Allah Nazim müellime rehmet elesin, bir eser bu qedermi möhteşem ola biler. VAllah sözün bitdiyi andı, sadece musiqi danışır. Sadece deye bileremki bu eser Azerbaycan musiqisinin brendidi👏🏻🙏✨🤍💫
Söz: Bəxtiyar Vahabzadə Müzik: Nazim Qəmərlinski Ömrün payız fəsli sıxdı əlimi, Yoxsa qocalıram mən yavaş-yavaş? Payızda yarpağa xal düşən kimi Düşür saçlarıma dən yavaş-yavaş. Ağaclar soyunur, yer xəzəllənir, Fikir dumanlanır, gözlər zillənir, Güllərin üstünə enən tək enir Mənim gözlərimə çən yavaş-yavaş. (Düşür saçlarıma dən yavaş-yavaş) Soyuyur havalar, soyuyur bütün, Qısalır, qısalır günlər günbəgün. Axı, yaxınlaşır qürubu ömrün, Əyilir dağlardan gün yavaş-yavaş. Ağaclar soyunur, yer xəzəllənir, Fikir dumanlanır, gözlər zillənir, Güllərin üstünə enən tək enir Mənim gözlərimə çən yavaş-yavaş. (Düşür saçlarıma dən yavaş-yavaş) Soyuyur havalar, soyuyur bütün, Qısalır, qısalır günlər günbəgün. Axı, yaxınlaşır qürubu ömrün, Əyilir dağlardan gün yavaş-yavaş. ************************************** Bəxtiyar Vahabzadə / Yavaş-yavaş Dövran tez dolanır, illər tez gəlir. Biz də dəyişirik hey ildən-ilə. Ömrün pillələri necə düz gəlir Ana təbiətin fəsillərilə! İlk bahar çağıdır uşaqlıq ömrün, Şıltaqdır, oynaqdır kəpənək kimi. Ömrün yay çağıdır gənclik büsbütün, Coşğundur, dəlidir o, külək kimi. Barlı-bəhərlidir payızı ömrün, İnsan da bar verib əyir başını. Dünyanı dərindən dərk etmək üçün Düşünüb, gizlicə çatır qaşını. Ağarır saç, saqqal ömrün qışında, Həyat zəifləyir, axıra çatır. Əl-ələ verərək, qoca yaşında İnsan mürgüləyir, təbiət yatır. Ömrün payız fəsli sıxdı əlimi, Yoxsa qocalıram mən yavaş-yavaş. Payızda yarpağa xal düşən kimi Düşür saçlarıma dən yavaş-yavaş. Ağaclar soyunur, yer xəzəllənir, Fikir dumanlanır, gözlər zillənir, Güllərin üstünə enən tək enir Mənim gözlərimə çən yavaş-yavaş. Soyuyur havalar, soyuyur bütün, Qısalır, qısalır günlər günbəgün. Axı, yaxınlaşır qürubu ömrün, Əyilir dağlardan gün yavaş-yavaş. Saralır get-gedə çöl, çəmən, çayır, Könül hər saatı ömürdən sayır. Bir səs qulağıma hey pıçıldayır: - Bəxtiyar, göylərdən en yavaş-yavaş!
Bu mahnını ilk dəfə Şövkət Ələkbərova ifa edib. Əmim Nazim Qəmərlinskinin dediyinə görə mahnı ilk dəfə Bədii Şuraya təqdim olunarkən Bəxtiyar Vahabzadə də həmin şuranın üzvü kimi mahnını dinləyib və bəyənib.
Allah Nazim müellime rehmet elesin, bir eser bu qedermi möhteşem ola biler. VAllah sözün bitdiyi andı, sadece musiqi danışır. Sadece deye bileremki bu eser Azerbaycan musiqisinin brendidi👏🏻🙏✨🤍💫
Söz: Bəxtiyar Vahabzadə
Müzik: Nazim Qəmərlinski
Ömrün payız fəsli sıxdı əlimi,
Yoxsa qocalıram mən yavaş-yavaş?
Payızda yarpağa xal düşən kimi
Düşür saçlarıma dən yavaş-yavaş.
Ağaclar soyunur, yer xəzəllənir,
Fikir dumanlanır, gözlər zillənir,
Güllərin üstünə enən tək enir
Mənim gözlərimə çən yavaş-yavaş.
(Düşür saçlarıma dən yavaş-yavaş)
Soyuyur havalar, soyuyur bütün,
Qısalır, qısalır günlər günbəgün.
Axı, yaxınlaşır qürubu ömrün,
Əyilir dağlardan gün yavaş-yavaş.
Ağaclar soyunur, yer xəzəllənir,
Fikir dumanlanır, gözlər zillənir,
Güllərin üstünə enən tək enir
Mənim gözlərimə çən yavaş-yavaş.
(Düşür saçlarıma dən yavaş-yavaş)
Soyuyur havalar, soyuyur bütün,
Qısalır, qısalır günlər günbəgün.
Axı, yaxınlaşır qürubu ömrün,
Əyilir dağlardan gün yavaş-yavaş.
**************************************
Bəxtiyar Vahabzadə / Yavaş-yavaş
Dövran tez dolanır, illər tez gəlir.
Biz də dəyişirik hey ildən-ilə.
Ömrün pillələri necə düz gəlir
Ana təbiətin fəsillərilə!
İlk bahar çağıdır uşaqlıq ömrün,
Şıltaqdır, oynaqdır kəpənək kimi.
Ömrün yay çağıdır gənclik büsbütün,
Coşğundur, dəlidir o, külək kimi.
Barlı-bəhərlidir payızı ömrün,
İnsan da bar verib əyir başını.
Dünyanı dərindən dərk etmək üçün
Düşünüb, gizlicə çatır qaşını.
Ağarır saç, saqqal ömrün qışında,
Həyat zəifləyir, axıra çatır.
Əl-ələ verərək, qoca yaşında
İnsan mürgüləyir, təbiət yatır.
Ömrün payız fəsli sıxdı əlimi,
Yoxsa qocalıram mən yavaş-yavaş.
Payızda yarpağa xal düşən kimi
Düşür saçlarıma dən yavaş-yavaş.
Ağaclar soyunur, yer xəzəllənir,
Fikir dumanlanır, gözlər zillənir,
Güllərin üstünə enən tək enir
Mənim gözlərimə çən yavaş-yavaş.
Soyuyur havalar, soyuyur bütün,
Qısalır, qısalır günlər günbəgün.
Axı, yaxınlaşır qürubu ömrün,
Əyilir dağlardan gün yavaş-yavaş.
Saralır get-gedə çöl, çəmən, çayır,
Könül hər saatı ömürdən sayır.
Bir səs qulağıma hey pıçıldayır: -
Bəxtiyar, göylərdən en yavaş-yavaş!
Bu mahnını ilk dəfə Şövkət Ələkbərova ifa edib. Əmim Nazim Qəmərlinskinin dediyinə görə mahnı ilk dəfə Bədii Şuraya təqdim olunarkən Bəxtiyar Vahabzadə də həmin şuranın üzvü kimi mahnını dinləyib və bəyənib.
@@nazimgamarlinski3545 Teşekkür ederim bilgi için.