Əliağa Vahid - Dedim ey qönçə dəhan ( səs: Bayram Şahvələdov)

Поділитися
Вставка
  • Опубліковано 8 сер 2024
  • Qəzəl: Əliağa Vahid
    Musiqi: Anna RF - why
    Səs: Bayram Şahvələdov
    İnstagram: bayramshahveled...
    Dedim : - Ey qönçə dəhan, könlümü qan eyləmisən ,
    Dedi : - Bica yerə eşqimdə fəqan eyləmisən .
    Dedim : - Insaf elə, incitmə məni, aşiqinəm ,
    Dedi : - Get, sirrimi dünyayə əyan eyləmisən .
    Dedim : - Ağlatma məni sərv boyun şövqündə ,
    Dedi : - Göz yaşini bihudə rəvan eyləmisən .
    Dedim : - Axir, gözəlim, bagü baharim sənsən ,
    Dedi : - Sən ömrünü həsrətlə xəzan eyləmisən
    .
    Dedim : - Az çəkməmişəm gözlərinin həsrətini ,
    Dedi : - Öz könlünü yersiz nigəran eyləmisən .
    Dedim : - Eşqində əsirəm, mənə bəs xeyri nədir ?
    Dedi : - Evvəldə bu sevdadə ziyan eyləmisən .
    Dedim : - Eşq atəşi neylər mənə, qorxan deyiləm .
    Dedi : - Biçarə, yanarsan, nə güman eyləmisən ?
    Dedim : - Ey gül, mən əzəldən də gözəl aşiqiyəm ,
    Dedi : - Sən ruhini eşq iylə cəvan eyləmisən .
    Dedim : - Hər gün səri-kuyində dolanmaqdir işim ,
    Dedi : - Vahid, nə gözəl yerdə məkan eyləmisən.

КОМЕНТАРІ • 35