Boymadərən otunun faydaları.Baxın inanmayacaqsınız.

Поділитися
Вставка
  • Опубліковано 29 сер 2024
  • Boymadərən bitkisinin faydaları.
    Boymadərən otunun tərkibində efirli birləşmələr,daha çoxdur. Bunların sayəsində bitki bakterisid və iltihab əleyhinə təsir göstərir. Keyfiyyətli xammalı onun yarpaq və çiçəkləridir. Çiçəklərinin tərkibində efir yağı, mürəkkəb efir, azulen, tuyol, sineol, kamfora, kariofillen, qarışqa və izovalerian turşuları olur. Tərkibində eyni zamanda qatran, acı və aşı maddələr, vitaminlər, fitonsid və digər maddələr də olur. Bitkinin tərkibində ümummöhkəmləndirici, iltihabəleyhinə, antispastik, büzücü və yerli keyləşdirici maddələr vardır. Boymadərən qankəsici olduğundan ağciyər, bağırsaq, uşaqlıq, böyrək, burun qanaxmalarında, yanıq, trofik yara, xroniki furunkulyoz və dəri xəstəliklərinin müalicəsində istifadə edilir. Bitki və çiçəkləri qastrit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyində, enterokolit, nefrit, spesifik olmayan kolit, mədə və bağırsağın spazmında çox yaxşı təsir edir. Boymadərən maddələr mübadiləsini normallaşdırır, hipertoniya, ateroskleroz və piylənmə zamanı əvəzedilməz bitkidir. Bu bitkinin qəbulu qanda trombositləri artırır. Tromboz zamanı qəbulu yolverilməzdir. Qanın laxtalanmasını artırdığından antiallergik xüsusiyyətinə görə diatez, ekzema, qızılyel və bronxial astma xəstəliklərində müvəffəqiyyətlə istifadə edilir. Nevrozlarda, süd vəzinin iltihabında, qıcolma və qusma hallarında olduqca faydalıdır. Boymadərənin tərkibindəki acı maddələr dəridə parazitlik edən mikroorqanizmlərə qarşı öldürücü təsir göstərir. Bunun üçün 50 q boymadərən xammalı 500 ml suda dəmlənir və ilıq şəkildə tənziflə bütün bədənə sürtülür. Bu prosedura dəridə olan parazitləri məhv edir, pis qoxuları aradan qaldırır və dərini təravətləndirir. Dəmləməsi böyük qan dövranı pozulmalarında faydalıdır, əl və ayaqlarda olan soyuqluğu və üşütməni aradan qaldırır. Eyni zamanda ürəkbulanma və konyuktivitdə (göz xəstəliyi) də istifadə olunur. Bütün iltihabi xəstəliklərdə sulu dəmləməsi daxilə qəbul olunur. Təbabətdə qankəsici, kolit, mədə və 12 barmaq bağırsaq xorası zamanı bakterisid təsirə malikdir. Xalq təbabətində isə qankəsici, yarasağaldıcı malyariya, böyrəkdaşı və qaraciyər xəstəlikləri zamanı təyin edilir. Bu bitki həm də dərman, ədviyyat, dekorativ və balverən bitki kimi də tanınır.
    Qadın xəstəliklərində
    Boymadərən qadınlarda aybaşı pozulmalarının qarşısını alır. Uşaqlıq yolundan iltihabi axıntıların və uşaqlıq boynu eroziyalarının müalicəsində istifadə olunur. Bu məqsədlə boymadərən dəmləməsi və ya 10%-li sulu dəmləməsi həm daxilə qəbul olunur, həm də uşaqlıq yolu şırınqa şəklində yuyulur. Menopauza dövründəki sıxıntıları aradan götürmək üçün dəmləməsi istifadə olunur. Qadın cinsiyyət sistemi ilə bağlı bütün iltihabi xəstəliklərdə dəmləməsi tətbiq edilir.
    Dəri xəstəliklərində
    Boymadərənin tərkibindəki acı maddələr dəridə parazitlik edən mikroorqanizmlərə qarşı öldürücü təsir göstərir. 50 qram boymadərən 500 ml litr suda dəmlənir və ilıq şəkildə tənziflə bütün bədənə sürtülür. Yaxud 200 qram bitki 3 litr suda dəmlənir, hamam vannasına doldurulmuş isti suya əlavə edilir və 20 dəqiqə vanna qəbul edilir. Belə prosedur dəridə olan parazitləri məhv edir, pis qoxuları aradan qaldırır və dərini təravətləndirir.
    Qida borusu iltihabında, qastrit, kolit, qeyri-spesifik bağırsaq xorası kimi xəstəliklərdə boymadərən çayının qəbulu iltihab əleyhinə vasitə kimi əla nəticələr verir. Xəstələri uzun sürən hormonal müalicədən uzaq tutmaq üçün çox effektiv, həm də yan təsirləri olmayan bir vasitədir. Qeyri-spesifik bağırsaq xoralarında bir hissə boymadərən, bir hissə gülümbahar, bir hissə quşəppəyi bitkilərinin qarışığından hazırlanmış çay daha yaxşı nəticə verir. Tərkibi efirlərlə zəngin olduğundan çox təsirli yelqovucu və köp əleyhinə vasitə hesab olunur.
    Qurd xəstəliyində
    Boymadərənin 10%-li dəmləməsi qurdqovucu kimi içilir. Bu məqsədlə bir həftə müddətində gündə üç dəfə yeməkdən əvvəl bir stəkan dəmləmə içilir.
    Bronxitdə
    200 qram boymadərən otu üyüdülərək toz halına salınır, üzərinə yarım kiloqram bal əlavə olunub məcun hazırlanır. Bu məcundan gündə 3 dəfə, 1 çay qaşığı yeməkdən əvvəl yeyilir.
    Səpgilərdə, sızanaqlarda, demodeksdə
    1 xörək qaşığı boymadərən 1 stəkan suda dəmlənilir, soyudulur, səpgi yerləri gündə 4-5 dəfə dəmləmədə isladılmış pambıqla silinir. Demodeks gənələrinə öldürücü təsir göstərir. Bu nisbətdə hazırlanmış dəmləmə yaraların müalicəsində də effektlidir.
    Boymadərən otunun dəmləməsi böyük qan dövranı pozulmalarında da faydalıdır, əl və ayaqlarda olan soyuqluğu və üşüməni aradan qaldırır. Ürəkbulanma, burun qanamaları, konyuktivitdə istifadə olunur.
    Bütün iltihabi xəstəliklərdə sulu dəmləməsi daxilə qəbul olunur.
    Hazırlanması: 2 çay qaşığı bitki xammalı 250 ml qaynar suda 15 dəqəqə ərzində dəmləyərək (termosda) gündə 2 fincan (sutkalıq doza) qəbul etmək məqsədəuyğundur. Xaricə tətbiqi zamanı 3 xörək qaşığı bitki 1,5-2 stəkan qaynar suda dəmlənilir. Öd, mədə və bağırsaq xəstəlikləri zamanı 20 qram boymadərən, 50 qram çobanyastığı və 50 qram nanə ilə birlikdə dəmlənilməklə qəbul edilir.

КОМЕНТАРІ • 1

  • @VasifHidayetov-zj6mw
    @VasifHidayetov-zj6mw Місяць тому +1

    14 yaşlı uşaq artirt ve iltihabi xestelikden əziyyət çəkir boymederen çayı vere bilərik.