LERİKDƏ ŞƏHİD ZAHİD ABBASOV DƏFN EDİLİB.

Поділитися
Вставка
  • Опубліковано 9 вер 2024

КОМЕНТАРІ • 10

  • @Knanmirov-kk1yy
    @Knanmirov-kk1yy 3 місяці тому +2

    ALLAH RƏHMƏT ELƏSİN CƏMİ SƏHİDLƏRİMİZƏ

  • @kerimovelnur1971
    @kerimovelnur1971 3 місяці тому +3

    Allah rəhmət eləsin məkanı cənnət olsun. Allah bütün şəhidlərə rəhmət eləsin

  • @suliddinrustmov1460
    @suliddinrustmov1460 3 місяці тому +2

    Allah rəhmət eləsin məkanı cənnət olsun.

  • @admin_0017
    @admin_0017 3 місяці тому +2

    Allah rəhmət etsin.

  • @user-up2vb1ik5x
    @user-up2vb1ik5x 3 місяці тому

    😢😢😢😢😢

  • @gulbnizjfrzade9760
    @gulbnizjfrzade9760 3 місяці тому

    ÜRƏYİMİZİN QANİYAN SAĞALMAYAN YARASI QANLI QADALI FACIƏLƏRNƏN DOLU 90 İLƏRİN FƏDAİSİ ALLAH DAİM RUHUNU ŞAD ETSİN İQİD 🤲🤲🤲😭😭😭💔💔💔🥀🥀🥀🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿

  • @lenkerantv
    @lenkerantv  3 місяці тому

    Birinci Qarabağ müharibəsində itkin düşən, 30 il sonra kimliyi müəyyən edilən şəhid Zahid Ziyad oğlu Abbasovun qalıqları Lerikdə dəfn olunub.
    Birinci Qarabağ müharibəsində itkin düşən, 30 ildən sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən şəhid Zahid Ziyad oğlu Abbasovun qalıqları ailəsinə təhvil verilib. Şəhidlə vida mərasimi Lerik rayonunun Laman kəndində keçirilib. Vida mərasimində şəhidin yaxınları, kənd sakinləri, rayonunun rəhbər şəxsləri, şəhid ailələri, qazi və veteranlar iştirak edib.
    Sinxron: Çimnaz Abbasov (şəhidin bacısı)
    Qardaşım könüllü gedib. Murovda döyüşüb, Kəlbəcərdə döyüşüb, Tərtərdə döyüşüb, Toğanada o yanlarda, Şuşayacan çıxıb. O yanlarda şəhid olub. 31 ildi gözləyirdik, qardaş. Bir bala atasının üzünü görməyib mən nə danışım? Mən sənə nə deyim?
    Sinxron: Rəfiəli Abbasov (şəhidin qardaşı)
    1993 - cü ildə martın 20 - si Nərimanov rayonundan gedib Pereşkülə, Pereşküldən aparıblar Hacıkəndə.///30 il idi yol gözləyirdik. Allah kömək olsun dövlətimizin zəhməti ilə, onun nəticəsində tapıldı. Bizim də gözümüz yoldan çəkildi. 31 il idi gözümüz yol çəkirdi.
    Sinxron: Əhliman Abbasov (şəhidin oğlu)
    Allah bütün şəhidlərə rəhmət eləsin. Allah da bizə şəhid olmağı nəsib eləsin.
    Şəhidin qalıqları Laman kəndindəki kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimi orkestrin müşayəti və havaya açılan yaylım atəşilə keçirilib.
    Bildirək ki, şəhid Zahid Abbasov 1993 - cü ildə həqiqi hərbi xidmətə yola düşüb. Döyüş yolunu Kəlbəcər rayonunda Murovdağ silsiləsindən başlayıb. Həmin ilin aprel ayında şəhidin ailə üzvləri görüşmək üçün onun xidmət etdiyi hərbi hissəyə gediblər. Lakin, Zahid döyüş mövqeyində xidmət apardığına görə ailə üzvləri ilə görüş baş tutmayıb. Bundan sonra Zahid Abbasovdan heç bir xəbər olmayıb.
    Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Zahid Ziyad oğlu Abbasov Gəncədəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.

  • @admin_0017
    @admin_0017 3 місяці тому

    Hası kəddir?

    • @lenkerantv
      @lenkerantv  3 місяці тому

      LERİK RAYONU LƏMAN KƏNDİ.