Çilingərin milyarder oğlu: “Razin” uşağı dünyanı necə fəth etdi? - ONU TANI

Поділитися
Вставка
  • Опубліковано 21 кві 2022
  • #APATV #Onutanı #azərbaycanlımilyarder #VahidƏləkbərov #LUKoyl #Razin #Qaraçuxur #Rusiya #neft #Bakı #Langepasneftegaz #Urayneftegaz #Kogalymneftegaz #SSRİ #AzNeft #Forbes #Azərbaycan #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi
    Lent.az-ın "Onu tanı" layihəsində bu dəfə azərbaycanlı milyarder Vahid Ələkbərovdan bəhs edilib.
    31 bir əvvəl, 41 yaşlı Qaraçuxur qəsəbə sakini Rusiyada ilk neft konsernini yaratdı. Ona LUKoyl adı verildi. Və iki il sonra isə o, bu şirkətin prezidenti seçiləcək, ta bu günə kimi həmin vəzifəni icra edəcəkdi.
    O, 1 sentyabr 1950-ci ildə Bakının o vaxtkı Razin qəsəbəsində anadan olmuşdu. Atası Yusif Ələkbərov da neftçi idi. Mədəndə çilingər işləyirdi. Balaca Vahid hələ 3 yaşındaykən atası vəfat etmişdi. Ailədə 5 uşaq olublar. Ata vəfat etdikdən sonra uşaqları anası, əslən rus kazaklarından olan Tatyana Fyodrovna Boçarova böyütmüşdü: 34 rubl pensiya ilə.
    Vahid Bakıdakı 189 saylı orta məktəbdə təhsil almışdı. Müəlliməsi Taisa Petrovna bir dəfə müsahibələrinin birində belə demişdi:
    “Oxumağı orta səviyyədə idi. Çox da yaxşı oxumurdu. Amma həddən artıq fəal oğlan idi. Xüsusi ilə təşkilatçılıq qabiliyyəti ilə məktəbdə fərqlənirdi. Tədbirlərin təşkilatçılığını da edirdi. Sinif yoldaşları arasında da öz nizam-intizamı ilə fərqlənirdi. İstəyirdi ki, sinif yoldaşları da irəli çıxsın, geridə qalmasınlar. Təşkilatçı olmaqla yanaşı tələbkar idi. Verdiyimiz tapşırıqları zamanında yerinə yetirərdi”.
    Orta məktəbi bitirdikdə sonra SSRİ-nin bir nömrəli neft məktəbi olan Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdu. Sonradan “Kaspromneft”in mühəndis-texnoloji xidmətində neft və qaz hasilatı üzrə operator kimi işə başlamışdı.
    Amma o, Bakıda çox qalmır, Rusiyaya üz tutur. 1987-ci ildə Sibirin neft nəhənglərindən olan “Kogalymneftegaz” şirkətinin baş direktoru vəzifəsinə təyin olunur. Bundan sonra isə onun başgicəlləndirici karyerası başlayır. 1990-1992-ci illərdə SSRİ-nin neft-qaz sənayesi nazirinin müavini və birinci müavini işləyir.
    1991-ci ildə isə “Langepasneftegaz”, “Urayneftegaz”, “Kogalymneftegaz” şirkətlərini birləşdirərək LUKoyl-un əsasını qoyur. LUKoyl tezliklə nəinki Rusiyanın, dünyanın məşhur neft şirkətlərindən birinə çevrilir. Təsadüfi deyil ki, V.Ələkbərov 2006-cı ildə ABŞ-ın "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının - 793 milyarderin siyahısında 37-ci yeri tutub. Ələkbərovun sərvəti 11 milyard dollar həcmində qiymətləndirilib. Həmin ərəfədə isə onun illik maaşı 2,5 milyon dollar idi...
    2021-ci ildə ABŞ-ın “Forbes” jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının siyahısında 66-cı yeri tutub. Ələkbərovun sərvəti 24.9 milyard dollar həcmində qiymətləndirilib. Amma çox yox, bir neçə ay keçəcək, Rusiya Ukrayna ilə müharibəyə başlayacaqdı. Nəticədə dünya bu ölkəyə sanksiyalar tətbiq edəcək, rusiyalı milyarderlər qısa zamanda 82 milyard dollar itirəcəkdilər. Ən çox itirən isə Vahid Ələkbərov olacaqdı - 14 milyard dollar...
    İş adamı Larisa Ələkbərova ilə evlidir. Onların Yusif adlı 1 övladları var. Yusif 1990-ci ildə dünyaya gəlib. 2012-ci ildə Qubkin adına Dövlət Neft və Qaz Universitetinin “neft yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə məzunu olub.
    İş adamının hobbisi səyahətdir. Dincəlməklə bağlı məkan seçimində isə Krıma üstünlük verir. Ələkbərov dostluğa çox sədaqətli olub. Deyilənə görə, onun ən yaxın dostu sinif yoldaşı İdris Mövsümov idi. Milyarder ona çox bağlı olub. İdrisə ev, maşın, bağ alıb. Hər dəfə Bakıya gələndə onu görməmiş getməzmiş. Sonuncu dəfə isə iki il əvvəl onu son mənzilə yola salmağa gəlir. Mərhum İdris Mövsümovun bacısı xatırlayırdı:
    “İdris qəflətən vəfat etdi. Vahid öz dostunu son mənzilə yola salmağa gəlmişdi. O, mühafizəçiləri ilə birlikdə yas mərasiminə girdi. Həmin vaxt camaatı evdən bayıra çıxarıb dedilər ki, Vahid dostu ilə vidalaşmaq istəyir. Vahid İdrisin cənazəsinin olduğu otağa daxil oldu. Dedi ki, məni İdrislə tək qoyun. Və dostu ilə əbədi olaraq vidalaşdı”.
    Onun neft biznesi təkcə Rusiya ilə kifayətlənmir. LUKoyl hazırda Qazaxıstan, Misir, Azərbaycan, Özbəkistan, Səudiyyə Ərəbistanı, İran, Kolumbiya, Venesuela, İraqda kəşfiyyat və bir sıra istehsal layihələri həyata keçirir.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: ua-cam.com/users/APAGROUPOffic...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TEKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

КОМЕНТАРІ • 718

  • @qamaraxundova5952
    @qamaraxundova5952 29 днів тому +7

    Bacarana can qurban.Kasib cilingerin oglu olub, yetim boyuyub. Zehmet cekib qazanib. ❤

  • @user-rx8vc8sb8r
    @user-rx8vc8sb8r 2 роки тому +182

    Bunun bir xeyri olmadida bu Azerbaycana

    • @Uss662
      @Uss662 2 роки тому +11

      Pox derman deyil

    • @Uss662
      @Uss662 2 роки тому +2

      Gurcustanlidi

    • @elsnquliyev8366
      @elsnquliyev8366 2 роки тому +11

      Şəhid ailəsinə bir köməkliyi dəydimi ?

    • @bahramqasimov5346
      @bahramqasimov5346 2 роки тому +8

      10 gazini müalicə etdirəydi..Bəlkə edib biz bilmirik??
      Onun ailəvi həkimi ermənidir..(XURAL TV).

    • @Adil849
      @Adil849 2 роки тому +7

      Servetinden bir defede olsun Allah ucun sedeqe elemedi .ona gorede servetinin ten yarisinnitirdi.hele gunahin demirem.ALLAH BOYUKDUR.

  • @nurmammadovxanqulu7077
    @nurmammadovxanqulu7077 2 роки тому +124

    Heç kimdən heçnə gözləməyin əziz xalqım

    • @yusifovareyhan2060
      @yusifovareyhan2060 2 роки тому +5

      Mən heç kimnın heçnə gözlımurəm siz sıhv başa düşnüsüz mən orda şərh yazana sual vermişım ki vahid ələkbərov uşaq puku vürməludir ki

    • @PlanetHuman-wx1ez
      @PlanetHuman-wx1ez 2 роки тому +2

      Salam.Hem adiniz ,hemde soyadiniz mene cox taniş geldi.

    • @dilafruzdasdamirova1941
      @dilafruzdasdamirova1941 2 роки тому +1

      Yjlamaə24

    • @sweetbaby8084
      @sweetbaby8084 2 роки тому

      VETEN XALG DUSNENI GARA RUS BLOGERI DE BAKIDA ERMENI HAKIMIYETI GEHREMANLAR KIMI CAGIRIB GARSILATDIRDI. HUSEYIN GASANOVU O IYRENC MEXLUGU 🏴‍☠️🏴🏴‍☠️🏴🏴‍☠️🏴🇷🇺😡😡🐽😡BUDA YEGIN XAIN OLUBKI ERNENI HEYDERIZM BUNUDS TERIF EDIR

    • @Wstrfld002
      @Wstrfld002 Місяць тому +1

      Bu adam çilingər oglu deyil, Heydər Əliyevin qeyri qanuni oğludur

  • @nasibamamedova2538
    @nasibamamedova2538 Місяць тому +15

    O İNSANI ADINI EŞİTMİŞƏM NƏYİ VAR ÖZENƏ QİSMƏT . ALLAH HƏR KƏSİN RUZİSİNİ QƏDƏRİNCƏ VERİB .ŞÜKÜR MƏSLƏHƏTİNƏ ☝️☝️☝️☝️

  • @turanbozkurt_453
    @turanbozkurt_453 2 роки тому +24

    Azərbaycan xalqına dəyməsələr, sıxmasalar, boğmasalar, monopoliya, rüşvət, şərləyib həbsə atmasalar bu xalqdan Vahid Ələkbərov kimi çox oğullar çıxar.

  • @kamranraqimov3670
    @kamranraqimov3670 Місяць тому +12

    Bizim seherde Vahid Alekberov yaradib Sibrde Cox gozel Seherimiz var qanun qayda Vahid bey var olun

  • @user-zh1fi3ex6d
    @user-zh1fi3ex6d 2 роки тому +137

    Ziyani deymesin xeyri deymesede olar. Bele de o fikirlesirki Sokarin pulu hamsindan coxdu o xalq ucun neyneyibki Lukoyl da nese etsin

    • @nasibamamedova2538
      @nasibamamedova2538 Місяць тому +1

      BƏLİ HANSI DƏRƏNİN DİBİNDƏN ÇIXAN ÇAQQALLAR GƏLİB BAKIDA OTUTUB SƏRVƏTİLƏRİ ALTINA YIGIB KEF EDƏ BİLƏRLƏR .ÇÖRƏYİ DİZİNİ ÜSTÜNƏ OLAN HAŞÜKÜR NANKOR ...........👎👎👎👎👎🖤🖤🖤🖤💣💥💣💥💣💥

    • @xosbextmemmedov1283
      @xosbextmemmedov1283 Місяць тому +1

      Kişi pul qazanıb ki sənə yezdirsin... Ged qazan keyf elə.

    • @xosbextmemmedov1283
      @xosbextmemmedov1283 Місяць тому

      ​@@nasibamamedova2538hələ Bakının neftinə gözlərini tikiblər. Get torpağını əkdə ay kənci

  • @bznhjajajaj5557
    @bznhjajajaj5557 2 роки тому +109

    Mubariz Mensimova hec vaxt cata bilmez.Mubariz Mensimov xalqina cox baqli adamdir, ne qeder insanlara komek edib.Allah sizi qorusun merd , eliaciq, xeyriyyeci Mubariz Mensimov.

    • @user-cy4fd1ez4y
      @user-cy4fd1ez4y 2 роки тому +14

      Hər oxuyan Molla Pənah olmaz.Mübarizdəki kişilik bular lıq deyil

    • @nergiznergiz4789
      @nergiznergiz4789 2 роки тому +7

      Ona görede onun qedrini cox biliblerde.

    • @user-sk6dc5pt8l
      @user-sk6dc5pt8l 2 роки тому +4

      Сиз бармагы башга шейнен мугасийе элемейин

    • @user-sk6dc5pt8l
      @user-sk6dc5pt8l 2 роки тому +9

      Бизим миллет хер шейи пулнан олсун мен озум хер ил гелирем Азербайджана гохум гардаша комек эдирем бр дефе элемесем гутарды олурам пис нейе горе о кимесе комек этмелидир? Чалышмаг лазымды агзыны гойе тутуб кимсе несе веречек йох

    • @user-gk5oq3cn7p
      @user-gk5oq3cn7p 2 роки тому +3

      @Тамилла Ахмедова слыш не надо говорить как тупые, хот ты понемаеш, 90 годах как мы Азербайджанец жили очень тяжело, хот ты знаешь где 7 тысяч Азербайджанский плени, почему армияански диаспора всегда помогают своим народу, у них тоже много олегархи есть, все каждый месяц помогают свои диаспора, вахит кому помагал, разве он сыну Азербайджанче, если хочешь быть достойно сына своей родине, ты должен своей богатства даст свой помоч помагат своей народ, не как жадничит,

  • @PlanetHuman-wx1ez
    @PlanetHuman-wx1ez 2 роки тому +63

    Azerbaycana nese bir xeyri olubmu? Hec eşitmedim.

    • @sumgayitpetkim1761
      @sumgayitpetkim1761 2 роки тому +1

      Mektebini temir edib

    • @Karabakh.AZE.2020
      @Karabakh.AZE.2020 2 роки тому +3

      @@sumgayitpetkim1761 nə böyük iş tutub

    • @sumgayitpetkim1761
      @sumgayitpetkim1761 2 роки тому +2

      @@Karabakh.AZE.2020 sen 2 mekteb temir etmisense, sene baxanda az iw gorub.

    • @xaqanhakan4371
      @xaqanhakan4371 2 роки тому +6

      Bir dəfə beyninizə həkk edin ki hər bir dünya səviyyəli Azərbaycanlının tək adı elə Azərbaycana şan şöhrət gətirir. Yoxsa gəlib bir məktəb ya 1000 məktəb tikməsi Azərbaycana dünya üzrə şan şöhrət gətirmir. Güman eliyirəm nə dediyimi başa düşərsiz.

    • @PlanetHuman-wx1ez
      @PlanetHuman-wx1ez 2 роки тому

      @@xaqanhakan4371 bu yazdiginiz sizin beyninizin mehsuludurmu? Camaat beyinsiz deyil ve agi garadan sece bilir.Nese şubheniz varsa Haci Zeynalabdin Tagiyeve ve yaxud Mubariz Mehsimova baxin.Sani şöhretide öz yerinde,xalgin yaninda hörmetide göz gabaginda .

  • @elxanatayev4030
    @elxanatayev4030 2 роки тому +54

    Hər nəyi varsa sağlığına qismət olsun. Allah qismət edib milyarder olub. Allah hamımıza kömək olsun inşallah.

    • @teranederbendova9475
      @teranederbendova9475 2 роки тому

      ?

    • @elxanatayev4030
      @elxanatayev4030 2 роки тому +3

      @@teranederbendova9475 yeni kiminsə pulunu saymaqdansa, allaha dua edib can sağlığı, xoşbəxtçilik, pul istəmək lazımdır.

    • @user-fe1ui2kh8w
      @user-fe1ui2kh8w 2 роки тому +1

      Sağliğina yox o bədbəxti Allah onu imtahana çəkib Allahtə"lanin ona verdiyi pulun yarisindan çoxu yetimin fəğirin payidir. Allah bu insanlarin halina qurani kərimdə vay olsun bunlarin halina kəlməsin işlədir.

    • @mhakl6165
      @mhakl6165 Місяць тому +1

      Allah verib o da ehtyacı olanlara kömək eləməlidi,goruna aparacaq.? Mənim kiməsə 5 manat kömək edə biləcəyəmsə , o 5 manatımı verirəm ki məndən daha çox onun ehtyyacı var. Amma milyardları olanlar necə kiməsə kömək etməməyi bacarırlar mətəl qallıram

    • @nasibamamedova2538
      @nasibamamedova2538 Місяць тому +1

      AMİN İNSAN EVLADI OLMAQ BAŞQA ALƏMDİ👍👍👍👍👍🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿✌️✌️✌️✌️❤️

  • @Ismayilova_aaa
    @Ismayilova_aaa 2 роки тому +7

    ALLAH CAN SAGLIGI VERSIN DOSDLUGA SADIQ INSAN♥️🤲🏻👍

  • @elshadhuseyinov5366
    @elshadhuseyinov5366 2 роки тому +26

    Allah bütün iş insanlarımızı qorusun.🇦🇿🇹🇷

  • @user-uo3mk9rz9u
    @user-uo3mk9rz9u Місяць тому

    Mənə xeyri var ,Gurur hıs edirəm,Allah kóməyi olsun

  • @YARASA-ts3cs
    @YARASA-ts3cs 2 роки тому +25

    Sadəcə bakıda anadan olub.qalan nə varsa ruslara aiddir.

    • @nasibamamedova2538
      @nasibamamedova2538 Місяць тому +1

      GECƏQUŞU YIQİN SƏN GECƏQİNDUDA DOGULMUSAN HƏR YERİ QARA GORÜRSƏN 🖤🖤🖤💣😈💥💥💥

  • @user-ud3rp7wd4k
    @user-ud3rp7wd4k 2 роки тому +71

    Ya bir lom ya bir müqəvva ya da vahid heç fərqi yoxdur. Azərbaycan ücün

    • @kbrxlfov9687
      @kbrxlfov9687 2 роки тому +13

      Bəs onlar Azərbaycan razində5 uşaq bir ana əlinə baxanda kimsə kasıb vaxt,ı ona kömək olub?

    • @vusalnamazov4964
      @vusalnamazov4964 2 роки тому +7

      @@kbrxlfov9687 yeqin dostu Idris kisi komek olub ona gore de ona bele vefali olub

    • @sevilia.m.1078
      @sevilia.m.1078 2 роки тому +7

      Bəlkə edib?Bəzən imkanları adamlar çox köməklik edir, amma istəmirlər ki, bu barədə başqaları bilsinlər.Mən belə birini tanıyıram .

    • @nmzaaqayev1423
      @nmzaaqayev1423 2 роки тому +2

      @@sevilia.m.1078 ола билер о да едиб ве амма чох тевазокор олуб. Йегинки гедж-тез хер шей билинер. Йегин ки безилери кими о халгын джибине гирмейиб. Еле олса саглыгына гисмет ве сайлары чох олсун.

    • @sevilia.m.1078
      @sevilia.m.1078 2 роки тому

      @@nmzaaqayev1423 M.Qusman Azərbaycana 50 min dollar kömək etdi Az qaldı ruslar onu çarmıxa çəksin .Erməni özünü hər yerdə legitimləsdirib.Məs.Qarri Kasparov və b.ermənu siyasətciləri o qədər ölkənin siyasi həyatına giriblər ki ,..Kimsə demir ki, get öz torpağında bunları et.Basqasi bir söz desə- Get õz auluna,orada komanda ver.- eşidəcək .Bir də axı həmisə eşidirik ki, kimsə Şəhid ailəsinə, qazıyə ev tikdi, xəstə uşağa kömək etdi.Adlarini gizlədirlər .Biz niyə hamıya qara yazırıq?

  • @helimesuleymanova112
    @helimesuleymanova112 2 роки тому +39

    Qurban olaram xalqima torpaqima dilimə dinimə var dövlətdi elə Azerbaycan heç kimin köməyinə ehtiyac da yoxdur bircə dənizimizi hasardan xilas etsinlər

    • @Duzandduzel
      @Duzandduzel 2 роки тому +1

      Dininə?
      "Sən"in dininin adı nədi?
      Nəyi deyirsən de ərəbin dinini demə.

    • @region41
      @region41 2 роки тому +8

      @@Duzandduzel insanların inancına qarışma. 44gün Allahu Əkbər deyib düşmən üstünə atıldıq.
      Dinsiz insan olmaz. Müsəlman ol, xristian ol, ama birindən ol.

    • @beybalamamedov6052
      @beybalamamedov6052 2 роки тому

      @@Duzandduzel SEN EGAR DINSIZ IMANSIZ ADAMSANSA QAL OZ YOLUNDA CAAMATA AQIL OYRETME PRICEM BURDA ERAB??

    • @Duzandduzel
      @Duzandduzel 2 роки тому

      @@region41
      😮😮...
      Hökməndi ?
      Mən sənin məsləhətinlə bu dəqiqə Vudu dinini qəbul elədim.
      Azərbaycanda yaşaya bilərəm bu dində ?
      Siz müsəlmanlar icazə verirsiz ?

    • @Duzandduzel
      @Duzandduzel 2 роки тому

      @@beybalamamedov6052
      Sən əgər dinlisənsə qal öz yolunda, cammata ağıl öyrətmə.
      Gətirib dini xarabanızı "MƏN"im evimin yanında tikib ulaşmayın.
      Özünüzü sırımayın camaata

  • @dr.turalmusic1771
    @dr.turalmusic1771 2 роки тому +26

    Bir millet kimi sevinirəm ki Rusiyada belə tanılan azerbaycanli var. Amma şəxsən Rusiyanın Lukoyl şirkətinin mərkəzi olan Koqalımda yaşıyan kimi deyirəm hec bir xeyiri yoxdu millətə. Zorla işə girir Lukoyla yaxşı vəzifəyə bizimkilər. Ordada tatarlara yol acıq, bizimkilərə yox

  • @tirabsirinova8674
    @tirabsirinova8674 2 роки тому +15

    yaxwi oxumaxla deyilki.Fereset olmalidir☝️

  • @nofelziyadoglu9934
    @nofelziyadoglu9934 2 роки тому +87

    Menim xalqımın kömeyine uşaq pulu, pensiya yaşının 55-yaşa endirilmesi kömek olar oda yoxdursa neyimize lazımdı Vahidin milyardları goruna aparsın.

    • @yusifovareyhan2060
      @yusifovareyhan2060 2 роки тому +7

      Vahid ələkbərov Azərbaycana uşaq pulu vermıkiydi ?

    • @AZE86
      @AZE86 2 роки тому +13

      Vallah ayibdieeee.
      Dunyada ele bir qanunvericilik yoxduki problemini girib youtubede komente yazasan. Senin ozun bu hokumete ve bu Azerbaycana ne xeyrin deyib?

    • @yusifovareyhan2060
      @yusifovareyhan2060 2 роки тому +9

      @@AZE86 öyrıniblər ancaq onu fikirləşilər ki kimin pulu var gətirib bulara pul versin sora da şərhlərdə kimisi təhqir etsinlər

    • @gulnarevahabova6420
      @gulnarevahabova6420 2 роки тому +9

      Deputat zaddır ki, qanunvericiliyə dəyişiklik təklif etsin? Ay bisavad.🤦‍♀️

    • @nofelziyadoglu9934
      @nofelziyadoglu9934 2 роки тому +1

      @@gulnarevahabova6420 Senin kül tepene ermenistanda uşaq pulunu lobbilerin hesabına ödeyirler.
      Qandığın qrafaya yaz senlik deyil.

  • @raaulmasedovic7703
    @raaulmasedovic7703 2 роки тому +38

    QOD İNSANOVUN FAYDASİNİN ŞAHİDİ OLDUM AZƏRBAYCAN ÜCÜN 44GÜNLÜK SAVAŞDA.

  • @seadetqafari3314
    @seadetqafari3314 13 днів тому

    Allah uzun ömür versin eloğlumuza .Var ol Vahid bey .

  • @user-zc6jh2sv3i
    @user-zc6jh2sv3i 2 роки тому +22

    Он учился в 169 школе, а не в 189, как вы говорите!

    • @ranaibrahimova1277
      @ranaibrahimova1277 2 роки тому +3

      189 школа рядом со шклой 190, недалеко от Баксовета, а он жил в поселке Разина.

    • @marinah-s1568
      @marinah-s1568 2 роки тому +1

      @@ranaibrahimova1277 вот именно. Я тоже об этом говорю. Он разинский.

    • @rnovruzov
      @rnovruzov 2 роки тому +1

      да он учился в 169 школе

  • @salmanmamedov1741
    @salmanmamedov1741 Місяць тому +1

    ALLAH CAN SAĞLIĞI VERSIN. MƏN FƏXR EDIRƏM Kİ MƏN AZƏRBAYCANLIYAM. HAMIMIZ ÇALIŞMALIYIQ Kİ BIZDƏ BELƏ OLAQ.

  • @bibiliya_sesili_oku
    @bibiliya_sesili_oku 2 роки тому +19

    Kimə lazımdır bu adam Azərbaycan dilin biıməyən Azərbaycan mədəniyyətdə xəbər olmayan xalqa xeyir olmayan Azərbaycan soyqırım edən düşmən çarxına su tökərsə bunu nə xeyir var bizə?

  • @Grand-305
    @Grand-305 2 роки тому +25

    Halaldi.her kim olsada Azerbaycanlidi.orda ola-ola usagina Yusif adi qoyub.yoxsa bezileri kimi xarici ad da qoya bilerdi.

    • @srflaktlrsridi
      @srflaktlrsridi Місяць тому

      Oğlunun adını Matvey qoyardı ,amma milyardını demirəm milyonu ilə yardım edərdi əsgərimizə ,qazimizə .kasıbimiza

    • @Grand-305
      @Grand-305 Місяць тому

      @@srflaktlrsridi hardan bilirsənki yardım etməyib Azərbaycançün.yadda saxla Vahid bəy bəziləri kimi elədiklərini reklam edib göstərmir.

    • @srflaktlrsridi
      @srflaktlrsridi Місяць тому

      @@Grand-305 təki siz deyən olsun.mən bizim milyonerlərin xeyriyyəçilərinə inanmıram.umumiyyətlə indiki dünyanın milyonerlərin inanmıram.milliyətindən və kimliyindən asılı olmayaraq.hamisinin Allahı bilər özu bilər düzü mənə heç maraqlı da deyil

    • @srflaktlrsridi
      @srflaktlrsridi Місяць тому

      @@Grand-305 Əsgərlərin və camaatın böyük hissəsinin səfalət içində olmağı öz sözünü deyir.bu adam da bütün varlılar da əməlləri hiss olunmur

  • @samirzeynalov2940
    @samirzeynalov2940 2 роки тому +13

    Ana dilində danışa bilməyən Vahidə AZƏRBAYCANLI DEMƏRƏM.

    • @gulnarevahabova6420
      @gulnarevahabova6420 2 роки тому +2

      Rusdan doğulan rus olar.

    • @mhakl6165
      @mhakl6165 Місяць тому

      Bakıda anadan olub atası da Azərbaycanlı, niyə danışmasın ki öz dilində. Məncə bilir amma danışmır.

    • @Turgut2022
      @Turgut2022 Місяць тому +1

      Bilir, amma heç vaxt danışmır, elə yerlilərimiz çoxdur .

    • @nasibamamedova2538
      @nasibamamedova2538 Місяць тому +1

      ARVAD KİMİ ÇƏNƏ DÖYÜRSÜZ AZƏRBAYCANIN 70 %% METİSDİ 🖤🖤🖤🖤💣💥💣💥👎👎👎

    • @romikpirs4258
      @romikpirs4258 Місяць тому

      Azerbaycan dili ,Fars,Ereb ve Türk sözderden ibaretti! Azerbaycan dili deyende neye deyirsiz?

  • @Elcin57715
    @Elcin57715 2 роки тому +7

    Nəsimi Rzayeva adına 169 nömrəli məktəbi bitirib.
    Nəsimi Məcid oğlu 30 mart 1974-cü ildə Bakı şəhərində müəllim ailəsində anadan olmuşdur. 1981-ci ildə Sabunçu rayonunun 94 saylı məktəbin 1-ci sinfinə qəbul olmuşdur.1989-cu ildə 169 saylı tam orta məktəbə getmiş və 1991-ci ildə həmin məktəbi bitirmişdir. İdmanla məşğul olmağı çox xoşlayırdı. Əsasən futbolu çox sevirdi. Fizika ilə maraqlanırdı. Sevimli yazışıları Puşkin, Nəsimi, Bəxtiyar Vahabzadə , Məmməd Rza olmuşdur. 1992-ci il iyun ayında Rzayev Nəsimi Azərbaycanın Milli Ordu sıralarında hərbi qulluğa başlamışdır.Fizuli və Ağdərə uğrunda döyüşlərdə iştirak etmişdir. 30 aprel 1994-cü il Ağdərə rayonunun Şəhritar kəndinin müdafiəsi zamanı həlak olmuşdur. Rzayev Nəsimi Məcid oğlu Bakıxanov qəsəbəsinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.

    • @Qazi-sb2ws
      @Qazi-sb2ws Місяць тому +2

      Allah rehmet elesin Sehidler olmez veten bolunmez

  • @rabalali1480
    @rabalali1480 2 роки тому +35

    Respublikadan yeməyib ki,özü qazanıb,bizim sokar neyniyib

  • @Karabakh.AZE.2020
    @Karabakh.AZE.2020 2 роки тому +8

    Biraz pulu olan qaçıb ya rus alıb ya ermənini görəsən niyə səbəbi nə olub ?Gəlin birdə Rusiyada yaşayan erməni milyarderləri bizimkilərlə müqayisə edək onda fərqi görəcəyik və görəcəyik ki,kim millətinə xeyirli övlad olub

  • @user-cl1hp2dl2i
    @user-cl1hp2dl2i 2 роки тому +16

    AZƏRBAYCANA VƏ XALQINA NƏ FAYDASI OLUB!?

    • @aydinazimov7898
      @aydinazimov7898 2 роки тому

      Vallah eşidməmişəm

    • @nasibamamedova2538
      @nasibamamedova2538 Місяць тому +1

      AZƏRBAYCAN BERMUT ÜÇBUCAGINA BƏNZƏYİR XEYRİYIÇİLƏRİ İŞ QURMAQ İSTƏYƏNLƏRİ BİR GÖZ QIRPIMINDA UDUR 💰💰💰💰🐉🐉

  • @user-xk8ug6vu2k
    @user-xk8ug6vu2k 2 роки тому +3

    Егилли шехсийетдир Вахид Елекберов ,бир креслону узун иллер зебт етмекде инсан омуруну коделдир ,бу кунден етибарен о инсан невелери, озу ,аилеси ,достлары гохум егребелери учун рахат омур сурер. 💯 йаша.

  • @restemrustemov2130
    @restemrustemov2130 2 роки тому +2

    MaşAllah

  • @qelbimislam90
    @qelbimislam90 2 роки тому +23

    NE OLSUN? HEC XALGI TANIYIRMI?MEYVESIZ AGAC.

  • @the.0rxan
    @the.0rxan 26 днів тому

    Halal olsun👍

  • @BLECHMAMBA
    @BLECHMAMBA 11 днів тому

    ağıllı adamdı və eyni zamanda vəfalı dost olub Allah bilen məsləhətdir

  • @gulsumyusubova1374
    @gulsumyusubova1374 2 роки тому +7

    Allah istəyib varlı olub. Maşallah.

    • @alitalibov4341
      @alitalibov4341 Місяць тому +1

      Allah isteyi ile varli ola bilər a Allahin isteyinde birinin varli olmasinin sebebi digerleri ile varının mueyyen qismini paylasmaq insanlara yardim etmek aclari doyurmaq kimidir..
      Ama bu insan paylasmaqi hec vaxt sevməyib.Yardimseverde deyil

  • @21SeRKeR12
    @21SeRKeR12 2 роки тому +3

    bu bizim Qaracuxurdan da o qeder mehshur adamlar cixiblar ki halaldi

  • @faridakifoglu9460
    @faridakifoglu9460 Місяць тому

    Allah sizin can saxlixinizi gorusun 🙏👍🤝

  • @yaqutmmmdova7853
    @yaqutmmmdova7853 2 роки тому +4

    169nömrəli oxuduğu məktəbi cox gözəl təmir etdirib

    • @alitalibov4341
      @alitalibov4341 Місяць тому +1

      Veteni Azerbaycan tekce 169 nomreli oxudugu mektebden ibaret deyil..

  • @ismayilismayilov5307
    @ismayilismayilov5307 2 роки тому +6

    189 orta mektebde yox. 169 nomreli orta mekteb.Melumati dolgun orgenob verlishe verin.

  • @etibarekberov160
    @etibarekberov160 2 роки тому +1

    Allah omur versin

  • @user-xk2rf9uw1s
    @user-xk2rf9uw1s 7 місяців тому +1

    RAZİN YOX BAKIXANOV. VAHİD ƏLƏKBƏROV MÜJDƏ GÖZLƏYİRİK MİLYONLARDAN QRABAĞA DA AYIRAR..BİZİM VƏTƏN OĞULLARI HƏMİŞƏ ÖNDƏ OLUB.❤🇦🇿❤🇦🇿❤🇦🇿

  • @user-oh3uu1nd4h
    @user-oh3uu1nd4h 2 роки тому +2

    Вар олун heмише Ваhид муеллим,сизе саглам heйат арзулайырам.Етрафынызда heмише етибарлы ишчилериниз олмагыны арзулайырам.Азербайчан ве хош фикирли адамлар сизинле фехр едир.Сизе сагламлыг арзулайырам. hорметле Фехреддин Шабранлы.

    • @nasibamamedova2538
      @nasibamamedova2538 Місяць тому +1

      YAŞASINNNN ❤❤👍👍👍👍👍👍👍👍👍🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿✌️✌️✌️✌️

  • @holli8258
    @holli8258 2 роки тому +1

    Halal olsun

  • @user-rn6oo2lq2d
    @user-rn6oo2lq2d Місяць тому

    Гордимся! Спасибо

  • @user-rg7lb1ig6m
    @user-rg7lb1ig6m 2 роки тому +8

    Çox xeyirsiz insandır. Milləti "LUK OYL " buraxmamışdır.

  • @xalidmeqsedoglu
    @xalidmeqsedoglu Місяць тому +2

    Razin ushagiyam mende 42 ildi.2 aydi kocmusem ancaq pesmanam Razin bir basqa qesebedi hec kim ordan ayrila bilmir

  • @brawiloyuncusu7675
    @brawiloyuncusu7675 Місяць тому +1

    EŞQ OLSUN, AZƏRİ BALASI......

  • @Land_Cruiser-200
    @Land_Cruiser-200 Рік тому

    Vahid Elekberov kişi adamdir butun insanlar bele ugurlu şexslere baxib ornek goturmelidir. Halal olsun Vahid Elekberov kimi insanlara. Kimesede borcu yoxdu aparib Azerbaijanda paylaya pul zad. Herkes özü üçün yaşasın besdi.

  • @mmdjjjssjjdjf4269
    @mmdjjjssjjdjf4269 Місяць тому

    HALAL OLSUN VAHİD ƏLƏKBƏROV KİMİ OĞULA! MAŞALLAH! ❤❤❤❤❤❤❤❤❤

  • @validagayev3523
    @validagayev3523 Місяць тому

    Allah qorusun belə Azərbaycanlilari Vahid qardaş məni həccə göndərə bilərsiz?

  • @elnarallahverdi6012
    @elnarallahverdi6012 2 роки тому +22

    MƏNƏ MARAQLIDI VƏTƏNİNƏ NƏ EDİB.VƏTƏNİ SEVƏMƏYƏN İNSAN OLMAZ OLSADA O, KƏSDƏ VİJDAN OLMAZ BU DAHİNİN SÖZLƏRİ BİR CÜMLƏYLƏ İNSANI TAMAMLAYIR. VƏTƏNİNİN QƏDRİN BİLMƏYƏNDƏN HEÇNƏ GÖZLƏMƏ O BİZİM DƏRDİMİZİ ÇƏKDİYİNNƏN BİZDƏ ONUN DƏRDİn ÇƏKƏCƏYİK!

    • @tehminetehmine2604
      @tehminetehmine2604 2 роки тому

      Biz NETWORK MARKETİNG layihəsində çalışırıq. Bizə sosial şəbəkələrdə günlük 2-3saat çalışa bilən xanımlar lazımdır. Qazanc iş qabiliyyətinə əsasən hesablanır. Təklif maraqlıdırsa geri dönüş edin. Təşəkkürlər🙂

    • @azeriyek5742
      @azeriyek5742 2 роки тому

      @@tehminetehmine2604 netvork marketinqin hansı növü ile meşğulsunuz

    • @Land_Cruiser-200
      @Land_Cruiser-200 Рік тому +1

      Xanim boş danişirsiniz. Heçkimin heçkime borcu yoxdur

    • @Haciyev7
      @Haciyev7 7 місяців тому

      sen ne pox yemsen?

    • @lijanur
      @lijanur Місяць тому +1

      Sen neynemisen bes???

  • @ilhambagirov5997
    @ilhambagirov5997 2 роки тому

    Siznən fəxr edirik

  • @fonfantulpan6376
    @fonfantulpan6376 2 роки тому +2

    Живёт и работает как настоящий мужчина!

  • @nasibamamedova2538
    @nasibamamedova2538 Місяць тому +1

    BİR İNSAN SAVADINAN AGILINAN FƏRASƏT İLƏ HƏYATDA ÖZÜNÜ TƏSDİQLİYİRSƏ HALAL OLSUN O İNSANLARA . ALLAH DEYİR SƏNDƏN. ... HƏRƏKƏT... MƏNDƏN BƏTƏKƏT ..YALAQ YALTAQLARIA PAXILLARA İİSƏ ALLAH RUZİ VERMƏZ . ☝️☝️☝️☝️

  • @retreti-if3gk
    @retreti-if3gk Місяць тому

    Allah kömək olsun... Yəqinki onun da bildiyi nə isə var..

  • @vuqarhuseynov4000
    @vuqarhuseynov4000 2 роки тому +9

    Yarali barmaga "Fanta" tokmuyub bu adam

    • @nasibamamedova2538
      @nasibamamedova2538 Місяць тому +1

      BAŞINDA EKƏ FANTAYA OXŞAYIR . SƏN PEPSİ SÜRT ŞİKƏST BARMAQLARIA😈😈😈🖤

  • @user-ym2pv7wn5y
    @user-ym2pv7wn5y 2 роки тому +1

    Sag ol 189-aя школа

  • @user-rp2mp3si1l
    @user-rp2mp3si1l Місяць тому

    Allah can sagligi versin Vahid Elekbərova.Amin

  • @mubarizresulov4857
    @mubarizresulov4857 2 роки тому +26

    Гарачухурда бирдяня мячит бирдяня ушаг багчасы тикмяиб анчаг русияда кился тикиб буда бизим азярбайджанымыз

    • @gulnarevahabova6420
      @gulnarevahabova6420 2 роки тому

      Anası rus olan kilsə tikdirəcəkdə. Çünkü anası rus olanların hamısı xaçpərəstdir. Ruslar, ərmənilər, gürcülər və sair xaçlar, kişidən icazəsiz (kişini saymırlar) uşağı körpə ikən xaç suyuna salırlar və atanın dinindən və millətindən döndərirlər. Ona görədə bizim kişilər qeyri-müslümlə evlənməməlidir!

  • @ramilaliyev8299
    @ramilaliyev8299 2 роки тому +3

    İs orasıdıkı azrel gələndə pul verib canını qurtara bilmiyəcəydi Allaha canım qurban gözəl qanun qoyub

  • @user-ks7lx2rz8v
    @user-ks7lx2rz8v Місяць тому +1

    Поселок Разина Сила 💪. Всем Привет Разинским ребятам.

  • @user-hh1fl8jq4l
    @user-hh1fl8jq4l 2 роки тому +6

    UZUN ÒMIR CAN SAQLIQI ARZU EDIRIK

  • @sevilhaciyeva82
    @sevilhaciyeva82 2 роки тому +5

    Azərbaycana nə edib???

  • @r.a.s.7679
    @r.a.s.7679 2 роки тому +3

    Nədə olsa, fəxrimizdir. Ziyan vurmasın dövlətimizə, xeyri lazım deyil.
    Yaxşılıg edənə yaxşı adam demirlər, pislik bacarmayana yaxşı adam deyirlər.☝️.!.

  • @bakiazrbaycan8799
    @bakiazrbaycan8799 2 роки тому +23

    Vahid Elekberov eslen Wamaxi rayonundandir. ama milliyetciliyi patriotlugu yoxdur yanmiw barmaga derman qoyan deyil

    • @rafiqmahmudov7966
      @rafiqmahmudov7966 2 роки тому +2

      Qardaş Vahid Ələkbərov əslən Cənubi Azərbaycandandır Atası Yusif kişi Həmşəridir

    • @gulnarevahabova6420
      @gulnarevahabova6420 2 роки тому +9

      Biri deyir Şamaxıdandır, biri deyir bizim rayondandır, qohunumdur Gürcüstanlıdır, biridə deyər Masallıdandır.😂😂😂

    • @bakiazrbaycan8799
      @bakiazrbaycan8799 2 роки тому +2

      @@gulnarevahabova6420 ölüm deyeyrsen borçalıdandımi?😊

    • @gulnarevahabova6420
      @gulnarevahabova6420 2 роки тому +3

      @@bakiazrbaycan8799 Haradan bilim? Hərə öz tərəfinə yozur.😂

    • @bakiazrbaycan8799
      @bakiazrbaycan8799 2 роки тому +6

      @@gulnarevahabova6420 Vallah men hec bele yerlimin olmagini isdemirem..! menim cox boyuk hormet qoydugum iw adamlarindan en birincisi Mubariz Mensimovdu dogurdanda xalqinin qehrine qalir düz demeyremmi ölüm

  • @WarriorAze64
    @WarriorAze64 Місяць тому

    Bir dostuna komek edib,birde məktəbin tikdirib..yenədə sagolsun...bəlkə də yaşadığı yerdə insanlara yaxsiliq edir..

  • @nightwolf1546
    @nightwolf1546 2 роки тому +10

    RAZIN UWAĞLARI SES EDŰN

  • @djnihras2376
    @djnihras2376 2 роки тому +2

    169 ay xanimm...

  • @romikpirs4258
    @romikpirs4258 Місяць тому

    Razinin boyük qardaşlara Salam olsun!

  • @user-cw5bd5uc1i
    @user-cw5bd5uc1i 2 роки тому +5

    Nolsunki. Azərbaycanda ne hörməti varki

    • @Land_Cruiser-200
      @Land_Cruiser-200 Рік тому +1

      Onun dünyada hormeti var biznesmendi

    • @nasibamamedova2538
      @nasibamamedova2538 Місяць тому +1

      SƏNİ KİMİLƏRİN YANINDA OLMASADA OLAR SƏN ÖZÜNƏ HÖRMƏT ET👍👍

  • @nadiroguz.3220
    @nadiroguz.3220 2 роки тому +3

    Onun Azərbaycana bir xeyri yoxdu.Yaramazın yekəsidi

  • @vuqarabbasov867
    @vuqarabbasov867 2 роки тому +10

    Allah haminin canin saq elesin Amma her kim olursan ol tarixde yaxsi insan kimi iz qoy xeyriyyeci ol onsuzda hecne aparmir insan rehmet birde nehlet calis rehmet aparan ol.

  • @sevo8440
    @sevo8440 2 роки тому +13

    Vahid gurcustanlidi, bizim rayonnandi Dmanisdendi.Qohum olsa da ozunu cox uzag tutan insandi, hec kesle yaxin deyil

    • @vaygun645
      @vaygun645 2 роки тому +9

      Ona göre de Varlanib😀

    • @gulnarevahabova6420
      @gulnarevahabova6420 2 роки тому +8

      Anası rus olan necə olmalıdır? Anası rus olmasaydı onu Rusiyada milyarder olmağı heç qoyardılar?

    • @rafiqmahmudov7966
      @rafiqmahmudov7966 2 роки тому +3

      Vahid Ələkbərov həmşəridir Cənubi Azərbaycandan Gürcüstanlı deyil Atası Yusif kişi İrandan gəlmədir .Vahid özü anadan olub Bakıda .Anası Rus kazaklarındandır .Goglda axtarsan cıxacaq haqqında

    • @mubarizmubariz359
      @mubarizmubariz359 2 роки тому

      Bu san deyan Vahid deyil, bu Lukoylun sahibi Vahiddir, san deyan isa yanacaqdoldurma mantaqalarina nazarat edan Vahid

    • @aydinazimov7898
      @aydinazimov7898 2 роки тому

      bəli onun əsili Gürcüstanlıdı

  • @mirichiraliev557
    @mirichiraliev557 Місяць тому +1

    Neft Akademıyasinin 3 mərtəbəsində yerləşən kafedrada 2005- 2010- cu illərdə pulla qiymət almaq olmurdu ( indi bilmirəm),oxuyub almalı idin. Müəllimlər pul götürmüşdü, çünki bildiyimə görə kafedranın xərcini bu insan çəkirdi.

  • @nergizmemmedzade3411
    @nergizmemmedzade3411 2 роки тому +2

    Vəzifədən biznesə yerdəyişmə böyük oğruların "uğurudur".

  • @bakhtiyarshukurov595
    @bakhtiyarshukurov595 2 роки тому +5

    hələ eşitməmişəm Azərbaycanüçün xeyiri dəysin

    • @nasibamamedova2538
      @nasibamamedova2538 Місяць тому +1

      NƏ YAŞIN VARİ Kİ TEZLİKLƏ EŞİDİRSƏN QƏM YEMƏ🔺️🔻

  • @lijanur
    @lijanur Місяць тому

    Sadece olaraq haladir!!!!

  • @brawiloyuncusu7675
    @brawiloyuncusu7675 Місяць тому +1

    ZEYNALABİDİN TAĞIYEV KİMİ OL DA QARDAŞIM......
    AZƏRBAYCAN ŞƏHİD VƏ QAZİLƏRİNƏ KÖMƏK ETSƏN, TARİXDƏ ""XOŞMƏRAMLI VƏ XEYİRXAH İNSAN"" KİMİ ADIN QALACAQ!!!! UCA ALLAH SƏNƏ KÖMƏK OLSUN.....
    AZƏRBACANLI OĞUL, SƏNİNLƏ QÜRUR DUYURUQ!!!!🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿

    • @nasibamamedova2538
      @nasibamamedova2538 Місяць тому +1

      HACI ZEYNALABDIN TAGIYEVƏ AZƏRBAYCAN ÇOX BOYÜK DƏYƏR VERİB AXI ...O CÜR İNSANIN QIZI ƏZABNAN ZİBİLİN İÇİNDƏ ÖLDÜ . ÇÖRƏYİ DİZİNİN ÜSTÜNDƏ OLAN NANKÖR MİLLƏT🖤🖤🖤 20% ÇIXIRAM

  • @nazimaliyev8010
    @nazimaliyev8010 2 роки тому +1

    Я тоже учился 189 школе. Даже не знал все эти годы. А как приятно слышать эту новость.

    • @kamalalishev741
      @kamalalishev741 2 роки тому +1

      Там ошиблись 169 на Бакиханова бывшая Разино

    • @nazimaliyev8010
      @nazimaliyev8010 2 роки тому

      @@kamalalishev741 нет не ошиблись. Он учился со мной. Выше классом

  • @cebuceburetti8480
    @cebuceburetti8480 2 роки тому

    cox boyuk sozunu ele dediz axirda yarali yarali))

  • @turannuriev2744
    @turannuriev2744 2 роки тому +17

    Her Adam bu yere gelib cixa bilmez halaldir.💪

  • @nesimialesgerov3959
    @nesimialesgerov3959 Місяць тому

    Vahid Ələkbərov haqqında məlumatı dinləyəndən sonra tam qərara gəldim ki , O , mərd ümumilikdə kişi xarakterinə malik olan birisidir .

  • @user-od1tx3nt5s
    @user-od1tx3nt5s Місяць тому +1

    ❤️МашАллах ❤️АЛЛАХ ❤️МУХАММАД ❤️АЛИ С ВАМИ ИНАЛЛАХ АМИН❤️ АЛЛАХ ❤️АЗЕРБАЙДЖАН❤️ ❤ ВАХИТ❤️

  • @qarabag2601
    @qarabag2601 Рік тому +1

    ibadəti yoxdursa ən kasıb adamlardandır

  • @ilhammamedov1604
    @ilhammamedov1604 2 роки тому +3

    Kimsə yazır Şamaxılıdır lap pis onlar öz qohumlarınada yaxın durmurlar.

    • @aynurhmdova7843
      @aynurhmdova7843 2 роки тому

      Gurcustanlidir.

    • @rafiqmahmudov7966
      @rafiqmahmudov7966 2 роки тому

      Vahid Ələkbərov həmşəridir.Atası Yusif kişi İrandan gəlmədir.Goglda axtarsan cıxacaq haqqında

  • @bibiliya_sesili_oku
    @bibiliya_sesili_oku 2 роки тому +8

    Soyqırımı edən bir ölkəsin lokomotiv olan bur adam nə Azərbaycanlı olmalıdır?

  • @xelilxelilov6798
    @xelilxelilov6798 2 роки тому +1

    Razin Hər yerdə❤

  • @spor-hayatdr1636
    @spor-hayatdr1636 Місяць тому

    Haqqında danışılanda elə bildim Azərbaycana bir xeyiri dəyib.

  • @srflaktlrsridi
    @srflaktlrsridi Місяць тому

    Rəbbimin bir bildiyi var.amma çox istəyərdim ki,milyoner və milyaderlərimiz şəxsən maraqlansinlar əsgərlərimizə gedəcək dərman və tibbi avadanlıqlarla.yemək və basqa qaygilari ilə.Rəbbim bir bu Qiyamət gəlsin baxim niyə milyoner və milyaderləri olan xalqimin əsgəri səfalət icində on çəbhədədir ,ya qaziləri özunu öldurur amma bunun bizim milyarderlərimizə heç bir dəxli yoxdu niyə?????

  • @user-ib9hq9rn6l
    @user-ib9hq9rn6l 2 роки тому +1

    Ешг олсун миллетимизе

  • @alvanjalilov9166
    @alvanjalilov9166 2 роки тому +1

    Nə olsun bir şəhid ailəsinə bir azərbaycanlıya kömək edibmi. Millətinə nə xeyir edib.

  • @huseynbagirov1081
    @huseynbagirov1081 2 роки тому +2

    Allah köməyi olsun.🇦🇿
    Əsas Allah ağlını almasın!

  • @djnihras2376
    @djnihras2376 2 роки тому

    Cannnn

  • @user-ut8kv9jl2q
    @user-ut8kv9jl2q 2 роки тому +8

    Чох тарифламайин буну Бир Дафа да олсун миллатина хейри даймайиб 46 мин ишчиси вар ичинда 46 Азербайджанлы йохду россияда

  • @yusifovareyhan2060
    @yusifovareyhan2060 2 роки тому +6

    Kimin nəyi var özünəqismət olsun bəsdirin onun bunun puluna göz dikdiz kor dilənçi olub gediblər bəziləri hamı bulara pul verməlidi ayıbdır gedin işləyin Allah nə verib ona qane olun

    • @wooow2714
      @wooow2714 2 роки тому +2

      Hə hamısı dilənçidi internet dilənçiləri nə eliyib özü üçün eliyib özü üçün qazanıb əziyyət çəkib kiməsə borcu yoxduki pul paylasin

    • @yusifovareyhan2060
      @yusifovareyhan2060 2 роки тому +2

      @@wooow2714 bəzi insanlar elə fikirləşir ki kimin pulu var bulara vermədilər

    • @Land_Cruiser-200
      @Land_Cruiser-200 Рік тому

      Sizin kimi düşünceli adamlarin olmağı çox sevindiricidir halaldir size👏🏻👏🏻👏🏻

  • @kamranmmmdov2964
    @kamranmmmdov2964 Місяць тому

    Сонда лап агладым 😢чох бойук пулларды чох😂😂😂

  • @Wer7jkltypp75
    @Wer7jkltypp75 2 роки тому +2

    Ишден чыхардыблар

  • @MrHGH678
    @MrHGH678 2 роки тому +1

    …Əmmauu heç çıkkırığıda çıxmadı 2ci Qarabağ Müharibəsində!!!

  • @binyaminsalamov5596
    @binyaminsalamov5596 2 роки тому +3

    Териы йапма миллетин хейирли олмацыб достлары ерменилер олуб Серветт аллахверир о да алыр