Uşaqlarda iştahsızlıq - Səbəbi bu imiş

Поділитися
Вставка
  • Опубліковано 16 вер 2024
  • Facebook: Gunay Resulova Pediatr
    İnstaqram: dr_gunayresulova
    Tel: (+994) 70 673 83 81
    Günay Rəsulova: "Bu, uşaqlarda psixoloji olaraq yeməkdən imtina etmək hallarına gətirib çıxara bilər"
    Əlində boşqab, uşağın dalınca qaçan və qaşığın ucundakı yeməyi ona yedizdirməyə çalışan anaları hamımız görmüşük. "Bunu da ana üçün ye, bu tikəni də ata üçün"... hələ bununla da kifayətlənməyib, "yeməsən küsərəm, ağlayaram" kimi duyğulu şantajlar da edirlər...
    Uşaqlarda iştahsızlıq, ailələrin ən çox şikayət etdiyi mövzulardan biridir. Bir çox valideyn "uşaq heç nə yemir", "bütün günü ac qalsa da yemək ağlına gəlməz", "həmişə yeməkləri güclə yedizdirirəm" kimi şikayətlənir. Xüsusilə də valideynlər 4-5 yaşdan sonra uşaqlarda bu halların daha çox olmasından narahatdırlar.
    Bəs iştahsızlığın səbəbi nədir? Valideynlər bu kimi hallarda nə etməlidirlər?
    Mövzu ilə bağlı danışan pediatr Günay Rəsulova bildirib ki, ümumiyyətlə, uşaqlarda yaş artdıqca, yeməyə tələbat nisbətən azalır: "Məsələn, körpə vaxtı uşaq 6-7 dəfə yeyirsə, 1 yaşdan sonra böyümə sürəti azaldığına görə, iştah da azalır. Yəni əvvəlkindən daha az yeməyə başlayırlar. 4-5 yaşda olan uşaqlardakı iştahsızlığın, yeməkdən imtina etməyin heç bir tibbi səbəbi yoxdursa, həkim müayinə edərək ciddi bir səbəb tapmırsa, deməli, narahat olmaq lazım deyil. Bəzən valideynlər əsassız şikayət edirlər. Əslində, yeməkdən imtina edən uşaqlar çox vaxt özlərinə lazım olan qədər yeyən, normal inkişaf edən uşaqlar olur. Amma valideynin fikrincə, uşaq iştahsız sayılır. Əslində isə uşaqlar heç də valideynlərin şikayətləndikləri qədər iştahsız deyillər. Sadəcə, onlar öz tələbatlarına uyğun miqdarda yeyirlər. Valideynlər isə həmişə bundan narahatdırlar".
    G. Rəsulova əlavə edib ki, əsas məsələ uşağın qida rasionunnu balanslı olmasıdır: "Amma bütün hallarda, uşağın iştahsızlığı varsa, ciddi şəkildə səbəbini axtarmaq lazımdır. Burada bir sıra qan azlığı, qan xəstəlikləri, daxili orqan sistemi xəstəlikləri, keçirilən infeksiyalar, mədə-bağırsaq sistemi xəstəlikləri, qurd xəstəlikləri, böyrək xəstəlikləri və s. ola bilər. Bunları müayinə etdikdən sonra rahat olmaq olar. Yeməyən uşaqları da yeməyə məcbur etmək, onlarda psixoloji olaraq yeməkdən imtina etmək hallarına gətirib çıxara bilər".

КОМЕНТАРІ • 4

  • @user-kb4bj5cu5d
    @user-kb4bj5cu5d 3 місяці тому

    Salam xanim menim oglumun 4 yasi var yemek isdeyir ancaq hence yemir yemekleti iyleyir

  • @dilbermirzeyeva9272
    @dilbermirzeyeva9272 5 місяців тому

    Salam.Bizim uwaq yeyirdi ,icirdi ve meyve ise alma,gavali yeyirdi.Sonra sidiyi saxlaya bilmirdi.Tez tez az az tumanini isdadirdi.Nerve pataloq hekiminin yazdiqi dermanlardan sonra yemeyi atkaz edib.Tekce corek ve meyve ( alma,gavali,nar ve naringi)))) ))yye

  • @AsyaVeli
    @AsyaVeli 3 місяці тому

    Salam hekim menim oğlum 2yasinda çox iştahsızlıq ne edim

  • @sexavetxudiyev388
    @sexavetxudiyev388 9 місяців тому

    Salam menim oğlum 12_yaşı var tez tez acxir saatda 3_4 defe yeyir ama cekside cox deyil yediyine kore kokelmirde ele deyir her sey yiyim vallah goylnden min dene sey kecir isdahi eladi bilmek isdiyirem niye bu usaq kokelmir artmir ?