Qarğıdalı saçağı çayının inanılmaz faydaları

Поділитися
Вставка
  • Опубліковано 13 вер 2024
  • Kanalımızda sizlərə faydalı olacaq reseptlər, tibbdə baş verən yeniliklər, bir çox xəstəliklərin yaranma səbəbi və onların müalicə üsulları ilə gündəlik olaraq paylaşılan videolarda tanış ola bilərsiniz.
    Diqqət! Bu məlumat sizə informasiya məqsədi ilə verilir! Videoda göstərilən texnikaları, ənənəvi müalicəçilərin təcrübəsi, həmçinin qidaların toplanması və s. həkimlə məsləhətlətləşdikdən sonra tətbiq edin.
    Bu videoda göstərilən bütün təcrübələr, məsləhətlər, reseptləri, özünüzün şəxsi iradəsi altında öz üzərinizdə tətbiq olunur və məsuliyyəti tam sizə aiddir.
    Təklif və iradınızı, eləcə də reklam yerləşdirmək üçün bizə yazın.
    #baxbele #baxbelə
    ---
    Sonsuzluq və potensiya zəifliyi aradan qaldırır, Piylənmə, Yuxusuzluq və əsəb pozğunluğu,Sidik yollarının iltihabi xəstəliklərində effektiv nəticə göstərir.
    Əgər siz qarğıdalı saçağının orqanizm üçün faydalarını bilsəniz, yəqin ki, onu gərəksiz bir zibil kimi atmayacaqsınız. Qarğıdalı saçağı zəngin tərkibi, faydalı xüsusiyyətləri ilə bir çox dərdlərin təbii dərmanıdır.
    Xalq təbabətində qarğıdalı saçağından çox qədim zamanlardan istifadə olunub.
    O, Böyrək iltihabı, Qastrit, , Vərəm, Şəkərli diabet, Hipertoniya, Dəri xəstəlikləri, Venaların varikoz genişlənməsi və onkoloji xəstəliklərin profilaktikası müalicəsində effektli təbii vasitədir.
    Qarğıdalı saçaqlarını dəmləyib iç¬mək böyrək üçün çox xeyirdir. Bunun¬la immuniteti gücləndirmək, orqanizmi xəstəliklərdən qorumaq mümkündür.
    Eyni zamanda, həzm sisteminin ni¬zamlı işləməsinə kömək edir. Bağırsaq¬ları işlədən bu çay qəbizlik problemini də aradan qaldırır.
    Qarğıdalı çayı, revmatizm və sümük xəstəliklərinə də yaxşı təsir göstərir. Sakitləşdirici təsiri ilə bədəni stressdən azad edir. Qarğıdalı saçağında çoxlu C və K vitaminləri var. Zəngin kalium və antioksidant mənbəyidir.
    Dəri və ürək xəstəliklərinin müali¬cəsində istifadə edilir. Sızanaq və qara nöqtələrin yaranmasının qarşısını alır. Yaxşı nəticə əldə etmək üçün qarğıda¬lı saçağı qaynadılıb suyu soyuducuya qoyulur. Vaxtaşırı dəri onunla masaj edilir. Həmçinin saçı nəm saxlayır və qırılmasının qarşısını alır, tökülməsi¬ni dayandırır. Bunun üçün həmin çayı saça çəkib bir müddət saxlamaq lazım¬dır.
    Qarğıdalı saşağından müntəzəm istifadə edildikdə o qanda şəkəri tənzimləyir, həmçinin xolesterenin səviyyəsini aşağı salır.
    Stresslə mübarizə üçün qarğıdalı saçağı ən yaxşı təbii vasitələrdən biridir. O sinir gərginliyini, zehni və fiziki yorğunluğu aradan qaldıraraq sakitləşdirici təsir göstərir, normal yuxunu təmin edir.
    Piylənmə, böyrək və sidik yolları xəstəliklərinin müalicəsində qarğıdalı saçağı aşağıdakı qaydada hazırlanır.
    5 xörək qaşığı qarğıdalı saçağının üzərinə 400 qram su əlavə edilib 30 dəqiqə zəif odda qaynadılır. Sonra 3 saat dəmdə saxlanılır. Bu müddətdən sonra süzülür və gün ərzində 3 dəfə 30 qram yeməkdən əvvəl qəbul edilir.
    Piylənməyə qarşı qarğıdalı saçağından hazırlanmış dəmləməni hər 3 saatdan bir 50 qram qəbul etmək lazımdır.
    İştəhasız və çəkisi az olan insanlara qarğıdalı saçağından istifadə məsləhət görülmür.

КОМЕНТАРІ • 2

  • @vitingsgatan1
    @vitingsgatan1 2 місяці тому +1

    Böyrəyimdəki daşı cıxartdı🎉

  • @Zorludu
    @Zorludu 17 днів тому

    Bunlardan əlavə dəmləyəndə elə gözəl iyi olur ki elə bil sütlü qarğıdalıdı 🎉