Sım kəndi, Astara rayonu (Sim village - Деревня Сым)

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2021
  • {Astara rayonu Sım kəndi} rayon mərkəzindən 45 kilometr məsafədə, ucqar dağlıq ərazidə, dəniz səviyyəsindən 800 metr hündürlükdə yerləşir.
    “Sım” sözü (talış dili)ndə “sıldırım”, “hündür” qayalıqda yerləşən kənd mənasındadır. Azərbaycanın qədim yaşayış məskənlərindən olan (#Sım kəndi) sanki açıq təbiət muzeyidir.
    Bu qədim yaşayış məntəqəsi əsrarəngiz şəlaləsi, bulaqları və mağaraları ilə məşhurdur. Təkcə #Sımkəndi nin mərkəzində 74 bulaq var. Qədim yaşayış məskəni zəngin meşəsi və çoxsaylı şəfalı bulaqları ilə yanaşı, həm də özünün tarixi tikililəri və qayaları ilə də tanınır. Kənddə yerləşən {Buzxana mağarası} turistlərin diqqətini daha çox özünə cəlb edir. Burada təbiətin gözəlliyi ilə tarixilik harmoniya təşkil edir.
    Dağlar qoynunda yerləşən bu məkanı cənub bölgəsində bulaqlar və şəlalələrin mənbəyi də adlandırırlar.
    Hər daşında bir tarix, hər yamacında bir bulaq olan bu sirli-sehrli kənddə hazırda 180 ailə təsərrüfatında 830 nəfər yaşayır. Kəndin sakinləri həyətlərində axar bulaq suyundan istifadə edirlər.
    (Talış sıra dağları)nın ətəyində yerləşdiyindən kənddə öz mənbəyini dağlardan götürən dörd şəlalə də var.
    #Sımkəndi tarixən strateji əhəmiyyətə də malik olub. Orta əsrlərdə Şimaldan Cənuba və ya əks istiqamətdə hərəkət edən karvan yolları məhz bu kənddən keçib. Kənddə bu günə qədər gəlib çatmış maddi mədəni və yazılı mənbələrdən aydın olur ki, burada hələ eramızdan əvvəl inkişaf etmiş sivilizasiya mövcud olub.
    Bu qədim yaşayış məskənində hökmdarların iqamətgahının olması ilə bağlı faktlar da mövcuddur. Hökmdarın taxtını əvəz edən "şah daşı", həbsxananı buna misal göstərmək olar.
    Kənddəki böyük qayalığın yaxınlığında dustaqxana adlanan yer var. Bura təbii daşdan olan bir həbsxanadır. Həmin yerdə çoxlu insan sümüklərinin olması da bunu sübut edir.
    #Sım #Sımkəndi #Astara #Astararayonu #AstararayonuSımkəndi

КОМЕНТАРІ • 53