Goranboyda kompleks mülki müdafiə təlimi keçirilib - APA TV

Поділитися
Вставка
  • Опубліковано 4 жов 2024
  • #APATV #goranboy #FHN #təlim #hadisə #FövqəladəHallarNazirliyi #xilasetmə #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #gundemxeber #ənsonxəbər #apa #apagündəm #apatvyenixəbər #apatvənyenixəbər #apatvxəbərlərdəbugün
    "Azərbaycan Respublikasının 2023-ci il üçün Mülki müdafiə tədbirləri planı" çərçivəsində 25-27 oktyabr tarixlərində Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin rəhbərliyi ilə Goranboy rayonunda "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.
    Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin rəisi polkovnik Elxan Vəliyev fövqəladə hadisələr zamanı mülki müdafiənin əhəmiyyəti, mülki müdafiənin təşkili, mülki müdafiə tədbirlərinin icra vəziyyətindən danışaraq, bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin əhəmiyyətindən bəhs edib.
    Təlim zamanı rayonun mülki müdafiə qüvvələri fövqəladə hadisənin baş verməsi barədə rayon rəhbərliyinin, FHK-nın və mülki müdafiə idarəetmə orqanlarının xəbərdar edilməsi, rayonun mülki müdafiə idarəetmə orqanlarının, mülki müdafiə xidmətlərinin və ərazi üzrə mülki müdafiə qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsi, şəxsi heyətin "xəbərdarlıq toplanış" siqnalı üzrə fəaliyyəti, ərazinin kəşfiyyatının aparılması, məlumatların toplanması və təhlilinin aparılması, görüləcək qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həcminin müəyyən edilməsi və təşkili işləri yerinə yetirilib. Kompleks təlimə Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy rayon Yanğından Mühafizə Hİssəsinin, rayonun aidiyyəti qurumlarının, hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin ümumilikdə 204 nəfər şəxsi heyəti və 46 ədəd texnikası cəlb edilib.
    FUAD NAZİMOĞLU MEHDİ RƏŞİD APA TV GORANBOY
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

КОМЕНТАРІ • 2