Qlobal sülh mümkündürmü ? / Ramazan Əsgərli və Tural Cəfərov
Вставка
- Опубліковано 21 лис 2024
- Qlobal sülh mümkündürmü? Bu sual əsrlər boyu davam edən bir idealdır.
Bəhai Dininin Ali İnzibati və Ruhani orqanı Ümumdünya Ədalət Evi bildirir ki, Ümumdünya Sülhü nəinki mümkündür hətta qaçınılmazdır. Diskurs tv-nin bu buraxılışı eyni mövzu ətrafında müzakirələri ələ alır.
Sülhü necə qurmaq olar; onun şərtləri və konteksti nədir; hansı proseslər sülhə apara bilər? Bu suallarla bağlı insanların təsəvvürləri olduqca dumanlıdır.
“İnformasiya kommunikasiyaları texnologiyaları sülhün dayağı ola bilərmi?” sualı “Materialist düşüncədən qaynaqlanan heç bir şey sülhün dayağı ola bilməz. Sülhün dayağı maddi vasitədə deyil mənəvi (ruhani) vasitədədir.” fikirləri ilə açıqlanılır.
Daha sonra isə Ekoloji şüur bəşəriyyəti birləşdirə biləcək bir faktordurmu? Ümumiyyətlə bu qlobal sülhü yarada biləcək amillərdən biridirmi? Sualları ətrafında müzakirələr davam etdirilir.