Çinlilər Boğaz və Bronxlardakı BƏLĞƏMİ belə Təmizləyir

Поділитися
Вставка
  • Опубліковано 30 вер 2024
  • #BirBax #xalqtəbabəti #bəlgəm #balgam
    Bəlğəmdən təbii vasitələrlə necə yaxa qurtarmaq olar?
    Bəlğəm siqaret çəkənlərin, ağciyər və bronxlarında problem olanların tez-tez rastlaşdığı xəstəlikdir. İlk başlarda insan bəlğəmi çox da ciddiyə almır, keçib gedər deyir. Lakin bəlğəm uzun müddət müalicə olunmasa ağırlaşa bilir. Gecələr boğulma hissi, keçməyən öskürək kimi hallar yaşanır. Bəs təbii vasitələrlə bəlğəmdən yaxa qurmaq mümkündürmü? Bəli. Bu gün həmin təbii vasitələrdən danışacağıq.
    Bəlğəm nədir?
    Bəlğəm ağciyərlər tərəfindən istehsal edilən qatı mayedir. Vəzifəsi odur ki, müəyyən nahiyələri nəmli saxlasın, virus və bakteriyalara qarşı qorusun. Xəstəlik və ya müxtəlif faktorlar səbəbilə ciyərdə bəlğəm istehsalı artarsa orqanizm bunu öskürəklə xaric etməyə çalışır. Bəlğəm məhz bu prosesin nəticəsində yaranır.
    Bəlğəmli öskürək niyə yaranır?
    Sağlam olduğumuzda ağciyərlər tərəfindən müdafiə mexanizmi kimi istehsal edilən bəlğəmin fərqinə o qədər də varmırıq. Amma xəstələndiyimizdə, yaxud həddən artıq toz, tük kimi xarici faktorlara məruz qaldığımızda bəlğəm qatılaşır. Orqanizm də başlayır onu öskürəklə xaricə atmağa. Bu bəlğəm ağciyərlərdə qalsa nəfəs almağı çətinləşdirir, tıxanıqlıq yaradır. Bəli, öskürək də bəlğəm kimi, orqanizmin müdafiə mexanizmidir. Siqaret də bəlğəmli öskürəyin səbəbləri sırasındadır. Əgər bəlğəm öskürəklə orqanizmdən çıxarılmasa, tənəffüs yolunu tıxayar.
    Bəlğəmi azaldan qidalar:
    Şorbalar;
    Su və isti içkilər;
    Paxlalılar;
    Kəpəkli düyü, qara undan makaron, kəpəkli çörək;
    Sarımsaq, soğan;
    Gül kələmi, kərəviz, qulançar;
    Brokoli, Brüssel kələmi kimi tərəvəzlər;
    Zəncəfil, zəncəfil yağı, limon;
    Ananas, portağal, qreypfrut;
    Evdə bəlğəmin müalicəsi
    Ø Buxar vannası. İsti suyun altında, ən azı, 10 dəqiqə gözləyin. Bu proseduru gündə 2 dəfə təkrarlayın. Yaxud bir qaba qaynar su tökün. Başınıza bir məhrəba salın, buxarla nəfəs alın. Proseduru gün ərzində bir neçə dəfə həyata keçirin;
    Ø Nəmli hava. Quru hava ciyərlərdəki bəlğəmin qatılaşmasına səbəb olur. Bunun qarşısını almaq üçün evinizdə nəmləndirmə cihazı istifadə edə bilərsiniz. İstilik cihazlarının üzərinə, yaxud yaxınlığına 1 kasa su qoyun;
    Ø Bol-bol su içmək. İlıq su bəlğəm çıxartmağı asanlaşdırır, bəlğəmin yaratdığı tıxanıqlığı azaldır;
    Ø Duzlu su ilə qarqara. 1 stəkan ilıq suya 1 çay qaşığı duz qatın. Gün ərzində bir neçə dəfə boğazınızı bu qarışımla qarqara edin;
    Ø Limon suyu. C vitamini deposu olan limon antibakterial xüsusiyyətə malikdir. Orqanizmin infeksiyalara qarşı mübarizə aparmaq gücünü artırır, bəlğəmi yumşaldır. 1 stəkan ilıq suya 2 çay qaşığı limon suyu, 1 xörək qaşığı bal əlavə edin. Bu qarışımı gündə 3 dəfə hazırlayıb için. Yaxud 1 dilim limon kəsin, üzərinə bir az duz və qara istiot səpin. Bu limon dilimini sorun. Gündə 2-3 dəfə bunu etsəniz, müsbət effektini görəcəksiniz;
    Ø Qırmızı bibər. Qırmızı bibərin yandırıcı və qıcıqlandırıcı təsiri məlumdur. Bu sayədə o, sinədəki ağrıların azalmasına kömək olur, xəsarət almış boğazı rahatladır. 1 çay qaşığı ovxalanmış qırmızı bibər, rəndələnmiş təzə zəncəfil, 1 xörək qaşığı bal, bir neçə damcı alma sirkəsi, 2 xörək qaşığı ilıq su götürün. Hamısını bir-birinə qatın və gündə 2-3 dəfə için. Xörəklərinizə qırmızı istiot qatmağı da təxirə salmayın;
    Ø Bal. Virus və bakteriya əleyhinə xüsusiyyətə malik olan bal xəsarət almış boğazı rahatladır, bəlğəmin asanlıqla xaric olunmasını təmin edir. Antiseptik özəlliyi sayəsində immunitetin infeksiyalarla daha sürətlə mücadilə etməsini dəstəkləyir. 1 xörək qaşığı bala 1 çimdik qara istiot səpin. Bu qarışımı 1 həftə boyunca gündə 2 dəfə qəbul edin. 1 stəkan ilıq suya 1 xörək qaşığı bal əlavə edin, gün ərzində bir neçə dəfə için;
    Ø Soğan. Boğazı rahatladan, bəlğəmin xaric olunmasını asanlaşdıran mükəmməl antibiotikdir. İltihab əleyhinə xüsusiyyəti olan soğan əsl bəlğəmgətiricidir. İmmuniteti gücləndirir, sağalma prosesini sürətləndirir. Soğanlı məhlulu hazırlamaq üçün kiçik ölçülü 1 soğanı soyun, yuyun, xırdalayın. Xırdalanmış soğanı 2 xörək qaşığı şəkər tozunun içində yarım saat saxlayın. Qarışımdan çıxan suyu 2-3 saat fasilə ilə 1 xörək qaşığı olmaqla için. Soğan çayını hazırlamaq üçün 4 stəkan suda 1 baş soğanı qaynadın. Üzərinə limon və zəncəfil də əlavə edin. Dadını bəyənməsəniz, bal da qata bilərsiniz. Bundan əlavə, baş ucunuza 1 baş soğan qoyub yatmaq da faydalıdır;
    Ø Yerkökü. İmmuniteti gücləndirən, müxtəlif infeksiyalara qarşı orqanizmin müqavimətini artıran yerkökü antioksidant qaynağıdır. Yerkökü kokteyli hazırlamaq üçün 4-5 yerkökünün suyunu çıxarın, azacıq su əlavə edin. Gün ərzində bunu için. Dadını bəyənməsəniz, bal da əlavə edə bilərsiniz.

КОМЕНТАРІ • 91

  • @birbaxkanal
    @birbaxkanal  4 місяці тому +12

    Bizi haradan izləyirsiniz? Zəhmət olmasa şərhlərə yazın🤗

  • @senuberqayibova7191
    @senuberqayibova7191 4 місяці тому +4

    Belgemgetirici men evde cay demliyirem.50 qram zencefil.50 qram heyva.iki qasiq keklik otu demleyib 15 deyqeden donra icirsen.

  • @tahireqarabag
    @tahireqarabag 4 місяці тому +7

    Çox səlist aydın nitqilə məlumat verirsiz.Var olun. Təşəkkür edirəm
    Sumqayıt. ❤❤

    • @birbaxkanal
      @birbaxkanal  4 місяці тому +1

      Salamlarımızı göndəririk. Var olun🙏🏻🌹

  • @gulzarhumbtova4064
    @gulzarhumbtova4064 4 місяці тому +6

    Çox sağolun allah razı olsun sizdən təşəkkür mən sizi Rosiyadan izləyirəm

    • @birbaxkanal
      @birbaxkanal  4 місяці тому

      Salamlarımızı göndəririk. Var olun🙏🏻🌹

  • @eminaliyev8195
    @eminaliyev8195 4 місяці тому +2

    Mən 2010 cu ildən siqareti armışam,amma bronxlarımdə prablem var.səsim boğuntulu çıxır heç bir dərman qəbul etməmişəm .siz deyən kimi gecələr nəfəs alanda çox boğuluram,ona görədə ağzı açıq yatıram,ondada xoruldagıram.evdən arvad uşaq qaçır.zarafat. Cavan uşağam 80 yaşım var .

  • @manlock3234
    @manlock3234 4 місяці тому +5

    1 qaşıq doşab,0'5 çay qaşığı çay sodası. Üzerine qaynar su tökürük.qarisdirib ilıq halda içmək lazımdır.cox effektlidir.

    • @farizimanov9008
      @farizimanov9008 4 місяці тому

      Bes oskureksiz belgemi nece?

    • @manlock3234
      @manlock3234 4 місяці тому

      @@farizimanov9008 Salam.Fərq etməz.hər bir halda bəlğəmin düşmənidir.

    • @farizimanov9008
      @farizimanov9008 4 місяці тому

      Tesekkur edirem. Ferqi var hansi behmez olsun?

    • @farizimanov9008
      @farizimanov9008 4 місяці тому

      Zehmet deyilse elaqe nomresi yazin zeng vurum

    • @manlock3234
      @manlock3234 4 місяці тому

      @@farizimanov9008 tel.lazım deyil.nə sual lazımsa ,bildiyim qədər cavab yazaram
      1x.q ağ tut doşabı,0.5 ç.q soda+ 200qr stakanda qaynar su əlavə et.qarışdırıb ilıq halda " bismillah" deyib için.

  • @RahileGulmaliyeva
    @RahileGulmaliyeva 4 місяці тому +4

    BAKIDAN SALAM QIZIM MƏN BƏLĞƏM PROBLEMİN ANCAQ KORENLƏ ARADAN QALDIRIRAM ÇOX ASAN VƏ EFFEKTİV 🤲❤👍👏

    • @ruhiyyeismayilova9261
      @ruhiyyeismayilova9261 4 місяці тому +1

      Necə edirsiz?

    • @RahileGulmaliyeva
      @RahileGulmaliyeva 4 місяці тому

      @@ruhiyyeismayilova9261 koreni tanıyırsan?

    • @rahileqedimova6815
      @rahileqedimova6815 4 місяці тому

      Mende o vəziyyətdəyəm neçə edirsinizsə menede deyin zəhmət olmasa cavab yazsanız sevinərəm😊😊😊😊

  • @afruzhaciyeva3885
    @afruzhaciyeva3885 4 місяці тому +5

    Bakıdan təşəkkürlər dəyərli məsləhətləriniz üçün

    • @birbaxkanal
      @birbaxkanal  4 місяці тому

      Gözəl sözlərə görə təşəkkür edirəm

  • @kovakadini88
    @kovakadini88 4 місяці тому +2

    Şərhləri Yazdım İndi Başlayım Qaldığım Yerdən İzləyim ...☺️🫣🤗

  • @kovakadini88
    @kovakadini88 4 місяці тому +3

    Təşəkkürlər ♥️ ! Gözəl Qız 🥰🌹🍀✨🙏✌️

  • @zohrab8735
    @zohrab8735 4 місяці тому +8

    TƏŞƏKKÜR 🇦🇿👍

    • @birbaxkanal
      @birbaxkanal  4 місяці тому +1

      Biz təşəkkür edirik. Hansı bölgəmizdən bizi izləyirsiniz?

  • @MehmanFeyzulayev-t7k
    @MehmanFeyzulayev-t7k 4 місяці тому +5

    Bir bax kanalı çox savadlı kanaldı

    • @birbaxkanal
      @birbaxkanal  4 місяці тому

      Təşəkkür edirik. Hansı bölgəmizdən bizi izləyirsiniz?

  • @gunshaciyeva3103
    @gunshaciyeva3103 4 місяці тому +1

    Caylar verirəm,gulxətmi ramasqa cayi, bogaza sprey, ama elə fayda gormurəm

  • @ZenfiraRza-ly1dn
    @ZenfiraRza-ly1dn 4 місяці тому +2

    Yevlaxdan izləyirəm, təşəkkürlər.

  • @yeganesuleymanova5405
    @yeganesuleymanova5405 4 місяці тому +3

    Salam. Məlumat ucun çox sag olun .
    Zəncəfil zoba ziyandi ? Mən zəncəfilli nə yesəm nə içsəm mutləq boğuluram və səpirəm . Bu kimi hallar zobla bagli ola bilər ?

  • @aygunabilova7097
    @aygunabilova7097 4 місяці тому +3

    Çox sagolun məlumata üçün Xırdalandan izləyirəm🙏🏻

    • @birbaxkanal
      @birbaxkanal  4 місяці тому

      Salamlarımızı göndəririk. Var olun🙏🏻🌹

  • @ruhiaibrahimova2009
    @ruhiaibrahimova2009 4 місяці тому +4

    Cox sağ olun 🙏 Sumqayyıtdan

    • @birbaxkanal
      @birbaxkanal  4 місяці тому

      Salamlarımızı göndəririk. Var olun🙏🏻🌹

  • @xanzadeeyvazov708
    @xanzadeeyvazov708 4 місяці тому +4

    Tesekkurler.(Hovsan)

    • @birbaxkanal
      @birbaxkanal  4 місяці тому

      Salamlarımızı göndəririk. Var olun🙏🏻🌹

  • @eminaliyev8195
    @eminaliyev8195 4 місяці тому +1

    Sizi Bakının Qaradağ rayonundan dinləyirəm. Təşəkkür exirəm .

  • @davudadil4909
    @davudadil4909 4 місяці тому +2

    Cox saq olun ! Calışıram ki hec bir verilişinizi qacırmayım !

    • @birbaxkanal
      @birbaxkanal  4 місяці тому

      Təşəkkür edirəm, var olun

  • @МурадАлиев-р2б
    @МурадАлиев-р2б 4 місяці тому +3

    Allah sene kömey olsun bacım 🙏👏👍💐💐💐💐

    • @birbaxkanal
      @birbaxkanal  4 місяці тому

      İzlədiyiniz üçün təşəkkürlər

  • @turkmenibrahimov2536
    @turkmenibrahimov2536 4 місяці тому +4

    ÇOX SAĞOL ƏLA MƏSLƏHƏTİNƏ GÖRƏ

  • @UmudFeteliye
    @UmudFeteliye 4 місяці тому +2

    Çox sağ olun. Qubadan

  • @fatimeamanova2904
    @fatimeamanova2904 4 місяці тому +3

    Çox sağolun MingəÇevirden Salam lar

    • @birbaxkanal
      @birbaxkanal  4 місяці тому

      Salamlarımızı göndəririk. Var olun🙏🏻🌹

  • @nicatqurbanov5362
    @nicatqurbanov5362 4 місяці тому +4

    Əladıyeeee.Möhtəşömsüz

    • @birbaxkanal
      @birbaxkanal  4 місяці тому +1

      Biz təşəkkür edirik. Hansı bölgəmizdən bizi izləyirsiniz?

    • @KifayetSadixova
      @KifayetSadixova 4 місяці тому +1

      Bakıdan çox təşəkkurlər❤❤❤

    • @nicatqurbanov5362
      @nicatqurbanov5362 4 місяці тому

      Nərimanovdan izdüyürüy sizi

  • @teltelek6959
    @teltelek6959 4 місяці тому +4

    Həmişə var ol

  • @asifesgerov3284
    @asifesgerov3284 4 місяці тому +4

    Coxlu -coxlu sag olun.

  • @AfətAqaliyeva
    @AfətAqaliyeva 4 місяці тому +1

    Səhləb dəmləyib içməklə

  • @f.xanoglu.9999
    @f.xanoglu.9999 4 місяці тому +4

    Təşəkkürlər

    • @birbaxkanal
      @birbaxkanal  4 місяці тому +1

      İzlədiyiniz üçün mən təşəkkür edirəm

  • @SeyyidCarullazade
    @SeyyidCarullazade 4 місяці тому +3

    Abşeron

  • @huseynovserheddin3325
    @huseynovserheddin3325 4 місяці тому +2

    👍👍👍👍

  • @xeyaleeliyeva3438
    @xeyaleeliyeva3438 4 місяці тому +2

    Təşəkkürlər. Ünvan. Lənkəran

    • @birbaxkanal
      @birbaxkanal  4 місяці тому +1

      Salamlarımızı göndəririk

  • @elchinaliyev774
    @elchinaliyev774 4 місяці тому +2

    Azərbaycan da 2ci belə kanal yoxdur.

  • @ОрханХамам
    @ОрханХамам 4 місяці тому +1

    Rudiyadann...

  • @OrxanKerimov-bn2fp
    @OrxanKerimov-bn2fp 4 місяці тому +1

    ПРОСПАН ПЬЮ

  • @SeyranKrimova
    @SeyranKrimova 4 місяці тому +3

    Çox sağ olun❤

  • @gunayrzayeva4649
    @gunayrzayeva4649 4 місяці тому +1

    Zəncəfil zəhərli bitkidir.Ehtiyatlı olun.

  • @Aida-zt4jj
    @Aida-zt4jj 4 місяці тому +1

    Təşəkurlər

  • @ТалибИдрисов-г7р
    @ТалибИдрисов-г7р 4 місяці тому

    Дагестандан.тешеккурлер

  • @edikedik1296
    @edikedik1296 4 місяці тому

    Bes astma xesteleri bunlarl(yeni dediklerinizi) ede bilermi

  • @ШахларИбрагимов
    @ШахларИбрагимов 4 місяці тому +2

    😍😍😍😍🤝🤝🤝🤝🤝

  • @ZenureIsgenderova-wr6tk
    @ZenureIsgenderova-wr6tk 4 місяці тому

    Allergiya olub,gebererker

  • @Aida-zt4jj
    @Aida-zt4jj 4 місяці тому

    Sizə zəhmət olmasa bir bitki var onuda araşdırardız adı giləmərzədi

  • @nasibaaskerova3770
    @nasibaaskerova3770 4 місяці тому

    Salam, qara cörək otu yagı neçə təsir edir ?

  • @ruxsarmustafazad1748
    @ruxsarmustafazad1748 4 місяці тому

    Salam nolar inağ üçünde bir neçə vasitə deyin

  • @mehpareshabanova9410
    @mehpareshabanova9410 4 місяці тому

    Heç ne etmirem. Isti çay içirem,gedir.

  • @ШахларИбрагимов
    @ШахларИбрагимов 4 місяці тому +1

    😍😍😍😍🤝🤝🤝🤝🤝

    • @birbaxkanal
      @birbaxkanal  4 місяці тому +1

      Təşəkkürlər

    • @ШахларИбрагимов
      @ШахларИбрагимов 4 місяці тому

      @@birbaxkanal
      Bizdə Sizə Təşəkkür edirik... Çox xeyirxah işlə məşğul olusuz, Çoxsağolun 😍😍😍❤❤❤👍👍👍

  • @omerhaciyev8743
    @omerhaciyev8743 4 місяці тому

    Qazaxdan.

    • @birbaxkanal
      @birbaxkanal  4 місяці тому

      Salamlarımızı göndəririk

  • @XizGulmemmedova
    @XizGulmemmedova 4 місяці тому +2

    Salam gəndalaş nədir ❤