DÜRÜSTLÜK | Nağıl

Поділитися
Вставка
  • Опубліковано 29 бер 2024
  • RAFİQ İSMAYILOV, ÜLKƏR NURULLAYEVA, ŞƏHLA ZAHİDOVA,
    İRADƏ BAYRAMOVA, AYSELXANALIYEVA, KÖNÜL CƏLİLOVA
    AZƏRBAYCAN
    DİLİ3
    (tədris dili)
    Ümumi təhsil müəssisələrinin 3-cü sinifləri üçün
    Azərbaycan dili fənni üzrə dərslik
    (2-ci hissə)
    Elxan tənəffüsdə məktəbin həyətində uşaqlarla qaçdı-tutdu
    oynadı. Zəng vurulanda pörtmüş halda sinfə qayıtdı. Müəllim
    onun qızarmış sifətinə baxıb dedi:
    - Elxan, tənəffüsdə bu qədər qaçma. Tərləyib xəstələnərsən.
    Dərsin sonunda müəllim
    Elxana bir zərf uzadıb dedi:
    - Bunu anana ver. Qoy oxuyub cavab
    versin.
    Elxan düşündü ki, müəllim məktubda
    ondan şikayətlənib: “Kaş ki məni danlayaydı,
    cəza verəydi. Anam bu məktubu
    oxusa, hirslənəcək. O xəstədir. Ona
    əsəbiləşmək olmaz”.
    Bu həftəsonu müəllim şagirdləri Şamaxı
    rəsədxanasına aparmalı idi. Neçə gün idi ki,
    sinifdə hamı ekskursiya haqqında danışırdı.
    Elxan da bu gəzintiyə getmək istəyirdi.
    Amma ailəsinin maddi durumuna görə
    anasına bu haqda heç nə demək istəmirdi.
    Bir tərəfdən də bu məktub...
    Ertəsi gün müəllim Elxanı yanına çağırdı:
    - Elxan, məktubu anana çatdırdın?
    - Bəli, müəllim...
    Bunu deyəndə Elxan başını aşağı saldı. Öz-özünə düşündü: “Görəsən,
    müəllim niyə məktubu soruşur?! Nəyin cavabını gözləyir ki?!”

КОМЕНТАРІ •