Katarakta nədir və necə müalicə olunur?

Поділитися
Вставка
  • Опубліковано 3 жов 2024
  • Uzman Doktor Emil Yusifov
    Tel: 077 331 10 08
    Facebook: / emilyusifovcom
    İnstaqram: dremilyusifov
    Katarakta Haqqında
    Katarakta bəbəyin arxasında yerləşən və görməmizdə vacib rol oyanayan büllurun şəffaflığını itirərək bulanıqlaşması və tədricən görmənin itməsinə səbəb olan xəstəlikdir. Yunan dilindən tərcümədə katarakta - “şəlalə” deməkdir. Qədim yunanlar belə hesab edirdilər ki, katarakta zamanı bəbəyin bulanıq boz rəngi onun üzərinə şəlalə kimi düşən və görməni zəiflədən pərdə ilə bağlıdır. Kataraktalı xəstə ətrafa sanki “çirkli pəncərə” arxasından baxır. Xəstəliyin son həddində gözün rəngi mirvariyə oxşadığından, xalq arasında kataraktaya "Mirvari suyu" da deyilir.
    Katarakta yaşla bağlı yaranan xəstəlik olub, əsasən orta yaşdan yuxarı şəxslərdə rast gəlinsə də- yenidoğulmuşlarda, şəkərli diabet xəstələrində, göz nahiyyəsindən travma alan şəxslərdə, uzun müddət kortizolla müalicə alan xəstələrdə də yarana bilər.
    Əlamətləri:
    • Görmənin tədricən zəifləməsi
    • İşığa həssaslığın artması (gözlərin qamaşması)
    • İkili görmə
    • Oxumanın çətinləşməsi
    • Gecə görmənin zəifləməsi
    • Rəngləri solğun və ya sarımtıl görmə
    • Göz önündə ləkələrin görünməsi
    • Eynək nömrələrinin sürətlə dəyişməsi
    Bulanıqlığın büllurun hansı hissəsindən başlanmasından asılı olaraq klinikada bəzi dəyişikliklər ola bilər. Belə ki, bulanıqlıq büllurun mərkəzində yerləşdikdə (nüvə kataraktası) uzağı görmə zəifləyir, əşyalar dumanlı görünür. Belə xəstələr axşamlar gündüzə nisbətən daha yaxşı görür.
    Bulanıqlıq büllurun qabığında lokalizasiya olunursa (kortikal katarakta), görmə zəifliyi demək olar ki, dəyişmir. Belə halda xəstəlik çox gec proqressivləşir.
    Yenidoğulmuşlarda katarakta (kongenital katarakta) -ananın hamiləlik dövründə keçirdiyi infeksiyalar və ya qəbul etdiyi dərmanlarla bağlı yarana bildiyi kimi, heç bir aşkar səbəb olmadan da meydana çıxa bilər. Körpədə bəbəyin birinin digərindən fərqli olması və ya çəplik kataraktanın əlaməti ola bilər. Uşaqlarda bu əlamətlər görünən kimi həkimə müraciət etmək lazımdır. Əgər görmə zəifliyi və xüsusilə bir gözdə katarakta varsa dərhal əməliyyat olmalıdır. Əməliyyatın vaxt baxımından vacibliyi gözdə tənbəlliyin (ambliopiya) yaranma riskinin olmasıdır.
    Kataraktanın diaqnozunu qoymaq üçün oftalmoloji müayinənin standart metodlarından (görmə itiliyinin, görmə sahəsinin, gözdaxili təzyiqin, göz dibinin müayinəsi) və əlavə metodlardan (refraktometriya, oftalmometriya, densiometriya və s.) istifadə olunur.
    Katarakta dərman və ya eynəklə müalicə oluna bilən xəstəlik deyil. Kataraktanın inkişafının qarşısını ala biləcək bir üsul yoxdur və tək müalicəsi cərrahi yoldur. Müasir dövrümüzdə katarakta iynəsiz, narkozsuz və ağrısız əməliyyat olunan xəstəliklərdəndir.

КОМЕНТАРІ • 49

  • @solmazmamedova1337
    @solmazmamedova1337 2 роки тому +4

    Bu şəhərlərin hamısını oxudum, bir müalicə olunmuş insanın razılığını görmədim.

  • @miniraceferova492
    @miniraceferova492 4 роки тому +2

    Doktor salam zehmet olmasa dejin mende her 2 gozumde katarakta var 0perasijanin gijmeti nevedir

  • @firanagiyeva7501
    @firanagiyeva7501 3 місяці тому

    Əməliyyatın qiymətlərini yazardınız

  • @samirazimov8065
    @samirazimov8065 4 роки тому +2

    Salam hekim anam plekennen yıxılıb başını zedeledikden sonra gözləri zəifləyib həkimə getdik dedilər kataraktadır əməliyyat lazımdı. Bilmək istəyirik ki bu baş yere caxılmasınnan katarakta yarana bilər ya yox

  • @xeyyammirzeyev4765
    @xeyyammirzeyev4765 2 роки тому +1

    salam doktor,sığorta ilə əməliyyat edirsiz?

  • @gamletabduragimov6267
    @gamletabduragimov6267 Рік тому +2

    Şəkər xəstəsində katarakta gedirsə.Gözləmək lazımdı tamam tutulsun,yoxsa təcili əməliyyat lazımdır?sağ olun

  • @xədicəvəbişirilmə
    @xədicəvəbişirilmə 7 місяців тому

    Çox saö olun doktor

  • @aidehuseynova9640
    @aidehuseynova9640 3 роки тому +1

    Salam həkim tanrı sizi qorusun mənim balamada köməyliy edin nolar bir dənə balzm var 27 yaşı var gözündə katarakta var

  • @tahirhatemov3551
    @tahirhatemov3551 Рік тому +1

    Ganca Beyn. Xast. Azarbaycan Sahiyyasinin Sah asari gularuz madani va an asasi professional tibbi heyyat. Uzman doktor oftalmoloq Fuad baya xos arzular

  • @ilqarshirinov921
    @ilqarshirinov921 3 роки тому +1

    Hörmətli həkim gözdəki kataraktanı əməliyat edib linza taxmayıb eynəkdən istifadə etmək mümkündür ? Yoxsa mütləq linza qoyulmalıdır.

  • @tahirmemmedov5595
    @tahirmemmedov5595 4 роки тому

    Həkim salam,iki həftə əvvəl sol gözümdə əməliyyat oldu, uzağı yaxşı görürəm yaxını pis görürəm. 70-ə yaxın yaşım var, əməliyyata qədər lap xırda yazıları yaxşı
    görürdüm, indi də sağ gözüm xırda yazıları yaxşı görür.ikinci əməliyyata getməyə tərəddüd edirəm,çünki ömrümdə eynək taxmamışam.

  • @bulbulesedova6137
    @bulbulesedova6137 2 роки тому

    Axşamınız xeyir .xahiş edirəm buyrasiz .eynək linzasiniň cücü ne hesablanır ?

  • @ElyanaDilbazi
    @ElyanaDilbazi 10 місяців тому

    Linzanı nə vaxtdan sonfa dəyişib yenisini qoymaq olur

  • @zenfiraeliyeva7688
    @zenfiraeliyeva7688 2 роки тому

    Salam həkım cox sagolun ınsanları başa salırsız mənım də gözumdə katarakta var qıymətını bılmək ıstərdım həm də hansı ölkənın lınzası yaxşıdı mənə deyıblər kı Amerıkan lınzası yaxşıdı allah rızası ucun mənı başa salın hansı yaxşıdı cunkı pulu guclə duzəldırık hec olmasa əzabımıza dəysın

  • @aliqasanov8031
    @aliqasanov8031 4 роки тому

    Salam. Menim sol gizumde qaralma emele gelib hekime muraciet etmisem gozume maye yigilib deye qiaqnoz qoyublar amma aparilan muayinede. Hecde razi qaadim

  • @nihatmahmudlu627
    @nihatmahmudlu627 2 роки тому

    Salam doktor göz kişanı olmaması müalicəsi var mı xayiş edirəm cavablandırın Allah xatirinə 🙏

  • @МАТАНАТ-т5п
    @МАТАНАТ-т5п Рік тому

    əməliyyatsız kataraktanın qurtarmaq mümkündürmü məni 2024 də mayın 8 zi əməliyyata yazıblar necəsən şans varmı bundan azad olmağa

  • @azerbaycanqarabagismaylov6562
    @azerbaycanqarabagismaylov6562 5 років тому +1

    Salam Anamın Gözün 8 il öncə katarakrırdan əməlyyat eləmişik.Anamın gözü 7 ay öncə tamam tutulub göz təziqidə var onu müalicə etmək münkündürmü yşyrnidən görsün.Anamın 80 yaşı var

  • @adileliyev6324
    @adileliyev6324 5 місяців тому

    Gözümde miyopiya xesdeliyi var 16nöme liza taxıram ğözümde tük kimi uçuşmalar yaranıb emelyat elemek olar yaşı gormürem evelceden öz teşegürmü bildirirem xesde Leyla xanım

  • @zenfiraveliyeva1787
    @zenfiraveliyeva1787 Рік тому

    Kataraktanın ilkin əlaməti zamanı müalicə mümkündürmü?

  • @miniraceferova492
    @miniraceferova492 4 роки тому

    Doktor salam menim her 2 gozumde katarKta var bu emelijat neceje basa gelir ?

  • @rhimhuseynov691
    @rhimhuseynov691 Рік тому

    Sığorta ilə əməliyat edirsız

  • @tomaveliyeva5719
    @tomaveliyeva5719 2 роки тому

    Doktor salam 73yasim var .gözümün ici bulaniqdir .dərmanla müalicə var .çox xahiş edirəm

  • @nurans3865
    @nurans3865 2 роки тому +1

    Salam 12 yaşı var uşaq DSP li katarakta həkimlər deyir əməliyyat olsa yaxşı olar amma uşağın vəziyyətine görə eləmək çətindir deyirlər

  • @user-tp6bh4qe2y
    @user-tp6bh4qe2y 2 роки тому

    Həkim siz hansı klinikada işləyirsiniz Xahiş edirəm cavab. verin

  • @nostalijivideolar3724
    @nostalijivideolar3724 4 роки тому

    Salam Doxtor mende katarakta var 2 gozumde var cox mene narahat edir xaiw edirem mene komek edin

  • @IlqarYusifov-b9d
    @IlqarYusifov-b9d 11 місяців тому

    SLam sizin ùnvanìnìz emeliyatìn qiymeti

  • @sexavetehmedov1487
    @sexavetehmedov1487 5 років тому

    Doktor salam mende iki gozumde zeifdir demey olarki 10 faizdir amma irsidir bizde zeirefe eliyeva kilinkasinda mualice almisam amma emeliyat elesem ackiden azad olub rahat gore bilecem birdeki acki 50 faziliydir

  • @slalsultanova2074
    @slalsultanova2074 2 роки тому

    Katarakt emaliyatından evel qara noqte ildırım çaxma oldugu kimi emaliyatdan sonrada olur niye gore

  • @xosqdmquliyeva2202
    @xosqdmquliyeva2202 5 місяців тому

    Ana dilimizdə danis

  • @afeqabyev9467
    @afeqabyev9467 3 роки тому +1

    Salam doktor.
    Mənim gözümdə yetişmiş katarakta aşkar edilib. Sizin hərtərəfli məsləhətinizə ehtiyacım var

  • @elmiraandgimnastika3320
    @elmiraandgimnastika3320 4 роки тому

    Qiymatin deyin zahmat olmasa bu amaliyatın

  • @mehribanliyeva8564
    @mehribanliyeva8564 2 роки тому

    Mən Əliyeva Mehriban altmış yaşında katarakta dan müalicə alıram bəs kurs almışam reseptlərin yüz manat tutub heç bir xeyri yoxdu

  • @elvinvelizade178
    @elvinvelizade178 3 роки тому

    Salam hekim men 1 aydi emeliyat olunmusam ancaq gozumun agrisi kesmir birde emeliyatdan sonra mende goz teziqi emele geldi..neyniye bilerem

    • @xedicememmedova5145
      @xedicememmedova5145 3 роки тому

      Salam. Neçiyə başa gəldi əməliyyat

    • @renaahmedova6468
      @renaahmedova6468 3 роки тому +1

      Salam həkim bu gün öyrəndim ki 1stadiya mirvari s.var gözümdə.Sizə sualım :
      Nə etməliyəm artmasına ,qarşısını alim ,cərrahi vəziyyətə gəlməsin .cavablandırsanız sevinərəm,🙏🙋🌹

    • @renaahmedova6468
      @renaahmedova6468 3 роки тому +3

      Baxıram cavab yazmırsız.aydim oldu ki muştəri yığmaqdı məqsədiniz 👏👏👏👏

    • @samiregasanova6953
      @samiregasanova6953 3 роки тому

      @@ncmddinhmdov9058 salam,zehmet olmasa deyerdiniz goze mirvari suyu gelende yani tam gozu mirvari suyu alanda ,adama narahatciliq veririrmi ?? Adamin eli qalir gozunde sanki nese var gormur,zehmet olmasa cvb yazardiniz

    • @samiregasanova6953
      @samiregasanova6953 3 роки тому

      @@ncmddinhmdov9058 yenede Allah sizede wefa versin,menim 43 yawim var ,men travma almiwam,ondan sonra bawladi gozum zeif gormeye,aylarla bele gezdim ,getdim hekime dediki bes gozume mirvari suyu gelir,amma bu son gunlerde dahada gozum zeflemeye bawladi,ele bilirem gozumde nese qalib menim ureyimi sixir,getdim hekime bir iki gun evvel dediki mirvari suyu tam gozunu alib,mende qorxuram hemde coxxx😢😢 cunki men yawda hec kimde mirvari suyi olmur,qorxuram ki.nese bawqa bir wey olar

  • @valehsukurov9236
    @valehsukurov9236 3 роки тому

    Mən moykada işləyirəm orda kirlenir gözümün aqi ləkə kimi olur özüm kasıb ailəyəm

    • @valehsukurov9236
      @valehsukurov9236 3 роки тому

      Onu təmizləməyin xərci nəqədərdi və sözdür mümkünsə nömrənizi verin bu mənim nomrəm

  • @SevincSoltanova-n9m
    @SevincSoltanova-n9m 2 місяці тому

    Gözüm quruyur ve isqa. qarsl narahat oluram güneş işıqda pis görürem