Qatarla 3 saat 20 dəqiqəyə Qəbələdə... - REPORTAJ

Поділитися
Вставка
  • Опубліковано 21 сер 2024
  • “Azərbaycan Dəmir Yolları” QSC mayın 15-də açılışı olmuş Qəbələ Dəmiryolu Vağzalına və Ləki stansiyası-Qəbələ birxətli dəmiryolu xəttinə press-tur təşkil edib.
    APA TV xəbər verir ki, press-turun məqsədi dəmiryolu xəttində hərəkət edəcək vaqonların vəziyyəti, hərəkət trayektoriyası, sərnişin daşınması işinin təşkili və digər işlərlə media əməkdaşlarını daha yaxından tanış etmək olub.
    Bakıdan Qəbələyə yola düşəcək qatar müasir vaqonlardan ibarətdir. Bu isə rayon sakinləri ilə yanaşı, Qəbələyə üz tutacaq turistlərin də ürəyincə olacaq. Yolumuz açıq, qədəmlərimiz mübarək olsun!
    “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Natəvan Babayevanın sözlərinə görə, çətin dağlıq relyef ərazisində layihələndirildiyi üçün dəmiryolu xətti böyük tökmələrdən və qazmalardan keçib. Ümumilikdə layihə üzrə 122 ədəd süni mühəndis qurğusu quraşdırılıb. Yağış sularının kənarlaşdırılması və torpaq yatağının dayanıqlığını təmin etmək məqsədilə 16855 paqon metr beton qanov, 430 paqon metr drenaj xətti və 277 paqon metr olan istinad divarının tikintisi tamamlanıb. Dəmiryoluna paralel olaraq layihə üzrə 10 kV-luq sərbəst yan qidalandırıcı elektrik verilişi xətti və kontakt şəbəkə quraşdırılıb: “Yol istiqamətində Ağdaş dəmiryolu dayanacağı, Qəbələ dəmiryolu stansiyası, Qəbələ dartı yarımstansiyasının tikintisi və Hacıalı yarımstansiyasının təmiri işləri aparılıb. Bakıdan Qəbələyə qədər dəmiryolu xətti 311 km, qatarın yolda olma müddəti 3 saat 20 dəqiqə təşkil edir. Burada İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dördvaqonlu ikimərtəbəli sürətli qatarından istifadə olunacaq. Qatar standart, biznes və birinci klass vaqonlardan ibarətdir. Vaqonlardakı yerlərin ümumi sayı 363-dür, bunlardan 293-ü standart, 61-i biznes, 9-u isə birinci klass yerlərdir”.
    Hazırda dəmiryolu xətti istismara tam hazır vəziyyətdədir. Pandemiya səbəbindən hələlik sərnişinlər üçün bağlı olsa da, media-tur çərçivəsində ilk sərnişin dolu səfər uğurla reallaşdırılıb.
    Bakı-Qəbələ dəmiryolu qatarında üçü standart və biri biznes olmaqla 4 vaqon istismara buraxılıb. Biznes vaqonun tərkibində “biznes plus” salon var. Bu isə sərnişinlərin istəyindən asılı olaraq onlara təklif olunacaq.
    Ölkənin əsas turizm bölgələrindən biri sayılan Qəbələ rayonuna dəmiryolu xəttinin çəkilişi bu rayonun turizm potensialına da təsirsiz ötüşməyəcək. Dövlət Turizm Agentliyinin sektor müdiri Elgün Cavadovun sözlərinə görə, dəmiryolu xəttinin çəkilişi rayona səfər etmək istəyən turistlərin sayına müsbət təsir göstərəcək: “Qəbələ həm mədəniyyət turizmi, həm təbiət turizmi, həm qış turizmi və digər turizm növləri ilə təmsil olunur. Müxtəlif yaş qrupundan olan turistləri özünə cəlb edə bilir. Bu baxımdan biz Qəbələyə müxtəlif növ nəqliyyat vasitələri ilə gedə bilirik. Bu gün isə Qəbələ rayonuna qatarla gedirik. Bu, olduqca gözəl bir amildir ki, biz bunun şahidi oluruq. Gəncədən sonra Qəbələnin də sürət qatarı ilə təmin olunması yaxşı haldır”.
    Üç saat yarım davam edən yolçuluqdan sonra qatar Qəbələ dəmiryolu vağzalına yan alıb. Media nümayəndələri Qəbələ Dəmiryolu Vağzalında yaradılan şəraitlə də yaxından tanış olublar.
    Hazırda Qəbələ Dəmiryolu Vağzalındayıq. 2018-ci ilə tikintisinə başlanılan dəmiryolu vağzalının 2021-ci ildə ölkə başçısı tərəfindən açılışı olub. Hazırda dəmiryolu vağzalı sərnişinləri qəbul etmək üçün tam hazır vəziyyətdədir.
    Qəbələ Dəmiryolu Vağzalı sərnişinlər üçün gözləmə zalı, kassa, məlumat verici lövhələr və digər lazımı avadanlıqlarla da təmin olunub.
    Qeyd edək ki, hazırda pandemiya şəraiti səbəbindən ölkə ərazisində rayonlararası və beynəlxalq sərnişindaşıma fəaliyyəti karantin müddəti ərzində dayandırılıb. Bu səbəbdən Qəbələ-Bakı dəmiryolu xəttinin də nə zaman sərnişin qəbul edəcəyi Operativ Qərargahın qərarından asılıdır.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    apa tv apa group apa xeber apa xeberler xeberler son xeberler gundem gundem xeberler en son xeberler Xəbərlər son xəbərlər ən son xəbərlər yeni sərəncam xəbərlər bugün xəbərlərdə bugün günün xəbərləri xəbərlər yeni xeberler son deqiqe ən son xəbər son dəqiqə son deqiqe xeber xəbər xeberler yeni yeni xəbərlər bugünkü xəbərlər ən yeni xəbər son xeberler 2021 son xeberler bugun son xeberler bugun 2021 günün əsas xəbərləri azerbaijan azerbaycan siyaset baku baki bakı баку азербайджан новости xəbərlər ilham əliyev ilham aliyev mehriban əliyeva mehriban aliyeva xeberler cebhe dtx mtn prezident xalq azerbaycan xeberleri en yeni xeberler azerbaycanda neler bas verir cebheden xeberler qarabag azerbaycan qarabag azerbaycan en son xeberleri gunun xeberleri karabakh qarabağ əsirlər erməni əsir qarabağ döyüşləri qazi xtq
    #apatv #apaxeber

КОМЕНТАРІ • 33

  • @region_qerb_
    @region_qerb_ 3 роки тому +10

    Xeyirli olsun butun regionlarimiza açılsın insalah .

  • @qoxusucnnt852
    @qoxusucnnt852 3 роки тому +7

    Ne yaxwi ki Qebeledenem ya cox sevirem burani insAllah serniwinede tez vaxta acilar ve qiymetler munasib olar

  • @mehebbetxasiyeva6074
    @mehebbetxasiyeva6074 2 місяці тому +1

    Nolursuz bakidan balakənədə ya qaxada acilsin bizi tol cox torur😢

  • @gunewgunew5206
    @gunewgunew5206 3 роки тому +3

    O gün olsun maştağaya da acilsin rahat gedek🤲🏻

    • @elsadqurbanov8510
      @elsadqurbanov8510 3 роки тому

      Rayonları abadlaşdırmaqla,Bakı kəndlərində bir xatırlasalar ela olardı

  • @mobicity6462
    @mobicity6462 3 роки тому +6

    Xeyirli olsun,qiymətlər necəyədi?

  • @parvanamammadova5432
    @parvanamammadova5432 3 роки тому

    Lap ela ugur olsun, qatar dediyin ele 3-4 saata getmese ne lezzeti var daha👍

  • @elnurkisiyev2219
    @elnurkisiyev2219 Рік тому

    Xeyirli uqurlu olsun

  • @intiqamaliyev6053
    @intiqamaliyev6053 3 роки тому +1

    əLa cox gozəL😎😘

  • @nuretinaleskerov5820
    @nuretinaleskerov5820 3 роки тому +4

    Demeyin suret gatari ayibdi.

  • @nuretinaleskerov5820
    @nuretinaleskerov5820 3 роки тому +7

    Ayibdi demeyin kosdermeyin.3 saata 1250km yol ketmiwemwanxaydan vencuya kedenn yollardda olann daglar tuneller hecyerde yoxdur ayib olsunn biz ewweklle aya kedirik.

  • @ayselqasimova5508
    @ayselqasimova5508 Рік тому +1

    Çoooxx sürətli imiş

  • @Miros1996
    @Miros1996 22 дні тому

    Şəki Üçündə Gediş Qatarı Olsa Əla Olar

  • @rizvanhasilzad442
    @rizvanhasilzad442 2 роки тому +5

    Yəqin sürət qatarı nədir bilmirlər. Sürət qatarı saatda 550-. 600km/saatla hərəkət edir ...xatırladım dedim... Və artıq bəzi ölkələrdə 650-700km/saatla geden qatarlar var ..Nəysə)..

  • @mehebbetxasiyeva6074
    @mehebbetxasiyeva6074 2 місяці тому

    Niyə hami pullulara xidmət edir kasiba baxan yoxdu😢

  • @sevilzeynalova55
    @sevilzeynalova55 3 роки тому +4

    Ne vaxt gede bilerik,bilet neceyedi

  • @fqanliyev7228
    @fqanliyev7228 3 роки тому +1

    🤙🤙

  • @alikaliyev2833
    @alikaliyev2833 3 роки тому +5

    Pulunuda qebele camahatindan cixardarsiz

  • @nazirefendiyev6590
    @nazirefendiyev6590 Рік тому +2

    Maşınla 2 saat yatıma gedirəm 10 manata bu isə 14 manat

  • @hsjdjdjddjdhd
    @hsjdjdjddjdhd 8 місяців тому

    😢

  • @vualya1038
    @vualya1038 Рік тому

    Velosiped aparmaqa yer gormedim teze qatarda

  • @feridhesenov3794
    @feridhesenov3794 2 роки тому

    bunu niye sehere yaxin tikmeyibler etrafda tam bosluqdu

  • @valehsharbatli
    @valehsharbatli 3 роки тому +5

    Maşınla 2 saat 30 dəqiqə

  • @adilallahverdiyev7023
    @adilallahverdiyev7023 3 роки тому +1

    Uqurlu olsun..amma baki xirdalan sumqayit xetti helede yarimciq qalib..iki yerde avtomobil kecid sranbali helede goturulmeyib..Apseron ..sumqayit kecidi.buna niye baxilmirki

  • @elcinkamilov5164
    @elcinkamilov5164 3 роки тому +2

    Gorem qiymetlr neceyedir

  • @berfindurbak4544
    @berfindurbak4544 2 роки тому

    Niye istifadeye vermirler.?

  • @parvanamammadova5432
    @parvanamammadova5432 3 роки тому

    Açılıb göresen?

  • @iorudj489
    @iorudj489 Рік тому +1

    Поджэьдж

  • @risselify
    @risselify Рік тому

    Dunyada suret qatari 600km/saat. Bizde suret qatari 100km/saat )))))