Qəhrəman Natiq Qasımova həsr olunan “Oğul” tamaşaçılara təqdim edildi - APA TV

Поділитися
Вставка
  • Опубліковано 17 жов 2023
  • #APATV #Oğul #film #NatiqQasımov #təqdimat #MədəniyyətNazirliyi #Nizamikinomərkəzi #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #gundemxeber #ənsonxəbər #apa #apagündəm #apatvyenixəbər #apatvənyenixəbər #apatvxəbərlərdəbugün
    Oktyabrın 18-də Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Oğul” sənədli filminin nümayişi keçirilib.
    Üç il ərzində ərsəyə gətirilən bu film 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən əsir götürülən azərbaycanlı hərbçi Natiq Qasımov haqqındadır.
    Natiq Qasımov hərbi əməliyyatlar zamanı altı döyüş yoldaşını itirdikdən sonra beş gün ərzində təkbaşına müdafiə etdiyi Alban kilsəsində mühasirədə qalır, ermənilərə müqavimət göstərir və təslim olmur. Mənfur düşmən Xocalıda girov götürülən 22 sakini öldürməklə təhdid etdikdən sonra cəsur döyüşçümüz təslim olmağına razılaşır.
    Ermənilər Natiqin bir neçə gün təkbaşına vuruşmasına heç cür inana bilmirdilər. Onun bu qəhrəmanlığı o zaman döyüş bölgəsində olan xarici jurnalistləri də heyrətləndirir.
    Azərbaycan tarixinin daha bir qəhrəmanlıq səhifəsindən bəhs edən bu sənədli filmi rejissor və ssenari müəllifi Karan Sinqh italiyalı hərbi fotoreportyor Enriko Sarsininin dərc olunmamış fotoları əsasında ekranlaşdırıb. Enriko Sarsininin Qarabağda baş verənlərlə bağlı danışdığı olduqca kədərli, lakin qürur dolu hekayəni dünyaya tanıtmaq qərarına gələn rejissor həmin hadisəni və qəhrəmanın aqibətini aydınlaşdırmaq üçün üç il Azərbaycan, Ermənistan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə görüşüb, onların müsahibələrini lentə alıb. Sənədli film iki dəfə ABŞ festivallarında nümayiş etdirilib.
    Filmdə Natiq Qasımovun erməni əsirliyində dindirilməsi ilə bağlı məqamlar və bu dindirilmələrdə ermənilərin səhra komandiri Vitali Balasanyanın da iştirak etməsinə dair faktlar yer alır. Şahidlərin məlumatına görə, erməni hərbçi Vitali Balasanyan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyatda olan Natiq Qasımovu əsirlikdə olduğu müddətdə işgəncə ilə qətlə yetirib.
    Natiq Qasımovun şücaətini parlaq şəkildə əks etdirilən “Oğul” sənədli filmi Azərbaycan Ordusunun 2023-cü ilin sentyabr ayında apardığı uğurlu antiterror əməliyyatlarından sonra yenidən ictimaiyyətin gündəminə gəlib.
    Film Azərbaycan və ingilis dillərində hazırlanıb. “Oğul”un təqdimatında Prezidentin ailə üzvləri, dövlət xadimləri, ictimai şəxslər və digərləri iştirak ediblər.
    Tədbir zamanı, həmçinin Qarabağ, Xocalı, şəhidlər, erməni əsirliyi və Azərbaycan həqiqətlərinə həsr olunmuş kitabların satışı da reallaşdırılıb. Təşkilatçıların sözlərinə görə, satışdan əldə olunan gəlir “Yaşat” Fondu və Qarabağ Dirçəliş Fondunun hesablarına köçürüləcək.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: ua-cam.com/users/APAGROUPOffic...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

КОМЕНТАРІ • 36

  • @agaturan4394
    @agaturan4394 8 місяців тому +35

    Milli qəhraman adı verilmədir

  • @ayazhesenov1397
    @ayazhesenov1397 8 місяців тому +18

    Natiq sen bizim qəlbimizdə hər zaman qəhrəman kimi yasiyacaqsan 😢

  • @user-tp7pr5fl4q
    @user-tp7pr5fl4q 8 місяців тому +8

    Allah Natik Qasımova və digər şəhidlərimizə rəhmət eləsin, məkyanları cənnət olsun. Cavan canlarını vətən🇦🇿 uğrunda gurban verən igidlər. 😢😢😢

  • @namiqnamiq2567
    @namiqnamiq2567 8 місяців тому +8

    İgid oqlanlarimiz çoxdur adsız qəhrəmanlarımız çoxdur hele isiqlandirilmalidir hamisi

  • @xosbextmemmedov1283
    @xosbextmemmedov1283 8 місяців тому +9

    Şəhidlər xiyabanında böyük bir heykəli qoyulmalıdır.

  • @intizambayramov8554
    @intizambayramov8554 8 місяців тому +8

    Allah rəhmət eləsin 😢

  • @user-gl1zi8iz2y
    @user-gl1zi8iz2y 8 місяців тому +5

    Аллах бутин Шахидлара рахмат еласин

  • @ismaylcfrov6910
    @ismaylcfrov6910 8 місяців тому +6

    Baxmaq istəyərdim

  • @gunaymusayeva6606
    @gunaymusayeva6606 8 місяців тому +4

    Milli gəhrəmanımız Natiq,Allah ruhunu şad elesin🙏

  • @rc7855
    @rc7855 8 місяців тому +6

    Allah SƏNDƏN RAZI OLSUN GÖZƏL QƏHRƏMANI😢

  • @karadeniz001
    @karadeniz001 8 місяців тому +7

    Azərbaycanın natiqləri mübarizləri əlyar əliyevləri poladları və sair qəhrəmanları bitməz ölməz

  • @lenaivanova4536
    @lenaivanova4536 8 місяців тому +4

    Allah rehmet elesin😢😢😢😢

  • @deynhasanov0779
    @deynhasanov0779 8 місяців тому +5

    Harda baxmaq olar tam versiyaya🙏

  • @elzaquliyeva6602
    @elzaquliyeva6602 8 місяців тому +6

    90cı illərin Mehdi Hüseynzadəsi.

  • @user-hd9fx8fn4s
    @user-hd9fx8fn4s 8 місяців тому +3

    Xankendinde abide qoyjlsun,MİLLİ QƏHRƏMAN adi verilsin

  • @user-il2nc2mz5l
    @user-il2nc2mz5l 8 місяців тому +2

    Xocalıda Natiq Qasımov və bütün şəhidlərin xatirəsinə heykəl kompleksi qoyulsun.

  • @ranakarimova2875
    @ranakarimova2875 12 днів тому +1

    Gör necə oğullarımız olub,var və olacaq.Bir dəfə silahdaşları Etibar adlı bir şəhidimizlə bağlı kanalların hansındasa xatirələrini danışırdılar.Və mən dəhşətə gəlirdim ki,19 yaşında belə şücaət.Kanallar gic gic şeylər şoular verirlər.Tanıdında xalqa belə igidlərimizi.Elə bu videonun da baxış sayı azdır.
    Amma indi kim neçənci ərindən nə doğub olsaydı ...
    Allah Natiqin ruhunu şad etsin İnşaallah.Şəhidlərimizə min min rəhmət🤲🤲🤲

  • @allahuekber5326
    @allahuekber5326 13 днів тому +1

    Cennet cesur urekli insanlarin yeridir.

  • @iqtisadilaqlrholdinqi5098
    @iqtisadilaqlrholdinqi5098 8 місяців тому +3

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @ArizMededov-nu5lj
    @ArizMededov-nu5lj 8 місяців тому +2

    Milli qəhiramanverilməlidir yox omilliqəhiramandır

  • @AA-sh1fl
    @AA-sh1fl 9 днів тому

    Tekbaşina 6 gün vuruşmaq ne demekdi? ALLAH SENE REHMET ELESIN QARDAŞ..MILLI QEHREMAN ADIN MÜBARƏK.. MÜBARIZ IBRAHIMOV NATIQ QULIYEV..Azerbaycanin milli qehremanlari.

  • @surayyaasadova8353
    @surayyaasadova8353 7 днів тому

    Bizim jurnalistlər heç bir jurnalist tədqiqatı aparmırlar, deyildiyi kimi orada yəni Qarabağda müxtəlif xarici jurnalistlər olub, onlar Xocalı soyqırımını da çəkiblər və çoxlu faktlar var bütün dünyada, amma biz çox faktlar barədə heç nə bilmirik.Xarici jurnalistlər o məlumatları bizim jurnalistlərə verə bilərlər, yaxud sata bilərlər müəyyən məbləğə.Amma bizim jurnalistlər onları axtarmır, çünki çoxlu yazılar gedirdi və biz o vaxt məğlub psixologiya ilə onları hətta oxuya bilmirdik,halımız xarab olurdu.O yazılarda ermənilər Xocalılara verdikləri əzabları, ölməmiş insanların üstündən tapdalayıb keçmələrini bu torpaqlarda xristianlığın təcəllisi, müqəddəsliyi kimi danışır və heç nəyi gizlərmirdilər, bütün bunları mən oxumuşam.Hani o yazıları yazan xarici jurnalistlər niyə bizim jurnalistlər heç arayıb axtarmirlar onları,niyə sənədləsdirmirlər?İnanın ki,bir neçə ildən sonra həmin informasiyalari erməni toplayıb, şahidlər öləndən sonra bizim əksimizə,bizə qarşı işlədəcəklər.1905-1920 -i illərdə erməni vəhşiliyindən bir epizod: hamının yaralarını belə gözü ilə gorduyu bir fakt: müsəlman qadının, kişinin kürəyinə qaynar samovar bağlanması.Bunu mən eşitmişəm İrəvan mahalında,gəlirəm 30 ildən sonra 1989-cu ildə Bakıda Şamaxıli bir erməni başqa birinə o vaxtkı erməni müsəlman davasını danışır və samavar məsələsini əksinə, tamamilə erməniyə qarşı edilən zülm kimi qələmə verir.Aradan 70 il keçib, şahid yox,fakt yox, kimi inandıra bilərəm bu erməni Misaya? Hələ öz manqurtlarimizi heç inandırmaq olmurdu,ta ki, Çingiz Mustafayev Xocalı soyqırımını çəkib gostərmiyənə qədər.Ona görə yatmayın ,ay jurnalistlər! Əgər doğurdanda tamada yox, jurnalistsinizsə gedin axtarın, heç olmasa internetdə maraqlanın.

  • @Savasci-herbi
    @Savasci-herbi 8 місяців тому

    Salam nece dq filimdir?

  • @zoyasahbazova431
    @zoyasahbazova431 4 місяці тому

    😢

  • @vusalqafarov7027
    @vusalqafarov7027 4 дні тому

    Ermenistanda hazirda ne qeder esirlerimi var. Amma, axtarmamagin ve vecsizliyin sebebinden hec kim onlari axtarmir. Sehid(Esir ) bacisi

  • @ekogamernolimit3617
    @ekogamernolimit3617 8 місяців тому +1

    Milli qehreman adi verilsin

  • @Savasci-herbi
    @Savasci-herbi 8 місяців тому +1

    3ildir güya cekirsiz ? Natiqi indilerde üze cixarirlar axi

  • @imperatoragcebedi1056
    @imperatoragcebedi1056 7 днів тому

    Biz size minnetdaRIQ qehrdmen QARDSŞINIZA GŎDÀ,ananızın qarșısında baș eyirik❤

  • @defnewss0
    @defnewss0 8 місяців тому +1

    🇦🇿🇹🇷🇵🇰✌
    Allah şəhidlərimizə rəhmət etsin🖤