Min bir dərdin dərmanı XAŞ

Поділитися
Вставка
  • Опубліковано 30 вер 2024
  • Kanalımızda sizlərə faydalı olacaq reseptlər, tibbdə baş verən yeniliklər, bir çox xəstəliklərin yaranma səbəbi və onların müalicə üsulları ilə gündəlik olaraq paylaşılan videolarda tanış ola bilərsiniz.
    Təklif və iradınızı, eləcə də reklam yerləşdirmək üçün bizə yazın.
    #baxbele #baxbelə #xaş
    ---
    Xaş Orta Şərq və Cənubi Qafqaz mətbəxinin ən çox sevilən yeməklərindən biridir. Xaşa dünyanın müxtəlif ölkələrində fərqli adlar verilib. Xaşın hazırlanma prosesi xeyli vaxt və zəhmət tələb edir.
    Milli.Az medicina.az-a istinadən xəbər verir ki, türkiyəli doktor Canan Karatay xaşın hətta uşaqlara və xərçəng xəstələrinə də faydalı olduğunu bildirib.
    Onun sözlərinə görə, yağı və kalorisi olduqca yüksək olan xaş ilk növbədə insan orqanizminə bol enerji verir:
    "Xaş uşaqlar üçün də faydalıdır. Onun tərkibindəki maddələr inkişaf mərhələsində olan uşaqlar üçün faydalıdır. Xərçəng xəstələrinin müalicədən müsbət nəticə əldə etmələrində xaşın müsbət təsiri var. Xərçəng xəstəliyi ilə mübarizədə hədsiz faydalı olan kollagen adlı maddə xaşın tərkibində boldur. Çünki bu maddə əsasən sümük suyunda, xaşda və toyuq şorbasında olur. Bu səbəbdən xərçəng xəstələri üçün xaş olduqca faydalı bir yeməkdir".
    Bundan əlavə xalq arasında belə bir fikir var ki, bir insanın qolu sınanda və ya çıxanda ona xaş yemək məsləhət görülür. Araşdırmalarımız göstərir ki, bu, həqiqətən də belədir. Sümüklərin güclənməsində xaşın faydalı olduğu qənaətinə gəlmək olar. Canan Karatay kökəlmək arzusunda olanlara da xaş yeməyi məsləhət görür:
    "Amma kimlər ki, kökəlmək istəmir onların xaş yeyəndən sonra piyada gəzmələri, yaxud fiziki işlə məşğul olmaları vacibdir".
    C. Karatay deyir ki, xaş soyuqvurmadan əziyyət çəkənlərin müalicəsinə də müsbət təsir göstərir:
    "Xaşı bir növ vitamin deposu hesab etmək olar. Tərkibindəki maddələr, vitaminlər soyuqvurmadan sürətli şəkildə xilas olmağa imkan verir".
    Doktorun sözlərinə görə, xaş sümükləri gücləndirməklə, inkişaf etdirməklə yanaşı, sümük ağrılarını da azaldır.Xaşın yanında limon, sarımsaq, turp kimi tərəvəzlərdən istifadə xolestrolu və təzyiqi nizamlayır. Kalsium, maqnezium və fosfor çatışmazlığından qaynaqlanan problem yaşayanlar üçün xaş idealdır.
    Qan azlığından əziyyət çəkənlər tez-tez xaş yeməklə bu problemi tədricən aradan qaldırmış olarlar. Davamlı olaraq xaş yeyən insanların üz dərisi də sağlamlaşır, qüsursuz görünür. Xaş Omega-3 baxımından da olduqca zəngindir. Xaş qış aylarında artan xəstəliklərə qarşı qalxan rolunu oynayır.
    Bundan əlavə xaşın orqanizmə aşağıdakı faydaları da var:
    -Xaş orqanizmə güc verir, orqanizmi möhkəmləndirir, zəifliyi aradan qaldırır.
    -Xaş beyin üçün ən faydalı yeməklərdən biridir. Onun tərkibində B qrupu vitaminləri, qlisin və polidoymamış yağlı turşular var. Bu maddələr beyinin sağlamlığını və normal fəaliyyəti üçün olduqca vacibdir.
    -Xaşın tərkibində olan qlisin aminturşusu stresi və gərginliyi azaldır, sakitləşdirir, yuxunu tənzimləyir.
    -B qrupu vitaminləri ilə zəngin olan xaşın qanazlığından əziyyət çəkənlərə də faydası var.
    -Xaşın tərkibində olan kollagen dərini, birləşdirici toxumaları, bağ və oynaqları sağlam və cavan edir.
    -Oynaq problemləri, osteoxondroz kimi pozulmaları olan insanlar mütləq xaş yeməlidir. Xaş oynaqların və fəqərə arası diklərin dağılmasını ləngidir.
    -Xaşın tərkibində olan lizin aminturşusu kalsiumun mənimsənilməsini yaxşılaşdırır, immuniteti möhkəmləndirir, damarları genişləndirir.
    -Xaş saçları daha sağlam edir, onların uzanmasını sürətləndirir.
    Bütün bu faydalı xüsusiyyətlərə baxmayaraq xaş kifəyət qədər "ağır" yemək olduğunda onu tez-tez və çox yemək tövsiyə edimir.

КОМЕНТАРІ • 30

  • @vaqifkazimov7769
    @vaqifkazimov7769 3 роки тому +13

    Xaş çox faydalı deyilən kimi mənədə faydası çox oldu məndə sümük ağrıları var idi 1 bosqam yemək ilə inan Allaha ki günün sabahı ağrılarımın azalmasını şahidi oldum hamıya tövsiyə edirəm

  • @ekimxkanat7827
    @ekimxkanat7827 2 роки тому +3

    Sevirəm xaş yeməyin.Baxmayaraq ki qadınam.Həmişə bacımla bəhsəbəs hərəmiz iki qab yeyirdiy evdə.

  • @qarabagazrbaycandr9174
    @qarabagazrbaycandr9174 Рік тому +1

    O danışan həkimin savadsızlılığı ondan bilinirki, deyir xaş elədə fayadalı deyil, Xaş yeməyi kimyəvi dərmanlardan daha çox faydalıdır .

  • @yenikanalofficial
    @yenikanalofficial 4 роки тому +2

    faydalı məlumatdı

  • @SOFİA-u4v
    @SOFİA-u4v 7 місяців тому

    Sümük suyu, xaş sevirem bunları yimeyi. Saçlarım dirnaqlarim her zaman sağlam ve güçlüdü.😊

  • @furkankoc5986
    @furkankoc5986 3 роки тому +5

    Revmatizma xəsdəliyinə xeyri var?

    • @saraeliyeva6949
      @saraeliyeva6949 2 роки тому +2

      Xeyride sozdu. Onun dermanidi xas. Alin yeyin amma limon falanda yeyin sonra ki teziqinizi qaldirmasin

    • @JazzBaD
      @JazzBaD Рік тому +1

      @@saraeliyeva6949 bu sözleri bır qızdan eşitmek🙄👏

  • @ibrahimseferov856
    @ibrahimseferov856 3 роки тому +2

    XAŞ GÖZƏL YEMƏKDİR

  • @qudretcfrov4276
    @qudretcfrov4276 11 місяців тому

    Mənim belimdə qirija yaranırdı 6 il bunnan əvvəl bir ay xaş yidim turnikdən sallaşdım onnanda sağaldım indi ağırlıqda qaldırıram hec vecimədə deyil tez tez xaş yeyin peşman olmazsız

  • @eliqnbrov7464
    @eliqnbrov7464 3 роки тому +2

    Allah razi olsun

  • @Zara-go9vu
    @Zara-go9vu Рік тому

    Allah RAZI OLSUN ÇOX SAĞ olun 🙏🏼🙏🏼🙏🏼

  • @azercellcinar8982
    @azercellcinar8982 2 роки тому +3

    Xaşın xəstəsiyəmm

  • @lamiyamehraliyeva4836
    @lamiyamehraliyeva4836 Рік тому

    Deyirler xaş onurğada olan rakın dermanıdır

  • @leylaleyli5334
    @leylaleyli5334 Рік тому

    Mənim uşağ yemir eseb edir

  • @habilkerimov4911
    @habilkerimov4911 2 роки тому

    Ziyanıda var niyə demirsən

  • @elnurrehimov2611
    @elnurrehimov2611 2 роки тому +2

    2:15-ə qədər qəşəng gəlmişdin. Xaşın içində Omega 3 nə gəzir))

  • @habilkerimov4911
    @habilkerimov4911 2 роки тому +1

    İrgənirəm

  • @sevgihesenova8640
    @sevgihesenova8640 2 роки тому

    Men yeye bilmerem iyrenirem qoxusu bele urek bulandirir faydali olsada 🤮🤮🤮

    • @qarabagazrbaycandr9174
      @qarabagazrbaycandr9174 Рік тому +2

      İyrənirsən iyrənirsən qusacaq qədər halal Allah nemətidir,bəlkə sənin elə iyrənc yeməyin var bizim qusmağımız gəlir.

    • @JazzBaD
      @JazzBaD Рік тому +1

      Sen get o siçan etinen hazırlanmış kalbasa saskalardan ye

    • @leylaleyli5334
      @leylaleyli5334 Рік тому

      Guyada olsa elə gəmirər yeyer 🤣