MƏNDƏN DEMƏK : #1 Pomodoro texnikası ilə daha məhsuldar ol | UNEC TEC

Поділитися
Вставка
  • Опубліковано 24 кві 2020
  • “Vaxtım yoxdur, çatdıra bilmirəm” ya da “vaxtım var, amma səmərəli bölə bilmirəm” bunları deyənlərdənsən?
    Elə isə gəl oturaq, danışaq.
    Mənim bir fikrim var. Sənin işinə yarayacaq bir texnikadan danışacam.
    Pomodoro texnikası.
    Texnikanın özü ilə tanış olmamışdan əvvəl adının mənası ilə tanış olaq. Bəlkə də artıq təxmin etmisən. Hamımızın tanıdığı pomidordan götürülüb. Texnikaya bu adın verilməsinin səbəbi əvvəllər insanların bu texnikada pomidor formalı taymerlerden istifadə etməsi idi.
    İndiki dövrdə bu texnika bir çox şəxsi inkişaf dairələrində istifadə olunur.Burada əsas mahiyyət hər bir uzun ve sıxıcı işi pomodoro adlanan kiçik intervallara bölməkdir. Her interval arası isə fasilə verilir.Bu o səbəbdən irəli gəlir ki, beynimizi bir işə tamamilə fokuslamaq çətindir.
    Bu texnikanı istifadə edərkən sənə lazım olan əsas şey, hətta tək şey taymerdir. Elə telefonumuzdakı taymer bizə kifayətdir.
    Deməli:
    1. Görəcəyin işləri seç və müəyyənləşdir.
    2. Taymeri 25 dəqiqəlik qur.
    3. Mütəmadi olaraq taymeri yoxlama
    4. 25 deqiqə bitəndən sonra 5 dəqiqəlik fasilə ver. Sadəcə bir şeyə diqqət elə ki, bu fasileni iş gördüyün yerdə keçirtməyəsən. Fasilədə mahnıya qulaq asa bilərsən, içməyə bir şey götürə bilərsən.
    5. 4 Pomodoro dövriyyəsindən sonra 20 deqiqəlik fasilə ver və bu prosesi daim tekrarla.
    Texnikanın əsas məqsədi sənə 25 dəqiqə intensiv iş gördürməkdir. Sosial şəbəkələrdən gələn mesajlara fikrin yayınmamalıdır. Vacib bir şey olanda mesaj yazana qeyd etməlisən ki, “işim bitəndən sonra sizinlə əlaqə saxlayacam”. Telefonu səssizə qoymağın məsləhətlidi.
    Nə vaxt bundan istifadə etmək lazımdır?
    Deməli, bu texnika psixoloji olaraq səni işə yönləndirir. Yəni, nə vaxt ki, bir işi görmək istəmirsən, pomodoro texnikasi elə onda en effektiv olur.
    Keçid alaq günümüz aktual mövzusuna. Covid-19 pandemiyası. Cəmiyyətdə hamının həyatına təsir edib. Buna görə də çoxumuzun rejim və rutinləri pozulub. Amma pandemiya inkişafdan geri qalmağa, təhsilimizi davam etdirməməyə səbəb deyil.
    İlk olaraq onu qeyd edək ki, gün ərzində dayanmadan intensiv şəkildə çalışmaq yorucu və bezdiricidir. Keyfiyyət hər zaman kəmiyyətdən önəmlidir. Danışdığımız bu pomodoro texnikası karantin rejimində də effektivdir.
    İlk olaraq əvvəlcədən planlaşdır ki, gününün
    1. Hansı hissəsini təhsilə sərf edəcəksən?
    2. Hansı hissəsini idmana sərf edəcəksən?
    3. Hansı hissəsini dincəlməyə sərf edəcəksən? Və s.
    Bunlar müəyyən olunandan sonra pomodoro texnikasını tətbiq edərək işini səmərəli və keyfiyyətli şəkildə yerinə yetirmiş olacaqsan.
    Artıq tətbiq eləmək vaxtıdır.
    Hələlik!

КОМЕНТАРІ • 8