Birinci Qarabağ müharibəsində itkin düşən İbad Musayevin qalıqları ailəsinə təhvil verilib.

Поділитися
Вставка
  • Опубліковано 9 вер 2024

  • Birinci Qarabağ müharibəsində itkin düşən və 30 ildən sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən şəhid İbad Musarza oğlu Musayevin qalıqları ailəsinə təhvil verilib.
    Şəhid İbad Musayevlə vida mərasimi Lənkəran rayonunun Şağlaser kəndində keçirilib. Vida mərasimində şəhidin yaxınları, kənd sakinləri, rayonunun rəhbər şəxsləri, şəhid ailələri, qazi və veteranlar iştirak edib. Hərbi orkestr Dövlət Himnini səsləndirib. Yaylım atəşi açılıb. Şəhid İbad Musayevin qalıqları doğulduğu Şağlaser kəndindəki kənd qəbiristanlığında dəfn olunub.
    Sinxron: Rza Musayev şəhidin qardaşı.
    7 il onun sinif rəhbəri olmuşam. Şükür gözümüz yollardan çəkildi. Bu gün Ali Baş Komandanımız ölkənin birinci əsgəri əziz İlham, sənə təşəkkür edirəm. Sənə təşəkkür edirəm azad Qarabağıma görə, sənə təşəkkür edirəm şəhid qardaşımın nəhayət nəşini tapdığına görə. Onu məzar sahibi etdiyinə görə. Mən fəxr edirəm səninlə. Mən fəxr edirəm belə bir şəhidin, belə bir igidin qardaşıyam. Onun müəllimi olmuşam. Bir daha hökumətimizə, Azərbaycan əsgərinə deyirəm alqış sənə Azərbaycan əsgəri. Yaşasın Azad Azərbaycan, müstəqil Azərbaycan, yaşasın onun böyük prezidenti İlham Əliyev cənabları!
    Üç rəngli Dövlət Bayrağı şəhidin atası Musarza kişiyə təqdim olunub.
    Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşən İbad Musarza oğlu Musayev Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib. Şəhid İbad Musayev 1994 - cü ilin yanvar ayının 26 - da Füzuli rayonunun Əbdülrəhmanlı kəndində şəhid olub və o gündən onun barəsində hər hansı bir xəbər olmayıb.

КОМЕНТАРІ • 8

  • @Cesaret_Memmedov
    @Cesaret_Memmedov 4 місяці тому +2

    Allah cəmi şəhidlərimizə rəhmət eləsin.Şəhid ailələrinə səbr versin.Allah qazi qardaşlarımıza can sağlığı versin.

  • @user-zk9qe5pz6m
    @user-zk9qe5pz6m 4 місяці тому +1

    Allah rəhmət eləsin. Məkanı cənnət olsun, üəbri nurla dolsun. Ruhun şad əziz Şəhidimiz. Amin

  • @Volqoqrad....
    @Volqoqrad.... 4 місяці тому +1

    Can ibadımız can 😭😭😭😭😭🥀🥀🥀🥀🥀

  • @xanoglanaliyev7032
    @xanoglanaliyev7032 4 місяці тому +1

    ALLAH REHMET ELESIN

  • @dunyaa1_
    @dunyaa1_ 4 місяці тому +1

    Allah rəhmət eləsin.

  • @VafaZeynalova-cu7or
    @VafaZeynalova-cu7or 3 місяці тому +1

    Nurlar içində yatsın

  • @rasimsdullayev398
    @rasimsdullayev398 4 місяці тому +1

    😪🇦🇿

  • @SadiqBadalov
    @SadiqBadalov 4 місяці тому

    Allah rehim etsin