Rəşad Dağlı kimdir? - Haqqında bunları bilirsizmi?

Поділитися
Вставка
  • Опубліковано 13 жов 2021
  • #birivar #meyxana #resaddagli
    O, Azərbaycanda ən çox azarkeş kütləsi olan şəxslərdəndir. Dediyi meyxanalar - xüsusilə də deyişmələrdə “1 nömrə”dir. Meyxana aləmində ən yaxşıların fərqləndirilməsi üçün “meyxana tacı” deyilən bir rəmzi ad var. Bu ad Məşədibabadan Aydın Xırdalanlıya, Xırdalanlıdan isə ona keçib. Bəs, o, bu adı layiqincə daşıya bilirmi?
    Yeni verilişimizin ilk sayında meyxana dünyasının gəlmiş-keçmiş ən sanballı ismlərindən biri haqda söz açırıq. Biri var, Rəşad Dağlı...
    Rəşad Rəşad Vaqif oğlu Əmirov 1984-ci il aprelin 21-də Yasamalda anadan olub. Uşaqlıqdan meyxanaya marağı olub. Mərhum həmkarı Əlislam söhbtlərinin birində deyirdi ki, Rəşad toppuş oğlan idi, onu məktəbin divarından güclə qaldırıb kemirirdik. Balaca idi, ancaq bizimlə meyxana deməyə gəlirdi.
    O, 2001-ci və 2011-ci ildə Azərbaycan telekanallarının ən yaddaqalan meyxana layihələrindən olan "De gəlsin"də iştirak edib.
    2001-ci ildə 17 yaşlı Rəşad finala qədər gəlib çıxır, sonda, finalda Aydın Xırdalanlıya məğlub olur
    Rəşad Dağlının şəxsi həyatı ilə bağlı mətbuatda ən çox sadalanan iki hadisə var. Biri yoldaşının ondan boşanma istəyi ilə məhkəməyə müraciət etməsi, digəri isə qəzaya düşərək qolunun qırılması.
    O, 2010-cu ildə Nailə Süleymanzadə ilə ailə qurub. Bu evlilikdən Yusif adlı oğlu və Bətül adlı qızı var. 2019-cu ilin avqust ayında Nailə Süleymanzadə Xətai Rayon Məhkəməsinə verdiyi ərizədə Rəşad Dağlıdan ailədaxili münaqişələrdən bezdiyi üçün boşanmaq istədiyini bildirib.
    2016-cı ilin iyun ayında Rəşad Dağlı Bakı-Qazax yolunda qəza törədib və nəticədə xəsarət alıb. Onun "Toyota Prado" markalı 10 TT 011 dövlət nömrə nişanlı avtomobil beton dirəyə çırpılaraq aşıb. Hadis nəticəsində Rəşad Dağlının qolu sınıb.
    Yasamal və Dağlı təxəllüsləri ilə meyxana deyən Rəşadın ustadı Nizami Rəmzidir.
    Rəşadın istedadına, meyxana meydanlarındakı çevik performansına, rəvan və axıcı meyxanalarına söz ola bilməz. Həqiqətən də - həqiqət dediyimiz əksər meyxanaçıların etirafı və xiridarların rəyidir - Rəşad dövrünün ən yaxşısıdır.
    Azərbaycanda bir çox meyxanaçılar olub və indi də var ki, onlar meyxananın, əruz sənətinin yalnız bir qolu üzrə peşəkarlaşıblar. Məsələn, adam var, yalnız ağır bəhrlərdə hikmətli beytlər deyə bilir, lakin deyişmə zamanı rəqibi qarşısında at oynada bilmir, adam var musiqili meyxanada xoş avazla diqqət çəkir, lakin, ağır bəhrlərdə axsayır. Rəşad Dağlı isə bütün meyxanaçılardan fərqli olaraq bu sənətin istənilən müstəvisində çox mükəmməl mövqedə dura bilir, hələ heç kəsin qarşısında büdrəmir. Musiqili meyxanada da, bəhrdə də, deyişmədə də həmişə diqqət çəkməyi bacarır. Rəşad istəsə meyxanada söhbət də eləməyi bacarır.
    Onun qismən axsadığı məqam bəhrdir.
    Rəşadın klassik ədəbiyyat bilgisi, mütaliəsi, sənət anlayışı “meyxana kralı”na bab səviyyədə deyil. Məsələn, Pünhan Alatavalı, rəhmətlik Vüqar Biləcərilinin endiyi mətləblərdə, dediyi ağır bəhrlərdə Rəşad Dağlı suda balıq kimi ola bilmir. Səri bəhrində göstərdiyi pəhləvanlığı çox dərinlərdə alınmır.
    Düzdür, qəliz bəhrlərdə Dağlı susub oturanlardan olmur, lakin, yenə deyirəm, biz onu qəliz bəhrlərdə Vüqarla, Pünhanla ən yaxşı halda tən görə bilərik, Rəşad bu müstəvidə krallıq edə bilmir. Bunu xridarlar da etiraf edər...
    Rəşad Dağlı adı son illərin meyxana sənətinin möhürüdür.
    Təəssüf ki, Rəşad meyxana sənətinin möhürü olsa da, həm də bu sənətinin sonbeşiyi kimi qalmaqdadır. Onun hegemonluğu altında özünə layiq bir rəqibinin yetişməməsi də, əslində Rəşadın problemidir.
    Aydın Xırdalanlı nümunəsi üzərindən baxanda biz Rəşadın gənc meyxanaçılara münasibətində uçurum görürük.
    Biz Rəşada ustad deyə biləcəyikmi?
    Bu günə qədərki performansına baxsaq, Rəşada ustad deyə bilmirik. Çünki o, özündən sonrakı nəslə yol açmır, onlara ürəklə xeyir-dua vermir. Sanki içində bir məğlubiyyət qorxusu da yox deyil. Bu hiss ustada yaraşmaz.
    Əminəm, Rəşad “əsl ustad müəlliminə qalib gəlib tələbəsinə məğlub olandır” fikrindən xəbərsizdir.
    Həmin gəclərin iddiasına görə Rəşad onunla ciddi rəqabət aparan rəqibləri sevmir. O, toylara adətən elə kollektivlə yollanır ki, həmin məclisdə onun krallığı açıq-aydın seçilsin, onunla deyişən, bir məclisdə olan şəxslər də, iddiaya görə, bu qaydaya adətən sadiq qalırlar...
    Bu iddiaları bir kənara qoyaraq, yenidən Rəşad Dağlının keyfiyyətlərinə dönək. Həqiqətən də, o, gəlmiş-keçmiş meyxanaçılar arasında ən yaxşılardandır. Hətta, deyişmə müstəvisində bəlkə də ən yaxşıdır.
    Səri bəhrində aparılan çevik deyişmələrdə Rəşadı məğlub edən meyxanaçı xatırlamıram, o, hətta Aydın Xırdalanlı ilə də kəllə-kəlləyə gələ bilirdi. Aydına məğlubiyyəti isə yenə də klassik baza və klassik sənətkarlıq metodlarındakı naşılığı ilə əlaqəli idi.
    Rəşad Dağlı dövrünün həqiqi meyxana kralıdır.
    Əminəm, o, tezliklə yuxarıda qeyd olunan qüsurlardan arınacaq. Hələ 40-a çatmamış bir şəxsdən ariflik gözləmək bir az insafsızlıq olar.
    Odur ki, “Xızı qartalı”na daim zirvə arzulayırıq.

КОМЕНТАРІ • 727

  • @beat4508
    @beat4508 2 роки тому +231

    Rəşad Dağlı hal-hazırda meyxananın imperatorudu.Və bu həqiqəti heç kim dana bilməz.. Allah ömür versin Rəşada❤️

    • @vusalnabiyev5808
      @vusalnabiyev5808 2 роки тому +1

      O həqiqət deyilki kimsədə dana

    • @hasanaliyev6164
      @hasanaliyev6164 Рік тому

      Bilirsiniz camaat pul qazanmaq üçün elə şeylər yazırlar ki,ayıbdı !!!

    • @eldenizsukurov8872
      @eldenizsukurov8872 Рік тому +1

      👍👍👍

    • @tomirisbayil2784
      @tomirisbayil2784 Рік тому

      Meyxana? İmpetator?😆

    • @eldenizsukurov8872
      @eldenizsukurov8872 Рік тому +2

      @@tomirisbayil2784 imperatorun senete ne aidiyyati var.Resad Dagliya ne qeder gozel komplimentler desek azdi,deyilmi?Allah yar olsun Resad Dagliya🤲🤲🤲

  • @idealtelecom2067
    @idealtelecom2067 2 роки тому +87

    Rəşadın sənətinə meyxanasına özünün oğlanlığına şübhə edən varsa oda onu gözü götürməyənlərdir rəşadı Allah bizə zənanənin şairi kimi bəxş edib. Şairə sağlığında qiymət verək yad edək.

  • @elcinvalehofficial
    @elcinvalehofficial Рік тому +28

    Allah-Təala Rəşad Qardaşlmızın qapısını açsın.Çox Qeyrətli Oğul və Əlada Şairdi.Göz dəydi Qardaşımıza.Allah ailəsini qorusun və Səbr versin.Amin.

  • @etibarnezerov6636
    @etibarnezerov6636 2 роки тому +307

    Oki qaldi resadin telebe yetisdirmemesine .cahankest goz qabagindadi masallah liboy behirdede diyir allah tebime quvvet versin

    • @FuadAhmed01
      @FuadAhmed01 2 роки тому +17

      O necə olur Rəşad özü lboy bəhirdə deyə bilmir,ancaq Cahangeşt deyə bilir?Məntiqlə düz gəlmir axı yazdığın

    • @kontakthome4749
      @kontakthome4749 2 роки тому +1

      Salam

    • @user-xn8nu2uh8j
      @user-xn8nu2uh8j 2 роки тому +11

      Fuad Ahmed qardaş meyxana elə bir iş deyil ki, onu kimnənsə örgənəsən. o qandadi. rəşadin cətin bəhrlərdə biraz ağsamaği olsada- onlari bilir. insan faktorun heçkim yaddan çixartmasin, ola bilər ki, cahangeşt az yaşli olmağina baxmayarağ rəşaddan çox oxuyub

    • @elvinabbasov5436
      @elvinabbasov5436 2 роки тому +2

      Cahangesti məhsurlasdirib muəyyən seyləri ola bilərki oyrədib amma cahangestin istedadi rəsaddan ustundu

    • @sevilsevil5485
      @sevilsevil5485 2 роки тому +1

      @@FuadAhmed01 ii

  • @turalagasiyev9935
    @turalagasiyev9935 2 роки тому +36

    Rəşad Dağlı çox amma çox böyük Sənətkardır.Meyxana Sənətinin birbaşa özüdür. Bunu danan insanda vicdan olmaz.Var ol Rəşad Dağlı hər zaman.

    • @vusalnabiyev5808
      @vusalnabiyev5808 2 роки тому

      Nətər yəni bunu danan insanda vicdan olmaz?

    • @yasarn-d8209
      @yasarn-d8209 Рік тому +1

      sən elə dedinki eləbil Allah uzaq eləsin hansısa şəhidin haqqı danılır vicdan olmaz zad başa düşmədim?

  • @xatirememmedzade729
    @xatirememmedzade729 2 роки тому +129

    resad daqli quclu meyxanacidir.allah qorusun onu ve dostlarini.

  • @aliverdiyevakif8039
    @aliverdiyevakif8039 2 роки тому +166

    Hər bir Sənətkara sağlığında dəyər verəsən,dünyadan köçəndən sonra yox.Rəşad Meyxananın möhürünü vurub.

    • @user-ml2ft1hk9k
      @user-ml2ft1hk9k Рік тому +1

      Рашадын Аллах гапсыны ачсын. Анжаг мейхана да 1 жи ола билмаз. Гышгырараг рахбар ола билмаз. 1 олмаг учун рахматлик Елчини охуюб ойранмак лазымды.

  • @nikoshirvanov616
    @nikoshirvanov616 2 роки тому +48

    Rəşad danışığını bilməyən panyatkasız uşaqlardan imtina edib.. Güclü özünə hörmət eləyən bütün gənclərə Rəşad dəstəy olub..

    • @aqilhuseynov1686
      @aqilhuseynov1686 2 роки тому +5

      Düzdür Cahankeş kimi şagirdi var Rəşad Dağlının

  • @tabrizsuleymanzade4724
    @tabrizsuleymanzade4724 2 роки тому +28

    Rəşad meyxananın şahıdır, Allah rəhmət eləsin Vüqara, Aydına.

  • @vuqarmammadov9687
    @vuqarmammadov9687 2 роки тому +17

    Reşad meyxananın faktiki KRALIDI hal hazırda... Allah Aydınada,Vügarada rehmet elesin

  • @tahirbabayev7124
    @tahirbabayev7124 2 роки тому +21

    Sevərək dinlədiyim sənətkar -Rəşad Dağlı❤

  • @user-mo1ir9ul3k
    @user-mo1ir9ul3k 2 роки тому +63

    Rəşad Dağlı bu gün meyxananın şahıdır.

  • @sevincquliyeva9808
    @sevincquliyeva9808 Рік тому +4

    Rəşad Dağlı meyxanada 1 dənədi
    Ustaddır çünki özündən sonra Cahangeşt kimi tələbəsi var
    Allah qapını açsın şair tezliklə qayıt meydanlara❤️

  • @bakinec4535
    @bakinec4535 2 роки тому +63

    Bu yüz faiz bədiyəcilərin adamıdı😁😁😁..Rəşad sənətin nöqtə və nidasın qoyub....

  • @ilkinmmmdov5141
    @ilkinmmmdov5141 2 роки тому +9

    Resad dovrunun şairidir bütün meyxanacilardan seçilir Allah hamsina uzun ömür can sağlığı versin inşallah

  • @elkincebiyev
    @elkincebiyev 2 роки тому +68

    Allah can sağlığı versin Rəşada

  • @Selena-tn9ob
    @Selena-tn9ob 2 роки тому +16

    Allah qorusun Reşad Dağlını ❤

  • @yaserxudiyev6818
    @yaserxudiyev6818 2 роки тому +15

    Allah can sagliqi ve xoş ömur versin Reşada. 20 ildi onun meyxanasini izleyirem. Men oz fikirimde onu heqiqetende Meyxananin Birincisi gorurem. Allah dunyadan köcən Şayirlerimize Rehmet elesin. Qalanlarinda hamisina can sagliqi. Hamisi yaxşidi bu cetin senetdi hamisi əziyyet cekir.

    • @yasarn-d8209
      @yasarn-d8209 Рік тому

      əziyyət dediyin bir şeyi səngərdə duran hərbiçilər çekir

  • @vusalmemmedov8742
    @vusalmemmedov8742 Рік тому +4

    Meyxana tarixinin en yaxwisidir Rewad allah qapisin acsin

  • @sebuhibileceri6101
    @sebuhibileceri6101 2 роки тому +18

    Allah rəşadın ömrünə bərəkət versin onun meyxanası mənə təb verir idyalımdı.

  • @ilqareliyev1097
    @ilqareliyev1097 2 роки тому +4

    Rəşad meyxanada gəlib getmiş ən güclü şairdir.Deyişmədə istənilən rəqibi sıxıb.Lovğalığı olsada sənətinə görədir.20 il eyni səviyyədə deyir.Allah uzun ömür versin.Onsuz meyxana dadsız və duzsuzdur.Əruzu da hamısından yaxşı bilir filologiyanı bitirdiyinə görə(nəzəriyyədə).

  • @user-hw7jo6gy6s
    @user-hw7jo6gy6s 6 місяців тому

    Sərdar Amin çox sağol. Rəşad tezliklə məqamında olsun inşallah. Beynimi yandıran tək meyxanaçı

  • @snanabdullayev2756
    @snanabdullayev2756 2 роки тому +10

    Allah rəşada da can sağlığı versin boyuk usdaddı♥️♥️♥️

  • @zakir6006
    @zakir6006 2 роки тому +21

    Rəşad gözəl dostdu heyif Aydını getdi😥

  • @firuzqarayeva1633
    @firuzqarayeva1633 2 роки тому +32

    Rəşad dağlıya uğurlar

  • @vasilemabudova8591
    @vasilemabudova8591 Рік тому +5

    Allah rehmet elesin Vuqara ,aydina❤🖤
    Reşadada can sagligi versin

  • @sedaqetmirzayeva7783
    @sedaqetmirzayeva7783 2 роки тому +27

    Rəşad Dağlını çox bəyənirəm.Onun hegemonluq etdiyini düşünmürəm. Onda o eqoizm hiss olunmur. Amma Aydın Xırdalanlı rəhmətə gedəndən sonra meyxanaya qulaq asmıram.

  • @renaabasova6578
    @renaabasova6578 2 роки тому +15

    Allah sene can sagligi versin Şair🙏Bir sen qalmısan köhnelerden ALLAH sene deymesin🙏Vüqar Aydın Mesedibaba Elçin Bayram Heyif onlardan. Allah seni çox görmesin biz sevenlerine xiridarlarina🙏

  • @rehmanshixaliyev3957
    @rehmanshixaliyev3957 Рік тому +5

    Allah qapuvu acsun şair.

  • @abbasabbaszadeh
    @abbasabbaszadeh 2 роки тому +18

    Allah Vüqar Biləcəriyə rəhmət eləsin, Rəşada Allah can sağlığı versin.

  • @pablo_emilioescobar898
    @pablo_emilioescobar898 2 роки тому +81

    Onu bilirəm ki mexanada bütün şairlər Aydına üdüzdü 🔥

    • @user-er2dk4sd6y
      @user-er2dk4sd6y 2 роки тому

      Tam razı

    • @kayfa1opuw456
      @kayfa1opuw456 2 роки тому +1

      Namiq Qaraçuxurluya uduzub Aydın.

    • @vuqardan16
      @vuqardan16 2 роки тому +1

      Vüqardan başqa

    • @kayfa1opuw456
      @kayfa1opuw456 2 роки тому

      @@vuqardan16 Biləcəri Aydına uduzub.

    • @kayfa1opuw456
      @kayfa1opuw456 2 роки тому +1

      @Nicat Meherremov Namiq Qaraçuxurlu ikisində əlislamida aydinida təkbətəkdə otarıb.

  • @cavidezizov4410
    @cavidezizov4410 2 роки тому +10

    Rəşad Dağlı sənətin şahıdı

  • @elnurmustafayev7961
    @elnurmustafayev7961 2 роки тому +25

    Guya veriliş hazırlayıb, ən çox Rəşadın pisdiyinə danışır.

  • @turanhuseynov1877
    @turanhuseynov1877 2 роки тому +35

    Rəşad elə ustaddur Allah can saqliqi versu şairə ,Vuqardan sonra sənət rəşadla yaşiyir.

  • @elnaraxundova1236
    @elnaraxundova1236 Рік тому +5

    Rewad qardaw Allah qapini acsin

  • @yeninesil56
    @yeninesil56 2 роки тому +11

    Hərşeyi yaxşı bilir🖇
    Çox sərbəs Deyir R Dağlı

  • @dreamerwoman9435
    @dreamerwoman9435 2 роки тому +42

    resad da bu yerlere asanliqla gelmeyib.indiki gencler hormet bilmir.deyismede aqizlarina geleni deye bilerler.ona gore de oz hormetin saxlayir mence.

  • @rovshenefendi120
    @rovshenefendi120 2 роки тому

    Bu en deqiq, vicdanli melumat oldu Resad barede. Buna gore tesekkurler...

  • @elnaraxundova1236
    @elnaraxundova1236 Рік тому +4

    Meyxana Shahi idi..
    Var ol wair..

  • @meherremkazimli2904
    @meherremkazimli2904 2 роки тому +83

    Çox mənbələrdə görmüşəmki "Rəşad Dağlı De gəlsində finala qədər yüksəlib" .Amma kadrlar bunu demir . Finalda Aydın Xırdalan və Ələkbər Yasamallı olub. Elecədə bu verlişdədə bu cür bildirilir.

    • @yasamal8975
      @yasamal8975 2 роки тому +8

      Rəşad polfinald Aydına uduzur

    • @kamranliyev2476
      @kamranliyev2476 2 роки тому +9

      Final Elekberle Aydin arasinda olub duzdi

    • @vuqartalibov8306
      @vuqartalibov8306 2 роки тому +3

      Elekbernen Rehmetlik Aydin olub finalda duz catdirin

    • @kayfa1opuw783
      @kayfa1opuw783 2 роки тому +3

      MEYXANA USTASI Əliağa Vahid, Ağasəlim Çıldaq, Namiq Qaraçuxurlu. Azərbaycan dövləti bu 3 şairə MEYXANA USTASI adı verib. Namiq Qaraçuxurlu qəzəl yazın diplomu görün. Hər yerindən tullanana MEYXANA USTASI adı düşmür. Düşsə idi bunlardan başqasına verilərdi verilməyibsə deməli layiq deyillər MEYXANA USTASI adına. Gedin indi qatığvızı başqa yerdə dağıdın hər yerindən duran MEYXANA USTASI ola bilməz.

    • @abdullahshaiq.991
      @abdullahshaiq.991 2 роки тому +2

      Elçin alatava Ələkbər yasamalla deyib Ələkbər finalda Aydın xırdalanla deyib düz

  • @bayraktar6043
    @bayraktar6043 2 роки тому +24

    Bow bow daniwma Rewad ve sonda Vuqar Bileceriye qeder olan senetkarlar meyxanani senet olaraq secdi ve bir meyxana mektebi kecdi sonra gelenler ise toy pul populyarliq menbeyi olaraq secdi .Rewad haqli olaraq belelerini meyxanadan uzaq tutmaga caliwir ve duz eliyir.

  • @nailebabayeva3376
    @nailebabayeva3376 Рік тому +2

    Rewad Dagli senetkardi.Allah Rewada komek olsun tezlikle azadliga cixsin Amin

  • @haqqdemiyninqanndaproblemv6051
    @haqqdemiyninqanndaproblemv6051 2 роки тому +4

    ALLAH can sağlığı versin Rəşad dağlıya rəhmətə gedən şairlərə ALLAH RƏHMƏT ELƏSİN

  • @user88815
    @user88815 2 роки тому +9

    Allah rehmet elesın Ruhu wad olsun Kerbelayi Vuqarin, Aydinin

  • @knancahangirov5724
    @knancahangirov5724 2 роки тому +5

    Rəşadın bu verilişə cavabı mənə cox maraqlıdır..

    • @rehimheybetov6202
      @rehimheybetov6202 2 роки тому +4

      Rəşadın bu verlişə cavabı o olacaqki,verlişi Aparana diyəcək ki,kral özünsən

  • @elcin1229
    @elcin1229 2 роки тому +7

    Allah can sağlığı uzun ömür versin Rəşad əlbəttə ustadlar sırasındadır

  • @d.t.x.d.t.x9806
    @d.t.x.d.t.x9806 2 роки тому +24

    EƏŞAD DEDİ Kİ 40 YAŞIMDA MEYXANANI BURAXARAM.

  • @huseynaliyev621
    @huseynaliyev621 2 роки тому +2

    Nə rəhmətlik Aydin nə də rəhmətlik Məşədi Baba Rəşad kimi meyxana deyə bilməyiblər.

  • @vugarkhalilov8365
    @vugarkhalilov8365 2 роки тому +14

    Yaxşı bəhanə düşüb cavan meyxanaçıların əlinə. Guya ki, Rəşad bunlara imkan vermir deməyə. 😂
    Əgər kimin istedadı varsa, mütləq o məşhurlaşacaq.

  • @kursumhuseynova1392
    @kursumhuseynova1392 Рік тому +2

    Xizinin Dağlilarin Qartalı ureyi Fəxri 🖤👑🤟🏻🤟🏻 Allah tezliklə qapivi açsin Dagli yerlim 🖤👑🤟🏻🖤

  • @minamemmedova4937
    @minamemmedova4937 Рік тому

    Gozel soz ustadimiz Reshad beyin Allah qapisini acsin.

  • @turalmuhtar3830
    @turalmuhtar3830 2 роки тому +32

    10:30 Axi niye yalan danisib gunah edirsen gorunur Resadi tanimirsan.O ki,qaldi imtina etmeye neinki Resad hetta Orxanda,Pervizde imtina edirler o genclerden ki,onlar savadla yox boyuk kicik gozlemeden soyusle deyib etika qaydalarina riayet etmirler

    • @etibarnezerov6636
      @etibarnezerov6636 2 роки тому +2

      Ehsen qaqas mende ele onu yazmisam temiz sobet.ruslanan cahankestden vuqardan yaxsi dimiyeceylerki olar

    • @lfddinmuradl9045
      @lfddinmuradl9045 2 роки тому

      Tam doğru dedin qardaş, düppədüz

  • @yusifaydemirov9059
    @yusifaydemirov9059 2 роки тому +5

    Verlise gore cox sagolun ama duzun desem eyer rehmetliy vuqarda aydinda meyxana deyenlernen intiriqaya girseydi inaniki bir meyxana deyen qalmazdi resada da can sagligi

  • @ramalnsibzad1428
    @ramalnsibzad1428 2 роки тому +7

    Düzgün məlumat verin. Gənclər dediyiniz bədiyyəçilərdi. Onu da Rəşad Dağlı özü də deyir. Bədiyyəçilərnən bir məclisə getmir.

  • @kenans184
    @kenans184 Рік тому +2

    Rəşad dağlı möhtəşəmdi.Allah qaplslnl açsın.

  • @user.baku.999
    @user.baku.999 2 роки тому +6

    Rəşad Dağlı tarixə düşüb.Əziyyəti çox olub sənət üstündə.

  • @musahuseynzade5027
    @musahuseynzade5027 2 роки тому +6

    Rewad dagli elbetde en guclu senetkardi kralidi meyxananin. Cahankew kimi telebesi var hem eruz hem deyiwmeleri super. Usdad kimide usdaddi danmag olmaz Rewadi her hansisa meyxanaci dansa demeli meyxanadan anlayiwi yoxdu hec

  • @huseynmelikov2868
    @huseynmelikov2868 2 роки тому +16

    Rəşad meyxananın pik nöqtəsidir,KRALDIR

  • @MiracleS_shortscr
    @MiracleS_shortscr Рік тому +1

    Sonuncu fikirlərə qədər yaxşı gəlmişdin. Rəşad gənclərə həmişə dəstək olub

  • @adilseferoff678
    @adilseferoff678 2 роки тому +2

    Reşad belkede yox ele enyaxşısıdı halhazırda Reşat bir nsankimde cox gözel insandı

  • @mirzgaagayev5857
    @mirzgaagayev5857 Рік тому +4

    Meyxana aləmini ən böyük ustadı hal hazırda Rəşad dağlıdı

  • @baxis7855
    @baxis7855 Рік тому +3

    Allah Rəşad Dağılını qorusun🤲

  • @deutachland2334
    @deutachland2334 2 роки тому +55

    Rəşad ilə Aydın 2001cil De Gəlsində 4/1 finalda qarşılaşmışdılar.Ondada Aydın qalib olmuşdu.Aydın finalda Ələkbərə qalib gəlmişdi.Vallah qatdun qarışdırdun.Deyirsənki Rəşad hegemonluğ edir,onun qabağına bu dəqiqə çıxan yoxdu.Məndə Rəşadın xiridarıyam.Amma Orxanın Ruslanın Pünhanın zəhmətin yerə vurmuyağda.onlar bəyəm Rəşaddan zəif deyirlər?
    Sonra ailə söhbətinə girdün.məncə bu yaraşmaz qaqaş.yaxşı deyil.
    Sözümün canı odurki, bu sujeti silsən yaxşı yox ƏNTİGƏ olar.

    • @a.n1472
      @a.n1472 2 роки тому +5

      Ja du hast recht

    • @natiqmersin8577
      @natiqmersin8577 2 роки тому +1

      Perviz Orxandan da Ruslandan gucludur sadece indi bir az uzaqlqsib

  • @quluzade_003
    @quluzade_003 2 роки тому +67

    Dediyiniz bir cox melumatlar sehvdi. Ama Resadin qedri bilinmelidi. Bele bir ustad birde yer uzune gelmiyecey. Meyxananin padisahi☝️

    • @sebuhiehmedov6368
      @sebuhiehmedov6368 2 роки тому +7

      Hemin gecler boyuk kicik yeri bilmiler ona gore olar kenarda qaliblar bediyeclerden danshirsiz

    • @vusalnabiyev5808
      @vusalnabiyev5808 2 роки тому

      Rəşad dan da qat qat güclü şairlərimiz olub axı

    • @quluzade_003
      @quluzade_003 Рік тому

      @@vusalnabiyev5808 ola biler duzdu. Ama indi dovrde Rewaddan yox idi. Allah qapisini acsin.

  • @vasifmdtov3357
    @vasifmdtov3357 2 роки тому +15

    Xais edirik boyuk senetkarlarimiz fidan ve xuraman qasimova bacıları haqqinda verlis hazirlayin

  • @rustmsdov3313
    @rustmsdov3313 2 роки тому +3

    Resad dahidir yekdir deylisdede medenidir meyxanada cox seliqeli mdygana deyendir Resad ustaddir muasir dovrumuzun bedaheten meyxana alemnin en guclu ve en gozel yazar yasirdir Resat muzukalni eruz satira butun sanurlarda muasir dovrumuzun en guclu sayiridir

  • @abunol8896
    @abunol8896 Рік тому +2

    Bütün Bakı əhlindən olan meyxana deyənlər mənim yerlilərimdir.Allah ölənlərə rəhmət qalanlara can sağlığı versin.Hamı gözəl meyxana deyənlərdir.Hamıninda yerində dediyi gözəl atvetlər var.

  • @user-np5hh7kn3w
    @user-np5hh7kn3w 2 роки тому

    Bu video gore cox sagol tesekur edirik

  • @mehtinamazov8472
    @mehtinamazov8472 2 роки тому +3

    Rəşad Dağlı məğlubedilməz meyxanaçı, gözəl şairdir.

  • @agamehdbedelov7538
    @agamehdbedelov7538 2 роки тому +40

    Sən bilmirsən nə danışırsan. Azından ayıb olsun. Ona görəki,bir əvvəla deki rəşaddan icazə aldıq ailəsi haqqıda danışdıq. Rəşad heç vaxt bu kimi söhbətləri eləməyib. Qaldı rəşadın söz deməyinə hər bəhr və vəzində qiyamət edib.

    • @nazimagayev6990
      @nazimagayev6990 Рік тому

      Rewad her behrde deye bilmir Vuqar qafiye acib rewad lal diyanib

  • @revayetmemedova9057
    @revayetmemedova9057 Рік тому +1

    Rəşad Daglı kişi kimi kişi mərd qeyrətli ogull, Meyxananın Şahıdı onun yerini hec kəs verə bilməz Allah qapısını tezliklə acsın 🤲🤲🤲

  • @rufetbabayev6678
    @rufetbabayev6678 2 роки тому +2

    Hal hazirda meyxana senetinde nomre bir Resad Daglini gorurem.

  • @hikmtqulamov6899
    @hikmtqulamov6899 2 роки тому +5

    Çox gözəl hazırlanıb verliş

  • @ilkinmustafayev3899
    @ilkinmustafayev3899 2 роки тому +11

    Allah can sağlığı versin!

  • @elmar8807
    @elmar8807 Рік тому +3

    Can ay rewad allah ferec versin

  • @Royal.Babayev
    @Royal.Babayev 2 роки тому +45

    Rəşadı gözdən salmağ istəyirlər ama nə qədər çalışsazda bacarmarsız Rəşadı Aydın Kərim Məşədibaba təsdiq edib indi o boyda ustadı gözdən salmağa çalışırsız onsuzda burda şairə sağlığında qiymət vermirsiz bir vaxt Aydın sağ olanda narkaman deyirdiz sonra Vüqar xəstələnəndə elə dediz ama rəhmətə getdilər özünüzü guya elə apardızki çox istəyirsiz ayıbdı valla Rəşad meyxananın sütunlarından biridir nə Məşədinin qədri bilindi nə Aydının Nə Vüqarın heç Rəşadında qədrin bilmirsiz heyif vallah ama bunlar hamsı ölkənin fəxri olub bədiyyəçilərin qabağın alan Rəşad oldu yoxsa meyxana məhf olurdu

    • @etibarbayramov2287
      @etibarbayramov2287 2 роки тому +3

      Ürəyimdən keçənləri yazmısınız . Əhsən👏👏👍

    • @faiqadigozelov3606
      @faiqadigozelov3606 Рік тому +1

      Salam.Populyarlığı təbiidir.Dağlıların tanıdığım qədər bütün sahələrdə çox seçilirlır.Hətta ilk dəfə meyxananı TV məkana çıxaran Nizami Rəmzi olub oda səhv etmirəmsə Dağlıdır.Çox qeyri -adi və unikal tayfadır,baxmayaraq ki,azdılar amma Azərbaycanda seçmə və tanınmışları çoxdur.Xızı torpağı yetişdirir.

  • @arazmemmedov3009
    @arazmemmedov3009 2 роки тому +3

    Allah Rəşadın canını sağ eləsin gözəl səbətkardı gözəl insandı hər şairin sənətdə öz yolu var Rəşadın da sənətdə ən uca yolu deyişməsidir yəni bunu danmağ olmaz heç bir şair Rəşadnan deyişmələrdə kəllə kəlləyə gələ bilmiyiblər həm də Rəşaddan üstün olan şairi görmədim deyişmədə ola bilər ki bəhrlərdə axsağ olar zəif olar bu məlum məsələdir amma deyişmədə Rəşad akuladır ona çatan olmaz Allah onu var eləsin.

  • @rasifmuradov1053
    @rasifmuradov1053 2 роки тому +1

    Beli Resad misilsiz senetkardi Allah omur versin

  • @rsul9746
    @rsul9746 2 роки тому +3

    Rəşad bu dünyaya meyxana kralı kimi gəlib .

  • @anarqasimli5053
    @anarqasimli5053 Рік тому +1

    Bu sənətə Rəşad üçün baxmışam bunnan sonrada o var deyə baxacam

  • @vuqaralyev9379
    @vuqaralyev9379 2 роки тому +44

    Dağli meyxanin tacidi Allah ona ömür versin

  • @rasimeliyev4659
    @rasimeliyev4659 Рік тому +2

    Can gardaw Allah gapisinin acsin

  • @elnaraxundova1236
    @elnaraxundova1236 Рік тому +3

    Duzdu sag iken qiymet verilmelidi

  • @xtb0662
    @xtb0662 2 роки тому +6

    Men ve bircox 93 lerden bu meyxana sevdasiyla yasayanlar bilerki Resad dagli meyxananin evezolunmaz simasidir.Heckim onun yerini doldura bilmez.Ve Kral,Akuladi heckim ona cata bilmez

  • @sryoznuwr2626
    @sryoznuwr2626 2 роки тому +7

    Pərviz bü bülə haqda video hazrlayin zehmet olmasa

  • @orhanturkoglu9328
    @orhanturkoglu9328 2 роки тому +10

    Belə başa düşdüm ki, bu verliş sifarişlə çəkilib ki Rəşadı gözdən salsınlar. Amma alınmaz.

  • @fuzulipasayev1996
    @fuzulipasayev1996 Рік тому +1

    Allah qapını Açsım Şair 🙏

  • @user-wv8kz9oc9s
    @user-wv8kz9oc9s 2 роки тому +7

    Rəşad oguldu

  • @amilrzayev155
    @amilrzayev155 2 роки тому +2

    Rəşad dağlı meyxananın özüdü.👍👍

  • @fuadsixaliyev946
    @fuadsixaliyev946 Рік тому +1

    Allah qapısını açsın
    Rəşad Dağlı dahi sənətkardı

  • @fridsadgov8219
    @fridsadgov8219 2 роки тому +2

    Rəşad Dağlı Akuladl Sənət də ❤️❤️

  • @elsnlokbatanl3961
    @elsnlokbatanl3961 2 роки тому +4

    Resad kimi sair selist diyen görmedim Allah Aydina rehmət elesin O bir Dahi iydi geldi getdi

  • @MesediEleddin
    @MesediEleddin 2 роки тому +1

    Resad indi meyxana onla nefes alir dahi usdatlarmiza Allah rehmet etsin Rewada can sagliqi arzu edirem

  • @nurlanesedov3314
    @nurlanesedov3314 2 роки тому

    Əla

  • @yadigarehmedov9931
    @yadigarehmedov9931 2 роки тому +10

    Rəşad Dağlı kimi meyxanaçı bugünə kimi gəlməyib inanmıram bu gündən sorada gələ.Təbiki rəhmətlik Aydininda meyxanasi bir başqa olub Vuqarida danmaq olmaz, Ama Rəşad bir başqadır meyxana anlayan bilirki Rəşadın hər sətiri məna doludur

    • @muradisakov3826
      @muradisakov3826 2 роки тому +1

      Vuqardan sora ola biler

    • @nikoshirvanov616
      @nikoshirvanov616 2 роки тому +1

      Rəşad üçün meyxana demək söbət eləmək kimi bir şeydir

  • @qametismayilov804
    @qametismayilov804 2 роки тому

    Allah qorusun əla şayirdi

  • @ilkinmemmedov5843
    @ilkinmemmedov5843 Рік тому +1

    Resad Bir nomredi Allah qapsin acsin Tezliyle Amin İnşallah 🖤🦅 Onnan birde olmiyacaq

  • @jeggscyindgh9351
    @jeggscyindgh9351 2 роки тому +2

    Hansı gənclərdən gedir söhbət......istedadlı olsalar elə üzdə olardılar fərq eləməz bahalı toy ya nə isə.... Rəşad Dağlı savadlı,səviyyəli, sanballı şəxsiyyət vəssalam.

  • @rovsncfrov9832
    @rovsncfrov9832 2 роки тому +6

    O iddia eliyen sairler Gulaga Balabey di Resad onlarla reqabetden qorxdugu ucun onlarla olan toylardan imtina etdi.Bezi meyxanacilarda teessufki Resadla razilasdilar

    • @zizi1076
      @zizi1076 2 роки тому +2

      Balabəy,Gülağa güclü olsaydı Resaddan öndə olardılar )

    • @agacbrayil586
      @agacbrayil586 2 роки тому

      Ele bir qafiye tapib ata bilersen qaqaw mene ki balabey cavid gulaga resadi baglayib 😄😅😅😅😅😅😅😅😅

  • @zohraaliyeva308
    @zohraaliyeva308 2 роки тому +1

    Menim yerlim❤🙏🙏🙏