Əraf Surəsi | 171-184🎙 Qari - عبد الحليم توميات
Вставка
- Опубліковано 9 лют 2025
- 📖 Əraf Surəsi | 171-184
🎙 Qari - عبد الحليم توميات
171
Bir zaman dağı yerindən qoparıb onların başı üstünə bulud kimi qaldırmışdıq və onlar da elə zənn etmişdilər ki, dağ onların üstünə düşəcək. (Biz onlara): “Sizə verdiyimizdən möhkəm yapışın və içindəkiləri xatırlayın ki, bəlkə, qorxasınız!”(- demişdik.)
172
Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış və: “Mən sizin Rəbbiniz deyiləmmi?”(- deyə) onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar: “Bəli, biz şahid olduq!”- demişdilər. (Bu ona görədir )ki, siz Qiyamət günü: “Biz bundan xəbərsiz idik!”- deməyəsiniz.
173
Yaxud: “Atalarımız bizdən əvvəl (Allaha )şərik qoşmuş, biz də onlardan sonra gələn bir nəsil olmuşuq. Məgər Sən bizi batilə uyanların etdikləri əməllərə görə məhv edəcəksən?”- deməyəsiniz.
174
Biz ayələri beləcə izah edirik ki, bəlkə (haqq yola) qayıdalar.
175
Onlara ayələrimizi verdi-yimiz kimsənin əhvalatını oxu. O, ayələrdən kənara çıxdı, şeytanın təqibinə məruz qaldı, axırda da azanlardan oldu.
176
Biz istəsəydik, bunun (həmin ayələrin) sayəsində onu ucaldardıq. Lakin o, dünyaya meyl saldı və öz istəyinə uydu. Onun məsəli itin məsəlinə bən-zəyir; onu qovsan da dilini çıxardıb ləhləyər, qovmasan da. Ayələrimizi yalan hesab edənlərin məsəli belədir. Bu əhvalatları (onlara) danış ki, bəlkə fikirləşələr.
177
Ayələrimizi yalan sayıb özlərinə zülm edən adamlar barəsindəki məsəl necə də pisdir!
178
Allah kimə hidayət verirsə, doğru yolda olan da odur. Kimləri də azdırırsa, ziyana uğrayanlar da məhz onlardır.
179
Biz Cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır.
180
Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin və Onun adları barəsində haqdan sapanları tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar.
181
Yaratdıqlarımız içərisində elə bir ümmət də vardır ki, haqq ilə doğru yola aparır və bunun sayəsində ədalətlə hökm edirlər.
182
Ayələrimizi yalan sayan-ları, özlərinin də bilməyəcəkləri bir yerdən tədricən tovlayıb (məhvə) aparacağıq.
183
Mən onlara möhlət verəcəyəm. Şübhəsiz ki, Mənim hiyləm sarsılmazdır.
184
Məgər fikirləşmirlərmi? Onların yoldaşında heç bir dəlilik yoxdur. O ancaq qorxudan və bəyan edən (bir Peyğəmbərdir.)
@quranayetler #quranayetleri