Це відео не доступне.
Перепрошуємо.

Şirvanda bu attraksionlar BAĞLANDI: Füzuli parkı səssizliyə QƏRQ OLDU

Поділитися
Вставка
  • Опубліковано 20 тра 2024
  • #MuğanTV #AbunəOL #BəyənPaylaş
    Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsini davam etdirir.
    FHN-dən Muğan tv-yə verilən xəbərə görə, Agentliyin müfəttişləri tərəfindən Şirvan şəhərində yerləşən “Füzuli parkı”nın ərazisində fəaliyyət göstərən fərdi sahibkar Səfərov Sənan Amil oğluna məxsus attraksionlarda plan üzrə yoxlama aparılıb.
    Yoxlama zamanı attraksionlarda insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
    Belə ki, parkın ərazisində fəaliyyət göstərən 10 ədəd attraksionun rəsmi istismara qəbul sənədləri olmadan istifadə edildiyi, torpaqlanma müqavimətinin və yumşaq qidalandırıcı naqillərin izolyasiyalarının müqavimətlərinin ölçülməsinin aparılmadığı, dövri texniki müayinədən keçirilmədiyi müəyyən edilib.
    Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, attraksionların istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.
    TELEVIZIYA VƏ RADIO YAYIMI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU. Bu Qanun hər kəsin məlumat, fikir və söz azadlığının, açıq və azad müzakirələr keçirmək hüququnun təmin edilməsinə yönəldilən televiziya və radio fəaliyyətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyənləşdirir.
    İZLƏYICILƏRIN NƏZƏRINƏ: MUĞAN TV-də yayımlanan şikayətlər ilə bağlı yayılan videolar kanalın mövqeyini əks etdirmir.
    Kanalımız bu ittihamların məzmununa görə məsuliyyət daşımır. Hər hansı video materialda adı çəkilən hüquqi və fiziki şəxslərin mövqeyini də dərc etməyə hazırıq. Əlaqə üçün: +994102271213 WhatsApp
    MÜTLƏQDIR: Sizdən hər hansı işlə bağlı MUĞAN TV adından maddi sayılacaq nəsə tələb edilərsə təcili olaraq +99410 227 12 13 WhatsApp nömrəmizə yazaraq bildirin və hüquq mühafizə orqanlarına xəbər verin.
    MUĞAN TV olaraq amalımız cəmiyyətimizə təmənnasız xidmət etməkdir.
    Rəy bölməsində təhqir məzmununda yazılan bütün şərhlər silinəcəkdir.

КОМЕНТАРІ •