İmam Əli (ə) -ın Şəhadəti qısa məlumat
Вставка
- Опубліковано 10 лют 2025
- İmam Əlinin (ə.s.) şəhadəti günü
21 Ramazan Əmirəlmöminin Hz. Əlinin (ə.s.) şəhadəti günüdür
Hz. Əlinin şəhid olduğu gecə Hz. Həsənlə arasında bir söhbət oldu. İmam Əli dan yerinin ilk işıqları hələ ağarmadan evindən çıxıb Kufə məscidinə gedərkən oğlu Həsənə hədiyyə edilmiş olan bir sürü qaz ötüşərək üzərinə doğru uçdu. İmam Əli bu qazların ötməsini böyük bir hadisənin, dağıdıcı bir müsibətin meydana geləcəyinin xəbərçisi hesab etdi. Və “la havlə və la qüvvətə illa billah! Arxasından fəryadların gələcəyi ötmələr!” dedi.
İmam Əli daha sonra xurma ağacı gövdəsindən düzəldilmiş məscid qapısını açmağa yönəldi. Lakin onu açmaqda çətinlik çəkdi. Onu yerindən çıxardı. O vaxt boşalmış kəmərini bərkidərkən bu iki beyti söylədi:
“İzarını (kəmərini) ölüm üçün möhkəmcə bağla
Çünki ölüm səni qarşılayacaq
Ölümdən qorxub kədərlənmə
Vədinə çatdığı zaman.”
İmam Həsən atasının bu qədər erkən vaxtda evdən çıxmasını yadırğamışdı. Ona, “Bu vaxtda çıxmanın səbəbi nədir?” deyə soruşdu.
İmam Əli, “Bunun səbəbi bu gecə gördüyüm və məni dəhşətə salan bir yuxudur” dedi.
İmam Həsən, “Xeyirdir, xeyir olsun, onu mənə izah et” dedi.
Bunun üzərinə İmam Əli bunları söylədi: “Cəbrayılın göydən Əbu Kubeys təpəsinə endiyini gördüm. Oradan iki daş götürərək Kəbəyə doğru getdi. Kəbənin yanında o daşları bir-birinə vurdu. Vurmanın təsiri ilə daşlar toz halına gəldi. Bu tozlar elə dağıldı ki Məkkə ilə Mədinədə içinə bir parçasının girmədiyi tək bir ev belə qalmadı.”
İmam Həsən, “Yaxşı, bu yuxunu necə şərh edirsən?” deyə soruşdu.
İmam Əli, “Əgər yuxum doğru çıxarsa sənin atan öldürüləcək və Məkkə ilə Mədinədə məndən doğulacaq kədərin girmədiyi tək bir ev belə qalmayacaq” dedi.
İmam Həsən atasının bu sözləri üzərinə dalğınlaşdı. Özündən keçdi. Ardından batıq bir səslə, “Bu hadisə nə vaxt olacaq?” deyə soruşdu.
İmam Əli oğluna bu cavabı verdi: “Uca Allah, “Heç kim sabah nə qazanacağını bilə bilməz və heç kim harada öləcəyini bilə bilməz” buyurur. Lakin sevgilim Allah Elçisi bu hadisənin Ramazan ayının son on günü içində olacağını mənə bildirdi. Məni Əbdürrəhman b. Mülcəm öldürəcək.”
İmam Həsən, “Bunu bilirsənsə, öldür onu” dedi.
Hz. Əli, “Cinayətdən əvvəl qisas tətbiq etmək caiz deyil. Hələ cinayət işlənmədi” dedi. Arxasından İmam Əli oğluna yatağına dönəcəyinə dair and içdirdi. İmam Həsən də zəruri olaraq bu əmrə əməl etdi.
İmam Əli məscidə girdikdən sonra o böyük faciə meydana gəldi. Kufə xalqı hadisəni eşidər eşitməz məscidə qaçdı. Hz. Əlinin oğulları da sürətlə hadisə yerinə qaçdılar. İmam Həsən məscidə çatanların başında gəlirdi. Atasını mehrabda yerə yıxılmış tapdı. Üzü və saqqalı qana boyanmış idi. Ətrafını qucaqlamış olan camaat ilk yardımı etməyə çalışırdı.
Oğlu Həsənlə göz gözə gəldi və ona camaata namaz qıldırmasını əmr etdi. İmam Həsən namazı qıldırarkən o da yerdə oturmuş namaz qılırdı və yarasından qan axırdı.
İmam Həsən namazı bitirdikdən sonra atasının başını tutaraq qucağına aldı və, “Sənə bu işi kim etdi?” deyə soruşdu.
İmam Əli, “Əbdürrəhman ibni Mülcəm” deyə cavab verdi.
İmam Həsən, “Hansı tərəfdən qaçdı?” deyə soruşdu.
İmam Əli, “Heç kim onu axtarışa getməsin, o sizin yanınıza bu qapıdan gələcəkdir” dedi və məscidin Kində qapısına işarə etdi.
Necə ki qısa bir müddət sonra camaatın İbni Mülcəmi imamın dediyi qapıdan içəri gətirdikləri görüldü. Adamı əlləri arxadan bağlı və başı açıq olaraq İmam Həsənin hüzuruna gətirdilər.
İmam Həsən, “Ey lənətlənmiş! Möminlərin Əmiri, Müsəlmanların imamını niyə öldürdün? Səni qorumasının və yaxınına almağının qarşılığı bumu idi ki ona bu şəkildə cavab verdin?” dedi.
O sırada İmam Əli gözlərini açdı və ona belə dedi: “Çox cani bir iş etdin, böyük bir cinayət işlədin. Mən sənə şəfqət göstərib səni başqalarının önündə tutmadımmı? Nə üçün mənə bu qarşılığı verdin?”
Arxasından oğlu Həsənə dönərək qatilinə yaxşı davranmasını tövsiyə etdi və belə dedi: “Ey oğlum! Əsirinə qarşı mərhəmətli ol.”
İmam Həsən, “Bu lənətlənmiş adam səni öldürüb ağrını bizə daddırdı. Sən isə ona qarşı yumşaq olmağımı əmr edirsən?” deyincə İmam Əli, “Ey oğlum! Biz rəhmət və bağışlama evinin əhliyik, ona yediyin yeməkdən yedir. İçdiyin sudan içir. Əgər mən ölsəm qisas cəzası tətbiq etmək sürətiylə onu öldür. Lakin ona əsla müslə (orqanların kəsilməsi ilə əzab vermə) etmə. Çünki mən Rəsulullahın, “qudurmuş köpəyə belə müslə etməyin” dediyini eşitdim. Əgər yaşasaydım ona necə davranacağımı bilərdim. Onu bağışlamaqda üstünlük mənə aiddir. Biz Əhli Beyt ailəsi bizə qarşı cinayət törədənlərə əfvdən və yaxşılıqdan başqa bir şey etmərik.”
İmam Həsən atasına baxaraq belə dedi: “Ey ata! Səndən sonra biz kiminlə xoşbəxt olarıq, səni itirmənin əzabı bizim üçün Rəsulullahı itirmənin əzabı kimidir.”
İmam Əli oğlunu qucaqlayaraq belə dedi: “Allah ürəyini səbirlə sakitləşdirsin. Məni itirmənin ağrısı miqdarın tərəfindən sənin və qardaşlarının əcrini artırsın.”
ardı videoda.......
🥺🥺🥺🥺
Əhsən əhsən Qardaş Allah Eşq yolunda sənə xususən sabit Qədəm qərar versin Qiyamətdə İmam Əli Əleyhissalam başın üzərində təcil olsun Səsinə qüvvət 🕋
Çox sağ olum