Zəlimxan köçür - Sözlər Vəli Qaraçaylı / Bağman Salmanov

Поділитися
Вставка
  • Опубліковано 1 жов 2024
  • Rəhmətlik Şair Zəlimxan Yaqub rəhmətə gedəndə Şair Vəli Qaraçaylı ürək ağrisi ilə ona bir şeir yazdi.
    Zəlimxan köçür bu dünyadan deyərək haray çəkdi.
    O Səməd Vurğunun yadigarıydı.
    O ağrı dağının zirvə qarıydı.
    Şairlər bağının son nübarıydı.
    Köçür şeriyatdan şöhrət şan köçür.
    Şairlər sultanı Zəlimxan köçür.
    -------
    1. Videonu bəyəndinizsə LİKE düyməsinə tıklayın ki, video daha çox insana çatdırılsın.
    2. Ən yeni videolardan xəbərdar olmaq üçün kanalımıza ABUNƏ olun və "zınqırov" işarəsinə tıklayaraq bildirişləri aktiv edin..
    -------
    DİQQƏT: © Müəllif hüquqları qorunur..!!!
    QN Production
    -------
    Bizi sosial şəbəkələrdən izləməyi unutmayın:
    ~ UA-cam: / qnproduction
    ~ Instagram: / qn_production
    ~ TikTok: / qn.production

КОМЕНТАРІ • 11

  • @cevahirismayilova2501
    @cevahirismayilova2501 Рік тому +5

    ALLAH RƏHMƏT ELƏSİN , MƏKANIN CƏNNƏT OLSUN , böyük SƏNƏTKARIM .
    ƏDƏBİYYAT sənətinin böyük SƏRKƏRDƏSİ , TÜRK dünyasının DASTANŞÜNASI , HEYİF , çox HEYİF !
    ALLAH SİZİN kimi bir dəryanı tək yaratmışdı , SİZDƏN bir də olmayacaq !
    SİZİ unutmaq olarmı ?

  • @VaqifAxiyev
    @VaqifAxiyev Рік тому +5

    Yaşasıın şair dosdum,qardaşım Vəli Qaraçaylı bu gözəl sözlərə görə.eşq olsun bu şeri deyən qardaşımıza.Allah Zəlimxan Yaquba rəhmət eləsin yeri cənnət olsun.

  • @qeyretemirov7911
    @qeyretemirov7911 Рік тому +8

    Allah Zəlimxan Yaquba rəhmət eləsin.Nə yaxşı ki, Zəlimxan Yaqub şəxsiyyətinə, poeziyasına olan sevgimi misralara çevirə bilmişəm!!
    Sızıb Füzulidən, axıb Yunusdan
    Sözün sinəsindən gəldi Zəlimxan.
    Özünü daşlardan-daşlara çırpan,
    Çoşqun bir dağ çayı seldi Zəlimxan!
    Kərəmdi gədikdə,boran-qardadı.
    Qəribdi həsrətdə, intizardadı.
    Min ildi şeirdə, dastanlardadı.
    Əbədi yaşayan dildi Zəlimxan.
    Bir gözü Borçalı, biri Qarabağ
    Dilində əzbərdi, Əhər , Qaradağ
    O tayda Savalan, bu tayda Şahdağ
    Bütöv bir obadı, eldi Zəlimxan
    Dünyanın nizamı Quran olacaq.
    Oğuzlar məzardan duran olacaq.
    Çin səddi aşılıb, Turan olacaq
    Gələn xoşmüşdəli ildi Zəlimxan.
    Qeyrət, bir məsəl var, deyib atalar:
    "Qızıl torpaqda da qiymətin saxlar"
    Ötsə qərinələr, keçsə zamanlar,
    Torpağın köksündə ləldi Zəlimxan

  • @salmanqazi911
    @salmanqazi911 8 місяців тому +2

    Şairimiz Vəli Qaraçaylının parlaq gələcəyi irəlidədir! Onun Azərbaycan ədəbiyyatına deyəyəcəyi hələ çox sözlər var! İnşallah eşidərik! Uğurlar olsun!

  • @Tabriz-hr9oi
    @Tabriz-hr9oi 7 місяців тому +1

    Sazı sinəsində, sözü dilində,
    Dəyərli fikrində, fəlsəfəsində,
    Min cür məna variydı hər kəlməsində,
    Bir Zəlimxan Yaqub köçür dünyadan.
    O sevmək üçün gəldi dünyaya,
    Atmışdı özünü oda,alova,
    Dəli olmağına qalmışdı azca,
    Bir Zəlimxan Yaqub köçdü dünyadan.

  • @ceferceferli1334
    @ceferceferli1334 6 місяців тому +1

    Allah rehmet elesin dogurdanda gozel insan, insankimi bir wayir iydi. ❤

  • @nihatbabayev7088
    @nihatbabayev7088 Рік тому +3

    Elaaaa qewengg var olasan qardaw

  • @Murad-16-y8t
    @Murad-16-y8t 5 місяців тому +1

    😥

  • @Hüsniyyəİsayeva
    @Hüsniyyəİsayeva 11 місяців тому +1

    👍👍👍