#Goranboyda

Поділитися
Вставка
  • Опубліковано 11 вер 2024
  • #şəhid#Goranboy#goranboy# Şehidler#ölmez#veten#bölünmez
    Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Dəyirmanlar kənd Mədəniyyət Evinin təşkilatçılıgı ilə 1-ci Qarabag Müharibəsi zamanı Agdam rayonu ərazisində gedən döyüşlərdə itgin düşmüş və Şəhidlik statusu almış Ülfət Yaqub oglu Məhərrəmovun ailəsində görüş keçirilmişdir.
    Keçrilən görüşdə rayon Mədəniyyət Mərkəzinin əməkdaşı Elçin Tagıyev, Dəyirmanlar kənd Mədəniyyət Evinin kollektivi, Dəyirmanlar kənd İƏD üzrə nümayəndəsi Daşqın Həsənov, Şəhid ailə üzvüləri iştrak etmişdir.
    İlk öncə torpaqlarmızın azadlıgı ugrunda canlarından keçərək Şəhidlik məqamına ucalmış igid ogullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
    Görüşü giriş spzü ilə açan rayon Mədəniyyət Mərkəzinin əməkdaşı Elçin Tagıyev Şəhid Ülfət Məhərrəmovun ailəsinə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun adından dərin hüzünlə başsaglıgı verərək ailəsinə səbr diləmişdir.
    1-ci Qarabag Müharibəsi zamanı canlarından keçərək Şəhid olmuş igid ogullarımızın qisası 44 günlük Vətən müharibəsi dönəmində Müzəffər Ali baş Komandan İlham Əliyev cənablarının "Dəmir Yumruq" əməliyyatı və qüdrətli Azərbaycan Ordusunun gücü naminə alındı. Biz əziz Şəhidlərimizin canı və qanı hesabına, Qazilərimizin igidliyi naminə azadlıgımıza qovuşduq. İndi bizim bayragımız işgaldan azad edilən ərazilərdə dalgalanır deyə Elçin Tagıyev bildirmişdir.
    Görüşdə Şəhid Ülfət Məhərrəmovun keçdiyi şərəfli döyüş yolu haqqında qardaşı Üzeyir Məhərrəmov geniş məlumat verdi.
    Dəyirmanlar kənd İƏD üzrə nümayəndə Daşqın Həsənov Mədəniyyıt sahəsində çalışan əməkdaşlara Şəhid ailələrini ziyarət etdikləri üçün minnətdarlıgını bildirdi.
    Şəhid Ülfət Məhərrəmovun ailəsinə Şəhidimizin şəkli əks olunmuş Şəhid-Xatirə tablosu təqdim edildi.
    Qeyd edək ki, Şəhid Ülfət Məhərrəmovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Goranboy Rayonu Deyirmanlar Məktəbi onun adını daşıyır.
    Şəhid anası Tamella Məhərrəmova onlara göstərilən diqqət və qaygıya görə ölkə başçısı cənab İlham Əliyevə Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıgını ifadə etdi. Eyni zamanda bu gün onların ailələrinin ziyarət edilməsində yaradılmış şəraitə görə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətova təşəkkürünü bildirdi.
    Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

КОМЕНТАРІ •