Bizim Mətbəx
Bizim Mətbəx
  • 14
  • 24 160
Dadına doya bilməyəcəyiniz "Islak kek" resepti
Ərzaqlar:
6 ədəd yumurta
1.5 st şəkər tozu
1.5 st süd
1.5 st duru yağ
2.5 st un
4 x.q kakao
2 paket vanel
2 paket qabartma tozu
Sousu üçün:
1 st süd
1 st şəkər tozu
0.5 st duru yağ
3 x.q kakao
1 paket vanel
Hazırlanma qaydası:
6 ədəd yumurtanı qarışdırırıq üzərinə şəkər tozu əlavə edib yenidən qarışdırırıq. Daha sonra süd, duru yağ , kakao və vaneli əlavə edirik. Ən sonda un və qabartma tozun əlavə edib yenidəm qarışdırırıq. 160 dərəcədə 40-45 dəqiqə bişiririk.
Sousun hazırlanma qaydası:
Bütün ərzaqları bir qaba əlavə edib qarışdırırıq və qazın üzərinə qoyuruq. Qaynara düşdükdən 1-2 dəqiqə sonra altın söndürürk.
Hazırlayan hər kəsə nuş olsun😇
#bizimmetbex #lezzizdadlar #yemekreseptleri #yemektarifleri #food
Переглядів: 596

Відео

Ballı piroq
Переглядів 4,9 тис.19 годин тому
Ərzaqlar: 4 ədəd - yumurta 2 st - şəkər tozu 3 x.q (dolu şəkildə) - bal 200 qr yağ (kərə yağı və ya marqarin) 2 ç.q (dolu şəkildə) - soda 1 paket - vanel 6 st - un Hazırlanma qaydası: Yumurta , şəkər tozu , bal , yağ bir qazana əlavə edilərək qazın üzərində az atəşdə şəkər tozu əriyənədək qarışdırılır. Sonra soda və vanel əlavə edilərək ağaranadək qarışdırılır. Qazı söndürüb unu əlavə edib qarı...
Fərqlilik istəyənlər üçün qarışıq plov resepti
Переглядів 94114 днів тому
Ərzaqlar: 1 kq - düyü 1 st (200ml) - maş lobyası 1 st (200 ml) - ağ lobya 300 qr - balqabaq 200 qr - ərik qurusu 200 qr - xurma 1 x.q - şəkər tozu Düyünü bişirməmişdən əvvəl yaxşı yuyub 1-2 saat duzlu suda saxlayırıq. Qazmağı üçündə biz hazır lavaşdan istifadə etdik. Hazırlayan hər kəsə nuş olsun!😇 #bizimmetbex #recipe #ləzzizdadlar #bizimləbişirin
Çox asan üsulla hazırlanan dadlı şaftalı turşusu resepti
Переглядів 1,2 тис.21 день тому
Şaftalı turşusu Ərzaqlar: 700 qr bankaya Şaftalı (bərk olmalıdır) - banka dolana qədər Giləmərzə - bir miqdar ( zövqə görə artıra bilərsiniz) Duz - 1 x.q (dolu olmayan) Şəkər tozu - 2 x.q (dolu olmayan) Üzüm sirkəsi - 2 x.q Limon duzu - 1 ç.q ucunda Hazırlanma qaydası: Bankalara zövqə görə giləmərzə tökürük. Sonra şaftalıları iki yerə bölüb tumun çıxararaq bankalara yığırıq. Banka dolandan sonr...
Səhər yeməyində və şirniyyatlarda istifadə olunan dadlı alma cemi hazırlanması
Переглядів 1,6 тис.Місяць тому
Ərzaqlar: 4 kq - alma 8 st (200 qr stəkanda) - şəkər tozu 2 st - su Hazırlanma qaydası: Almanı yuyub, doğrayırıq.Üzərinə şəkər tozu və su əlavə edib bişməyə qoyuruq. Tam bişənə qədər gözləyirik. Sonra ət çəkən maşından keçirib cem halına gətiririk. Daha sonra 10-15 dəqiqə qatılaşana qədər qaynadırıq. Hazırlayan hər kəsə nuş olsun!😇 Abunə olmağı unutmayaq🥰 #bizimmetbex #recipe #cem #almacemi
Asan üsulla hazırlanan şaftalı cemi
Переглядів 1,1 тис.Місяць тому
Ərzaqlar: 3 kq - şaftalı 6 st - şəkər tozu 1 st - su Hazırlanma qaydası: Şaftalını yuyub, doğrayırıq. Üzərinə şəkər tozu və su əlavə edib bişməyə qoyuruq. Tam bişənə qədər gözləyirik. Sonra ətçəkən maşından keçirib cem halına gətiririk. Daha sonra 10-15 dəqiqə qatılaşana qədər qaynadırıq. Hazırlayan hər kəsə nuş olsun!😇 Abunə olmağı unutmayaq🥰 #bizimmetbex #şaftalıcemi #cem
Göyəm turşusu hazırlanması
Переглядів 870Місяць тому
Ərzaqlar və hazırlanma qaydası: 1 kq bankaya Göyəm - banka dolana qədər Giləmərzə - 1 x.q Duz - 1 x.q (dolu olmayan) Şəkər tozu - 3 x.q (dolu olmayan) Üzərinə qaynar su əlavə edib qazanda 10 dəqiqə qanadırıq. Daha sonra qapağını möhkəm bağlayın sərin yerdə saxlayırıq. Hazırlayan hər kəsə nuş olsun!😇 Abunə olmağı unutmayaq.🥰 #bizimmetbex #recipe #cooking #göyəmturşusu
Giləmərzə ilə ləzzətli və çox asan üzüm turşusu hazırlanması
Переглядів 1,1 тис.Місяць тому
Ərzaqlar: 700 qr bankaya Üzüm (bərk olmalıdır) - banka dolana qədər Giləmərzə - bir miqdar ( zövqə görə artıra bilərsiniz) Duz - 1 x.q (dolu olmayan) Şəkər tozu - 2 x.q Üzüm sirkəsi - 2 x.q Limon duzu - 1 ç.q ucunda Üzərinə çıxana kimi qaynar su töküb qapağını bağlayırıq. Hazırlayan hər kəsə nuş olsun!😇 Abunə olmağı unutmayaq🥰 #bizimmetbex #üzümturşusu #recipe #pickledgrapes
Dadlı keks resepti
Переглядів 2,6 тис.Місяць тому
Ərzaqlar: 4 ədəd yumurta 1 st şəkər tozu 1 st mürəbbə suyu 1 st duru yağ 1 st qatıq 1 ç.q soda 1 paket vanel 1 paket qabartma tozu 3 st un Hazırlanma qaydası: 4 ədəd yumurtanı mikserlə qarışdırırıq. Üzərinə 1 paket vanel , 1 st şəkər tozu və 1 st mürəbbə suyu əlavə edirik. (Əgər mürəbbə suyu olmasa 2 st şəkər tozu əlavə edin). 1 st qatığa 1 ç.q soda əlavə edib qarışdırırıq və əlavə edirik. Üzər...
Gavalı cemi hazırlanması
Переглядів 1,1 тис.Місяць тому
Ərzaqlar: 2 kq - gavalı 4 st - şəkər 1 st - su Hazırlanma qaydası: Gavalını yuyub çəyirdəyini çıxardıb bir qaba yığırıq. Üzərinə şəkər tozu və su əlavə edib bişməyə qoyuruq. Tam bişənə qədər gözləyirik. Sonra blenderlə cem halına gətiririk. Daha sonra 10-15 dəqiqə qatılaşana qədər qaynadırıq. Hazırlayan hər kəsə nuş olsun!😇 Abunə olmağı unutmayaq🥰 #bizimmetbex #cooking #food #gavalıcemi #cem
Leçonun hazırlanma qaydası
Переглядів 5 тис.Місяць тому
Ərzaqlar: Qırmızı bolqar bibəri - 5 kq Pomidor - 3 kq Yer kökü - 500 qr Şəkər - 1 st (200 ml) Üzüm sirkəsi - 0.5 st (100ml) Duz - 0.5 st (100 qr) Bitki yağı - 1.5 st (300 ml) Dəfnə yarpağı - 5-6 ədəd Hazırlanma qaydası: Pomidor doğranıb ət maşınından keçirilir, sonra bişməyə qoyulur. 15-20 dəqiqə qaynadıqdan sonra aş süzəndən keçirib yenidən qaynamağa qoyuruq. Qaynara düşdükdən sonra rəndələnmi...
İçi doldurulmuş gavalı turşusunun hazırlanması
Переглядів 1,1 тис.Місяць тому
Hazırlanma qaydası: 3 bankaya(700 qramlıq) 1 kq gavalının içliyi üçün 1 dəstə cəfəri 1 dəstə kərəviz 2 ədəd yer kökü 1 baş sarımsaq Gavalının çəyirdəyi çıxarılır və içi doldurulur. Bankalara yığıldıqdan sonra hər bankaya 1 ç.q. duz əlavə olunur. Daha sonra üzərinə çıxana qədər üzüm sirkəsi əlavə olunur. Hazırlayan hər kəsə nuş olsun. Abunə olmağı unutmayın😇 #bizimmetbex #gavalıturşusu #cooking ...
Dadlı şaftalı şirəsi hazırlanması
Переглядів 1,1 тис.Місяць тому
Ərzaqlar: 1 kq - şaftalı 2 litr - su 1 st (200 qr) - şəkər Hazırlayan hər kəsə nuş olsun! #cooking #bizimmetbex #şaftalışirəsi #peachjuicerecipe
Gavalı mürəbbəsi
Переглядів 1,4 тис.Місяць тому
Ərzaqlar: ⚪️Gavalı (tumsuz və qabığı soyulmuş) - 2 kq ⚪️Şəkər tozu - 1.5 kq ⚪️Mürəbbə suyu - 0.5 kq ⚪️Su - 2 st Hazırlanma qaydası: Gavalının qabığını soyub, iki yerə bölərək çəyirdəyini çıxarırsınız. Sonra sodalı suda 3 saat saxlayırsınız. Daha sonra 2-3 dəfə soyuq su ilə təmiz yuyun və hazırlanmış şərbətin içinə əlavə edin. Şərbətin hazırlanması: 1.5 kq şəkər tozuna 0.5 kq sarı rəngli, ətirli...

КОМЕНТАРІ