Dünyanın ilk kanalizasiya sistemi 3000 illik LAHIC qəsəbəsində | İsmayıllı

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2022
  • #youtube #lahic #vlog #travel Lahıc Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri olub xalq sənətkarları , özünəməxsus adət-ənənələri və gözəl təbii landşaftı ilə məşhurdur.O, Azərbaycanın paytaxtı Bakıdan şimal-qərbdə 180 km , Müsüslü dəmir yol stansiyasından 71 km aralıda yerləşir.Relyefi əsasən dağlıq olmaqla dəniz səviyyəsindən 1200-1500 m hündürlükdədir.
    Lahıc Qafqaz dağlarının cənub-şərq yamaclarında Niyal silsiləsinin ətəyində və Girdimançayın yuxarı axarında yerləşib.Onun ərazisindən həmçinin Lilo, İl ,Cəfələ və Kişlər kimi kiçik çaylar da axır.Bura Bakı-İsmayıllı avtomobil yolunin İsmayıllıya 11 km qalmış dönüb daha 21 km yol qət etməklə gəlmək olar.Onu hər tərəfdən dağlar əhatə etmişdir. Onun əlaqəsi 2 avtomobil yolu istisna olmaqla yalnız dağ çığırları ilədir.
    Birinci yol(32km) İsmayıllıdan , digər yol(40km)Şamaxı tərəfdəndir.İkinci yol Pirqulu və Dəmirçi kəndlərindən keçməklə daimi işlək olmadığı üçün baxımsız vəziyyətdədir. Qəsəbə Girdimançay boyunca 2 km məsafədə uzanıb. Girdimançayın əsas su qaynağı Babadağın 3100 m hündürlükdəki cənub yamacındakı mənbələrdir. Lahıcın ətrafında Niyal ,Qaban , Xart , Quzudöşü ,Ağbulağ, Gümüşqala kimi dağlar əzəmətlə durmaqdadır.
    Lahıc toponimini şərqşünas V.Minorski bu ərazidə mövcud olmuş Layzan şahlığının adı ilə əlaqələndirir. Xalq arasında yayılan fərziyyələrə görə Lahıc sözünün etimologiyası “Həcc yolu” , ”Daşlıq yer ” , “Böyük su kənarı” , “Köçməyənlər ” , “Tayfa,ləhcə ” və s. kimi mənaları ilə izah olunur.
    Lahıcın 2000 ildən artıq tarixi var. Lahıc ətrafında tapılmış daş bıçaq və ox ucluqları , gil qablar burada yaşayışın hələ qədim zamanlarda olmasından xəbər verir.Bu torpaqların qədimliyinin sübutlarından biri də bu gün də Lahıc qəbiristanlığında olan I Keyxosrov və Bahadurşahın qəbirləridir. Ərəblərin Azərbaycana hücumu zamanı alban hökmdarı Cavanşirin yay iqamətgahı Niyal dağının Lahıca baxan yamacında idi. Lahıc Albaniyanın qala-şəhəri kimi mühüm müdafiə əhəmiyyəti daşıyırdı. Eramızın III əsrində hakimiyyətə gəlmiş Sasanilərin zamanıında Lahıcın əhəmiyyəti bir az da artdı. Mənbələrdəki məlumatlara görə sasani hökmdarları I Qubad (488 - 531) və I Xosrov Ənuşirəvan (531 - 579) ölkənin şimal sərhədlərini möhkəmlətmək üçün orada hərbi qurğular tikirdilər. VI əsrin sonu VII əsrin əvvəlində Azərbaycan ərazisinin şimalında Mehranilər sülüləsinin yerləşməsi və Girdiman əyalətinin əhəmiyyətinin artması Azərbaycanın siyasi həyatında mühüm hadisələr oldu. Lahıc bir şəhər kimi inkişaf etməyə başladı və öz əlverişli müdafiə imkanlarına görə Mehranilər sülüləsinin əsas sığınacağına çevrildi. Lahıc istər Şirvanşahlar, istər Osmanlı , istər Şirvan xanlığı , istər çarizm , istərsə də Sovet hakimiyyəti illərində Dağlıq Şirvan üçün heç vaxt əhəmiyyətini itirməmişdir. Bir çox karvan yollarını keçdiyi və zaman keçdikcə sənətkarlığın, ticarətin inkişaf etdiyi bir orta əsr feodal şəhəri kimi tanınmış və həmişə öz mövqeyini qoruyub saxlamışdır.
    Lahıc özünəməxsus memarlıq üslubu və binaların keyfiyyəti ilə adi dağ kəndlərindən çox fərqlənir. Bu məharətlə və mozaik şəkildə ağ çay daşları ilə döşənmiş küçə meydanları olan və inkişaf etmiş kanalizasiya, su təchizatı sisteminə malik kiçik bir orta əsr şəhəridir. Burada iki və üç mərtəbəli evlər və ictimai hamamlar görmək mümkündür . Memarlıq ənənələrinin unikallığı, yüksək səviyyədə inkişaf etmiş xalq sənətkarlığı və özünəməxsus adət-ənənələri Lahıcı açıq səma altında muzey adlandırmağa imkan verir . Lahıc Tariz-Mədəniyyət Qoruğu tərəfindən ərazidə 90-dan artıq tarixi abidə qorunmaqdadır.Bura 5 məscid , 3 hamam , 60-dan artıq yaşayış evi , 1 körpü ,onlarla qəbirüstü daş , 1 su dəyirmanı , bir neçə sənətkarlıq emalatxanası və ictimai bulaqlar aiddir . Tikintilərin əksəriyyəti XII XIX əsrlərdə yerli tikinti materiallarında inşa edilmişdir. Ağsaqqalların dediyinə görə , Lahıc yeddi məhəllələyə bölünürdü : Ağalı, Bədöyun, Pishta, Zəvəro, Ərəgit, Dərelilo və Bagmija. Lahıcda hər məhəllənin öz məscidi, bulağı, hamamı, və s. vardı.

КОМЕНТАРІ • 28

  • @user-el8lg4sx9r
    @user-el8lg4sx9r Рік тому +5

    Салатлар Лаһыҹлап вә Талышлар Азәрбајҹанда ән гәдим халглардыр , Аллаһ сизи гурусун.

  • @user-nq2rd1ge1z
    @user-nq2rd1ge1z Рік тому +10

    Salam !!! 1991 de Obninskde Bedelov Genimet ile eskerlikde olmusham. Lahiclilardan xahish edirem Genimetle meni calashdirasiniz! Minnetdaram!!!!

  • @agabeyimallahverdiyeva6307
    @agabeyimallahverdiyeva6307 Рік тому +2

    Lahıc - Cənnət məkandır .👍❤️🙏🙏🙏

  • @ekremmelikov5100
    @ekremmelikov5100 Місяць тому +1

    Müəllifə xüsusi təşəkkürlər!

    • @RSDcfs
      @RSDcfs  Місяць тому

      Var olasınız

  • @tehmine3735
    @tehmine3735 Рік тому +2

    Yayda bizde getmiwdik . Cox gozel yerlerdi . Super . 💝💞

  • @cingizxanvlsgrinmacralari8171
    @cingizxanvlsgrinmacralari8171 11 місяців тому +1

    Bu qədər qədim qəsəbə qorunur.amma 3-4 bələdçi yoxdur ki,gələnlərə bu tariximizi danışsın.dünən getmişdim.mənə xoş təəssürat bağışlamadı.

  • @user-se7ul2zo9s
    @user-se7ul2zo9s Рік тому +2

    ДЖАН АЗЕРБАЙДЖАН, ВЕТЕНИМ АЗЕРБАЙДЖАНА, ДОГУЛДУГУМ ,БОЙУДУЙУМ ДОГМА ДИЙАРЫМ ЛАХЫДЖА УРАЛДАН САЛАМЛАР.🙏👍🤝🇷🇺🇦🇿

  • @patriotaze6196
    @patriotaze6196 Рік тому +1

    can ay Rəşid bur dənəsən. Var olun Amin Gözəl diyarım

  • @patriotaze6196
    @patriotaze6196 Рік тому +2

    ay sənə quzu kəsim, Lahıcda olan sivilizasiya harda olub, Baklda indi hər yataq otağda hamam var Lahıcda əsrlər boyu olub. Birinci mədıniyyət elə kanalizasiyadır ki, təmizliyin mınbıyidir. Suzdə sağ olun çəkdiz göstərdiniz.Var olun.

    • @RSDcfs
      @RSDcfs  Рік тому +1

      Təmizlik imandan gəlir

  • @sevenurek9616
    @sevenurek9616 Рік тому +1

    Gecen yay getmişdim süper yeriydi getməyə dəyər düzdü yollar qorxuludu ama dəyər 😊

  • @user-pt2fz3rx7t
    @user-pt2fz3rx7t Рік тому +5

    SALAMLAR OLSUN VƏTƏNİMƏ🤘🤲🖐👍
    YAXŞIKİ,hayqanuşun donuzları BURANI TANIMAYIB☝️burada bizim olub ara qardaş.
    YAŞASIN AZƏRBAYCAN ermənisiz.
    MƏN KİMƏM?MƏN AZƏRBAYCANLIYAM🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿

  • @shriyar3133
    @shriyar3133 Рік тому +2

    Cox isterdim lahıcda olum.

    • @RSDcfs
      @RSDcfs  Рік тому

      Insallah qismet olar

  • @javidaliyev4070
    @javidaliyev4070 Рік тому +3

    Rəşid qardaş təşəkkürlər...

    • @RSDcfs
      @RSDcfs  Рік тому

      Var olasiniz Cavid muellim

  • @babaehedov8518
    @babaehedov8518 Рік тому +1

    Başqa yerlərdə kanalizasiya sistemi yoxdur nə olsun qədimdir

  • @user-wh8ks4ys1k
    @user-wh8ks4ys1k 2 місяці тому

    XEYI EN GEDIM KANALZASIYA BASGAL KENDINDE OLUB..

  • @user-dw1zf9rg8i
    @user-dw1zf9rg8i 4 місяці тому +2

    Həlolü bə işmu(n) tat(ho).Əsos ürü ki, ədot və zuhun vir nə boşü.Saxt poyind ,imunə bəxordənund.

  • @azerbaygan5011
    @azerbaygan5011 Рік тому +2

    salam nətərdi Lahıc xubi? 😊

    • @RSDcfs
      @RSDcfs  Рік тому +1

      👍🏻👍🏻👍🏻

  • @RSDcfs
    @RSDcfs  11 місяців тому

    ua-cam.com/video/NJlumuDLhUA/v-deo.html
    Həmçinin baxa bilərsiniz😊😊😊

  • @hbkhazar1643
    @hbkhazar1643 5 місяців тому

    Az gopa basin. Orada kanalziyasiya ola biler amma dunyanin ilki deyil. Ilk Antik Romada idi.