götür, götür!
    Alışdır öz ürəyini
    Xalqın üçün, yurdun üçün!
    Dosta ötür!
    Qoy bürünsün Qutsal Oda
    Odlar yurdu!
    Qoy dirçəlsin, qoy yüksəlsin
    Ürəklərin işığında!
    Kim deyir: «Tanrı göydədir?”
    Bu yalandır, uydurmadır!
    Neçə dahi demədimi? -
    Müqəddəs Tanrısal Odun
    Ürəkdədir Qığılcımı!
    O tum-odu böyüt, yansın,
    Ürəyində alovlansın
    Xalqın üçün, yurdun üçün!..
    Qaldır rəmzi qılıncını
    Nəiminin, Nəsiminin!
    Koroğlunun qılıncını!
    Qoy alışsın ürəyində
    Yanardağın qığılcımı!
    Əhməd Şəfəqli
    02.11.2018
    Orucov Əhməd Həmzə oğlu

КОМЕНТАРІ • 1

  • @ulviyyliyeva575
    @ulviyyliyeva575 2 роки тому +1

    Afərin! Hər şeiriniz ayrı- ayrılıqda Vətənə. Tanrıya olan sevginizin qığılcımdır.Sizə böyük ədəbu uğurlar arzu edirəm!