Təranə Vəlizadə - Ömür yelləncəyim

Поділитися
Вставка
  • Опубліковано 21 сер 2021
  • Səhər tezdən üfüqlərdən,
    Günəş bizə boylanardı.
    Mənim qəlbim ürəyimdə,
    Alovlanıb odlanardı.
    Sevinərdik, gülüşərdik,
    Kövrələrdik, yadındamı?
    Bağçamızda yelləncəkdə yellənərdik,
    Biz qayğısız yelləncəkdə yellənərdik.
    Duyammadım sənin səsini,
    Səslər içində doğma səsmiş.
    Elə andım olub keçən,
    Bir həvəs imiş.
    Sevinərdik, gülüşərdik,
    Kövrələrdik, yadındamı?
    Eh bağçamızda yelləncəkdə yellənərdik,
    Biz qayğısız yelləncəkdə yellənərdik.
    Söylə gülüm, söylə bir də,
    Ay dolanır, gün gələcək.
    Ömrümüzün yelləncəyi,
    Yenə birgə yellənəcək.
    Sevinərdik, gülüşərdik,
    Kövrələrdik, yadındamı?
    Bağçamızda yelləncəkdə yellənərdik,
    Biz qayğısız yelləncəkdə yellənərdik.

КОМЕНТАРІ • 4